İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə181/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   266
Informatikanin esaslari aze

Bir hücrənin ünvanı. 
Excel  XP
  hücrələrinə  ad,  soyad,  maaş  və  s.  kimi  hərf  və  rəqəm  məlumatları  daxil 
etdikdə, bəzi məlumatların da öz-özünə yaradılmasını və görünməsini istəyə bilərsiniz. Bu 
cür məlumatlar digər mövcud məlumatlarla əlaqələndirilmə yolu ilə yaradıla bilər. Bunun 
üçün  yaradılacaq  məlumatların  digər  məlumatlarla  riyazi  əlaqəsini  qurmaq  və  formullar 
şəklində ifadə etmək lazımdır. 
Formullar məlumatlar arasında əlaqə quraraq yeni məlumatlar yaratmaq üçündür. Bir 
formulun  yazılışında,  hansı  məlumatlarla  əlaqə  qurulacağı,  o  məlumatın  yerləşdiyi 
hücrənin işçi səhifə üzərindəki yeri, yəni, ünvanı göstərilə bilər. 
Yuxarıda  göstərdiyimiz  misalda  alınacaq  maaşı  hesablamaq  üçün  aşağıdakına  uyğun 
bir ifadə yazmağınız lazımdır: 
AlınacaqMaaş = ÜmumiMaaş * 
0.66
 


 
145 
İşçi  səhifədə  məlumatların  yerləşdiyi  hücrələrin  ünvanlarını  nəzərə  alaraq  bu  ifadəni 
aşağıdakı kimi göstərə bilərsiniz: 
E3 = D3 * 0.66 
Bu  ifadə  yalnız  birinci  sırada  yerləşən  şəxs  üçün  münasibdir.  Digər  şəxslər  üçün  də 
oxşar ifadələr yazılmalıdır: 
E4 = D4 * 0.66 
E5 = D5 * 0.66 
Yaxşı,  bu  ifadələri  haraya  və  hansı  formada  daxil  edəcəksiniz?  Belə  hərəkət 
etməlisiniz: 
E3
  hücrəsini  sıxaraq  aktivləşdirməli,  sonra  içərisinə  aşağıdakı  ifadəni  daxil 
etməlisiniz (şəkil 10.): 
= D3 * 0.66 
Göründüyü kimi, burada 
E3
 hücrəsindəki məlumatı yaratmaq üçün sol tərəfindəki 
D3
 
hücrəsində yerləşən məlumatdan istifadə etdiniz. Bu baxımdan deyə bilərik ki, 
Excel XP
-
də hər hansı bir məlumatla əlaqə qurmaq üçün o məlumatın yerləşdiyi hücrənin səhifədəki 
yerindən, adından, ünvanından istifadə etmək lazım gəlir. 
Ünvanlar hücrənin yerləşdiyi sütunun adı və sətir nömrəsinin yan-yana yerləşməsi ilə 
göstərilir. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin