144
Şəkil 9. Sadə bir maaş cədvəli
Bu riyazi əlaqəni qurduqdan sonra, bunu
Excel XP
cədvəlinə çevirmək lazım gəlir.
E
sütununda,
D
sütunundakı hər ümumi maaşın yanında alınacaq maaşı necə
göstərəcəksiniz? Bu əməliyyat əslində çox asanlıqla yerinə yetirilir.
E
sütunundakı uyğun
hücrələrə yuxarıda göstərilən riyazi əlaqəni bir formul şəklində daxil etmək kifayətdir.
Hücrə ünvanlarından və formullardan istifadə etməyin əhəmiyyəti və əslində
Excel XP
-nin əsas məntiqi budur: formul yerləşmiş bir hücrədəki məlumatlar, onun
əlaqələndirildiyi digər hücrələrdəki məlumatlar dəyişdirildiyi zaman avtomatik olaraq
yenidən hesablanır. Məsələn, ümumi maaşların hər hansı biri dəyişdirildikdə, ona uyğun
olan alınacaq maaş da yenidən hesablanacaqdır.
Dostları ilə paylaş: