188
8.7.2. İnformasiya sisteminin predmet oblastı
və onun modelləşdirilməsi
―VB‖ konsepsiyası verilənlərin səmərəli idarə edilməsi tələbatından yaranmışdır.
Verilənlər bazası texnologiyaları yaranmazdan əvvəl informasiya sistemlərini 2
sinfə bölürdülər: sənədli və faktoqrafik informasiya sistemləri.
Sənədli informasiya sistemləri indi mətn sistemləri adlanır. Bunlar təbii dildə
yazılmış sənədlərlə, biblioqrafik təsvirə malik nəşr materialları ilə, jurnal məqalələrinin
tam mətnləri ilə, monoqrafiyalarla, elmi hesabatlarla, dissertasiyalarla, qanunvericilik
aktları ilə də s. işləmək üçündür. Lakin artıq bu sistemlər mətn sənədləri ilə yanaşı, şəkil,
video, audio və s. kimi informasiya resurslarını da əhatə edir.
Faktoqrafik informasiya sistemləri strukturlaşdırılmış verilənlər şəklində təqdim
edilən faktlarla işləyir. İlk faktoqrafik sistemlər müəyyən xassələrlə xarakteizə olunan
obyektlərin axtarışı üçün istifadə edilirdi. Verilənlər bazası texnologiyaları ilk dəfə məhz
bu sistemlərdə tətbiq tapdı. Bu sistemlər, ilk növbədə, real dünyanın müəyyən hissəsi
olan sistemin predmet oblastının dinamik informasiya modelini reallaşdırmağa təyinat-
lıdır.
Müəyyən vaxt ərzində məşğul olunan fəaliyyət növü (iqtisadi tədqiqat, istehsalın
planlaşdırılması, bazarda lazımi məhsulun axtarılması, ətraf mühitin vəziyyətinin
monitorinqi) öz predmet oblastının vəziyyəti və onda gedən proseslər barədə lazımi
məlumatları əldə etmək üçün müntəzəm və ya qeyri-müntəzəm müşahidə və ölçmələr
aparılmasını tələb edir. Lakin müşahidə və ölçmələri lazım olan vaxtlarda həyata keçir-
mək bu və ya digər səbəblər üzündən heç də həmişə mümkün olmur. Bu halda kompü-
terdə yaradılmış gerçəkliyin dinamik informasiya modeli misilsizdir.
İnformasiya modeli fiziki, riyazi və s. modellərdən fərqli olaraq maddi resursları
informasiya resursları şəklində təsvir edir. Verilənlər bazası texnologiyaları həmin infor-
masiya modelini verilənlər modelinə çevirə bilir. İnformasiya modeli real prosesləri
adekvat təsvir etdiyindən, zəruri ölçmələrə ehtiyacı azaldır. Bu, həm vaxta qənaət etmə-
yə, həm də xərci azaltmağa imkan verir.
Dinamik model dedikdə, zamanda dəyişən model nəzərdə tutulur. Bu model pro-
sesin gedişini kadrlar sırası şəklində təsvir etmək üçün kifayət edən yaddaşa malik
kompüterdə reallaşdırılır.
189
Predmet oblastının informasiya modeli real obyektlərin konkret məqsədlə birbaşa
bağlı olan mahiyyətləri əsasında yaradılır. Bu məqsədlə mahiyyətlər tipləşdirilir. Predmet
oblastı mahiyyət tipləri üzrə strukturlaşdırılır. Hər bir obyekt özünəməxsus mahiyyət
atributları ilə təsvir edilir. Praktikada predmet oblastının strukturunun təhlili və sintezi
deduktiv metodla həyata keçirilir. Yəni, əvvəlcə mahiyyət tipləri aşkar edilir, ümumi
mahiyyətlər müəyyənləşdirilir, sonra həmin tip bu tipdən olan bütün mahiyyət nüsxələri
üçün mənimsədilir. Predmet oblastının hər bir mahiyyəti fərdidir. Bu fərdilik həm də
eyni tip mahiyyətlər arasında da hökm sürür. Yəni, heç bir təkrara yol verilmir. Fərdilik
identifikator vasitəsilə reallaşdırılır. Bəzi identifikatorlar unikal olur. Unikal identifikator
ilkin açar adlanır. Məsələn, şəxsiyyət axtarışında soyad ilkin açardır. Unikal olmayan
identifikatorlar ikinci açar adlanır. Məsələn, tələbənin soyadı ilkin açar, qrup nömrəsi
ikinci açardır.
Predmet oblastında mahiyyətlər arasında müxtəlif məzmunlu əlaqələr mövcud olur
ki, informasiya modelində bunlar da öz əksini tapmalıdır. Bunlar əlaqə tipləri ilə təsvir
edilir. Əlaqə tipləri məcburi və ya fakültativ olur. Məsələn, şəxsiyyətlə doğum tarixi
məcburi, yaşayış yeri isə fakültativ əlaqədədir.
Mahiyyət tipləri arasında ixtiyari ölçülü əlaqələr ola bilir. Praktikada unar (1 öçülü),
binar (2 ölçülü) və n-ar (n ölçülü) əlaqələr mövcud olur. Əlaqələr ―birin birə‖, ―birin
çoxa‖ və ―çoxun çoxa‖ tiplərdə olur. Predmet oblastını xarakterizə edən mahiyyətlərarası
əlaqə tipləri məcmusu predmet oblastının tipik quruluşunu əmələ gətirməklə, həm də
predmet oblastının tipik modeli kimi çıxış edir. Bu model predmet oblastının sabit (və ya
nisbi sabit) xassələrini əks etdirdiyindən, intensional model adlanır.
Predmet oblastının müəyyən cəhətlərini əks etdirən bəzi əlaqələr müəyyən dəyişik-
liyə uğradığından, bəzi əlaqələrin pozulması və ya yeni əlaqələrin meydana çıxması
səbəbindən, predmet oblastının vəziyyəti dinamik xarakterlidir. Bu vəziyyəti predmet
oblastının ekstensional modeli təsvir edir. Göründüyü kimi, intensional statik, eksten-
sional dinamik modeldir. Predmet oblastının hər bir vəziyyəti müəyyən sərhədlər daxi-
lində olmalıdır ki, bunlara da bütövlük məhdudiyyətləri deyilir. Bütövlük məhdudiy-
yətləri əyani (müəyyən hökm şəklində formalaşdırılmış) və ya əyani ifadə olunmasına
ehtiyac olmayan gizli ola bilər. Məsələn, ağacşəkilli quruluşda, kök düyündən (zirvədən,
təpədən) başqa, hər bir düyünün yeganə ana düyünə bağlılığı faktı gizli məhdudiyyətdir.
Bütövlük məhdudiyyətləri statik və dinamik olurlar. Statik məhdudiyyət ayrıca vəziyyətə
190
xasdır. Dinamik məhdudiyyət predmet oblastının bir vəziyyətdən digərinə keçidi müəy-
yən edir. Beləliklə, bütövlük məhdudiyyətləri zamanda dəyişməz olmaqla intensional
modelin tərkib hissəsidir.
Qeyd etmək lazımdır ki, intensional və ekstensional modellər predmet oblastının
müxtəlif səviyyələrdə abstrakiyasını əks etdirir. Ekstensional model ―nüsxə‖ modelidir.
Çünki mahiyyət nüsxələrinin xassələrini və onlar arasındakı əlaqələri təsvir edir.
İntensional model işə mahiyyət nüsxələrinin xassələrini nəzərə almır və buna görə də o,
―tip‖ modelidir.
İnformasiya sisteminin yaradıcısı üçün intensional model daha maraqlıdır. Çünki
bu, predmet oblastını bütöv şəkildə təsvir edir.
Layihələşdirici mütəxəssis baxımından, həm də konseptual model maraqlıdır. Çünki
bu, bütövlükdə ―informasiya fəzası‖nı xarakterizə edir. Konseptual modelin sintez
edilməsi informasiya sisteminin yaradılmasının ən vacib mərhələdir.
8.7.3. Verilən modelləri
İxtiyari verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS) müəyyən verilən
modeli ilə işləyir. Verilən modeli dedikdə, verilənlərin strukturlaşdırılması qaydaları
çoxluğu nəzərdə tutulur. Əgər VBİS bir neçə modellə işləyirsə, bu, multimodelli sistem
adlanır.
Verilən modeli bir tərəfdən, predmet oblastının verilən bazasında təzahür vasitəsidir
və buna görə də o, özünü metainformasiya kimi təqdim edir. Digər tərəfdən, verilənlərin
VBİS tərəfindən idarə edilməsi mexanizmi kimi çıxış edir. Müasir anlamda verilən
modeli predmet oblastının modelləşdirilməsi instrumentidir. Halbuki əvvəllər bu anlayış
yalnız verilənlərin quruluşunu təsvir edirdi. İlk verilən modelləri qraf modelləri idi.
Bunlar ya şəbəkə, ya da iyerarxik (ağacşəkilli) quruluşları ifadə edirdilər. Hal-hazırda
relyasiyalı (iqtibaslı) modellər daha geniş tətbiq edilir.
Qraf modellərinin ən mühüm komponenti naviqasiya (axtarış) aparatıdır.
Naviqasiya aparatı üzərində manipulyasiya (dəyişdirmə) əməli aparılacaq verilənləri
(bunlara cari verilən deyilir) identifikasiya etmək (adlandırmaq) və idarəni struktur üzrə
həmin verilənlərə yönəltmək üçündür. CODASİL şəbəkə modelində naviqasiya aparatı
kifayət qədər mürəkkəbdir. Bu modeldə aşağıdakı tipik əməllər icra edilir:
Verilmiş tipə aid növbəti yazının tapılması;
191
Verilmiş məlumat yığımının növbəti yazısına keçilməsi;
Carı yazıların emal üçün götürülməsi;
Cari yazıların dəyişdirilməsi (təzələnməsi, əvəzlənməsi və s.);
Yazının VB-də yadda saxlanması;
Yazının yığıma əlavə edilməsi;
Yazının yığımdan silinməsi;
Cari yazının VB-dən silinməsi və s.
Bu əməllər iyerarxik modellərdə də icra edilir.
1970-ci illərdən geniş tətbiq edilən relyasiyalı modellər cədvəllər çoxluğu şəklində
qurulur.
Sözügedən modellərin xarakterik xüsusiyyəti verilənə sərbəst mücərrəd obyekt kimi
baxılmasıdır. Yəni, verilənin məzmunu və əlaqələri VB-dən kənarda qalır. 1970-ci
illərdən semantik modellərin yaradılmasına başlanıldı. Bu modellər verilənin məzmunu
və əlaqələrini də VB-yə daxil etməyi nəzərdə tuturdu. Lakin bunlar geniş tətbiq tapmadı.
1980-ci illərin sonunda obyekt-istinad proqramlaşdırmasının uğur qazanması ilə
verilənlərin obyekt modelləri meydana çıxdı. 1993-cü ildə ilk obyekt modeli ODMG-93
(Objekt Data Management Group) yaradıldı və ODMG 3.0 versiyası 2000-ci ildə ən
yaxşı model kimi bəyənildi. Müasir kommersiya VBİS-lərinin əksəriyyətində obyekt-
relyasiya modellərindən istifadə edilir. Bu modellər 1999-cu ildə təklif edilmiş SQL
dilinin yeni versiyası əsasında yaradılmışdır.
Obyekt modellərinin mərkəzi anlayışı obyektdir. Obyekt müəyyən vəziyyətdə
olandır. Obyektin vəziyyəti atributlar çoxluğu ilə təyin edilir. Obyekt bir vəziyyətdən
digər vəziyyətə keçməklə müəyyən davranış nümayiş etdirəndir. Obyektin davranışı
əməllər sırası ilə təyin edilir. Obyekt fərdidir və özünəməxsus identifikatorla ifadə edilir.
Obyektin vəziyyəti dəyişsə də identifikatoru dəyişmir.
Hal-hazırda çoxölçülü modellər də geniş tətbiq edilir. Bu modellərdə verilən
çoxölçülüdür. Yəni, bir əsas rekvizitə əlamət rekvizitləri zənciri qoşulur.
Bunlarla yanaşı, mahiyyət-əlaqə modelləri də vardır ki, bunlar da avtomatlaşdırılmış
layihələşdirmə sistemləri mühitində geniş istifadə edilir.
8.7.4. Verilənlər bazası sistemlərinin (VBS) arxitekturası
192
VB sisteminin arxitekturasının funksional, fəza və informasiya kimi 3 aspekti var-
dır. Bu aspektlər bir-biri ilə sıx bağlıdır. Fəza və informasiya arxitekturaları funksionsal
arxitekturadan törəmədir.
İnformasiya arxitekturası VB-də informasiya resurslarının paylanma quruluşunu
xarakterizə edir.
Fəza arxitekturası funksional komponentlərin yerləşmə fəzasını təsvir edir. Bu
baxımdan, VB-lər mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş VB-də
funksional komponentlərin hamısı bir kompüterdə cəmlənir. Bu, fərdi VB-dir. Paylanmış
VB lokal, regional və qlobal şəbəkələrdə yaradılır.
Şəbəkəyə naqilsiz (mobil) qoşulmaların tətbiqi VB arxitekturasını xeyli mürəkkəb-
ləşdirmişdir. İndi şəbəkənin stasionar hissəsi işçi, mobil hissəsi isə yalnız istifadəçi kimi
işləyir.
Funksional arxitektura funksional komponentlərin funksiyasını, tərkibini və qarşı-
lıqlı əlaqələrini təsvir edir. Bu arxitektura ―müştəri-server‖ konsepsiyasına söykənir. Bu
konsepsiyada funksional komponüntin biri server şəklində ayrılır. Qalan funksional
komponentlər müştəri kimi işləyir.
8.7.4.1. Verilənlər bazalarının idarə edilməsi sistemləri (VBİS)
VBİS-lər fəaliyyətdə olan informasiya sistemlərini qurmaq üçündür. Adətən hər bir
konkret sistem müəyyən verilən modelinə əsaslanır və həmin model üçün xarakterik olan
əməliyyatları saxlayır.
Müasir VBIS-lərin əksəriyyəti verilənlərin iqtibaslı (relyasiyalı) modelinə əsaslanır
və verilənlərin axtarılıb seçilməsi üçün SQL (Struktured Query Language) dilindən
istifadə edilir.
Relyasiyalı bazanı Microsoft Access proqramının köməyi ilə yaratmaq mümkündür.
8.7.4.2. VBİS-lərin dil vasitələri
VB sistemi ilə iş dil vasitələrinin köməyi ilə baş tutur. Dil vasitələri verilən mode-
lində müxtəlif üsullarla reallaşdırılır. İxtisaslı mütəxəssislər, məsələn, mürəkkəb tətbiqi
sistemlərin yaradıcıları üçün dil vasitələri sintaksis formada verilir. Digər hallarda dilin
funksiyaları 4-cü nəsil dil (4GL) adlandırılan istifadəçi interfeysi formasında, yəni,
gizlədilmiş şəkildə, məsələn, menyü, dialoq ssenariləri və ya istifadəçi tərəfindən
193
doldurulan ekran blankları, diaqramlar və digər vizual təsvir formalarında reallaşdırılır.
İstifadəçi interfeysindən daxil edilən verilənlər interfeysin müvafiq sintaksis
konstruksiyalarına çevrilib icraya ötürülür. Bu forma fərdi kompüter üçün nəzərdə
tutulmuş VBİS-lərdə geniş tətbiq edilir.
Relyasiyalı VBİS-lərdə sorğuların cədvəl dili (QBE – Query-By-Example) tətbiq
edilir. Bu dildə sorğu cədvəl sətr və sütunlarının doldurulması formasında daxil edilir.
Sonra avtomatik surətdə SQL dilinə çevrilərək icraya verilir.
VBİS-in dil vasitələri iki funksiyanın: 1) sistem arxitekturasının idarə edilən səviy-
yələrində verilənlər bazasının təqdim edilməsinin təsviri və 2) verilənlərin manipulyasi-
yası əməliyyatlarının icrası üçün istifadə edilir. Birinci funksiya verilənlərin təsviri dili
(VTD) ilə təmin edilir. Buna verilənlərin təyini dili də deyilir. VB-nin VTD vasitəsilə
təsviri VB-nin sxemi adlanır. Bu, VB-nin strukturunu təsvir edir. VB sxemi əslində
predmet oblastının intensional modelidir.
Verilənlərin manipulyasiyası dili (VMD) VB-dəki verilənlərə müraciət etməyə
imkan verir.
Relyasiyalı dil olan SQL hər iki dili özündə birləşdirir. Sorğu dili olmaqla SQL
geniş tətbiq edilir. SQL-lə yanaşı, relyasiyalı dil olan Quel və dBase dilləri də geniş
yayılmışdır. dBase dili bitkin instrumental dil vasitəsi olduğundan, avtonom dil adlanır.
VB-lərin proqramlaşdırılıması dilləri müxtəlif dil vasitələri arasında meydana çıxan
uzlaşma çətinliklərini aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Bu dillərə: Paskal,
Ada, Modula, Atlant, Teksis, Qalileo və s. aiddir. Lakin bu dillər geniş tətbiq tapmadı.
Bu məqsəd üçün C++ və Java obyekt dilləri yaradıldı ki, bu da həmin dillər üçün
ODMG
standartının yaranmasına gətirib çıxardı. ODMG standartı tətbiqi
proqramlaşdırma interfeysinin təməlinə qoyuldu. Beləliklə, obyekt proqramlaşdırma dili
ilə obyekt VB-nin əlaqələndirilməsi uzlaşma cətinliyini bir yolluq ləğv etdi.
8.7.5. Verilənlər bazasının saxlama mühitinin təşkili
VB yalnız saxlama mühitində tam ―maddiləşmiş‖ olur. VBİS-də VB-nin saxlanması
mühiti mexanizmləri sistem resurslarının iki qrupunu – saxlanan verilənlər resursunu və
saxlama mühiti üçün yaddaş resursunu idarə etməyə xidmət edir. Saxlama mühiti
mexanizmləri aşağıdakı əməliyyatları icra etməlidir:
Yaddaşda yeni saxlanan verilənlərin yerinin təyini;
194
Onların yaddaşda yerləşməsi üçün lazımi yaddaş resursunun ayrılması;
Saxlanan digər verilənlərlə onların əlaqəsinin yaradılması və pozulması;
Saxlanan verilənlərin silinməsi və onların tutduğu yaddaşın boşaldılması;
Yaddaşda verilənlərin atributlar və ya ünvanlar üzrə axtarılması;
Saxlana verilənlərin emal üçün seçilib götürülməsi.
Saxlama mühitində verilənlər fiziki yerləşmə baxımından sərbəst olsalar da, bir-biri
ilə ünvan göstəriciləri vasitəsilə məntiqi bağlılığa malik olan saxlama sxeminə tabedirlər.
Saxlama sxemi CODASYL tərəfindən yaradılmış saxlanan verilənlərin təyini dili (Data
Storaqe Definition Lanquaqe) ilə təsvir edilir.
Verilənlərin yaddaşda yerləşdirilməsinin idarə edilməsi də saxlama mühiti mexa-
nizmlərinin mühüm funksiyasıdır. Verilənlər adətən xarici yaddaşda nömrələnmiş eyni-
ölçülü səhifələr şəklində saxlanır. Hər müraciətdə bir səhifə oxunur. Səhifənin ölçüsü
mübadilə buferinin ölçüsünü təyin edir. Yaddaşdakı hər yazının öz ünvanı vardır.
Ünvanlar birbaşa və dolayı olur. Birbaşa ünvan yazının yaddaşdakı yerini bilavasitə
göstərir. Lakin bu, çoxsaylı boş yaddaş fraqmentlərinin yaranmasına səbəb olur. Bu
nöqsanı aradan qaldırmaq üçün dolayı ünvanlaşdırmadan istifadə edilir. Bu halda
səhifənin bir hissəsi indeksləşdirmə üçün ayrilir. Həmin indekslər müvafiq yazı üçün
ünvan göstəricisi rolunu oynayır. Yazının ölçüsü dəyişərkən növbəti yazıların yalnız
ünvan göstəricilərinin qiyməti dəyişir. Beləliklə, bu halda yaddaşda boş yer qalmır.
Göründüyü kimi, birbaşa ünvanlaşdırma verilənlərin ardıcıl saxlama quruluşuna, dolayı
ünvanlaşdırma isə siyahışəkilli saxlama quruluşuna uyğundur.
Verilənlər hansı qaydada saxlanırsa, onlara müraciət də həmin qaydada mümkün
olur.
8.7.6. VB inzibatçılığı
VB inzibatçılığı sistemin etibarlı və səmərəli fəaliyyətini təmin etməyə yönəldil-
məklə, həm də istifadəçi tələbinə adekvat olan VB yaradılmasını və predmet oblastının
aktual vəziyyətdə saxlanmasını tyəmin etməyi nəzərdə tutur. İnzibatçı heyətin zəruriliyi
verilənlərin mərkəzləşdirilmiş idarə edilməsi ilə bağlıdır və sosial istifadəçi mühitində
meydana çıxan ziddiyyətləri həll etmək üçündür.
İnzibatçılıq predmet oblastı üzrə, əlavələr üzrə, VB üzrə və təhlükəsizlik üzrə qrup-
laşdırılır.
195
Predmet oblastı üzrə inzibatçı VB-nin konseptual sxeminin istifadəçilərin inteqra-
siya edilmiş tələblərinə adekvat olmasının təmin edir.
Əlavələr üzrə inzibatçı VB-nin xarici sxeminin müvafiq proqram əlavəsinə adek-
vatlığının təmin edilməsinə məsuldur.
VB inzibatçısının vəzifəsi sistemin lazımi məhsuldarlıq səviyyəsini təımin etmək-
dən ibarətdir. Bu vəzifə səmərəli müraciət metodlarından və verilənlərin səmərəli yerləş-
mə strategiyasından istifadə etmək, həmçinin verilənlərin optimal bolluğunun yaradıl-
ması yolu ilə yerinə yetirilir.
VB inzibatçısının vəzifələrinə aşağıdakılar daxildir:
Sistemin fəaliyyət statistikasının aparılması;
Yaddaş resurslarından səmərəli istifadənin təmin edilməsi;
Sistemin etibarlı fəaliyyətinin təmin edilməsi;
VB-nin saxlanması mühitinin yenidən sazlanmasına ehtiyacın qiymətləndirilməsi;
Lazım gəldikdə VB-nin daxili sxeminin dəyişdirilməsi;
Konseptual sxemin yeni daxili sxemə uyğunlaşdırılması;
VB-nin saxlanması mühitinin yeni daxili sxemə uyğunlaşdırılması;
VB-nin məntiqi və ya fiziki pozuntularının ləğv edilməsi yolu ilə tamlığının bər-
pası.
Təhlükəsizlik üzrə inzibatçı istifadəçi səlahiyyətlərini, verilənlərə müraciət məhdu-
diyyətlərini müəyyən etməyə və VB-nin texnoloji təhlükəsizliyini təmin etməyə borc-
ludur.
Bəzən verilənlər üzrə də inzibatçı vəzifəsi nəzərdə tutulur. Bu, verilənlərin gerçək-
liyinə, uyuşanlığına və tamlığına cavab verir. VB-nin aktuallaşdırılması reqlamentinin
müəyyən edilməsi də bu inzibatçının işidir.
8.7.7. Verilənlər bazasının layihələşdirilməsi
VB yaradılmasının ən məsuliyyətli mərhələsi layihələşdirmədir. Çünki VB-nin
istifadəçi baxımından məzmununun səmərəli təşkili məsələsi bu mərhələdə həll edilir.
Layihələşdirmə zamanı yol verilən səhv çox baha başa gəlir. Layihələşdirmə işləri böyük
zəhmət tələb edən iş olmaqla, tam avtomatlaşdırılması mümkün deyildir. Bu işdə layihə-
ləşdirici mütəxəssis intuisiyası və təcrübəsi mühüm rol oynayır.
196
Ötən 10 illikləedə çoxsaylı mütəxəssislərin gərgin əməyi sayəsaində müxtəlif
CASE-texnologiyalar
178
yasradılmışdır ki, bunlar da layihələşdirmə işlərinin avtomatlaş-
dırılması üçün proqram təminatı yaratmağa imkan verir. CASE instrumentariyası müx-
təlif struktur və obyekt-istinad metodlarına əsaslanır.
VB-nin layihələşdirilməsi prosesi aşağıdakı mərhələləri birləşdirir:
VB-nin konseptual layihələşdirilməsi;
VBİS və digər instrumental proqram vasitələrinin seçilməsi;
VB-nin məntiqi layihələşdirilməsi;
VB-nin fiziki layihələşdirilməsi.
Konseptual layihələşdirmənin əsas vəzifəsi gələcək istifadəçilərin informasiya
tələbatının öyrənilməsi əsasında sistemin predmet oblastını təyin etməkdən ibarətdir.
Predmet oblastının tərkibi və strukturu 2 üsulla seçilir. Ən geniş yaılmış üsul funksional
yanaşmadır ki, bu da ―məsələ‖ prinsipi ilə seçmədir. İkinci üsul predmet yanaşmasıdır.
Birinci üsul istifadəçi tələbinin aydın olduğu halda, ikinci üsul bu tələbin qeyri-müəyyən
olduğu halda tətbiq edilir.
İnstrumental sistemlərin seçilməsi mərhələsi mütləq mobil sistem yaratmağın qeyri-
mümkünlüyü ilə bağlıdır. Odur ki, hər dəfə konkret tərkibli instrumentariya seçmək
lazım gəlir.
Məntiqi layihələşdirmə mərhələsində predmet oblastının konseptual modeli seçilmiş
VBİS-in tələb etdiyi verilən modeli formasında təsvir edilir.
Fiziki layihələşdirmə mərhələsi layihələşdirilmiş məntiqi quruluş üçün daha
səmərəli saxlama mühiti yaradılmasını həyata keçirir.
8.7.8. ACCESS – VBİS mühitində VB-nin layihələşdirilməsi
Bunu konkret məsələlər fonunda nəzərdən kecirək. Məsələn, fakültə dekanına elə VB
lazımdır ki, həmin bazadan o, hər bir tələbə üzrə ani müddətdə mənimsəmə və ya dərsə
davamiyyət haqqında ona lazım olan hər cür məlumatı əldə edə bilsin. Ona tələbələrin
imtahan və yoxlamaları müvəffəqiyyətlə verə bilib-bilməməsi, hansı tələbənin müəllimə
nə vaxt imtahan verməsi və i.a. haqqında məlumat lazım ola bilər. Tələbə yataqxanasının
178
CASE- Computer-Aided Software/System Enqinerinq
197
komendantı VB-nin hazırlanmasından xəbər tutub, belə bir təklif verə bilər ki, hər bir
tələbəyə aid yazıda, hansı tələbənin hansı otaqda yaşaması, yataqxanada yaşamaq üçün
müəyyən edilmiş məbləğin nə vaxt ödənilməsi, yataq ağlarının axrıncı dəfə nə vaxt
dəyişdirilməsi haqqında məlumatlar da əks etdirilsin. Rektorluğa növbəti kursa keçmə
haqqında əmrin nömrəsi və tarixi, tədris şöbəsinə tələbənin hansı qrupa daxil edilməsi,
tələbənin, deyək ki, günün muəyyən saatına hansı auditoriyada olması, dərs deyən
myəllimin kimliyi maraqlı ola bilər.
Fərz edək ki, hər hansı müəssisə tikinti və təmir işlərini həyata keçirir. Həmin işlər bir
sıra obyektlərdə görülür. Tikinti və təmir işlərinin həyata keçirilməsi üçün müxtəlif
materiallar alınır, müxtəlif anbarlarda saxlanılır və həmin anbardan müxtəlif obyektlərə
ayrı-ayrı vaxtlarda tikinti və təmir işləri üçün materiallar buraxılır. Hansı anbara hansı
materialların nə vaxt daxil olması, hansı anbarda obyektə müəyyən müddət ərzində
buraxılmış materialların adı, məbləği və i. a. ilə əlaqədar hər cür məlumatlar əldə etmək
tələb olunur.
Nəzərdən keçirilən məsələlərin həlli üçün lazım olan məlumatlar bir strukturda
birləşdirilmiş olsa, aydın məsələdir ki, işləmə qabilliyyəti olmayan konstruksiya
alınacaqdır. Yəni belə baza yaradılsa və ona yazılar əlavə edilsə də, real istismar vaxtı elə
problemlər ortaya çıxacaq ki, onların aradan qaldırılması müşkül olacaq və məsuliyyət də
səriştəsiz qərar qəbul etmiş bazanı yaradanın üstündə qalacaqdır.
Yaradılan hər bir VB-nin arxasında iki tərəf durur. Bunlardan birincisi sifarişçi,
ikincisi isə bazanı yaradandır. Bazanı yaradan VBİS imkanlarını, sifarişçi isə bu və ya
digər səviyyədə ona nə lazım olduğunu bilir. Bazanın normal quruluşunu o halda yaratmaq
mümkün olur ki, sifarişçi öz tələblərini axıra qədər dəqiq müəyyənləşdirmiş olur, bazanı
yaradan isə sifarişçinin tələblərini dəqiq anlayır və onları optimal şəkildə reallaşdıra bilir.
VB-də cədvəllər arasında əlaqələr.
VB-nin yaradılması və onun idarə edilməsi konkret VBİS-in köməyi ilə həyata
keçirilir. 1996-cı ildən başayaraq Windows 95 əməliyyat sistemi fərdi kompüterlər (FK)
ücün standart hesab edilir və Windows əməliyyat sisteminin sonrakı versiyaları üçün baza
rolunu oynayır.
Windows əməliyyat sisteminin verdiyi üstünlüklərdən istifadə edə bilən ən populyar
və qeniş yayılmış VBİS Access Microsoft, Paradox 7 for Windows NT, Borland Apposh
for Windows 95, Lotus hesab edilir. Bunların içərisində öz mükəmməlliyinə və VB
198
yaradıcılarının ehtiyaclarını daha dolğun ödəmək imkanlarına görə Paradox və Access
VBİS daha cox fərqlənir.
Əlbəttə, diğər VBİS (məsələn, Dbase, Clippe, db-VİSTA, Xbase, PROGRESS, DB 2,
Oracle Universal Server, Oracl 7.3, Oracl, Informix Online Dynamic, Navigation Server
və i.a.) də mövcuddur və bunların biri diğərindən tətbiq edilə bildikləri əməliyyat mühiti,
interfeys imkanları, resursların bölüşdürülməsi imkanına malik olub-olmaması, topologiya
imkanlarına, məlumatlar arasında əlaqələrin tipinə və eləcə də bir sıra başqa xüsusiyyət-
lərinə görə fərqlənir.
Qayıdaq VB-yə örnək gətirdiyimiz məsələlərə. Hər hansı ali məktəbin rektorluğu,
dekanlığı, tədris şöbəsi və yataqxana komendantının sorğularını aşağıdakı 5 cədvəlin
köməyi ilə təmin etməyə çalışaq. Bu cədvəlləri şərti olaraq aşağıdakı kimi adlandıraq:
Tələbələr, Mənimsəmə, Yataqxana, Dərs Cədvəli, Müəllimlər.
Tutaq ki, bu cədvəllərdə aşağıdakı məlumatlar əks etdiriləcəkdir.
VB-ni təşkil edən müxtəlif cədvəllər arasında əlaqə yaradılmasından ötrü həmin
cədvəllərdə elə sahələr seçilməlidir ki, onlar unikallıq xassəsinə malik olsunlar. Unikallıq
ondan ibarətdir ki, cədvəldə həmin sahədə giyməti eyni olan iki və daha çox yazı
olmamalıdır. Cədvəllər arasında relyasiya əlaqəsinin yaradılması üçün istifadə edilən bu
cür unikal sahələri ilkin açar adlandırmaq qəbul edilmişdir.
Nəzərdən keçirdiyimiz misalda ilkin açar kimi tələbənin şifri sahəsindən istifadə edilə
bilər. Belə ki, VB-nin cədvəllərində şifri eyni olan iki tələbə olmayacaq.
Ayditoriyaların uçotunun aparılması üçün ilkin açar kimi auditoriyanın nömrəsindən
istifadə etmək arzu edilərdi. Lakin eyni bir auditoriyada müxtəlif vaxtlarda müxtəlif
müəllimlərin müxtəlif qruplarda dərs keçmək imkanına malik olması səbəbindən
auditoriyanın nömrəsi sahəsi Dərs cədvəli və Müəllimlər cədvəllərində unikal sahə kimi
ğötürülə bilməz. Bununla belə, auditoriya və vaxt sahələrinin qiymətlərini birləşdirmək
yolu ilə mürəkkəb ilkin açar düzəltmək və bundan istifadə etməklə Tələbələr cədvəli ilə
Dərs cədvəllərini əlaqələndirmək olar.
Relyasiya tipli VB işlənib hazırlanarkən əlaqəni istiqamətləndirən cədvəli əsas
cədvəl, əlaqə istiqamətlənən cədvəli isə tabe cədvəl adlandırmaq qəbul edilmişdir. Bizim
misaldakı tələbələr-mənimsəmə, tələbələr-yataqxana cədvəllərindəki əlaqələrdə tələbələr
əsas cədvəllərdir.
Dostları ilə paylaş: |