İsa Musayev, Mətləb Əlizadə


Bölmə 7. Kompüter şəbəkələrinin arxitekturası



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə196/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   266
Informatikanin esaslari aze

 
Bölmə 7. Kompüter şəbəkələrinin arxitekturası 
7.1.Kompüter şəbəkələri haqqında ümumi anlayış və onların təyinatı 
 
Kompüter şəbəkəsi dedikdə, rəqəm ötürən rabitə xətləri ilə birləşdirilmiş və bir-biri 
ilə  informasiya  mübadiləsi  edən  kompüterlər  qrupu  nəzərdə  tutulur.  Şəbəkədə  birləş-
dirilmiş  kompüterlər  müxtəlif  coğrafi  nöqtələrdə  yerləşə  bilər.  Kompüter  şəbəkəsi  ilə 
çoxmaşınlı  kompleksi  eyniləşdirmək  olmaz.  Çünki  çoxmaşınlı  kompleksə  daxil  olan  hər 
                                                 
173
 
mətn redaktorları, elektron cədvəllər sistemləri, qrafik paketlər, statistik paketlər və s.
 


 
166 
bir  maşın  vahid  hesablama  prosesində  ayrıca  bir  iş  görür.    İstənilən  kompüter  miniatür 
çoxmaşınlı kompleksdir. Çünki kompüterin tərkibinə müxtəlif kontrollerlər və adapterlər 
daxildir ki, bunların da hər birinin özünəməxsus funksiyası, prosessoru və yaddaşı vardır. 
Çoxmaşınlı  kompleks  həm  də  özünü  iri  maşın  (maynfreym)  kimi  aparır.  Çünki  onun 
tərkibində  xarıcı  qurğuların  idarə  edilməsi  kimi  köməkçi  funksiyalar  icra  edən  köməkçi 
kompüterlər  vardır.  Çoxmaşınlı  kompleksdən  fərqli  olaraq  şəbəkədə    birləşdirilmiş 
maşınların  icra  etdikləri  funksiyalar  əvvəlcədən  məlum  deyil,  şəbəkənin  quruluşu  dəyişə 
biləndir  və  müxtəlif  proseslərdə  kompüterlərin  qarşılıqlı  fəaliyyəti  müxtəlif  ola  bilir. 
Şəbəkənin  işi  yalnız  kompüterlər  arasında  informasiya  mübadiləsini  reallaşdırmaqdan 
ibarət olur.  
Kompüterlərin  şəbəkədə  birləşdirilməsi  meyli  bir  sıra  obyektiv  səbəblərlə,  o 
cümlədən,  iqtisadiyyatın  qloballaşdırılması,  işgüzar  fəaliyyətin  və  dövləti  işlərin  idarə 
edilməsi  səviyyəsinin    yüksəldilməsi,  informasiya  xidmətinin  yeni  növlərinin  meydana 
çıxması ilə bağlıdır.  
Müəssisədəki  kompüterlərin  birləşdirilməsi  və  şəbəkə  aşağıdakı  üstünlüklərə 
malikdir: 
 
iş  yerlərində  icra  edilən  idarəetmə  əməliyyatları  bir  proqramla,  vahid  qayda  və 
vahid vasitələrlə həyata keçirilir
 
şəbəkədən  istifadə  edilməsi  zamanı  müəssisənin  bütün  verilənləri  bir  (bəzən  bir 
neçə) kompüterdə  yerləşdirilir  ki,  bu  da  həmin  verilənlərə bütün  iş  yerlərindən  müraciət 
etmək imkanı verir; 
 
disk yaddaşına qənaət edilir
 
sistemə daxil edilən informasiya həmin andan etibarən  bütün istifadəçılər üçün də 
əlçatan olur; 
 
çoxistifadəçili rejim təmin edilir; 
 
periferiya qurğularından (printerdən və maqnit diskindən) şərikli istifadə edilir. 
Sadalanan  bu  funksiyalar  proqramların  paylanması,  verilənlərin  paylanması  və 
kompüter  resurslarının  paylanması  adlanır.  Şəbəkədə,  həmçinin  prosessor  resursları  da 
paylana bilir. Yəni, zəif kompüter güclü kompüterin resurslarından istifadə edə bilir.  
Kompüter şəbəkələri lokal, regional və qlobal olur. 


 
167 
Lokal hesablayıcı şəbəkələr (LAN - Local Area NetWork) məhdud  məkanda (1 km-lik 
radiusda) yerləşən bir müəssisəyə aid kompüterləri birləşdirir.  
Regional  hesablayıcı  şəbəkələr  (WAN  –  Wide  Area  NetWork)  ərazi  və  ya  tabeçilik 
əlaməti üzrə birləşdirilmiş bir neçə lokal şəbəkədən yaranır. 
Qlobal  hesablayıcı  şəbəkələr  (GAN  –  Global  Area  NetWork)  müxtəlif  ölkələrdə  və 
müxtəlif  kontinentlərdə  yerləşən  təşkilatların,  firmaların,  elmi  idarələrin  və  ya  şəxslərin 
kompüterlərini birləşdirir.  
Şəbəkə  proqram  təminatının  təşkilinə  2  yanaşma  mövcuddur:  mərkəzləşdirilmiş 
idarəetmə ilə təşkil edilən şəbəkələr və birsəviyyəli şəbəkələr. 
Mərkəzləşdirilmiş  idarəetmə  ilə  təşkil  edilən  şəbəkələrdə  informasiya  mübadiləsini 
idarə  etmək  üçün  ayrıca  bir  və  ya  bir-neçə  kompüter  olur.  Buna  mərkəzi  server  deyilir. 
Serverdə  şəbəkə  dispetçeri  vardır  ki,  bu  da  şəbəkənin  etibarlı  və  təhlükəsiz  işləməsini 
təmin edir. Qalan kompüterlər işçi stansiyalardır. 
Server 3 əsas funksiya icra edir: 
 
şəbəkənin konfiqurasiyası (quruluşu) barədə məlumatı, sistem  cədvəllərini və tez-
tez istifadə edilən proqramları saxlayır; 
 
bir işçi stansiyadan digərinə ötürüləcək informasiyanı qəbul edir; 
 
digər şəbəkələr üçün şlüz (ötürücü qurğu) xidməti göstərir. 
Server  ayrılmış  və  ayrılmamış  ola  bilir.  Ayrılmış  server  işçi  stansiya  kimi  işləmir. 
Ayrılmamış server həm də işçi stansiya kimi işləyir. Bu halda şəbəkənin məhsuldarlığı və 
etibarlılığı aşağı düşür.  
Ümumi  təyinatlı  sistem  vasitələri  çox  hallarda  serverdə  saxlanır  ki,  bu  da  işçi 
stansiyaların yaddaşından səmərəli istifadə edilməsinə imkan verir.  
Birsəviyyəli  şəbəkələrdə  ayrıca  server  olmur.  Şəbəkənin  idarə  edilməsi  funksiyaları 
işçi  stansiyalar  arasında  paylanır.  Lakin  bu  halda  sistem  cədvəlləri  bütün  kompüterlərə 
yazılır. Bu şəbəkələr nisbətən azməhsuldar olsa da, istismarı sadədir. 
Şəbəkənin  ən  mühüm  cəhəti  konfliktli  situasiyaların  həlli  metodları  ilə  seçilir.  Bu 
məqsəd üçün şəbəkələrin çoxu prioritet sistemindən istifadə edir. 
İcra  etdiyi  funksiyadan  asılı  olaraq,  server  müxtəlif  cür  adlandırılıa  bilir.  Məsələn, 
telekommunikasiyalar serveri lokal şəbəkə ilə digər şəbəkələr arasında əlaqə yaradır. Buna 
görə  də  bu  server  xəbərlərin  marşrutlaşdırılmasını  və  gəlib-gedən  informasiyanın 


 
168 
buferləşdirilməsini  təmin  etməlidir.  Hesablayıcı  server  işçi  stansiyaların  gücü  çatmayan 
hesablamaları  aparmaq  üçündür.  Disk  serveri  geniş  xarıcı  yaddaş  resurslarına  malik 
olmaqla, işçi stansiyalara əlavə yaddaş xidməti göstərmək üçün qurulur.  
Bu  bölgü  yalnız  funksional  bölgü  olduğundan,  real  həyatda  bir  kompüterdə  həm 
kommunikasiya  serveri,  həm  verilənlər  bazası  serveri,  həm  poçt  serveri  və  həm  də  işçi 
stansiya təşkil etmək mümkündür. 
Verilənlər  bazası  serveri  üçün  isə  bir  neçə  kompüter  ayırmaq  mümkündür.  Lakin 
bütün bu kompüterlərə funksional aspektdə vahid kompüter kimi baxılacaqdır.  
Şəbəkə  həm  də  müxtəlif  proqram  və  altproqramların  qarşılıqlı  fəaliyyətini  təmin 
etdiyindən, həmin proqramların hansı kompüterlərdə yerləşməsindən çox şey asılıdır. Yəni 
elə etmək lazımdır ki, şəbəkə boyu ötürülən informasiyanın həcmi minimum olsun.  
―Müştəri  –  server‖  texnologiyasında  funksiyalar  və  informasiya  xidməti  müştəri 
(informasiya  istifadəçisi)  ilə  server  (informasiya  sahibi)  arasında  elə  paylanır  ki,  şəbəkə 
üzrə  informasiya  ötürülüşü  minimum  olsun.  Bu  texnologiyada  müştəri  serverə  sorğu 
göndərir. Sorğuda tələb olunan informasiyanın xarakteri və həcmi, həmçinin verilənlərin 
təşkili forması göstərilir. Bunun əsasında lazımi informasiyanı server verilənlər bazasında 
axtarır,  tapır  və  tələb  olunan  formada  dəyişdirir,  alınmış  nəticə  müştəriyə  ötürülür.  Bu 
texnologiyada  interfeys  proqramları  müştəri  kompüterdə,  sorğunu  işləyən  sistem 
proqramları isə serverdə işləyir. 
Global,  regional  və  lokal  şəbəkələrin  geniş  yayılması,  xüsusilə  İNTERNET-in 
meydana  çıxması  bir  sıra  yeni  xidmətlərin  yaranmasına  səbəb  oldu  ki,  bunlardan  da  ən 
populyarı  elektron  poçtdur.  Bununla  yanaşı,  verilənlərin  şəbəkə  vasirəsilə  ötürülməsi, 
uzaqdakı  verilənlər  bazasına  və  proqramlara  müraciət,  telekonfransların  keçirilməsi, 
İnternet  vasitəsilə  telefon  zənglərinin  icrası  mümkün  olmuşdur.  İnternet  artıq  bir  sosial 
hadisə olaraq müasir cəmiyyətin həyat ukladlarının hamısına televiziya qədər güclü təsir 
göstərməkdədir.  

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin