İsa Musayev, Mətləb Əlizadə


 Mətni axtarış texnologiyaları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə229/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   ...   266
Informatikanin esaslari aze

 
8.8. Mətni axtarış texnologiyaları 
8.8.1. Mətni axtarış texnologiyalarının əsasları 
Cəmiyyətdə  informasiya  mübadiləsi  əsas  etibarı  ilə  mətn  formasında  həyata 
keçirilir.  Buna  görə  də  müasir  informasiya  sistemlərinin  informasiya  resurslarının 
olduqca böyük hissəsini mətn informasiyası təşkil edir. 
İnformasiya  sistemlərinin  ilk  inkişaf  mərhələlərindən  mətn  informasiyasının 
səmərəli  saxlanması,  emalı  və  axtarışı  texnologiyalarının  işlənib  hazırlanmasına  xüsusi 
diqqət yetirilmişdir. 
Mətn  informasiyası  ilə  işləyən  informasiya  sistemləri  arasında  ən  geniş  yayılmış 
mətni  axtarış  sistemləridir.  Bunların  vəzifəsi istifadəçini  maraqlandıran təbii dildə  olan 
sənədləri  kompüterdə  saxlanan  mətn  sənədləri  kolleksiyasından  tapıb  təqdim  etməkdən 
ibarətdir.  Mətni  axtarış  sistemlərinin  inkişafı  elmi-tədqiqat  və  təhsil  sferalarında  avto-
matlaşdırılmış kitabxana sistemlərinin yaranmasına səbəb oldu. 
Son illərdə isə bu sistemlər daha geniş diapazonda tətbiq edilir.  
Ötən  əsrin  50-ci  illərində  yaradılan  ilk  avtomatlaşdırılmış  informasiya  sistemləri 
başlıca  olaraq  informasiya  axtarışını  reallaşdırdığına  görə,  informasiya-axtarış  sistemi 
adlanırdı. Bunlar 2 yerə: sənədli və faktoqrafik axtarış sistemlərinə bölünürdü ki, bunla-
rın haqqında yuxarıda bəhs edilmişdir. 
Mətni  axtarış  texnologiyalarında  təbii  dilin  emalı  əhəmiyyətli  yer  tutur.  Bu,  təbii 
dildəki  mətnin  kompüter  tərəfindən  dərki,  təhlili  və  mətn  üzərində  müxtəlif  əməliyyat-


 
200 
ların icrası, həmçinin mətnin kompüter yaddaşına generasiyası ilə bağlı işləri əhatə edir. 
Bu məsələlər isə süni intellekt sahəsinə aiddir.  
Müasir  mətni  axtarış  texnologiyalarında  mətni  təhlil  etmək  üçün  təkcə  linqvistik 
aparat  deyil,  həmçinin  statistik  metodlar,  riyazi  məntiq  və  ehtimal  nəzəriyyəsi,  klaster 
təhlili, süni intellekt metodları və verilənlərin idarə edilməsi texnologiyaları tətbiq edilir. 
İnformasiya  supermagistralı  üzrə  işlər,  xüsusilə  də,  1990-cı  illərin  ortalarında  bir 
sıra dünya ölkələrində meydana çıxan elektron kitabxanalar mətni axtarışa marağı kəskin 
şəkildə  artırdı.  Qlobal  kompüter  şəbəkələrində,  Veb-də  mətni  axtarış,  multidilli  axtarış 
istiqamətləri yarandı.  
50  illik  tarixi  ərzində  deskriptorlu  informasiya-axtarış  sistemlərindən  tammətnli 
axtarış sistemlərinədək böyük bir inkişaf yolu keçilmişdir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin