C=30
E=25
B=20
F=10
A=10
D=5
1
5
0
1
2
5
0
1
4
5
0
1
5
5
0
1
100
1
0
24
Bölmə 3. İnformasiya emalının texniki vasitələri
3.1. Ədədi informasiya emalı qurğuları
―Suanpan‖ adlı ilk ədədi informasiya emalı qurğusu bizim eranın 190-cı ilində Çində
yaradılmışdır. Bu barədə məlumat Syuy Yuenin ―Şuşu tcizii‖ adlı kitabında verilmişdir.
Bu qurğunu 12-ci əsrdə yaradılmış indiki ―çötkə‖nin ulu əcdadı hesab etmək olar.
―Çötkə‖ Rusiyaya, bəzi mənbələrə görə, 14-cü əsrdə, digər mənbələrə görə isə 17-18-ci
əsrlərin qovşağında tacirlər tərəfindən gətirilmişdir.
―Soroban‖
40
adlı ədədi informasiya emalı qurğusu 1400-cü ildə Yaponiyada
yaradılmışdır. Buna abak da deyilir. ―Soroban‖ orta əsrlərdə Çindən Yaponiyaya gətirilmiş
―Suanpan‖ əsasında düzəldilmiş qurğudur. ―Soroban‖ ən müasir kompüterlərlə təchiz
edilmiş Yaponiyada bugün də istifadə edilir. 1500-cü ildə Leonardo da Vinçi Yapon
abakının modifikasiyası olan cəmləyici qurğu düzəltmişdir. 10 dişli çarxlardan qurulmuş
bu qurğu 13 mərtəbəli ədədləri cəmləyə bilirdi.
1617-ci ildə Neper hesab əməllərinin icrasını asanlaşdıran riyazi tirlər yığımı ixtira
etmişdir. Tirlərin üzərində 0-dan 9-dək rəqəmlər və bunların hasilləri olan ədədlər
yazılmışdır. Vurma əməlini icra etdikdə, üzərində uyğun rəqəmlər yazılmış tirlər yanaşı
elə düzülür ki, tirlərin yan üzlərində nəticə görünür. Bu qurğu ilə bölmə və kvadrat
kökalma əməllərini icra etmək mümkün idi.
1622-ci ildə ingilis həvəskar-riyaziyyatçısı Uilyam Otred ədədi informasiyanın emalı
üçün dairəvi loqarifm xətkeşi yaratdı. Bunun sadəliyinə baxmayaraq mürəkkəb
hesablamalar aparmağa imkan verirdi.
Şikkard 1623-cü ildə cəmləyici maşın yaratmışdır. Bu, 6 mərtəbəli ədədlər üzərində 4
hesab əməlini yerinə-yetirirdi.
1642-ci ildə Paskal ədədi informasiyanın emalı üçün dişli çarxlardan yığılmış
hesablayıcı maşın düzəltdi.
1694-cü ildə Leybnis mexaniki kalkulyator yaratdı.
1804-cü ildə Jozef Mari Jakkar perfokartla işləyən toxucu dəzgahı düzəltdi.
Perfokartlar seriyası naxışları təyin edirdi. Bu proqramlaşdırma tarixində ilk və çox vacib
addım idi.
40
Yaponca ―hesab taxtası‖ deməkdir.
25
1820-ci ildə Tomas arifmometri meydana çıxdı. Bu, Leybnis maşınının iş prinsipinə
əsaslanan ilk seriyalı istehsal edilən hesablayıcı maşın idi.
1830-cu ildə Bebbic ilk universal avtomat hesablayıcı maşın yaratdı. Bu maşın müasir
EHM-lərin bütün əsas hissələrinə malik idi.
1874-cü ildə Peterburqlu mexanik V.Odner yeni arifmometr yaratdı. ―Feliks‖
arifmometri Odner maşınının modifikasiyası idi.
1983-cü ildə müxtəlif növ informasiyanın emalı üçün universal elektron qurğunun
yaradılması barədə məlumat verildi ki, bu qurğu da müasir fərdi kompüterlər idi.
2000-ci ildə informasiya emalının ―ağılda‖ emalı üçün qurğu yaradıldığı barədə
məlumat verildi.
Bizim eradan əvvəl 500-4200 il əvvələ aid mağara divarlarında qrafik informaiyanın
qeyd edilib saxlanması həyata keçirilmişdi.
Hər şey ondan başladı ki, çoxmərtəbəli tam ədədləri maşında heç olmazsa, toplamaq
(cəmləmək) mümkün olsun. 1500-cü ilə yaxın Leonardo da Vinçi 13 mərtəbəli cəmləyici
qurğunun eskizini hazırladı. İlk cəmləyici maşını 1642-cii ildə Blez Paskal yaratdı. Bu
maşın 8 mərtəbəli ədədləri cəmləyə bilirdi. O vaxtdan 250 il sonra, yəni 19-cu əsrin əvvə-
lində bir-sıra elm sahələrinin, o cümlədən, riyaziyyatın, mexanikanın, astronomiyanın,
mühəndis elmlərinin, naviqasiyanın, həmçinin praktiki fəaliyyət sahələrinin o zamana
qədər görünməmiş inkişafı çoxsaylı və mürəkkəb hesablamalar aparılmasına kəskin
ehtiyac yaratdı ki, bu da müvafiq texnika ilə silahlanmamış insanın imkanı xaricində idi.
Bu mexaniki hesablayıcı qurğunun yaradılması və təkmilləşdirilməsi üzərində həm
dünyanın ən görkəmli alimləri, həm də adları tarixə düşməyən minlərlə istedadlı insanlar
ömür sərf etmişlər.
Hələ 20-ci əsrin 70-ci illərinədək mağazalarda mexaniki arifmometrlər və onların
yaxın qohumu olan elektromexaniki hesablayıcı maşınlar satılırdı. Bu maşınlar tamamilə
başqa səviyyəli texnika olan və adi dildə EHM
41
adlandırılan avtomatik rəqəm hesablayıcı
maşınlarla (ARHM) uzun müddət yanaşı istifadə edilmişdi.
ARHM-in tarixi 20-ci əsrin birinci yarısına gedib çıxır və ingilis riyaziyyatçısı və
mühəndisi Çarlz Bebbicin adı ilə bağlıdır. Belə ki, 1822-ci ildə Ç.Bebbic ilk ARHM-ın
layihəsini verdi və 30 illik təkmilləşdirmə nəticəsində ilk ―analitik maşın‖ yaradıldı.
41
Hərçənd ki, bu adlar o qədər də uyğunlaşmırlar
26
―Analitik maşın‖ın yaradılması prinsipləri hesablayıcı texnikanın təməl prinsiplərinə
çevrildi. Bu prinsiplər aşağıdakılardan ibarətdir:
1.
Əməliyyatların avtomatik icrası.
2.
İşə buraxılan proqram üzrə işləmək.
3.
Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın
42
) olması.
Əməliyyatların avtomatik icrası. İrihəcmli hesablamaların icrası üçün təkcə hər bir
hesab əməlinin cəld icrası əhəmiyyətli deyil, həm də bu əməllər arasında insan müdaxiləsi
tələb edən fasilələr olmamasıdır. Halbuki, müasir kalkulyatorların əksəriyyəti hesab
əməllərini kifayət qədər cəld icra etsə də, bu tələbə cavab vermir. Yəni icra edilən əməllər
dayanmadan ardıcıl icra edilməlidir.
İşə buraxılan proqram üzrə işləmək. Əməliyyatların avtomatik icrası üçün proqram
icraçı qurğuya əməliyyatların icra sürətinə bərabər sürətlə daxil edilməlidir. Bu məqsədlə
Ç.Bebbic proqramın əvvəlcədən perfokartlara
43
yazılmasını və sonra maşına daxil
edilməsini təklif etmişdi.
Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın
44
) olması. Bu inqilabi
ideyalar onların mexaniki texnika əsasında reallaşdırılmasının mümkün olmaması
ucbatından xeyli gözləməli oldu. Belə ki, ilk elektrik mühərriki 50 il sonra, ilk elektron
lampası isə 100 il sonra yaradıldı. Ötən 100 il ərzində az qala tamamilə unudulmuş bu
ideyalar növbəti 100 illikdə yenidən kəşf edildi.
Avtomatik fəaliyyət göstərən ilk hesablayıcı qurğu 20-ci əsrin ortalarında meydana
çıxdı. Bu, mexaniki konstruksiyalarla yanaşı, elektromexaniki relelərdən istifadə edilməsi
sayəsində mümkün oldu. Releli maşınlar üzərində iş 20-ci əsrin 30-cu illərində başlandı.
Bu iş 1944-cü ildə amerika riyaziyyatçısı və fiziki Qovard Aykenin rəhbərliyi altında
İBM
45
firmasında Ç.Bebbicin ideyalarına əsaslanan
46
―Mark-1‖ adlı maşının istehsalınadək
davam etdi. Bu maşında ədədləri təsvir etmək üçün mexaniki
47
, idarə etmək üçün isə
elektromexaniki elementlərdən istifadə edilmişdi. Ən güclü releli maşınlardan biri olan
42
Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı
43
O illərdə perfokartlar toxucu dəzgahların idarə edilməsi üçün istifadə edilirdi.
44
Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı
45
International Business Machines
46
Baxmayaraq ki, bu maşının yaradıcıları Ç.Bebbic ideyaları ilə tanış deyildilər.
47
sayğac təkərləri
27
―РВМ-1
48
‖ 50-ci illərdə SSRİ-də N.İ.Bessonovun rəhbərliyi altında yaradılmışdı ki, bu da
kifayət qədər uzun 2-lik ədədlər üzərində saniyədə 20 vurma əməli icra edə bilirdi.
Hesablayıcı texnikada əsl inqilab elektron qurğuların tətbiqi ilə baş verdi. Bu qurğular
üzərində iş 20-ci əsrin 30-cu illərinin sonunda eyni vaxtda ABŞ-da, Almaniyada,
İngiltərədə və SSRİ-də aparılmağa başladı. Bu illərdə radiotexniki qurğularda geniş tətbiq
edilən elektron lampaları ədədi informasiyanın emalı və saxlanması üçün texniki təməl
kimi istifadə edilməyə başladı.
İlk fəaliyyət göstərən EHM ABŞ-da 1945-1946-cı illərdə istehsal edlmiş ENIAC oldu.
Bu maşının adı ingiliscə ―elektron-ədədi inteqrator və hesablayıcı‖ kimi tərcümə edilən
sözlərin baş hərflərindən yaradılmışdı. Bu maşının yaradılması işinə 30-cu illərin sonunda
Corc Atanasov, sonrakı illərdə isə Con Mouçli və Presper Ekkert rəhbərlik etmişdilər.
ENIAC 18 min elektron lampasından və çoxsaylı elektromexaniki elementlərdən
qurulmuşdu. Enerji tələbatı 150 kvt idi ki, bu da çox da böyük olmayan bir zavodun
tələbatı qədərdir.
Praktiki olaraq eyni zamanda Böyük Britaniyada da EHM yaratmaq üzərində iş
gedirdi. Bu iş, ilk növbədə, Allan Türinqin adı ilə bağlı idi. A.Türinq alqoritmlər
nəzəriyyəsi və kodlaşdırma nəzəriyyəsi sahələrində görkəmli xidmətlər göstərmiş məşhur
riyaziyyatçı idi. 1944-cü ildə Böyük Britaniyada ―Koloss‖ adlı maşın yaradıldı.
Bu və digər ilk EHM-lər sonrakı kompüterlərin konstruktorlarının nöqteyi-nəzərindən
çox mühüm keyfiyyətə malik deyildilər. Belə ki, bu maşınlarda proqram yaddaşda
saxlanmırdı. Olduqca mürəkkəb kommutasiyaedici xarici qurğularda yığılırdı.
Elektron-hesablayıcı texnikanın inkişafının ilk mərhələsində görkəmli amerika
riyaziyyatçısı Con fon Neyman nəzəri və praktiki cəhətdən böyük xidmətlər göstərmişdir.
Belə ki, ―fon Neyman prinsipləri‖ ömürlük tarixə düşmüşdür. Bu prinsiplər EHM-lərin
klassik (fon Neyman) arxitekturasını törətdi
49
. Əsas prinsiplərdən biri, yəni proqramın
48
РВМ - Релейная вычислительная машина
49
Fon Neyman maşını aşağıdakı prinsiplərə əsaslnır:
-Kompüter bir-neçə əsas qurğulardan ibarət olmalıdır;
-İnformasiya xüsusi yaddaş qurğusunda saxlanmalıdır;
-Verilənlər yaddaşda ikilik ədədlər şəklində saxlanmalıdır;
-Hesab və məntiq əməlləri hesab-məntiq qurğusunda icra edilməlidir;
-Proqramın icrasına nəzarət idarəetmə qurğusu vasitəsi ilə həyata keçirilməlidir;
-Proqram verilənlərlə birgə yaddaş qurğusunda saxlanmalıdır;
-İnformasiyanın daxil edilməsi və çıxarılması üçün giriş-çıxış qurğusu olmalıdır.
Müasir kompüterlərin əksəriyyəti fon Neyman prinsipləri əsasında qurulmuşdur.
28
saxlanması prinsipi ―proqramın da verilən kimi, maşın yaddaşında saxlanmasını‖ tələb
edir. İlk belə maşın 1949-cu ildə Böyük Britaniyada yaradılan EDSAC adlı maşın oldu.
1970-ci illərədək SSRİ-də yaradılan EHM-lər son dərəcə məxfi strateji məhsul
sayılaraq ətraf dünyadan tamamilə izolə olunmuş halda istehsal edilirdi. 80-ci illərdən
məxfilik bir qədər yumşaldıldı və köhnə EHM modelləri idxal edilməyə başladı. Hal-
hazırda ABŞ və Yaponiya yeni kompüter modellərinin hazırlanması və istehsalını məxfilik
rejimində həyata keçirir.
SSRİ-də istehsal edilən ilk EHM
50
1951-ci ildə akademik S.A.Lebedevin rəhbərliyi
altında yaradıldı. 60-cı illərin ortalarında SSRİ-də yaradılan BESM-6
51
adlı EHM öz
dövrünün ən güclü EHM-i olaraq uzun müddət müdafiə, kosmik tədqiqatlar, elmi-texniki
tədqiqatlar sahələrində baza maşın kimi istifadə edildi. Həmin illərdə İ.S.Bruk,
M.A.Karsev, B.İ.Rameev, V.M.Qluşkov, Y.A.Brazilevcki kimi konstruktor və informatika
nəzəriyyəçilərinin rəhbərliyi ilə ―Minsk‖, ―Ural‖, ―M-20‖, ―Mir‖ və s EHM-lər istehsal
edildi.
3.2 İnformasiya emalının instrumental vasitələrinin inkişafı
Mübaliğəsiz demək olar ki, XIX əsrin son qərinəsi ilə XX əsrin sonu arasındakı
müddər çoxsaylı irili-xırdalı inqilabların ―beşiyi‖ olmuşdur. Belə ki, XIX əsrin sonu, XX
əsrin əvvəlində sənaye inqilabı baş vermiş, Birinci Dünya müharibəsi sosial inqilablar
dalğası yaratmış, Dünya təlatümə gəlmişdir. İkinci Dünya müharibəsi və sonrakı illər
iqtisadiyyatın inkişafı, nüvə və mikromolekulyar fizika, bərk cisim elektronikası
sahələrində aparılan tədqiqatlar, ilk hesablayıcı sənaye qurğularının yaradılması sənaye
inqilabı yaratdı ki, bu da XX əsrin son rübündə informasiya texnologiyalarının güclü
inkişafı üçün münbit zəmin yaratdı. Yəni, 1900-1920-ci illərdə sənaye inqilabı, 1920-
1940-cı illərdə sosial inqilablar, 1940-1975-ci illərdə sənaye qurumları inqilabı, 1975-
2000-ci illərdə informasiya inqilabı baş vermişdir.
Ötən əsrin sonunu bürüyən keyfiyyət dəyişiklikləri çoxəsrlik tarixə malik idi.
Hesablayıcı texnika müasir inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. Bu günədək
4 nəsil və bunadək uzun tarixi müddət keçmişdir.
50
МЭСМ -«малая электронно-счетная машина»
51
БЭСМ-6 - «большая электронно-счетная машина, 6-я модель»
29
3.2.1 EHM-ə qədərki tarixi dövr. Ən qədim hesab aləti təbiətin insana bəxş etdiyi əl
barmaqlarıdır. Ədəd və fiqur anlayışları gerçək dünyadan götürülmüşdür. 10 barmaqla
saymaq ilk hesab əməli olmuşdur. Əlbəttə, bunu yaradıcılığın məhsulu hesab etmək
düzgün olmazdı. Bir-çox dillərdəki say adları göstərir ki, ibtidai insanın saymaq aləti
əsasən onun əl barmaqları olmuşdur. Təsadfi deyil ki, qədim ruslar təklik rəqəmi ―перст‖
(barmaq), onluq ədədi ―состав‖ (tərkib), bütün qalan sayları ―сочинение‖ (qurama)
adlandırmışlar. Bir-çox xalqlar əl mənasını ―beş‖ sözünə yükləmişlər. Məsələn, malaylar
―lima‖dedikdə, həm əl, həm də ―beş‖ nəzərdə tuturlar. Barmaqlar əsasında 5-lik,10-luq və
20-lik say sistemləri yaradılmışdır. Bir sıra xalqlar hələ də barmaq hesabı saylardan
istifadə edirlər. Barmaq hesabı Romada da geniş yayılmışdı.
Barmaq hesabı ilə yanaşı, ən qədim dövrlərdən ilk hesablama alətləri də yaranmağa
başlamışdı. Buna misal, naxışlı (oymalı) çubuqlar
52
və düyünlü qaytanlar (iplər) göstərilə
bilər. Lakin bu üsullar və vasitələr ticarətin inkişafı ilə bağlı hesablamalara artan tələbatı
ödəmək iqtidarında deyildi. Yazılı hesablamanın inkişafına 2 cəhət mane olurdu. Əvvəla,
yazı üçün işlədilən gil və mum lövhələr bu işə yaramırdı. İkincisi də, o dövrdə istifadə
edilən say sistemləri ilə hesab əməlləri aparmaq çətin idi. Odur ki, ―abak‖ deyilən ilk
hesab aləti yaradıldı. Bu, bizim eradan əvvəl 500-cü ilə təsadüf edirdi. Abak müasir
çötkənin ulu əcdadı hesab olunur. Bu barədə yuxarıda ətraflı məlumat verilmişdir.
3.2.2 EHM nəsilləri.
1943-cü il. Amerikalı Qovard Aykenin rəhbərliyi və IBM firmasının sifarişi və
dəstəyi ilə Mark-1 adlı ilk proqramla idarə edilən kompüter yaradıldı. Bu, elektromexaniki
relelər üzərində qurulmuşdu. Verilənlərin emalı proqramları perfolentdən daxil edilirdi.
1945-ci il. Amerikalı Con fon Neyman ―Eniak maşını barədə ilkin məruzə‖ adlı
hesabatda müasir proqramla idarə edilən kompüterin iş prinsiplərini və komponentlərini
elan etdi. Bu komponentlər aşağıdakıla idi:
-hesab-məntiq qurğusu;
-idarəetmə qurğusu;
-yaddaş;
-informasiyanın daxil edilməsi və çıxarılması qurğusu.
52
Yaxın illərədək çobanlar otardıqları qoyun sürüsünün sayını və tərkibini çomaq, qamçı sapı və s.
üzərinə naxışlara bənzər xüsusi yazı formasında qeyd edirdilər. Bəzi kəndlərdə indi də qonşular süd xapı
edərkən divarda, kərəndə, dirəkdə və s. yanaşı şaquli xətlər çəkmək, xapı qaytardıqca həmin xətlərin
üstündən çəpəki xətt çəkmək üsulundan istifadə edirlər (İ.M.)
30
Bu günədək istehsal edilən kompüterlərin böyük əksəriyyəti fon Neyman
arxitekrturası ilə buraxılır.
1946-cı il. Amerikalı Con Presper Ekert və Con Uilyam Moçli Mark-1 maşınından
1000 dəfə sürətli olan ―Eniak‖
53
adlı ilk güclü elektron-rəqəm kompüterini yaratdılar.
1956-cı il. Yüksək səviyyəli ilk alqoritmik dil olan FORTRAN yaradıldı. Bu dil,
əslində, 1954-cü ildən 1957-ci ilədək Con Bekusun rəhbərliyi altında IBM
korporasiyasında proqramçılar qrupu tərəfindən yaradılmışdı
54
. FORTRAN adı FORmula
TRANslator sözlərindən yaradılmış və düsturların tərcüməçisi deməkdir. Bu dil bu gün də
elmi və mühəndis hesablamalarının aparılmasında geniş istifadə edilir.
1958-ci il. Amerikalı Cek Kilbi ilk inteqral sxem qurdu.
1960-cı il. ALQOL-60 alqoritmik dili yaradıldı.
1963-cü il. Dartmut kollecinin professorları Tomas Kurt və Con Kemeni BASİC
55
adlı alqoritmik dil işləyib hazırladılar. Bu dil proqramlaşdırmanı öyrətmək üçün nəzərdə
tutulmuşdu.
1964-cü il. Aprelin 7-də IBM firması System-360 kompüterləri ailəsinin yaradılması
barədə elan verdi. Bu, kompüterlərin unifikasiyası, birgəliyi və standartlaşdırılması
yolunda ən mühüm addım idi. Həmin ildə nəşr edilən elmi məqalələrdə ilk dəfə ―fərdi
kompüter‖ termini işlədilmişdi.
1970-ci il. İsveçrəli Niklaus Virt Paskal adlı proqramlaşdırma dili işləyib hazırladı ki,
bu da sonra proqramlaşdırmanın öyrədilməsində geniş tətbiq edildi.
1971-ci il. Intel firmasının mühəndisi Ted Xoffun rəhbərliyi altında 4 mərtəbəli
(4004) ilk mikroprosessor yaradıldı ki, buna da ―bir kristalda yaradılmış kompüter‖
deyirdilər. Bu mikroprosessor 2250 tranzistordan yığılmışdı və universal kompüterin
mərkəzi prosessorunun bütün funksiyalarını icra edə bilirdi.
1974-cü il. İntel 8080 prosessoru bazasında yaradılmış ―Altair‖ adlı ilk mik-
rokompüter bazara çıxarıldı. Hər bir alıcıya maşın təklif edən Albukerk şəhərindən olan
kiçik MİTS şirkəti İBM və DEC firmalarının şahlıq etdiyi bazarın sakit həyatını pozdu.
1975-ci il. Pol Allen və Bill Qets adlı iki tələbə Altair adlı fərdi kompüter üçün Basic
dilinin interpretatorunu hazırladılar. Bu gün fərdi kompüterlərin proqram təminatı üzrə
53
ENIAC - Electronic Numerical Integrator and Calculator
54
1945-ci ildə Plankalkul adlı dil ixtira edilsə də, 2000-ci ilədək reallaşdırıla bilmədi.
55
BASIC - Beginner's All-purpose Symbolic Instruction Code - универсальный код символических
инструкций для начинающих; Basic - основной, базовый)
31
nəhəng istehsalçıya çevrilmiş məşhur Microsoft şirkətinin təməlini həmin tələbələr
qoymuşlar. Həmin dövrdə MOP-technoloqy 6502 adlı mikroprosessor yaradıldı ki, bu da
4300 tranzistordan yığılmışdı və o dövrün fərdi kompüterlərində geniş istifadə edilirdi.
IBM firması ilk lazer printerlərdən biri olan IBM 3800 adlı printeri bazara çıxardı.
1977-ci il. Bu ildə 6502 prosessoru bazasında Apple-2 (Apple komputer), 8088
prosessoru bazasında PET (Commodore) və Z80 prosessoru bazasında TRS-80 (Tendy
Corporation) adlı üç fərdi kompüter kütləvi istehsala buraxıldı.
1983-cü il. Apple Computer firması Apple Lisa adlı ―mış‖-la idarə edilən ilk fərdi
kompüter qurdu. Həmin ildə çevik disklərin (disketlərin) kütləvi istifadə edilməsinə
başlandı.
1985-ci il. Microsoft firması Windows 1.01 qrafik interfeysi əsasında fərdi kompüter
üçün çoxməsələli əməliyyat mühiti yaratmağa ilk cəhd etdi.
1988-ci il. Apple firmasının banisi Stiv Cobs özünün Next Computer adlı yeni
firmasında Next adlı kompüter və Next Step adlı əməliyyat sistemi yaradılmasına nail
oldu. Philips firması CD-I (CD-Interactive) kompakt-disk üçün yazı standartı işləyib
hazırladı.
1989-cu il. Tim Berners-Li
56
―bəşəri biliyin birləşdirilməsi‖ məqsədi ilə
―Ümumdünya hörümçək toru‖ (World Wide Web - WWW) adlandırdığı paylanmış
informasiya sistemi konsepsiyasını təklif etdi. Bunun yaradılması üçün iki mövcud
texnologiyanı – verilənlərin ötürülməsi üçün IP-protokollar texnologiyası ilə hiper-mətn
texnologiyasını (Hypertext Technology) birləşdirdi.
1991-ci il. Hiper-mətnə baxış üçün əmr sətri rejimində işləyən ilk kompüter proqramı
– brauzer ((Browser) yaradıldı. Bunun tətbiqi 1992-ci ildə son yekunda bütün planeti əhatə
edən ―tikişsiz informasiya mühiti‖ (Seamless Informational Area) yaradılmasına
yönəldilmiş layihənin uğurla icrasına imkan verdi.
1993-cü il. Intel firması Pentium mikroprosessorunu təqdim etdi. Siemens firması
özünün ―Synapse1‖ adlı neyrokompüterini təqdim etdi ki, bunun da gücü 8000 işçi
stansiyanın gücünə ekvivalentdir. Bu kompüter süni neyronlar şəbəkəsindən aldığı
informasiyanın paralel emalını həyata keçirir. Sözü gedən neyrokompüter şəklin və niqtin
tanınması üzrə həll edilən məsələlər üçün ideal qurğudur.
56
Tim Berners-Lee, Conseil Europeen pour la Recherche Nucleaire - CERN, Женева
32
1995-ci il. Fərdi kmpüterlərin proqram təminatı sahəsində dünyəvi hadisə baş verdi:
Windows-95 adlı çoxməsələli universal əməliyyat sistemi yaradıldı. 1995-ci ilin
sentyabrında buraxılmış Windows-95 əməliyyat sistemi IBM PC kompüterləri üçün ilk
qrafik interfeysli əməliyyat sistemi oldu. Sonra bu inkişaf etdirilərək Windows-98-ə, daha
sonra isə növbəti versiyalara çevrildi. Aparat-proqram təminatı istehsalçıları qovşaq və
qurğuları elə düzəldirlər ki, Windows əməliyyat sistemi ilə uyuşan olur. Yəni indiki
kompüterlərə istənilən qurğunu qoşmaq heç bir problem yaratmır. Microsoft firması
özüsazlanan qurğular üzrə yeni standart
57
daxil etdi.
1996-cı il. Hər bir sonrakı EHM nəslinə aid olan maşınlar əvvəlkilərdən daha cəld,
daha etibarlı, daha ucuz və daha kiçik qabaritli olmaqla, daha mükəmməl giriş-çıxış
qurğularına malik idi. Kompüter insanın informasion funksiyalarının texniki modeli kimi
qəbul edildiyindən, giriş qurğuları görmə, eşitmə və taktil-toxunma kimi təbii dərketmə
kanallarına yaxınlaşdırılmaq istiqamətində inkişaf etdirilir. Buna görə də kompüterdə iş
günü-gündən daha münasib şəkil alır.
XX əsrin son rübündə sənaye EHM-ləri, sonra isə fərdi kompüterlər çoxfunksiyalı
idarəedici sistemlərin və informasiya sistemlərinin yaradılmasının aparat-hesablayıcı
təməlini təşkil etdi.
Aşağıdakı cədvəldə elektron-hesablayıcı qurğuların müxtəlif nəsillərinin parametrləri
verilmişdir:
Dostları ilə paylaş: |