164
Şəkil 23.
File (Файл
– Fayl) Menyüsu,
Open (Открыть
– Aç) dialoq pəncərəsi
Dialoq pəncərəsinin üzərindəki
Folder (Папка
– Qovluq) düyməsini sıxmaqla yeni
qovluq yarada, nəzərdə tutduğunuz faylları qovluğun içinə yerləşdirə və qovluğu qeyd
etməklə onun daxilində olan istənilən faylı seçib aça bilərsiniz.
Dialoq pəncərəsində
File Type (Тип Файлов
– Faylların tipi) siyahısını açmaqla əks
olunacaq faylların sayını məhdudlaşdırmaq olar.
File (Файл
– Fayl) menyüsündən
Open Recent (Открыть Последний
– Sonuncunu
Ac) əmrini seçməklə son istifadə etdiyiniz faylı sürətlə açıb, ona baxış keçirə bilərsiniz.
Əmr seçilərkən açılmış yardımçı menyüdə son redaktə olunmuş faylların siyahısı
görünəcəkdir.
File (Файл
– Fayl) menyüsündən
Open As (Открыть Как
– Yeni Adla Aç) əmrini
seçsəniz, istifadə etdiyiniz fayl yeni formatda yaddaşa yazılacaqdır.
Son redaktə edilmiş faylı cəld açmaqdan ötrü
File (Файл
– Fayl) menyüsündən
Open
Recent (Открыть предыдущие
– Öndəkini Aç) əmrinin seçilməsi kifayətdir. Əmr seçilən
kimi masaüstünə son redaktə edilmiş faylların siyahısı olan yardımçı menyü açılacaqdır.
Fayllardan istənilən birini açmaq üçün fayl seçilməlidir.
Dostları ilə paylaş: