İsa Musayev, Mətləb Əlizadə


 Proqramlaşdırma sistemləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   2   3   4   5   6   7   8   9   10   ...   20

 
5.3. Proqramlaşdırma sistemləri 
EHM-lərin  ilk  inkişaf  mərhələsində  proqramlaşdırma  maşın  dilində  idi.  Bu,  çox 
çətin, böyük zəhmət tələb edən iş idi. O vaxt hər maşının özünəməxsus dili var idi. Bu 
dildə  yazılmış  proqramı  oxumaq  mümkün  deyildi.  Buna  görə  də  səhvi  tapmaq  müşgül 
məsələ idi. 
Proqramlaşdırma texnologiyasında ilk tərəqqi əməliyyatın kodu və verilənin ünvanı 
əvəzinə  adlardan  istifadə  ideyası  ilə  bağlıdır.  Bu,  proqramın  oxunuşunu  və  redaktəsini 
köklü  şəkildə  asanlaşdırdı.  Bu  ideya  üzrə  yazılan  əmrlər  dili  Assembler  dili  adlanır. 
Lakin  Assembler  dili  də  birbaşa  maşının  konstruksiyasına  bağlandığından,  dil  fərqi 
problemi həll edilməmiş qaldı. Həm də Assembler dilində yazılmış proqramı kompüter 
bilavasitə istifadə edə bilmir. Bu problemi  translyator həll etdi. Assemblerdən az sonra 
yüksək səviyyəli dillər, ilk olaraq FortranCobol, sonra Alqol-60 alqoritmik dili yarandı. 
Proqramlaşdırma  dilləri:  ixtisaslaşdırılmış  və  universal  olmaqla  2  yerə  bölünür. 
İxtisaslaşdırılmış  dillər  xüsusi  sinif  məsələlərin  həlli  üçündür.  Universal  dillər  hər  cür 
məsələni həll etməkdən ötrüdür. Universal dillər, şərti olaraq, sadə və mürəkkəb dillərə 
bölünür.  Sadə  dillərə:  Paskal,  C  və  Basic,  mürəkkəb dillərə:  Ada,  Modula-2,  Algol-68
C++ aiddir. 
Paskal 1970-ci ildə Algol-60 dilinin ideyaları əsasında, tədris məqsədi ilə yaradılsa 
da, geniş praktiki tətbiq tapdı. 

 
69 
Alqoritmik dilləri, həmçinin, prosedur və qeyri-prosedur dillərinə bölürlər. Prosedur 
dillərində  alqoritm  ayrı-ayrı  əməliyyatlar  ardıcıllığı  kimi  təsvir  edilir.  Qeyri-prosedur 
dillərində  proqramın  məqsədi  formalaşdırılan  kimi  məsələnin  həll  alqoritmi  avtomatik 
tərtib edilir. Qeyri-prosedur dillərinə Prolog və Planner misal ola bilər. 
Proqramlaşdırma  dillərinin  ən  vacib  anlayışlarından  biri  dəyişən  anlayışıdır. 
Dəyişən, müraciət gözləyən verilənin yerləşdiyi yaddaş yuvasının məzmunudur ki, bu da 
proqramın gedişində dəyişikliyə uğrayır. İkinci vacib anlayış dəyişənin tipi anlayışıdır.  
Prosedur proqramlaşdırma dillərinin mühüm elementi  operatordur. Bu proqramlar 
operatorlar ardıcıllığı kimi tərtib edilir. 
Məsələnin maşında həlli aşağıdakı mərhələlərdən keçir: 
 
Proqramı tərtib ediləcək məsələnin qoyuluşu, məqsədin, şərtləin və funksiyaların 
formalaşdırılması; 
 
Proqramın ümumi sxeminin qurulması; 
 
Formal (riyazi) modelləşdirmə, yəni, məsələnin düsturlaşdırılması və verilənlərin 
modellərinin qurulması; 
 
Məsələnin metodiki həlli; 
 
Müəyyən  dildə,  məsələn,  blok-sxem  dilində  və  ya  bilavasitə  proqramlaşdırma 
dilində alqoritm tərtibi; 
 
Proqram mətninin tərtibi; 
 
Proqram komponentlərinin testləşdirilməsi və sazlanması; 
 
Proqramın sənədləşdirilməsi; 
 
Proqramın sınaq istismarı; 
 
Proqramın praktiki istifadə üçün tətbiqi. 
Proqramın  layihələşdirilməsi  tərtib  edilən  proqramın  məqsəd  və  funksiyalarının 
ardıcıl surətdə xırdalaşdırılıb dəqiqləşdirilərək modullara çevrilməsi prosesini ifadə edir. 
Layihələşdirmə:  prosedur-istinad  və  verilən-istinad  olmaqla  2  metodla  həyata  keçirilir. 
Prosedur-istinad  metodunda  proqramın  quruluşu  məsələnin  funksional  sxemini  təkrar 
edir.  Verilən-istinad  metodunda  ilk  növbədə  obyektin  tam  funksional  təsvirini  verən 
verilənlərin quruluşu müəyyən edilir. 

 
70 
Mürəkkəb məsələlərin həll alqoritmini qurarkən 2 üsuldan istifadə edilir: yuxarıdan-
aşağı təhlil və aşağıdan-yuxarı sintez. Təhlil zamanı ümumidən xüsusiyə, sintez zamanı 
isə xüsusidən ümumiyə doğru hərəkət edilir. 
Obyekt-istinad  proqramlaşdırması  prosedur-istinad  və  verilən-istinad  metodlarını 
vahid  tam  halında  birləşdirir.  Burada  əsas  anlayış  sinif  anlayışıdır.  Hər  sinif  bir  real 
obyektin modeli olub, həmin obyekti təsvir edən məlumatları saxlayır və onların emalına 
icazə verir. Məsələn Verilən bazası üçün axtarış, əlavəetmə, dəyişdirmə və təqdimetmə 
kimi prosedurlarının hər biri bir obyektə verilən xassədir. 
Proqramlaşdırma  sistemi  dedikdə,  bir  və  ya  bir  neçə  proqramlaşırma  dilindən 
istifadə  etməklə  proqram  üzərində  aparılacaq  bütün  iş  mərhələlərinin  icrasına  imkan 
verən instrumental proqram vasitələri nəzərdə tutulur. 
Proqramlaşdırma sistemi aşağıdakıları əhatə edir: 
 
Proqram mətnini yazmaq və modifikasiya etmək üçün mətn redaktoru; 
 
Verilmiş dildə mətn translyatoru; 
 
Proqramı kompanovka edici; 
 
Proqramı icra edən; 
 
Standart prosedur və funksiyalar kitabxanası; 
 
Proqram sazlayıcı. 
Proqram  sazlanmasının  bütün  mərhələlərini  birləşdirən  proqram  kompleksinə 
proqramlaşdırma mühiti deyilir.  
Borland firmasının Turbo Pascal adlı proqramlaşdırma mühiti geniş yayılmışdır. 
 
5.4. Obyektyönümlü proqramlaşdırma 
5.4.1. Obyektyönümlü vizual proqramlaşdırmanın əsasları  
Visual  Basic    Visual  Basic  for  Applications  adlı  obyekt-istinad  proqramlaşdırma 
dillərində  yazılmış  proqram  əlavələri  obyektlərdən  qurulur.  Hazır  obyektlər  bir  proqram 
kitabxanası  təşkil  edir  ki,  həmin  kitabxana  sözügedən  proqramlaşdırma  sistemlərinin 
tərkibinə daxildir.  
Obyekt-istinad  proqramlaşdırma  sistemləri  hazırlanacaq  proqram  əlavəsinin  qrafik 
interfeysini yaratmağa, yəni prosesi vizuallaşdırmağa, gözlə görünən etməyə imkan verir. 

 
71 
Çünki  bu  sistemlər  özlərinin  dialoq  pəncərəsinin  köməyi  ilə  obyekt  yaratmağa  və  ona 
müəyyən xassələr verməyə imkan yaradır.  
Proqram  obyektlərinin  qarşılıqlı  fəaliyyəti  və  dəyişməsi  proqram  kodu  ilə  təsvir 
edilir.  Proqram  kodları  xətti,  budaqlanan  və  dövr  quruluşlarından  istifadə  edilməklə 
hazırlanır. Beləliklə, obyektlər həmin alqoritmik strukturların icraçısına çevrilirlər. 
 
5.4.2. Obyekt sinifləri, sinif nüsxələri və obyekt ailələri 
Obyekt-istinad  proqramlaşdırmasının  əsas  vahidi  proqram  obyektidir  ki,  bu  da 
obyektə aid verilənləri (xassələri) və həmin verilənlərin işlənməsi vasitələrini (metodları) 
özündə birləşdirir.  Obtekt – isim,  xassə  - sifət,  metod –  feil kimidir.  Proqram  obyektləri 
xassələrə malikdir, metodlardan istifadə edə bilir və hadisələrə reaksiya verir.  
Obyekt  sinifləri.  Obyekt  sinifləri  xassələr,  metodlar  və  hadisələr  yığımını  müəyyən 
edən şablonlardır. Obyektlər həmin şablonlar üzrə yaradılır. Visual Basic dilində proqram 
əlavəsinin  qrafik  interfeysini  reallaşdıran  obyekt  sinifləri  əsasdır.  VBA    dilində  yüzdən 
artıq müxtəlif obyekt siniflərindən istifadə edilir ki, bunlar da Windows&Office mühitində 
mövcuddur.  Hər  iki  dildə  əlavə  proqram  obyektləri  kitabxanalarını  və  proqramçının  özü 
tərəfindən yaradılmış obyekt siniflərini daxil etmək imkanı vardır. Hər bir obyektlər sinfi 
özünəməxsus  xassələr,  metodlar  və  hadisələr  yığımına  malikdir.  Məsələn,  Word  –də 
―sənəd‖ obyektlər sinfi mövcuddur ki, bu da aşağıdakı yığımları özündə birləşdirir: 
 
xassələr: ad (Name), tam ad (Full Name) və s; 
 
metodlar: sənədi: aç (Open), çap et (PrintOut), saxla (Save) və s; 
 
hadisələr:  sənədin  açılması  (Document_New()),  sənədin  bağlanması  (Docu-
ment_Close()) və s.  
Sinif nüsxələri. Obyekt sinifləri şablonu üzrə yaradılmış obyekt sinif nüsxəsi adlanır 
və  verilmiş  sinfə  aid  bütün  xassə,  metod  və  hadisə  yığınlarına  varis  olur.  Hər  bir  nüsxə 
verilmiş  sinif  üzrə  unikal  (təkrar  olunmayan)  ada  malik  olur.  Məsələn,  Document 
(―Azər.doc‖). 
Bütün  sinif  nüsxələri  eyni  xassələrə  malik  olsalar  da  xassələrinin  qiymətləri  fərqli 
olur.  Məsələn,  Word-də  Document  sinfinə  aid  olan  müxtəlif  disklərdə,  müxtəlif 
kataloqlarda, müxtəlif adlı bir neçə sənəd açılmış ola bilər: 
Obyektin adı 
Obyektin xassələri və onların qiymətləri 

 
72 
FullName (tam adı) 
Path (yol) 
Azər.doc 
C:\Kurs\Azər.doc 
C:\Kurs\ 
Azər.txt 
D:\ Azər.txt 
D:\ 
 
Göründüyü  kimi,  Azər.doc  C:  diskində,  Kurs  kataloqunda,  Azər.txt  obyekti  isə  D: 
diskində kök kataloqda yerləşir. 
Obyekt ailələri. Bir sinfə aid olan açılmış obyektlər bir ailə yaradır. Ailə  Documents 
() kimi işarə edilir. Ailədəki obyektə müraciət ad və ya indeks vasitəsilə həyata keçirilir. 
Adla müraciət: Documents (―Azər.doc‖) 
Sənədin  ayrılmış  fraqmentinə  daxil  olan  bütün  simvollar  (Selection  obyekti) 
Characters () ailəsinə daxildir. Simvola müraciət onun indeksi vasitəsi ilə həyata keçirilir: 
Characters (7). 
 
5.4.3. Obyektlər: xassələr, metodlar, hadisələr 
Obyektlərin xassələri (Properties). Hər bir obyekt müəyyən xassələr yığımına malik-
dir ki, bunların da başlanğıc qiymətlərini dialoq pəncərəsindən təyin etmək mümkündür.  
Xassənin qiymətini proqram kodunda da dəyişmək olar. Bunun üçün: Obyekt.Xassə = 
QiymətXassə  təlimatına  əməl  etmək  lazımdır.  Məsələn,  fərz  edək  ki,  mətnin  ayrılmış 
fraqmentində  (Selection  obyekti)  birinci  simvol  (Characters  (1)  obyekti)  yarımqalın 
olmalıdır,  yəni  Bold xassəsi verilməlidir.  Bold  xassəsi  verilərkən  xassənin  qiyməti  True
əks halda False olacaqdır. Simvola Bold xassəsinin verilməsi üçün: Selection.Characters 
(1). Bold = True yazmaq lazımdır. 
Adətən obyektin bir neçə xassəsi olur. With…End With təlimatından istifadə etməklə, 
obyektə bir neçə xassəni bir dəfəyə mənimsətmək olar. Bunu etmək üçün: 
With Obyekt 
.Xassə1 = QiymətXassə1 
.Xassə2 =  QiymətXassə2 
... 
.XassəN = QiymətXassəN 
End With  
yazmaq kifayətdir.  

 
73 
Məsələn,  10  simvoldan  ibarət  olan  ayrılmış  mətn  fraqmentinə  ―yarımqalın  kursiv‖ 
vermək üçün aşağıdakı proqram kodundan istifadə etmək olar: 
For I=1 to 10 
With Selection.Characters (I) 
   
.Bold = True 
   
.Italic = True 
End With 
Next I 
Obyekt metodları (Methods). Obyektin hər hansı əməli icra etməsi üçün onun malik 
olduğu metodlardan biri tətbiq edilməlidir. Bir çox metodlar icra ediləcək əməliyyatların 
parametrlərini  daxil  etməyə  imkan  verən  arqumentlərə  malikdir.  Arqumentlərə  konkret 
qiymət vermək üçün := işarəsindən, arqumentləri bir-birindən ayırmaq üçün isə vergüldən 
istifadə edilir. Metoda da, xassəyə müraciət edildiyi kimi, nöqtəli notasiya
97
  ilə  müraciət 
edilir, yəni, metod sözündən əvvəl nöqtə qoyulur: 
Obyekt.Metod arq1:=qiymət, arq2:=qiymət 
Məsələn,  açılmış  Word  sənədinin  diskdə  saxlanması  üçün  arqumentsiz  Save 
metodundan istifadə edilir: 
Documents (―Azər.doc‖).Save 
Word sənədini açmaq üçün: 
Documents  ().Open  FileName:=‖C:  \Kurs\Azər.doc‖  yazmaq,  yəni,  yolu  da 
göstərmək lazımdır.  
Azər.doc  sənədinin  ilk  3  səhifəsini  çap  etmək  üçün  bir-neçə  arqumentli  PrintOut 
metodundan istifadə edilir. Bu halda Range (çap diapazonunun formatını verir), From və 
To (çap ediləcək başlanğıc və son səhifələrin nömrələrini) arqumentləri daxil edilməlidir: 
Documents (―Azər.doc‖).PrintOut 
Range:=wdPrintFromTo, From:=‖1‖, 
To
:=‖3‖ 
Yəni,  qrafik  interfeysin  ―çap‖  dialoq  pəncərəsində  1-3  yazmaqla  sənədin  ilk  3 
səhifəsi çap edilir. 
Hadisələr  (Events).  Hadisə  obyektin  tanıdığı  əməldir.  Hadisə  istifadəçi  tərəfindən 
(məsələn,  klaviatura  düyməsini  basmaqla)  və  digər  proqram  obyektlərinin  təsiri  ilə 
                                                 
97
 Şərti yazılı işarələr sistemi 

 
74 
yaradıla biləndir. Hadisəyə reaksiya (cavab) vermək üçün obyektin xassələrinin qiymətini 
dəyişən, metodları çağıran və s. prosedurlardan istifadə edilir. Məsələn, Document (sənəd) 
obyekti  Open  (açmaq),  New  (yaratmaq)  və  Close  (bağlamaq)  hadisələrinə,  Selection 
(sənədin  ayrılmış  fraqmenti)  obyekti  isə  Cut  (kəsmək),  Copy  (üzköçürmə),  Paste 
(yapışdırma), Delete (Silmə) və s. hadisələrə reaksiya verir. 
 
5.4.4. Visual Basic-də hazırlanmış proqram layihəsinin  
qrafik interfeysi və hadisəvi prosedurları 
Qrafik  interfeys.  Qrafik  interfeys  işləyən  proqram  əlavəsi  ilə  istifadəçi  arasında 
dialoq  yaratmaq  üçündür.  Qrafik  interfeys  yaratmaq  üçün  əsas  instrument  ekrana  açılan 
formadır (Visual Basic-də  FormVBA-da UzerForm obyektlər sinfi) ki, bu da idarəedici 
elementlərin  yerləşdirildiyi  pəncərədən  ibarətdir.  Layihənin  qrafik  interfeysi  bir-neçə 
formanı əhatə edə bilir. 
Qrafik  interfeys vizual olaraq  elə  qurulmuşdur ki,  mışın  köməyi  ilə  forma  üzərində 
idarəedici elementlərin şəklini çəkmək mümkün olur.  
İdarəedici  elementlər  sinfi  (Controls)  qrafik  interfeysdə  müxtəlif  cür  adlandırılır. 
Belə  ki,  məsələn,  mətn  sahəsi  (TextBox),  metka  (Label),  siyahılar
98
  (ListBox),  qrafik 
pəncərələr
99
  (PictureBox),  əmr  düymələri  (CommandButton),  dəyişdirici  açarlar 
(CheckBox), bayraqcıqlar (OptionsButton) və s. 
Forma  üzərinə  idarəeici  elementlərin  eyni  sinfinə  aid  olan,  lakin  fərdi  qiymətli 
xassələr nümayiş etdirən bir-neçə nüsxəsi (məsələn, Command1Command2Command3 
və s.) yerləşdirilə bilər. 
İdarəedici  element  dedikdə,  qrafik  interfeysin  elə  elementi  nəzərdə  tutulur  ki,  o, 
istifadəçi və ya proqram obyektləri tərəfindən yaradılan hadisəyə reaksiya versin. 
Forma  və  idarəedici  elementlər  müəyyən  xassə,  metod  və  hadisə  yığımları  ilə 
xarakterizə  olunur.  Bəzi  obyekt  sinifləri,  xassələr,  metodlar  və  hadisələr  aşağıdakı 
cədvəldə verilmişdir: 
Obyekt sinifləri 
Xassələr 
Metodlar 
Hadisələr 
Form (forma) 
Name (Ad) 
Show 
Load (yükləmə) 
                                                 
98
 Adətən verilənlərin daxil edilməsi və çıxarılması üçün istifadə edilir. 
99
 Qrafikanın çıxarılması üçün istifadə edilir. 

 
75 
UzerForm (forma)  Capiton (Üst yazı) 
Font (Şrift) 
Height 
(Hündürlüyü) 
Width (Eni) 
(Göstərmək) 
Move 
(Yerdəyişmə) 
CommandButton 
(Əmr düymələri) 
Name (Ad) 
Capiton (Üst yazı) 
Font (Şrift) 
Height 
(Hündürlüyü) 
Width (Eni) 
Move 
(Yerdəyişmə) 
Click (Düyməbasma) 
TextBox 
(Mətn 
sahəsi) 
Name (Ad) 
Text (Mətn) 
Font (Şrift) 
Height 
(Hündürlüyü) 
Width (Eni) 
Move 
(Yerdəyişmə) 
DblClick  
(İkiqat düyməbasımı) 
  
Obyekt  adlarının  uzlaşdırılması.  Layihənin  obyektlərinə  ad  vermək  məqsədəuy-
ğundur. Çünki ad obyektin tipini və təyinatını müəyyən etməyə imkan verir. Ad obyektin 
tipini göstərən sözönü ilə başlayır. Forma üçün frm, əmr düymələri üçün cmd, mətn sahəsi 
üçün  txt,  üst  yazı  üçün  lbl  və  s.  sözönündən  istifadə  edilir.  Sözönündən  sonra  adın 
məlumatverici  hissəsi  gəlir  ki,  bu  da  ya  böyük  hərflə  başlanan  söz  (məsələn,  frmFirst
lblTextcdmExit), ya da rəqəm (məsələn, txt1txt2txt3) ola bilər.  
Hadisəvi prosedurlar. Hər bir hadisəyə obyektin müəyyən münasibətini, başqa sözlə, 
reaksiyasını  proqramlaşdırmaq  olar.  İstifadəçi  qrafik  interfeysin  hər  hansı  elementinə 
mışla təsir etdikdə icra edilən əməllər hadisəvi prosedurlar sayılır. Prosedurun adı obyektin 
adından və hadisənin adından ibarətdir: 
Obyekt_Hadisə () 
Beləliklə, hadisəvi prosedur dedikdə, müəyyən hadisənin reallaşdırılmasından sonra 
icraya başlayan alt proqram nəzərdə tutulur.  

 
76 
Hadisəvi prosedurda bir-neçə obyekt iştirak edə bilər. Məsələn, birinci obyektdə baş 
verən  hadisənin  nəticəsində  ikinci  obyektin  xassələri  qiymətcə  dəyişə  bilər  və  üçüncü 
obyekt hansısa metodu reallaşdırar və s. 
Hadisəvi prosedur alt proqram olduğundan, Sub
100
  açar sözlə başlayıb, End Sub açar 
sözlə bitir: 
Sub Obyekt (1)_Hadisə () 
Obyekt (2) .Xassə = QiymətXassə 
Obyekt (3) .Metod arq1:=qiymət, arq2:=qiymət 
... 
End Sub 
 
5.4.5. Visual Basic dilində proqram tərtibi üçün  
inteqrasiya edilmiş mühit
101
 
Visual  Basic  dilində  proqram  tərtibi  üçün  inteqrasiya  edilmiş  mühit  istifadəçiyə 
münasib qrafik interfeyslə işləmək imkanı verir. Visual Basic işə buraxıldıqdan sonra yeni 
layihə  üzərində  işə  başlamaq  üçün  File-New-Standart  əmrini  daxil  etmək  lazımdır.  Bu 
halda sözü gedən inteqrasiya edilmiş mühit pəncərəsi ekrana açılır. 
İnteqrasiya  edilmiş  mühit  pəncərəsinin  yuxarısında  sərlövhə  sətri  var  ki,  burada  da 
Project1-  Microsoft  Visual  Basic  [design]  göstərilir.
102
  Pəncərənin  idarə  düymələri 
sərlövhə sətrinin sağ ucundadır.  
Sərlövhə sətrinin altında baş menyü sətri vardır. 
Baş menyü sətrinin altında tez-tez istifadə edilən əmrlərin piktoqramları yerləşir. 
Formalar  konstruktoru  pəncərəsi.  Bu,  əsas  işçi  pəncərədir  və  inteqrasiya  edilmiş 
Visual Basic mühiti pəncərəsinin mərkəzində yerləşir. Qrafik interfeysin vizual quraşdırıl-
ması bu pəncərədə həyata keçirilir. Formalar obyekt sinfinə aid olan formanın özü, yəni, 
frm1  obyekti  məhz  konstruktor  pəncərəsində  yerləşir.  Formanın  yerini  və  ölçüsünü 
dəyişmək olar. Qrafik interfeys yaradıldıqca forma idarəedici elementlərlə doldurulur. 
                                                 
100
 
subroutine – alt proqram
 
101
 Bu mühitin yaranması üçün Visual Basic 5.0 CCE proqramlaşdırma sistemini CD-ROM-dan yükləmək 
lazımdır.  
 
102
 Project1 - layihənin müvəqqəti adı, Microsoft Visual Basic - proqram mühiti, [design]  - cari iş rejimi -
layihələşdirmədir. İcra rejimində design rejimi run rejimi ilə əvəz olunur. 

 
77 
Proqram  kodu  pəncərəsi.  Proqram  kodu  proseduru  saxlanan  modul  forma  ilə  sıx 
bağlıdır. Mətni daxil etmək  və redaktə etmək üçün proqram kodu pəncərəsindən istifadə 
edilir. Sərlövhəsi Project1-frm1(Code) sətrindən ibarət olan bu pəncərə [View-Code] əmri 
ilə ekrana çağırılır. Proqram kodunun sərlövhəsi altında 2 siyahı açılır. Sol siyahı formada 
yerləşdiriləcək  layihə  obyektlərini,  sağ  siyahı  isə  seçilmiş  obyekt  üçün  mümkün  olan 
hadisələri əks etdirir.  
Alətlər  paneli.  İnteqrasiya  edilmiş  mühit  pəncərəsinin  sol  hissəsində  alətlər  paneli 
(ToolBox)  var  ki,  burada  da  idarəedici  elementlərin  piktoqramları  yerləşir.  İdarəedici 
elementlərin standart  yığımı  21 obyekt  sinfini  əhatə edir.  Buraya:  CommandButton  (əmr 
düyməsi), TextBox (mətn sahəsi), Label (üst yazı) və s. aiddir. Alətlər panelini zənginləş-
dirmək  imkanı  da  vardır.  Məsələn,  standart  siyahıya  mətn  sahəsinin  təkmilləşdirilməsi 
(RichTextBox), şəkillər siyahısı (İmageList) və s. kimi yeni obyekt siniflərini əlavə etmək 
olar.  Alətlər  panelindəki  lazımi  elementi  mışla  seçib  layihələşdirmə  formasına  gətirmək 
mümkündür.  Bu  zaman  həmin  elementin  üzü  köçürüldüyündən,  istənilən  sayda  nüsxə 
köçürmək olur: Command1Command2Command3 və s.  
Obyektin  xassələri  pəncərəsi.  Sağ  tərəfdə  obyektin  xassələri  (Properties)  pəncərəsi 
yerləşir.  Bu  pəncərədə  artıq  seçilmiş  obyektlərin  və  onlara  aid  olan  xassələrin  siyahısı 
verilmişdir.  Xassələrin  siyahısı  iki  sütundan  ibarətdir.Sol  sütunda  xassənin  adı,  sağda 
qiyməti əks etdirilir. Susma rejimində verilmiş qiymətləri dəyişmək olur. Xassə obyektin 
kəmiyyət və keyfiyyət cəhətlərini (ölçüsünü, rəngini, şrifti və s.) əks etdirir. Bəzi xassələr 
üçün  qiymətləri  siyahıdan  seçmək  imkanı  da  mövcuddur.  Məsələn,  fonun  rəngini 
(BackColor) siyahıdan seçmək olur.  
Obyektlərə  baxış  pəncərəsi  (Object  Browser)  [View-Object  Browser]  əmri  ilə 
çağırılan vacib pəncərələrdəndir. Bu pəncərənin sol sütununda obyekt və ya obyekt sinfi 
seçilir,  sağ  sütunda  seçilmiş  obyektə  aid  xassələr,  metodlar  və  hadisələr  yığımı  ekrana 
çıxır. Məsələn, sol sütunda  Form obyektlər sinfi seçilərkən sağ sütunda  Caption xassəsi, 
Circle  metodu  və  Click  hadisəsi  pəncərəyə  çıxır.  Siyahıdakı  elementi,  məsələn,  Click 
hadisəsini seçərkən pəncərənin aşağısına bu hadisə barədə qısa informasiya çıxır.  
Layihə bələdçisi pəncərəsi (Project). Bu, yuxarı sağ küncdə yerləşir. Cari layihənin 
tərkibini  iyerarxik  kataloq  şəklində  əks  etdirir  və  istənilən  səviyyəyə  asan  keçilməsinə 
imkan  verir.  Layihə  vbp  tipli  faylda  saxlanır.  Məsələn,  prjVB1.vbp.  Layihəyə  aid  olan 
formalar frm tipli ayrıca fayllarda saxlanır. Məsələn, frmVB1.frm.  

 
78 
Formanın  yerləşməsi  pəncərəsi  (Form  Layout).  Bu,  aşağı  sağ  küncdə  yerləşir.  Bu 
pəncərə  icra  zamanı  forma  pəncərəsinin  monitor  ekranının  harasında  yerləşəcəyini 
göstərir. Formanın ekrandakı yerini mışla dəyişmək olur. 
Proqram  əlavəsinin  işlənib  hazırlanması  mərhələləri.  Visual  Basic  mühitində 
proqram əlavəsinin tərtibi aşağıdakı mərhələlərdən keçir: 
1.
 
Qrafik  interfeysin  yaradılması.  Formalar  konstruktoru  pəncərəsində  proqram 
əlavəsi ilə istifadəçi dialoquna imkan verən idarəedici elementlər yerləşdirilir. 
2.
 
Qrafik  interfeysin  obyektlərinin  xassələrinə  qiymət  verilməsi.  Obyektin  xassələri 
pəncərəsində  əvvəlcədən  forma  üzərində  yerləşdirilmiş  idarəedici  elementlərə 
qiymətlər verilir. 
3.
 
Proqram  kodunun  yaradılması.  Kod  redaktoru  pəncərəsində  proqram  kodu 
prosedurları daxil və redaktə edilir. 
4.
 
Layihənin  saxlanması.  Layihə  bir-neçə  fayldan  (o  cümlədən,  bir-neçə  forma 
fayllarından)  ibarət  olduğundan,  hər  bir  layihə  üçün  diskdə  ayrıca  qovluq 
yaratmaq  məqsədəuyğundur.  Layihənin  saxlanması  üçün  File  menyüsündən 
istifadə  edilir.  Əvvəlcə  forma  və  onunla  əlaqəli  proqram  modulunu  menyünün 
Save  FormVB1.frm  As...  bəndi  ilə  saxlamaq  lazımdır.  Sonra  Save  Project  As... 
əmri ilə layihə faylını prjVB1.vbp adı ilə saxlamaq olar.  
5.
 
Layihənin  proqram  əlavəsində  kompilyasiya  edilməsi.  Saxlanmış  layihə  yalnız 
Visual Basic proqramlaşdırma sistemində icra edilə bilir. Bunun üçün layihəni exe 
fayl  tipində  saxlamaq  lazımdır.  Bu  məqsədlə  [File-Make...]  əmrindən  istifadə 
edilir. Lakin bu imkan VB5.0 CCE versiyasında yoxdur. 
 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin