İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə183/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   266
Informatikanin esaslari aze

Mütləq və nisbi ünvan. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  maaş  cədvəlində  hər  bir  şəxs  üçün  alınacaq  maaş 
formulunu  bir-bir  yazmağa  ehtiyac  yoxdur.  Siz  ilk  formulu  daxil  etdikdən  sonra  altdakı 
hücrələrə bu formulu bir əməliyyatla köçürə bilərsiniz. 
=D3*0.66
  formulunu  aşağıya  köçürdükcə  digər  alınacaq  maaşların  da  avtomatik 
hesablanması  necə  baş  verir?  Əgər  bu  ifadəni  digər  hücrələrə  də  köçürərsinizsə,  onda 
bütün şəxslərin maaşı birinci şəxsin alınacaq maaşı ilə eyni olacaqdır. 
Bu  arada  nisbi  ünvan  anlayışı  ilə  tanış  olaq.  İçərisində  hər  hansı  bir  ünvan  olan 
formulu, məsələn, bir altdakı hücrəyə köçürərsinizsə, formuldakı bütün ünvanlar bir sətir 
artacaqdır.  Yuxarıda  verilən  misala  uyğun 
E3
  hücrəsindəki  formulu 
E4
  hücrəsinə 
köçürərsinizsə, 
E4
 hücrəsinə aşağıdakı formul daxil edilmiş olacaqdır: 
=D4*0.66 
Əgər daha sonrakı hücrəyə köçürərsinizsə, 
=D5*0.66 
olacaqdır. 
Formulun yerləşdiyi yer ilə köçürüldüyü yer arasındakı məsafə əsas rol oynayır. Əgər 
formulu  bir  altdakı  hücrəyə  köçürərsinizsə,  bütün  ünvanlar  bir  sətir  artar,  bir  üstdəki 
hücrəyə köçürərsinizsə, bir sətir azalar. Eyni məntiq sütunlar üçün də uyğundur. Əgər 
E3
 
hücrəsindəki formulu onun sağındakı hücrəyə köçürərsinizsə, 
=E3*0.66 
olacaqdır.  Bu  da  hesabda  yanlış  nəticə  verəcəkdir.  Uyğun  olaraq  formulu  bir  sağdakı 
hücrəyə  köçürərsinizsə,  bütün  ünvanlar  bir  sütun  artacaq,  bir  soldakı  hücrəyə  köçürər-
sinizsə,  bir  sütun  azalacaqdır.  Məsələn, 
E3
  hücrəsindəki  formulu 
G6
  hücrəsinə 
köçürərsinizsə, 
=F6*0.66 
olacaqdır. 


 
148 
Formullarda  istifadə  etdiyiniz  hücrə  ünvanları,  əksi  göstərilmədiyi  halda  nisbi 
ünvanlardır,  yəni,  formulun  olduğu  və  ya  köçürüləcəyi  hücrənin  yerindən  asılıdır.  Əgər 
formulu  başqa  bir  yerə  köçürərsinizsə,  bu  ünvanlar  da  köçürüldüyü  yerə  uyğun  şəkildə 
avtomatik olaraq dəyişəcəkdir. 
İstisna olan nisbi ünvanlar da vardır. Tutaq ki, içərisində 
A1
 ünvanı olan bir formulu 
bir hücrə sağa və ya bir hücrə sola köçürdünüz. Bu ünvan 
IV65536
 da ola bilərdi. Bu halda 
nisbi ünvan aşağıdakı kimi dəyişəcəkdir: 
A1 
əgər bir hücrə sola köçürərsinizsə, 
IV1;
 
A1 
əgər bir hücrə üstə köçürərsinizsə, 
A65536;
 
IV65536 
əgər bir hücrə sağa köçürərsinizsə, 
A1;
 
IV65536 
əgər bir hücrə alta köçürərsinizsə, 
IV1  
olacaqdır.
 
Yəni, buradan aydın olur ki, 
Excel XP
-də 
65536
 nömrəli sətirdən sonra 
1
 nömrəli sətir, 
1
  nömrəli  sətirdən  öncə  isə 
65536
  nömrəli  sətir, 
IV
  sütunundan  sonra 
A
  sütunu, 
A
 
sütunundan öncə isə 
IV
 sütunu gəlir. 
Nisbi  ünvanlar  yuxarıda  göstərdiyimiz  misaldakı  kimi  çox  əlverişli  ola  bilər,  ancaq 
bəzi hallarda bunlardan istifadə etmək məqsədəuyğun deyildir. 
Misalımızı  bir  az  dəyişdirək.  Ümumi  maaş  ilə  alınacaq  maaş  arasında  olan  əlaqədə 
iştirak edən 
0.66
 əmsalını başqa bir hücrəyə daxil edək və dəyişən halına gətirək. Yəni, bu 
əmsalı  dəyişdirməklə  zaman,  onun  yerləşdiyi  hücrə  ünvanının  istifadə  edildiyi  bütün 
formulların  yenidən  hesablanmasını  və  alınacaq  maaşlar  üçün  formulların  avtomatik 
nizamlanmasını  təmin  etməyə  çalışaq.  Əgər  bu  əmsalı ayrı  bir  hücrəyə  yazmasaq, bütün 
formullardakı 
0.66
 əmsalını bir-bir dəyişməli olacağıq. 
Şəkildə  göstərildiyi  kimi  (şəkil  11.),  alınacaq  maaşın  hesablanmasında  istifadə 
ediləcək əmsalı 
A2
 hücrəsinə daxil edib 
E3
 hücrəsindəki formulu aşağıdakı kimi yazın: 
=D3*$A$2 
Əgər formulu 
=D3*A2 
kimi yazarsınızsa, bu halda altdakı hücrələrə köçürdükdə, 
=D4*A3 


 
149 
=D5*A4 
=D6*A5 
ifadələri yaradılacaq və alınacaq maaşlar sıfır olacaqdır. Çünki, 
A3, A4, A5
 hücrələrində 
hər hansı bir qiymət yoxdur və ona görə də uyğun ümumi maaşlar sıfra vurulur. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin