İsa Musayev, Mətləb Əlizadə


Hipermətnlərin  ötürülməsi  protokolları  (HTTP)



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə251/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   266
Informatikanin esaslari aze

Hipermətnlərin  ötürülməsi  protokolları  (HTTP).  Bu,  müştəri  ilə  Veb-server 
arasında  informasiya  mübadiləsi  qaydasını  təyin  edən  etalon  modelin  tətbiqi  səviyyə 
protokoludur. Müştəri sorğusuna cavab verilməsi başa çatan kimi protokol serveri növbəti 
sorğuya yönəldir. 
Universal  şlüz  interfeysi  (CGL).  Bu,  veb-serveri  müxtəlif  xarıcı  proqramlara, 
məsələn VBİS-ə qoşmağa imkan verir.       
 
8.9.4. Veb informasiya resurslarına müraciət 
Veb-serverdə  saxlanan  informasiya  resursunun  əsas  vahidi  HTML-səhifəsidir.  Bu 
səhifələrin  hər  biri  ayrıca  URL  qiymətinə  malikdir  ki,  bu  qiymət  də  həmin  səhifənin 


 
212 
İnternetdə  yerini  təyin  edir.  HTML-səhifəsinə  müraciət  həmin  səhifənin  əsasını  təşkil 
edən  HTML  faylına  müraciət  kimidir.  Bu  səhifədəki  digər  qurulmuş  komponentləri 
(şəkilləri, audio-video verilənləri və s.) brauzer istifadəçi üçün şəffaf çağırır.  
Veb  informasiya  resursları  paylanmış  qarşılıqlı  əlaqəli  hipermediya  HTML-
səhifələri şəbəkəsi təşkil edir ki, bu şəbəkənin də zirvəsi (baş səhifəsi) HTML-səhifəsi və 
onun fraqmentləri, budaqları isə HTML-səhifələrindəki nişanlama teqləri ilə təyin edilən 
hiperiqtibaslardır.  Bu  və  ya  digər  veb-saytın  informasiya  resurslarına  müraciət  adətən 
həmin  saytın  ―ev  səhifəsi‖nə  müraciətlə  başlanır,  sonra  isə  naviqasiya  əlaqələrinin 
köməyi  ilə  davam  etdirilir.  Veb-dəki  informasiya  resurslarının  əksəriyyəti  bütün 
istifadəçilər üçün açıqdır. Bəzi hallarda müəyyən resurslara müraciət üçün əvvəlcə veb-
serverdə  qeydiyyata  düşmək  lazım  gəlir.  Elə  resurslar  da  vardır  ki,  onlara  müraciət 
xüsusi  səlahiyyət  (parol)  tələb  edir.  VB  məhz  belə  resurslardandır.  Bu  resurslara 
müraciət  Veb-in  axtarış  maşınlarının  köməyi  ilə  həyata  keçirilir.  Axtarış  servislərinə: 
AltaVistaЯndex və s. misal göstərilə bilər. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin