İsa Musayev, Mətləb Əlizadə


Verilənlərin rabitə kanalları ilə ötürülməsi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   ...   12   13   14   15   16   17   18   19   20

 
7.2. Verilənlərin rabitə kanalları ilə ötürülməsi 
7.2.1. Şəbəkədə qarşılıqlı fəaliyyət metodları 
 
Kompüterlər arasında əlaqə onların arasında fiziki rabitə yaratmaq yolu ilə əldə edilir. 
Verilənlər şəbəkədə xüsusi kabelin köməyi ilə, telefon və ya radio ilə ötürülür. Bu xətlərin 

 
169 
fiziki  xarakteristikaları  kompüterdəki  şinin  xarakteristikalarına  uyğun  olmadığından, 
siqnalın  dəyişdirilməsi  lazım  gəlir.  İnformasiya  kabellə  ötürülərkən  dəyişdirmə  prosesi 
üçün şəbəkə adapterindən, telefon və ya radio ötürməsində isə modemdən istifadə edilir. 
Şəbəkəyə  qoşulmuş  kompüterlər  şəbəkə düyünləri,  məlumat  ötürən  xətlər  isə  rabitə 
kanalları  adlanır.  Əslində,  şəbəkə  düyünü  dedikdə,  ya  adapter,  ya  da  modem  nəzərdə 
tutulur.  Odur  ki,  bir  kompüterdə  bir  neçə  şəbəkə  adapteri  və  ya  modem  olduqda  həmin 
kompüter şəbəkə düyünləri kimi fəaliyyət göstərir.  
Bir və sıfırlar sırası şəklində ötürülən məlumat blokunun ilki və sonu müəyyən edilir. 
Buna  paketlərin  sinxronlaşdırılması  deyilir.  Sinxronlaşdırma  qaydasına  kommunikasiya 
protokolu  deyilir.  Siqnalötürmə  prosesi  şəbəkə  trafiki  adlanır.  Biristiqamətli  ötürmə 
kanalına simpleks kanal deyilir. İkiistiqamətli kanal dupleks kanal adlanır. 
Kommunikasiya avadanlığı. Şəbəkədə telefon xətlərindən, xüsusi naqildən, koaksial 
və  optik  kabellərdən  və  radio  dalğalarından  istifadə  edilir.  Ən  ucuz  kabel  2-3  naqilli 
kabeldir  ki,  bu  da  saniyədə  10  meqabit  informasiya  ötürə  bilir.  Lakin  küyə  qarşı 
müqaviməti  azdır.    Bu  problem  kabelin  ekranlaşdırılması  üsulu  ilə  həll  edilir.  Bu  halda 
kabel  bahalaşır.  Koaksial  kabel  orta  bahalığa  malik,  küyə  qarşı  yaxşı  müdafiə  olunan 
kabeldir.  Bir  neçə  kilometrə  ötürmə  zamanı  istifadə  edilir.  Saniyədə  100  meqabit 
informasiya  ötürür.  Hər  kilometr  yarımdan  sonra  gücləndirici  (təkrarlayıcı  və  ya  fəal 
konsentrator),  son  ucda  isə  xüsusi  siqnaluducu  (terminator)  olmasını  tələb  edir.  Optik 
kabel  bahadır.  Lakin  ötürmə  sürəti  saniyədə  10-50  qiqabayta  çatır.  Kabelin  uzunluğuna 
məhdudiyyət  yoxdur.  Küy  təsir  etmir.  Kabeli  budaqlandırmaq  çox  mürəkkəbdir.  Paralel 
qoşulmaq, gizli dinləmək qeyri-mümkündür. 
Son  zamanlar  rabitə  kanalları  daha  çox  peyk  rabitəsinə  əsaslanır.  Kommunikasiya 
peyklərinin 3 tipi vardır: 
 
aşağı orbitli peyklər (LEO – Low Earth Orbit) 290  - 1600 km  yüksəklikdə Yerin 
fırlanma sürətindən çox sürətlə uçur. Bunlar səmərəli deyil. Küyə qarşı müqaviməti azdır. 
Atmosferin yuxarı qatlarında müqavimətə rast gələrək yavaşıyıb mövqeyini dəyişir. 
 
Orta orbitli peyklər (MEO – Middle Earth Orbit) 10-16 min km yüksəklikdə Yerin 
fırlanma sürətindən artıq sürətlə uçur. 
 
Geostasionar  (geosinxron)  orbitli  peyklər  (GEO  –  Geostationary  Earth  Orbit)  35 
min  km  yüksəklikdə  Yerlə  bərabər  sürətlə  fırlanır.  Buna  görə  də  bu  peyklər  ekvator 

 
170 
üzərində bir nöqtədə asılmış şəkildə uçur. Retranslyator stansiyaları üçün bu peyklər çox 
münasibdir. 
Şəbəkə adapteri  verilənlərin  ötürülməsi  ilə  bağlı  baza  funksiyalarının  bir  hissəsi ilə 
proqramlaşdırılmışdır.  Bunu    prosessor  kompüter  portuna  görə  tanıyır.  Şəbəkə  adapteri 
prosessorun  porta  daxil  etdiyi  əmrlərlə  idarə  edilir.  Qalan  funksiyaları  özü  icra  edir. 
Şəbəkə adapteri rabitə kanalı ilə daxil olan məlumatlar arasından lazımi verilənləri qəbul 
edib  öz  buferinə  yığaraq  prosessorun  qəbuledici  əmrini  gözləyir.  Şəbəkəyə  ötürüləcək 
məlumatları  prosessordan  öz  buferinə  yığan  şəbəkə  adapteri  şəbəkənin  azad  olmasını 
gözləyir və sonra ötürür.  
Şəbəkə drayveri  şəbəkə adapteri ilə bilavasitə qarşılıqlı fəaliyyət göstərən proqrama 
deyilir.  Bu,  prosessorun  sorğularını  adapterin  anladığı  əmrlərə  və  əksinə  tərcümə  etmək 
üçündür.  
Şəbəkə modulu paketləri bu və ya digər kommunikasiya protokoluna uyğun surətdə 
işləyən  sistem  proqramıdır.  Şəbəkə  modulu  şəbəkə  drayveri  ilə,  şəbəkə  əməliyyat 
sisteminin proqramları ilə və digər şəbəkə modulları ilə qarşılıqlı fəaliyyət göstərir.  
Şəbəkə  interfeysi  şəbəkə  adapteri,  şəbəkə  drayveri  və  şəbəkə  modulunun  birgə 
fəaliyyətinin nəticəsi kimi meydana çıxır. 
Körpü bir texnologiya ilə yaradılmış iki şəbəkəni bir-birinə qoşan şəbəkə düyünüdür. 
Körpü  öz  şəbəkəsi  üçün  nəzərdə  tutulan  məlumatlara  toxunmur,  yalnız  başqa  şəbəkəyə 
ötürüləsi məlumatları ötürür.  
Marşrutizator  və  ya  paket  kommutatoru  müxtəlif  texnologiyalarla  qurulmuş 
şəbəkələri  qoşmaq  üçündür.  Marşrutizatorun  funksiyasını  şəbəkə  kompüterlərindən  biri 
icra edir. 
Şlüz müxtəlif şəbəkə avadanlığı və müxtəlif protokollu verilənlərlə xarakterizə olunan 
iki şəbəkəni birləşdirir. 
Multipleksor    xəbəri  təkrarlayaraq  eyni  vaxtda  bir  neçə  kanalla  ötürməyə,  həmçinin 
bir  neçə  kanalla ötürülən  siqnalları  bir  kanalda  birləşdirib  ötürməyə  imkan  verən  şəbəkə 
moduludur. 
Şaxələndirici  bir  neçə  işçi  stansiyanı  bir  rabitə  kanalına  qoşan  qurğudur.  Bu,  bir 
kanalla  ötürülən  siqnalı  iki  və  ya  üç  kanala  şaxələndirir.  Daha  çox  kanala  şaxələndirmə 
halında xab (ingiliscə, Hub) deyilən təkrarlayıcı qurğudan istifadə edilir. 
 

 
171 
7.2.2. Açıq sistemlərin şəbəkədə qarşılıqlı fəaliyyətinin etalon modeli 
Müasir cəmiyyət üçün xarakterik olan standartlaşdırma problemi qlobal informasiya 
fəzasının yaranması ilə əlaqədar olaraq informasiya yayımı sferasında xüsusilə kəskindir. 
Şəbəkələrarası qarşılıqlı fəaliyyət prosedurları üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı 
(İSO – İnternational Standard Orqanization) tərəfindən işlənib hazırlanmış standartlardan 
istifadə  edilir.  Bu,  ―açıq  sistemlərin  qarşılıqlı  fəaliyyət  standartları‖  (OSİ  Ref.  Model  – 
Open  Systems  İnterconnection  –  Reference  Model)  və  ya  ―Yeddisəviyyəli  şəbəkə 
mübadiləsinin etalon modeli‖ adlanır. 
İSO modeli şəbəkədə məlumat ötürülüşü məsələsini 7 səviyyəyə bölür: 
1.
 
Fiziki səviyyə (Physical Layer)
2.
 
Kanal səviyyəsi (Data Layer); 
3.
 
Şəbəkə səviyyəsi (Network Layer); 
4.
 
Nəqliyyat səviyyəsi (Transport Layer); 
5.
 
Seans səviyyəsi (Session Layer); 
6.
 
Verilənləri təqdimetmə səviyyəsi (Presentation Layer); 
7.
 
Tətbiqi səviyyə (Application Layer). 
Fiziki  səviyyə  protokollarının  əsas  təyinatı  fiziki  rabitə  və  onunla  bağlı  istismar 
hazırlığını təmin etməkdən ibarətdir. Bu səviyyə üçün çəbəkə adapteri və modem proqram 
təminatı məsuliyyət daşıyır. Fiziki səviyyə paketləri kanal səviyyəsi paketləri ilə eynidir. 
Kanal səviyyəsi məlumat ötürən rabitə xətlərinin idarə edilməsi səviyyəsidir və lokal 
şəbəkələrdə  paketləri  idarə  edir.  Bilavasitə  rabitə  xətti  ilə  ötürülən  paketə  kadr  deyilir. 
Rabitə  kanalı  və  ya  qəbuledici  qurğu  bu  və  ya  digər  səbəbdən  işə  hazır  deyilsə,  buna 
şəbəkə konflikti deyilir. Konflikti həll etmək üçün ötürməni təxirə salmaq lazımdır. 
Şəbəkə  səviyyəsinin  protokolları  lokal  şəbəkə  daxilində  fəaliyyət  göstərir.  Bu 
səviyyədə  şəbəkə  modulu  ötürülən  informasiyaya  mənbə  və  ünvan  barədə  lazımi 
informasiyanı əlavə edir ki, bu da hansı kompüterin hansı kompüterlərlə bağlantıya malik 
olduğu məlum olur. TCP/IP ailəsinə daxil olan IP (Internet Protokol) şəbəkə səviyyəsinə 
aiddir.  
Nəqliyyat  səviyyəsinin  protokolları  aralarındakı  məsafədən  asılı  olmayaraq  iki 
kompüter  arasında  kəsilməz  ötürməni  təmin  edir.  Protokollar  sistemində  nəqliyyat 
səviyyəsi  iki  protokolla  təmsil  olunur:  1)  TCP  –  Transmission  Control  Protocol  və  2) 
UDP – User Datagramm Protocol. 

 
172 
Bir  seans  daxilində  müxtəlif  kompüterlər  bir  neçə  dəfə  informasiya  mübadiləsi 
etdikdə sean səviyyəsindən istifadə edilir. 
Məlumatın  ötürülməyə  hazırlanmasına  tətbiqi  səviyyədə  başlanır.  Bu  səviyyəyə 
məlumat  ötürən  tətbiqi  proqram  məsuldur.  Tətbiqi    səviyyəyə  http,  telnet  və  s.  İnternet 
servisləri aiddir. 
7.3. Lokal şəbəkə topologiyası 
Lokal  şəbəkə  topologiyası  dedikdə,  şəbəkə  düyünlərinin  birləşdirilməsinin  həndəsi 
forması nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi və şin topologiyaları geniş yayılmışdır.  
Ulduzşəkilli topologiyada düyünlərdən biri mərkəz olur. Mərkəzi kompüter bütün işçi 
stansiyalarla  birbaşa  əlaqələndirilir.  Bu  topologiyada  konflikt  yaranmır,  lakin  kabel  sərfi 
artır. Məhsuldarlıği yüksək olsa da, şəbəkənin etibarlılığı mərkəzi kompüterin etibarlılığı 
qədərdir. İcazəsiz müdaxilədən qorunmaq asandır.  
Dairəvi topologiyada işçi stansiyalar bir-biri ilə ardıcıl qoşulur. Kompüter bir şəbəkə 
adapteri ilə informasiyanı qəbul edir, digər adapterlə ötürür. Bu halda məlumat dairə üzrə 
hərəkət edir. Ötürmə asanlaşır. Ötürmə müddəti dairədəki  kompüterlərin sayından asılıdır. 
Dairəvi qoşulmuş kompüterlərdən hər hansı biri imtina etdikdə şəbəkə imtina edir. Lakin 
bu  topologiyada  şəbəkəyə  istənilən  sayda  kompüter  qoşmaq  mümkündür.  Çünki  faktiki 
olaraq şəbəkə hər dəfə yalnız iki kompüter arasındakı məsafə ilə bağlı olur.  
Şin  topologiyasında  bütün  işçi  stensiyalar  bir  rabitə  kanalına  qoşulur.  Bu  halda 
kanaldan istifadə üçün növbə yaradılır. Ünvan ötürülən paketdə göstərilir. Konflikti aradan 
qaldırmaq üçün şin arbitrajı metodundan istifadə edilir. Adətən müxtəlif kompüterlər üçün 
kanal müxtəlif tezliklə işləyir. 
Praktikada  ağacşəkilli  topologiyadan  geniş  istifadə  edilir.  Bu,  adı  çəkilən 
topologiyaların kombinasiyasından yaradılır.  
 
7.3.1. Lokal şəbəkələrin fəaliyyət texnologiyası 
Lokal  şəbəkələrdə  düyünlərin  qarşılıqlı  fəaliyyətinin  təşkili  zamanı  əsas  rolu  rabitə 
kanalına  müraciət  metodu  oynayır.  Kompüterlərin  kabel  birləşmələrinin  3  növü  tətbiq 
edilir: 1) Token Ring (marker dairəsi), 2) Arcnet, 3) Ethernet
Tokrn  Ring  texnologiyası  İBM  kompaniyası  tərəfindən  işlənib  hazırlanmışdır.  Bu 
texnologiyada  dairəvi  hərəkət  edən  marker  məlumat  ötürmək  istəyən  düyün  tərəfindən 

 
173 
dayandırılır. Məlumat ötürən düyün ünvandan ötürmənin bitməsi barədə təsdiq alan kimi 
marker azad edilir və marker, onu gözləyən düyünlər növbəsindəki ilk düyünə keçir. 
Arcnet (Attached Resource Computer Network) texnologiyası 1977-ci ildə Datapoints 
korporasiyası  tərəfindən  işlənib  hazırlanmış  sadə,  ucuz,  etibarlı  və  çevik  lokal  şəbəkə 
arxitekturasıdır.  Bu  texnologiyada  kompüterlərdən  biri  xüsusi  marker  yaradır  və  ardıcıl 
olaraq  bir  kompüterdən  digərinə  ötürür.  Əgər  hər  hansı  stansiya  məlumat  ötürmək 
istəyirsə,  həmin  markeri  gözləyir,  marker  alan  kimi  ötürəcəyi  məlumata  ünvan  informa-
siyasını  qoşub  markerlə  birlikdə  ötürür.  Arcnet  texnologiyası  istənilən  topologiyada 
istifadə edilə bilir. 
Ethernet texnologiyası şəbəkə düyünlərinin ümumi şinə paralel qoşulması şəraitində 
işləyir. Marker azad olan kimi şəbəkənin növbəti ötürməyə hazır olduğunu xəbər verir. Bu 
texnologiyanı 1970-ci illərin sonunda Xerox Corporation kompaniyası təklif etmişdir.  
 
7.3.2. Lokal şəbəkədə işin sistem təminatı 
Lokal  şəbəkədə  məlumat  ötürülüşü  prosesi  şəbəkə  əməliyyat  sistemini  təşkil  edən 
proqram  vasitələri  kompkeksinin  köməyi  ilə  həyata  keçirilir.  Bəzi  şəbəkə  ƏS-ləri, 
məsələn,  Novell  NetWare,  ayrıca  kompüter  üçün  yaramır.  Bu  halda  şəbəkə  örtüyündən 
istifadə edilir. UNİX və ya Windows NT həm şəbəkədə, həm də ayrıca kompüterdə işləyir. 
Şəbəkə ƏS-nin vəzifələri aşağıdakılardan ibarətdir: 
 
 Verilən və proqramları bir kompüterdən digərinə ötürmək; 
 
Ayrıca kompüterdə proqram işlətmək
 
Şəbəkədə fayl sisteminin idarə edilməsi
 
İstifadəçilərin  şəbəkə  resurslarına  müdaxiləsinin  və  verilənlərin  icazəşiz 
müdaxilədən qorunmasının idarə edilməsi; 
 
Xarici  və  operativ  yaddaşdakı  verilənlərin  təhlükəsizliyinin  təmin  edilməsi, 
imtinalardan qoruma, verilənlərin arxivləşdirilməsi və təkrarlanması; 
 
Giriş-çıxış üzrə şəbəkə resurslarının paylanması; 
 
Şəbəkədən  kollektiv  istifadə  qaydalarına  əməl  olunmasının  uçotu  və  nəzarət 
edilməsi; 
 
Şəbəkənin əmr prosessorunun interfeysinin təmin edilməsi. 

 
174 
Şəbəkə ƏS-nin proqram təminatı 2 hissəyə bölünür. Əgər mərkəzi server varsa, bəzi 
modullar şəbəkəni idarə edən sistem cədvəllərinin saxlandığı mərkəzi serverdə işləyir. Bu 
modullar şəbəkə sisteminin nüvəsini təşkil edir. Digər modullar işçi stansiyalarda işləyir. 
Adətən  şəbəkə  elə  qurulur  ki,  işçi  stansiyalar  yalnız  serverin  disklərinə  və  birgə  istifadə 
edilən  printerlərə  müraciət  edə  bilir.  Stansiyalar  bir-birinin  diskinə  müdaxilə  edə  bilmir. 
Lakin  Net  Link  proqramı  serverə  müraciət  etmədən  iki  kompüter  arasında  (əgər  həmin 
proqram hər iki kompüterə yüklənibsə) birbaşa informasiya mübadiləsinə imkan verir. 
 
7.4. Qlobal kompüter şəbəkələri 
7.4.1. Qlobal kompüter şəbəkəsi – İnternet 
 
İnternet  müxtəlif  lokal  və  qlobal  şəbəkələr  birləşməsindən  yaranmış  Ümumdünya 
kompüter şəbəkəsidir. İnternetin xarakterik xüsusiyyəti odur ki, şəbəkələrarası informasiya 
mübadiləsi  TCP/IP  protokolları  üzrə  həyata  keçirilir.  Bu  protokollar  hətta  etibarlılığı 
yüksək olmayan xətlərdə də etibarlı ötürməni təmin edə bilir. IP-ünvanları sistemi İnternet 
vasitəsilə lokal şəbəkələrdəki hər bir kompüter resurslarını birmənalı şəkildə təyin edir. 
Sosial  baxımdan,  İnternet  -  özünəməxsus  düşüncə  tərzi,  dili  və  əxlaqı  ilə  seçilən 
informasiya mədəniyyəti törədən informasiya fəzasıdır.  
İnternetin özəyini ölkə və kontinentləri birləşdirən super sürətli transkontinental optik 
rabitə xətləri təşkil edir. Bu xətlərə konkret coğrafi regionlara xidmət edən nisbətən aşağı 
sürətli, az güclü xətlər birləşdirilir. Bunlara isə nisbətən daha zəif ötürmə qabiliyyəti olan 
lokal şəbəkələr qoşulur.  
İnternetdə  bütün  şəbəkəni  idarə  edən  vahid  mərkəz  yoxdur.  İnternet texnologiyanın 
köməyi ilə fəaliyyət göstərir və idarə edilir. 
İnternetdən əvvəl ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə ARPANET şəbəkəsi yaradıl-
mışdı.  Sonra  bir-neçə  universitet  arasında  şəbəkə  yaradıldı.  Bu  şəbəkələrin  əsasında 
İnternet quruldu.  
Bu şəbəkələr aşağıdakı prinsiplərə əsaslanır: 
 
İnformasiya kiçik porsiyalarla (paketlərlə) ötürülməlidir; 
 
 Paketin qəbul edildiyi və səhvsiz olduğu ünvan tərəfindən təsdiq edilməlidir
 
Lazım gəldikdə paketin ötürülməsi təkrar edilməlidir; 

 
175 
 
 Paketin  hərəkət  marşrutu  ötürmə  zamanı  müəyyən  edilməli  və  hətta  bir  xəbər 
daxilindəki paketlər də müxtəlif marşrutlarla ötürülə bilməlidir; 
 
Qəbul edilmiş paketlər ünvanda birləşdirilməklə xəbər bərpa edilməlidir. 
Kommunikasiya  protokolu  olan  İP  şəbəkə  səviyyəsinin  protokolu  olub,  İnternet 
şəbəkəsi ilə ötürülən paketin formatını təsvir edir. 
Nəqliyyat  protokolu olan  TCP  informasiyanın ötürülməsinə  və  bütövlüyünə nəzarət 
edir.  Yəni,  İnternetdə  kompüterlər  arasındakı  informasiya  mübadiləsi  İP  protokolu  ilə 
ötürülən paketlərin TCP protokolu ilə nəzarətdə saxlanmasına əsaslanır.  
İnternet  daxilində  hər  bir  şəbəkə  özünəməxsus  rabitə  texnologiyasına  əsaslanaraq 
spesifik  tələblərə  uyğun  fəaliyyət  göstərir.  Lakin  bütün  şəbəkələr  informasiya  paketlərini 
qəbul edib lazımi ünvana ötürə bilir.  
İlk  vaxtlar  İnternet  yalnız  elmi  informasiya  mübadiləsini  həyata  keçirdiyindən, 
kommersiya  xarakteri  daşımırdı.    Son  illərdə  İnternetin  kommersiya  tərəfi  daha  böyük 
əhəmiyyət daşımağa başlamışdır. 
Kompaniya və korporasiyaların korporativ informasiya və kommunikasiya resursları 
əsasında İnternetin İntranet texnologiyası yaranmışdır. 
Lokal  və  korporativ  şəbəkələrin  İnternetə  qoşulması  üçün  müxtəlif  mürəkkəbliyə 
malik məsələlər həll edilməlidir. Belə ki: 
 
 Şəbəkələr TCP/IP protokolları üzrə təşkil edilməlidir; 
 
İnternet ünvanları və adları şəbəkənin bütün daxili istifadəçiləri üçün alınmalıdır; 
 
Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki qoşulmalıdır; 
 
İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin marşrutu təyin edilməli və 
marşrutlaşdırma idarə edilməlidir
 
Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında elektron poçtla informasiya 
mübadiləsi reallaşdırılmalıdır; 
 
İnternet  bazasında  İntranet  texnologiyasına  maneəsiz  informasiya  xidmədi  təşkil 
edilməlidir; 
 
İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll edilməlidir. 
 
7.4.2. İnternet xidmətləri 

 
176 
İnternet  xidmətləri  cürbəcürdür.  Əsas  xidmətlər  aşağıdakılardır:  elektron  poçt, 
telekonfrans,  informasiya  yayımı  siyahıları,  fayllara  məsafədən  müraciət,  uzaq  terminal 
rejimində iş, Ümumdünya hörümçək toru. 
İnternet  xidmətləri:  interaktiv,  birbaşa  və  təxirə  salınmış  oxu  kimi  3  növə  bölünür. 
Təxirə salınmış oxu xidmətində sorğu ilə cavab eyni vaxtda baş vermir. Elektron poşt bu 
xidmət  növünə  aiddir.    Birbaşa  müraciət  xidmətində  sorğuya  həmin  anda  cavab  verilir. 
Lakin  cavab  alanın  əlbəəl  reaksiya  verməsi  tələb  olunmur.  Faylların  ötürülməsi  bu  növ 
xidmətə aiddir. Alınmış informasiyaya əlbəəl reaksiya verilməsi tələb olunan xidmət növü 
interaktiv sayılır və Ümumdünya hörümçək toru belə xidmətdir.  
Elektron  poşt  (e-mail)  İnternetin  daha  populyar  xidmətidir.  Bu  zaman  bir 
kompüterdən ötürülən mətni ünvan öz kompüterində alır, lakin onu özünə münasib vaxtda 
oxuyur. 
Müxtəlif  prinsiplərlə  qurulmuş,  müxtəlif  protokollarla  işləyən  şəbəkələrdə  elektron 
məktub ötürmək üçün SMPT (Simple Mail Transfer Protocol) protokolundan, qəbul etmək 
üçün  isə  POP  protokolundan  istifadə  edilir.  Windows  ƏS  mühitində  elektron  poçt  üçün 
Outbook  Express,  Microsoft  Outbook,  Netscape  Communikator  və  digər  proqramlardan 
istifadə etmək olar. 
Şəbəkə  yenilikləri  Usenet  və  ya  telekonfrans  da  İnternetin  geniş  yayılmış  xidmət-
lərindəndir.  Bu  halda  xəbər  alan  şəbəkə  düyünü  həmin  xəbəri  siyahıda  olan  bütün 
düyünlərə translyasiya edir. Beləliklə, bir xəbər çoxqat təkrarlanaraq qısa müddətdə bütün 
dünyaya (Usenet konfrans iştirakçılarına) yayılır.  
İnformasiya  yayımı  siyahıları  elektron  poçtla  işləyən  sadə  İnternet  xidmətidir.  Bu 
halda bir məktub siyahıda qeydiyyata düşmüş bütün abonentlərə ötürülür. Bu yayımı hansı 
təşkilat  icra  edirsə,  o  da  yayıma  nəzarət  edir.  Halbuki  belə  nəzarət  Usenet  xidməıtində 
yoxdur.  
FTP  xidməti  xüsusi  serverlərdə  saxlanan  fayllara  (həmçinin,  arxiv  fayllarına) 
müraciəti təmin edir.  
Ümumdünya  hörümçək  toru  (World  Wide  Web  –  WWW)  İnternetin  ən  populyar 
xidmətidir. Bu xidmət hipermətn anlayışına əsaslanır. Mətn informasiyasının ardıcıl, xətti 
formada  deyil,  bir-biri  ilə  iqtibaslar  şəklində  bağlı  olan  mətnlər  çoxluğu  kimi  təşkil 
edilməsinə hipermətn deyilir.  Bir mətn daxilindəki iqtibas digər mətnə keçidə imkan verir. 
İqtibas  edilən  mətn  başqa  kompüterdə,  başqa  ölkədə,  başqa  kontinentdə  ola  bilər. 

 
177 
Hipermətn  ideyası  əsasında  mulyimediya  texnologiyasına  əsaslanan    hipermediya 
yaradılmışdır.  Hipermətn  sənədi  HTML  (Hyper  Text  Markup  Language)  dilində  tərtib 
edilir.  HTML  formatını  ötürmək  üçün  HTTP  (Hyper  Text  Transfer  Protocol) 
protokolundan istifadə edilir. WWW  sənədindəki iqtibaslar elə təşkil edilmişdir ki, hər bir 
informasiya resursu İnternetdə birmənalı ünvanlaşdırılır. İnternetdə informasiya resursuna 
iqtibaslar URL-ünvanlar (Uniform Resource Locator) adlanır. 
WWW  xidmətinin  köməyi  ilə    istifadəçi  öz  informasiya  fəzasını  vahid  bütöv  kimi 
qəbul  edir.  İqtibaslar  WWW  müştərisi  olan  brauzer  adlanan  proqramlar  vasitəsilə  dərk 
edilir.  
Telnet xidməti məsafədəki kompüterlərə terminal müraciətini təmin edir.  
Proxy-server  (əlaqələndirici  server)  tez-tez  müraciət  edilən  informasiyanın  üzünü 
özündə saxlayır və təkrar müraciətlərdə uzaq qoşmalara ehtiyac qalmır.   
 
7.4.3. İnternetdə resursların ünvanlaşdırılması 
Ümumdünya şəbəkəsi olan İnternetdə hər bir kompüter (əslində, kompüterin şəbəkə 
adapteri)  eyni  zamanda  3  ünvan  alır:  birincisi,  adapterin  zavod  nömrəsidir,  ikincisi,  İP 
ünvanın kodudur, üçüncüsü, domen ünvanıdır ki, bütün bunlar da istifadəçi interfeysi üçün 
nəzərdə tutulmuşdur.  
İP-ünvanı 4 baytlıq ölçüyə malikdir və 3 hissədən ibarətdir: İP –ünvanın ranqı, lokal 
şəbəkənin nömrəsi və şəbəkə daxilindəki kompüterin nömrəsi. İP –ünvanın ranqı bu tipdən 
olan  şəbəkələrin  sayını  və  maksimal  ölçüsünü  təyin  edir.  Şəbəkənin  nömrəsi  qeydiyyat 
zamanı verilir. Şəbəkənin nömrəsini şəbəkənin sahibi olan təşkilat verir. Şəbəkə daxilində 
kompüterin nömrələnməsi isə şəbəkə inzibatçısının səlahiyyətindədir.  
Ünvanların  domen  təşkilatı  DNS  (Domain  Name  System)  iyerarxik  quruluşludur. 
Yuxarı səviyyənin bir  neçə domeni vardır  ki,  bunların da hər birinə  müəyyən  ad  verilir: 
mom, edu, org, gov, ru, az və s. Növbəti səviyyə domeni yuxarı səviyyə domeninə yeni ad 
əlavə  etməklə  yaradılır.  Məsələn,  econ.msu.ru  Moskva  Dövlət  Universiteti  İqtisad 
fakültəsinin şəbəkədəki domen adıdır.  
Domen adları sistemi İnternet xidmətləri içərisində mərkəzi yerlərdən birini tutur.  
 
7.4.4. TCP/IP protokolları ailəsi. 

 
178 
Artıq  qeyd  edildiyi  kimi,  TCP/IP  protokolları  müxtəlif  səviyyəli  kommunikasiya 
protokollarının tam ailəsini əhatə edir. Buraya aşağıdakılar aiddir: 
 
IP (Internet Protocol) – şəbəkələrarası protokol; 
 
TCP (Transmission Control Protocol)- baza nəqliyyat protokolu
 
UDP  (User  Datagram  Protocol)-  TCP  protokolundan  fərqlənən  ikinci  nəqliyyat 
protokolu; 
 
ARP  (Address  Resolution  Protocol)-  İP  və  Ethernet  ünvanlarının  uyğunluğunu 
müəyyən etmək üçün istifadə edilir; 
 
SLİP  (Serial  Line  İnternet  Protocol)-  telefon  xətti  ilə  verilən  ötürülməsinin  kanal 
protokolu;  
 
PPP  (Point  to  Point  Protocol)-  ―məntəqədən  məntəqəyə‖  məlumat  mübadiləsinin 
kanal protokolu; 
 
FTP (File Transfer Protocol) – fayl mübadiləsinin tətbiqi protokolu; 
 
telnet –virtual terminalın emulyasiyasının tətbiqi protokolu; 
 
DNS (Domain Name System)- domen adları sistemi; 
 
RİP (Routing İnformation Protocol)- marşrutlaşdırma protokolu; 
 
NFS (Network File System)- paylanmış fayl sistemi və şəbəkə çap sistemi; 
 
SNMP (Simple Network Management Protocol)- şəbəkəni idarə edən sadə protokol. 
Kanal səviyyəsinə SLİP və PPP protokolları, Şəbəkə (şəbəkələrarası) səviyyəsinə İP 
və ARP protokolları, nəqliyyat səviyyəsinə TCP və UDP protokolları aiddir. 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin