2.2. İnformasiynın kəmiyyət xarakteristikaları 2.2.1 İnformasiyanın texnikada ölçülməsi. Texnikada
29
informasiyanın kəmiyyəti
dedikdə, kodlaşdırılan, ötürülən və ya saxlanılan simvolların sayı nəzərdə tutulur. Yəni
burada həcm ön plana çəkilir və məzmun nəzərə alınmır.
Hesablayıcı texnikada 2 standart ölçüdən – bit və baytdan istifadə edilir. Bit minimal informasiya vahididir ki, bu da iki haldan birinin seçilməsinin nəticəsini ifadə
edir. Bayt 8 bitlik standart vahiddir. Adətən mətnin bir simvolunu təqdim etmək üçün
istifadə edilir.