165
Proqram məhsullarını yayılma xarakterinə görə, sərbəst yayılan, şərti sərbəst
yayılan və kommersiya proqram təminatına bölürlər.
Müftə proqramlar (
freeware) istehsalçı tərəfindən pulsuz yayılır və istifadəçi bu
proqram mətni üzərində dəyişiklik edə bilir. Şərti sərbəst yayılan proqramlar (
shareware)
da pulsuz yayılır. Lakin istifadəci ondan kommersiya məqsədi ilə istifadə etməmək
barədə öhdəlik götürür. Kommersiya proqramları adi bazar məhsullarıdır. Proqram
bazarının artıq 40 ildən artıq yaşı vardır. 1969-cu ildə
İBM firması özünün proqram
məhsullarını satışa çıxardı.
Səmərəli və rəqabətqabiliyyətli fəaliyyət göstərmək istəyən ixtiyari müəssisə
proqram təminatını satın almağa məcburdur.
Proqram məhsulu dedikdə, müəyyən funksiyaların icrası üçün yaradılmış qarşılıqlı
əlaqəli proqramlar yığımı (proqram paketi) nəzərdə tutulur.
Proqram bazarındakı məhsulları 3 əsas qrupa bölürlər: sistem proqramları, proqram
tərtibi sistemləri və tətbiqi proqramlar.
Sistem proqramlarına ƏS, utilitlər, drayverlər və s aiddir. Bunları adətən bazara
kompüter istehsalçıları göndərir.
Proqram tərtibi sistemləri proqramların layihələşdirilməsi, tərtibi və sazlanmasını
avtomatlaşdırmaq üçündür. Buraya: kompilyatorlar, VBİS-lər, proqram generatorları,
redaktorlar, sazlayıcılar və s. texnoloji vasitələr aiddir.
Tətbiqi proqram paketləri (TPP) müəyyən tətbiq oblastına (məsələn, iqtisadiyyata,
texnikaya, tibbə və s.), və ya müəyyən fəaliyyət növünə aid məsələləri həll etmək
üçündür
173
. Proqram təminatı 10 min dollardan bir neçə 100 min dollaradək
dəyərləndirilir.
Dostları ilə paylaş: