İsa Musayev, Mətləb Əlizadə


 Veb texnologiyalarının baza standartları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə249/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   245   246   247   248   249   250   251   252   ...   266
Informatikanin esaslari aze

 
8.9.3. Veb texnologiyalarının baza standartları 
Artıq qeyd edildiyi kimi, Veb ―müştəri  – server‖ arxitekturası ilə yaradılmış geniş 
istifadəçilər  çoxluğuna  bircins  olmayan  aparat-proqram  platformalarında  sadə  müraciət 
təmin edən informasiya-kommunikasiya sistemidir. Bu sistemi yaratmaq üçün: informa-
siya  resurslarının  təqdimatı  vasitələrini;  həmin  resursların  təkrarsız  identifikasiyası 
üsullarını;  və  müştəri  ilə  server  arasında  informasiya  mübadiləsi  prosedurlarını  stan-
dartlaşdırmaq lazım gəlmişdir. 
Veb  üçün  yaradılan  standartlara:  hipermətn  dili  olan  HTML  (Hypertext  Markup 
Language), universal resurs lokatoru (göstəricisi)  URL (Universal Resource Locator) və 
hipermətnlərin  ötürülməsi  protokolları  HTTP  (Hypertext  Transfer  Protocol)  misal 
göstərilə bilər. Bundan əlavə, veb-serverin funksiyalarının genişləndirilməsi imkanlarını 
təmin etmək üçün universal şlüz interfeysi  CGL (Common Gateway İnterface) standartı 
yaradılmışdır.  
HTML  dili.  Bu,  nişanlama  (разметка)  dilləri  kateqoriyasına  aiddir.  Bu  dillər 
müəyyən  mətndə  bu  və  ya  digər  dildə  ayırıcı  işarələr  yerləşdirməyə  imkan  verir  ki, 
həmin  işarələrin  köməyi  ilə  mətnin  fraqmentlərini  ayırmaq  mümkün  olur.  Bu  prosedur 


 
211 
mətnin  nişanlanması  adlanır.  İlk  nişanlama  dili  1970-ci  ildə  yaradılmış  Tex  dilidir.Bu, 
riyaziyyat,  fizika  və  informatika  sahəsindəki  nəşrləri  səhifələməyə  imkan  verir.  Digər 
nişanlama  dili  1986-cı  ildə  beynəlxalq  standart  statusu  almış  SGML  (Standard 
Generalized  Markup  Language)  dilidir  ki,  HTML  bunun  əsasında  yaradılmışdır.  Bu  dil 
teq  adlanan  xüsusi  işarələr  yığımına  malikdir.  HTML  dilinin  teqləri  ilkin  mətni 
nişanlamağa  və  kompüter  ekranında  təqdim  etməyə  imkan  verir.  Teqlər  adətən  cüt 
olurlar:  açılan  və  bağlanan  teqlər  vardır.  Beləliklə,  teqlərlə  nişanlanmış  HTML  mətni 
teqlərlə  ayrılmış  fraqmentlərin  iyerarxik  ardıcıllığından  ibarətdir.  Serverdəki  HTML 
mətninə müraciət Java dilində yazılmış Java-aplet adlanan  kiçik proqramın köməyi ilə 
həyata  keçirilir.  HTML  teqləri  ilə  nişanlanmış  mətn  adi  mətn  faylıdır.  Bu  fayl  UNİX 
platformasında  html,  MS  Windows  platformasında  isə  htm  kimi  genişləndirməyə 
malikdir. HTML fraqmenti məzmun mahiyyəti daşımır. Bu, yalnız formatlı nişanlamadır 
və  səhifənin  müştəri  kompüterinin  ekranında  təqdimatı  üçündür.  Hal-hazırda  istifadə 
edilən versiya (HTML 4.01 1999-cu ildə bəyənilmişdir). 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin