119
Hesablayıcı şəbəkələrin meydana çıxması yeni tip məsələlər yaratdı. Fərdi
kompüterlər arasında şəbəkə rabitəsini təmin edən şəbəkə örtükləri
150
istifadəyə verildi.
Şəbəkə funksiyalarının daxil edilməsi ƏS-in inkişafında mühüm rol oynadı.
Windows NT
və
UNIX belə yarandı. Bu əməliyyat sistemləri həm ayrıca kompüterin, həm də
şəbəkənin fəaliyyətini təmin edir. Şəbəkə ƏS-ləri şəbəkədəki bütün kompüterlərin fayl
fəzalarını vahid fayl fəzası kimi istifadə edir. Yəni, istifadəçi öz kompüterində nə edə
bilirsə, onu şəbəkədə də edə bilir. Şəbəkə ƏS-ləri çoxistifadəçili sistemlər olduğundan,
hansı proqramın hansı kompüterdən işə buraxıldığını, fayl sistemindən açılmış fayldan
kimin iştifadə etdiyini izləmək lazım gəlir. Bu zaman ƏS həmin istifadəçinin açılmış
fayla müraciət hüququnun olub-olmadığını yoxlayır və istifadəçi prioritetini nəzərə alır.
Dostları ilə paylaş: