198
yaradıcılarının ehtiyaclarını daha dolğun ödəmək imkanlarına görə
Paradox və
Access
VBİS daha cox fərqlənir.
Əlbəttə, diğər VBİS (məsələn,
Dbase, Clippe, db-VİSTA, Xbase, PROGRESS, DB 2,
Oracle Universal Server, Oracl 7.3, Oracl, Informix Online Dynamic, Navigation Server
və i.a.) də mövcuddur və bunların biri diğərindən tətbiq edilə bildikləri əməliyyat mühiti,
interfeys imkanları, resursların bölüşdürülməsi imkanına malik olub-olmaması, topologiya
imkanlarına, məlumatlar arasında əlaqələrin tipinə və eləcə də bir sıra başqa xüsusiyyət-
lərinə görə fərqlənir.
Qayıdaq VB-yə örnək gətirdiyimiz məsələlərə. Hər hansı ali məktəbin rektorluğu,
dekanlığı, tədris şöbəsi və yataqxana komendantının sorğularını aşağıdakı 5 cədvəlin
köməyi ilə təmin etməyə çalışaq. Bu cədvəlləri şərti olaraq aşağıdakı kimi adlandıraq:
Tələbələr, Mənimsəmə, Yataqxana, Dərs Cədvəli, Müəllimlər.
Tutaq ki, bu cədvəllərdə aşağıdakı məlumatlar əks etdiriləcəkdir.
VB-ni təşkil edən müxtəlif cədvəllər arasında əlaqə yaradılmasından ötrü həmin
cədvəllərdə elə sahələr seçilməlidir ki, onlar unikallıq xassəsinə malik olsunlar. Unikallıq
ondan ibarətdir ki, cədvəldə həmin sahədə giyməti eyni olan iki və daha çox yazı
olmamalıdır. Cədvəllər arasında relyasiya əlaqəsinin yaradılması üçün istifadə edilən bu
cür unikal sahələri ilkin açar adlandırmaq qəbul edilmişdir.
Nəzərdən keçirdiyimiz misalda ilkin açar kimi tələbənin şifri sahəsindən istifadə edilə
bilər. Belə ki, VB-nin cədvəllərində şifri eyni olan iki tələbə olmayacaq.
Ayditoriyaların uçotunun aparılması üçün ilkin açar kimi auditoriyanın nömrəsindən
istifadə etmək arzu edilərdi. Lakin eyni bir auditoriyada müxtəlif vaxtlarda müxtəlif
müəllimlərin müxtəlif qruplarda dərs keçmək imkanına malik olması səbəbindən
auditoriyanın nömrəsi sahəsi Dərs cədvəli və Müəllimlər cədvəllərində unikal sahə kimi
ğötürülə bilməz. Bununla belə, auditoriya və vaxt sahələrinin qiymətlərini birləşdirmək
yolu ilə mürəkkəb ilkin açar düzəltmək və bundan istifadə etməklə Tələbələr cədvəli ilə
Dərs cədvəllərini əlaqələndirmək olar.
Relyasiya tipli VB işlənib hazırlanarkən əlaqəni istiqamətləndirən cədvəli əsas
cədvəl, əlaqə istiqamətlənən cədvəli isə tabe cədvəl adlandırmaq qəbul edilmişdir. Bizim
misaldakı tələbələr-mənimsəmə, tələbələr-yataqxana cədvəllərindəki əlaqələrdə tələbələr
əsas cədvəllərdir.
Dostları ilə paylaş: