13
Xəbər - informasiyanın maddi formasıdır. Bu baxımdan, informasiya – xəbərdən
süzülüb çıxarılan qeyri-maddi mahiyyətli mənadır. Yəni informasiya xəbərin məna
yüküdür. Lakin həm eyni informasiya müxtəlif xəbərlərlə ötürülə biləndir, həm də eyni
xəbərin müxtəlif mənalarda başa düşülməsi mümkündür. Hətta elə xəbərlər var ki,
onların mənasını heç kim anlaya bilmir. Odur ki, xəbərin mənasının izah edilməsi üçün
xüsusi dilə ehtiyac duyulur. Bu dilə kodlaşdırma sistemi deyilir. Beləliklə, informasiya
yalnız kodlaşdırıldıqdan (xüsusi işarələr sisteminə tərcümə edildikdən) sonra xəbərə
yüklənə bilir və yalnız dekodlaşdırıldıqdan (əks tərcümədən) sonra xəbərdən süzülülüb
çıxarıla bilir. Lakin eyni informasiya (məna) müxtəlif kodlaşdırma sistemləri ilə müxtəlif
xəbərlərə yüklənə biləndir.
İnformatika baxımından, informasiyanın əsas növləri aşağıdakılardır:
-
Qrafik və ya təsviri informasiya
14
;
-
Səs informasiyası
15
;
-
Mətn informasiyası
16
;
-Ədədi informasiya
17
;
-Videoinformasiya
18
;
Bunlardan əlavə, taktil
19
, orqanoleptik
20
informasiya kimi kodlaşdırılması və
saxlanması hələ mümkün olmayan informasiya növləri və həmçinin, elmin, hələ nəinki
kodlaşdırıb saxlamağı, hətta izah etməyı belə bacarmadığı bir sıra başqa informasiya
növləri
21
də vardır.
İnformasiya uzaq məsafəyə əvvəlcə kodlaşdırılaraq işıq siqnalları ilə, sonra elektrik
naqili ilə, daha sonra isə radio dalğaları ilə ötürülmüşdür.
Rəqəmsal rabitənin banisi ümumi informasiya nəzəriyyəsinin yaradıcısı Klod
Şennon sayılır.
İnternetin təqdim etdiyi informasiya xüsusi növ informasiya hesab edilir. Çünki
burada irihəcmli paylanmış informasiyanın saxlanması, emalı, axtarışı, ötürülməsi üçün
14
Ətraf dünya haqqında ilk saxlanan informasiya növüdür. Qayaüstü rəsmlər...
15
1877-ci ildən saxlanması mümkün olmuşdur. Əsas növü musiqi informasiyasıdır.
16
Şifahi dilin sözlərinin və cümlələrinin xüsusi simvolların (hərflərin) və digər durğu işarələrinin köməyi
ilə kodlaşdırılması nəticəsində meydana gəlmişdir.
17
Ətraf dünyadakı obyektlərin və onların xassələrinin kəmiyyət ölçüləri olan rəqəmlərlə ifadə edilir.
18
Ətraf dünyanın ―canlı‖ təsviri. Kinonun ixtira edilməsi ilə mümkün olmuşdur.
19
lamisə, duyğu, hiss
20
iybilmə, dadbilmə və s
21
Məsələn,
ekstrasensor informasiya
14
xüsusi priyomlardan və müxtəlif informasiya növlərinin işlənməsi üçün
xüsusi üsullardan
istifadə edilir.
Digər obyektlər kimi, informasiya da müəyyən xassələrə malikdir. İnformasiyanın
xassələrinin digər obyektlərin xassələrindən əsas fərqi dualizmdir. Yəni informasiyanın
məzmununu formalaşdıran xassələr həm ilkin verilənlərin xassələrindən, həm də qeydiy-
yataalma metodlarının xassələrindən asılıdır.
İnformatika baxımından,
obyektivlik, gerçəklik, tamlıq, dəqiqlik, aktuallıq, yarar-
lılıq, qiymətlilik, məqamlılıq, başa düşülənlik, əlçatanlıq və lakoniklik kimi ümumi
keyfiyyət xassələri ön plana çəkilir.
Obyektivlik informasiyanın qeydiyyata alınma üsulundan asılı olmamasını ifadə edir.
Məsələn, ―hava istidir‖ - cümləsindəki informasiya obyektiv deyil. Lakin ―havanın
hərarəti
С
0
22
təşkil edir‖ - cümləsindəki informasiya obyektivdir. Çünki bu, insanın
subyektiv qiyməti deyildir.
Gerçəklik informasiyanın hadisəni düzgün əks etdirməsini ifadə edir. Obyektiv
informasiya həmişə gerçəkdir. Gerçək informasiya isə həm obyektiv, həm də subyektiv
ola biləndir. Gerçək informasiya düzgün qərar qəbul etməyə kömək edir. İnformasiyanın
bilərəkdən
22
və ya bilməzlikdən, həmçinin manelərin təsiri və ya dəqiq ölçü cihazının
olmaması üzündən təhrif edilməsi nəticəsində gerçək olmayan informasiya yaranır.
Tamlıq informasiyanın dərketmə və ya qərar qəbulu üçün yetərli olmasını ifadə edir.
Natamam informasiya səhv qərar qəbuluna səbəb ola bilir.
Dəqiqlik informasiyanın obyektin, prosesin, hadisənin gerçək vəziyyətinə yaxınlıq
dərəcəsini göstərir
23
.
Aktuallıq informasiyanın istifadə məqamı üçün vacibliyini ifadə edir. Bəzən yalnız
vaxtında alınan informasiya yararlı olur.
Yararlılıq (qiymətlilik) informasiyanın konkret istifadəçi ehtiyacını ödəmək
baxımından qiymətləndirilməsini ifadə edir.
Ən qiymətli informasiya
obyektiv, gerçək, tam və aktual olan informasiyadır
24
.
Sosial (ictimai) informasiya əlavə xassələrə də malikdir. Çünki bu, semantik (məna)
xarakterli olub, ətraf dünyanı anlayışlar vasitəsilə təsvir edir. Digər tərəfdən, bu
22
dezinformasiya
23
Bu, ölçü cihazlarının xətası ilə bağlıdır.
24
Lakin nəzərə almaq lazımdır ki, obyektiv və gerçək olmayan informasiya da, məsələn, bədii əsər də
insan üçün çox qiymətli informasiya kimi çıxış edə biləndir.
15
informasiya dil mahiyyətli olub, bir mahiyyəti müxtəlif dillərdə
25
ifadə etməyi mümkün
edir.
Zaman keçdikcə, informasiyanın kəmiyyəti
26
artır, sistemləşdirilir, qiymətləndirilir
və ümumiləşdirilir. Bu, informasiyanın kumulyativ
27
xassəsidir.
İnformasiyanın köhnəlməsi zaman keçdikcə onun qiymətdən düşməsi formasında
baş verir. Mövcud informasiyanı köhnəldən onu tamamlayan və dəqiqləşdirən yeni
informasiyadır. Elmi-texniki informasiya sürətlə, estetik informasiya
28
isə yavaş-yavaş
köhnəlir.
Məntiqilik, yığcamlıq və münasib təqdimat forması informasiyanı asan anlamağa və
mənimsəməyə kömək edir.
Dostları ilə paylaş: