İsa Musayev, Mətləb Əlizadə


 Veb-in informasiya resursları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə248/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   244   245   246   247   248   249   250   251   ...   266
Informatikanin esaslari aze

8.9.2. Veb-in informasiya resursları 
Veb-in  informasiya  resursları  hipermətn  konsepsiyasına  əsasən  təşkil  edilir.  Bu 
konsepsiyanın məğzi ondan ibarətdir ki, Veb mühitində təqdim edilən sənədlər əlahiddə 


 
210 
və  bölünməz  tam  deyildir.  Burada  informasiya  resursu  vahidi  kimi  həm  bütövlükdə 
sənəd,  həm  də  onun  əvvəlcədən  işarələnmiş  fraqmentləri  götürülə  bilir.  Bundan  əlavə, 
veb-serverdə  sənədlər  və  ya  fraqmentlər  arasındakı  hiperiqtibaslar  əvvəlcədən  təyin 
edilmiş  şəkildə  olur.  Bu  qayda  ilə  sənədlərin  mürəkkəb  strukturu  yaradılır.  İstifadəçi 
istədiyi sənədə və ya fraqmentə istədiyi ardıcıllıqla baxa bilir.  
Hipermətn dedikdə, bir-biri ilə hiperiqtibas adlanan məzmun əlaqələri olan sənədlər 
çoxluğu nəzərdə tutulur. Hipermətn elə   mürəkkəb strukturlaşdırılməş mətndir ki, onun 
strukturu  istifadəçiyə  görünür.  Hipermətnlə  işləmək  üçün  veb-brauzer  adlanan 
proqramdan istifadə edilir. Adi mətn xətti quruluşlu olduğundan, ona əvvəldən-axıra və 
ya axırdan-əvvələ  ardıcıl baxmaq olar. Lakin hipermətn qeyri-xətti quruluşludur. Buna 
görə  hipermətnə  istənilən  qaydada  baxmaq  mümkündür.  Bu  xassəsinə  görə,  hipermətn 
elektron lüğətlərin, ensiklopediyaların, dərsliklərin və s. qurulması üçün çox səmərəlidir. 
Hipermətn  ideyası  ilk  dəfə  ABŞ  prezidenti  T.  Ruzveltin  elm  üzrə  məsləhətçisi  V. 
Buş tərəfindən irəli sürülsə də, yalnız 20 il sonra, 1965-ci ildə amerika alimi T.Nelson 
tərəfindən reallaşdırıldı. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin