İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

 
6.3. Sistem proqram təminatı 
6.3.1. Əməliyyat sistemi (ƏS): təyinatı və tərkibi 
 
Sistem proqram təminatının çox mühüm hissəsi əməliyyat sistemidir. 
İBM-lə birgəliyi olan fərdi kompüterlərdə  Microsoft firmasının Windows 9x/ME  və 
Linux  əməliyyat  sistemləri,  Apple  firmasının  fərdi  kompüterlərində  Mac  OS  əməliyyat 
sisteminin müxtəlif versiyaları, işçi stansiyalarda və serverlərdə isə Windows NT/2000/XP 
və UNIX əməliyyat sistemləri istifadə edilir. 
Göründüyü  kimi,  əməliyyat  sistemləri  müxtəlifdir.  Lakin  onların  təyinatı  və 
funksiyaları  eynidir.  Əməliyyat  sistemi  kompüterin  əsas  təməl  proqram  təminatıdır  ki, 
bunsuz kompüter işləyə bilməz. 
Əməliyyat  sistemi  kompüterin  bütün  qurğularının  birgə  fəaliyyətini  təmin  etməklə 
mövcud kompüter resurslarını istifadəçiyə təqdim edir. 
Müasir  ƏS-lər  mürəkkəb  quruluşludur,  hər  bir  elementi  kompüterin  idarə  edilməsi 
üzrə müəyyən funksiya icraçısıdır. 
                                                 
127
  Alqoritmləşdiriləcək  proseslərin  modelləşdirilməsindən  tutmuş  proqram  kodunun  avtomatik 
generasiyası (yüklənməsi) və yaradılan proqramların sənədləşdirilməsinədək bütün işlər. 
128
 
Verilənlər bazalarını idarə edən sistemlər
 

 
112 
Fayl sisteminin idarə edilməsi. Kompüterin işi, müəyyən mənada, qurğular arasında 
fayl mübadiləsindən ibarətdir. Buna görə də əməliyyat sistemində fayl sistemini idarə edən 
proqram modulları vardır. 
Əmr prosessoru. ƏS-in vacib tərkib hissəsi olan əmr prosessoru istifadəçi əmrini icra 
etmək  üçün  nəzərdə  tutrulmuş  xüsusi  proqramdır.  İstifadəçi  icraya  hazır  proqramı  işə 
buraxmaq,  fayl  üzərində  hər  hansı  əməliyyat
129
  aparmaq,  sənədi  çapa  çıxarmaq  və  s. 
barədə əmr prosessoruna əmr verə bilər. ƏS həmin əmri icra etməlidir. 
Qurğu  drayverləri.  Kompüterin  magistralına  müxtəlif  qurğular
130
  qoşulur.  Hər  bir 
qurğu müəyyən funksiya
131
 icra edir və texniki cəhətdən, yəni işləmə prinsipi baxımından 
qurğular kəskin fərqlənirlər. Həmin qurğuları idarə etmək və onların arasında informasiya 
mübadiləsini  həyata  keçirmək  üçün  ƏS-in  tərkibində  qurğu  drayverləri  adlı  xüsusi 
proqramlar vardır. Qurğu drayverləri həm də aid olduqları qurğuların müəyyən parametr-
lərini sazlamaq üçün istifadə edilir. Hər qurğunun öz drayveri vardır. 
Plug and Play
132
 texnologiyası kompüterə yeni qurğuların qoşulmasını və konfiqura-
siyasını  avtomatlaşdırmağa  imkan  vermişdir.  Windows    qurularkən  qurğunun  tipini  və 
modelini təyin edərək ona müvafiq drayver qoşur. Kompüter işə qoşulan kimi drayverlər 
operativ yaddaşa yüklənir. İstifadəçi drayveri əl ilə qura bilər. 
Qrafik interfeys. İstifadəçinin işini sadələşdirmək üçün müasir ƏS-lərdə, o cümlədən, 
Windows  əməliyyat  sistemində  qrafik  istifadəçi  interfeysi  yaradan  proqram  modulları 
vardır. Bu, istifadəçi əmrini mışla daxil etmək imkanı yaratmışdır.  
Servis  proqramları.  ƏS-in  tərkib  elementlərindən  biri  də  servis  proqramları  və  ya 
utilitlərdir.  Bu  proqramlar  disklərə  xidmət  etmək
133
,  fayllar  üzərində  əməliyyatlar  apar-
maq
134
, kompüter şəbəkələri ilə işləmək və s. imkanı verir. 
Sorğu  sistemi.  İstifadəçiyə  münasib  olsun  deyə,  ƏS-in  tərkibində  sorğu  sistemi  də 
nəzərdə  tutulmuşdur.  Bu,  həm  bütövlükdə  ƏS-in,  həm  də  onun  ayrı-ayrı  modullarının 
fəaliyyəti barədə lazımi informasiyanı operativ qaydada almağa imkan verir. 
 
6.3.2. Əməliyyat sisteminin yüklənməsi 
                                                 
129
 üzköçürmə, silmə, addəyişmə
 
130
 
diskovodlar, monitor, klaviatura, mış, printer və s.
 
131
 
informasiyanın daxil edilməsi, saxlanması, çıxarılması
 
132
 
―Qoş və işlə‖ 
133
 
yoxlamaq, sıxmaq, defraqmentləşdirmək və s.
 
134
 
arxivləşdirmək və s.
 

 
113 
 
Əməliyyat  sisteminin  faylları  xarici,  uzunmüddətli  yaddaşda
135
  saxlanır.  Lakin 
proqramlar yalnız operativ yaddaşa yükləndikdən sonra icra edilə bilir. Buna görə də ƏS-
in fayllarını operativ yaddaşa yükləmək lazım gəlir. ƏS faylları yazılmış disk sistem diski 
adlanır.  
Kompüter  elektrik  cərəyanı  şəbəkəsinə  qoşulduqdan  sonra  ƏS  sistem  diskindən 
avtomatik olaraq operativ yaddaşa yüklənir. Bunun üçün yükləyici proqram vardır.  
Kompüterin  özünü  testləşdirməsi.  Kompüterin  tərkibində  enerjidən  asılı  olmayan 
sabit yaddaş qurğusu vardır ki, burada da kompüteri testləşdirən və ƏS-in yüklənməsinin 
birinci mərhələsini həyata keçirən BİOS
136
 proqramı yazılmışdır. 
Kompüter  elektrik  cərəyanı  şəbəkəsinə  qoşulduqdan  və  ya  sistem  blokundakı  Reset 
düyməsi  basıldıqdan,  yaxud  da  klaviaturadakı  Ctrl+Alt+Del  düymə  kombinasiyası 
basıldıqdan sonra prosessor  POST (Power-ON Self Test) proqramını qoşaraq kompüterin 
aparat vasitələrinin iş qabiliyyətini testləşdirir.  
Testləşdirmədən sonra xüsusi proqram sabit yaddaşdakı BİOS-u axtarıb işə qoşur. ƏS 
yükləndikdən sonra idarə əmr prosessoruna ötürülür.  
  
6.3.3. Fayllar və fayl sistemi 
Bütün proqramlar və verilənlər kompüterin xarici yaddaşında fayl şəklində saxlanır. 
Fayl  dedikdə,  xarici  yaddaşda  saxlanan  adlandırılmış  müəyyən  miqdar  informasiya
137
 
nəzərdə tutulur.  
Faylın adı. Faylın adı bir-birindən nöqtə ilə ayrılan 2 hissədən ibarətdir. Birinci hissə 
faylın  adını,  ikinci  hissə  faylın  tipini  müəyyən  edən  genişləndirməni  əks  etdirir.  Faylın 
adındakı birinci hissəni istifadəçi, ikinci hissəni faylı yaradan proqram verir. Fayl tipləri və 
onların genişləndirmələri aşağıdakı cədvəldə verilmişdir: 
Faylın tipi 
Genişləndirmə 
Proqramlar 
exe, com 
Mətn faylları 
txt, doc 
Qrafik fayllar 
bmp, gif, ipg və s. 
                                                 
135
 
vinçesterdə, çevik və ya lazer diskdə
 
136
 
Basic İnput/Output System- giriş-çıxış baza sistemi
 
137
 
proqram və ya verilən
 

 
114 
Səs faylları 
wav, mid 
Videofayllar 
avi 
Proqramlaşdırma dillərindəki proqramlar  bas, pas və s. 
 
Fayl  sistemi.  Hər  bir  informasiya  daşıyıcısında
138
  çoxsaylı  fayllar  saxlana  bilir. 
Faylların diskdə saxlanma qaydası fayl sistemi tərəfindən müəyyən edilir.  
Hər bir disk 2 oblasta bölünür: 1) faylların saxlandığı oblast, 2) kataloq. Kataloqda 
faylın adı və diskdə yerləşməsinin başlanğıcı qeyd edilir. Yəni, kataloq mövzunun başlığı, 
fayl  isə  məzmunu  kimi  nəzərə  gəlir.  Kitab  səhifələrdən,  disk  isə  sektorlardan  ibarətdir. 
Saxlanan  faylların  sayı  az
139
  olduqda  həmin  disk  üçün  birsəviyyəli  fayl  sistemindən 
istifadə edilə bilər. Bu halda kataloq
140
 fayl adlarının xətti ardıcıllığından ibarət olacaqdır. 
Əgər diskdə minlərlə fayl saxlanırsa, bu halda çoxsəviyyəli (ağacşəkilli) fayl sistemindən 
istifadə  edilir.  Başlanğıc  (kök)  kataloq  1-ci  səviyyə  kataloqlarını,  bunlar  2-ci  səviyyə 
kataloqlarını və s. saxlayır. Bütün səviyyə kataloqlarında həm də fayllar saxlana bilir.  
Fayl  sistemi  dedikdə,  kataloqların  təşkili  və  faylların  saxlanması  sistemi  nəzərdə 
tutulur.  
Fayla  aparan  yol.  Lazımi  faylı  tapmaq  üçün  müəyyən  yol  keçmək  tələb  olunur. 
Məsələn, C:\GAMES\CHESS\chess.exe. Bu, o deməkdir ki, şahmat proqramı vinçesterdə 
(C:) yerləşən oyun (GAMES) kök kataloqundakı şahmat (CHESS) kataloqundadır. Faylın 
adı göstərilən yola faylın bitkin adı deyilir. 
Fayl sisteminin qrafik interfeysin köməyi ilə təqdim edilməsi. MS-DOS-un iyerarxik 
fayl sistemi (kataloq və faylları) Windows qrafik interfeysində qovluq və sənədlər sistemi 
kimi  təsvir  edilir.  Lakin  MS-DOS-da  başlanğıcda  kök  kataloq,  Windows-da  işə  İşçi  stol 
dayanır. Bundan sonra Mənim kompüterim, Səbət, Şəbəkə əhatəsi yerləşir. 
Mənim kompüterim qovluğu kompüterin resurslarını əks etdirir. 
Fayllar üzərində əməllər. Fayl üzərində aşağıdakı əməllər icra edilir: 
 
üzköçürmə (faylın nüsxəsi başqa kataloqa yerləşdirilir); 
 
yerdəyişmə (faylın özü başqa kataloqa yerləşdirilir); 
 
silmə (faylın kataloqdan silinməsi); 
                                                 
138
 
çevik, sərt və ya lazer diskində
 
139
 
cəmi bir neçə yüz
 
140
 
diskin sərlövhəsi
 

 
115 
 
addəyişmə (faylın adı dəyişdirilir). 
Windows  qrafik  interfeysi  fayllar  üzərində  aparılan  əməlləri  Drag&Drop
141
  meto-
dundan istifadə etməklə mış vasitəsilə də icra etməyə imkan verir.  
Windows  qrafik  interfeysi  həm  də  MS-DOS-da  işləmək  imkanını  saxlayır.  Bunun 
üçün seans MS-DOS-a keçmək kifayətdir. 
 
6.3.4. Disklərin məntiqi quruluşu 
Diskin  formatlaşdırılması.  İnformasiyanı  diskə  yazmaq  üçün  əvvəlcə  disk  format-
laşdırılmalıdır.  Bu  isə  o  deməkdir  ki,  disk  həm  fiziki,  həm  də  məntiqi  quruluşa  malik 
olmalıdır. Diskin fiziki strukturlaşdırılması onun üzərində konsentrik cığırlar açmaqdan və 
onları cektorlara bölməkdən ibarətdir. 
Çevik  diskin  məntiqi  quruluşu.  Maqnit  diskinin  məntiqi  quruluşu  dedikdə,  512 
baytlıq həcmə malik olan nömrələnmiş sektorlar məcmusu nəzərdə tutulur. Sektorlar 0-cı 
cığırın 1-ci sektorundan başlayaraq sonuncu cığırın son sektorunadək ardıcıl nömrələnir. 
Sektor  –  çevik  diskdə  ünvanlaşdırılmış  minimal  elementdir.  Fayl  sektorların  tam  sayına 
yazılır. Yəni ən kiçik fayl 1 sektor yer tutursa, ən böyük fayl da diskdəki sektorların sayı 
qədər yaddaş zəbt edir. Fayl sektorlara ixtiyari qaydada yazılır. Faylı adına görə tapmaq 
üçün diskdə xüsusi kataloq vardır ki, bu da fayllar barədə verilənlər bazası rolunu oynayır. 
Fayl  haqqındakı  yazı  faylın  adından,  faylın  yazıldığı  birinci  sektorun  ünvanından, 
faylın həcmindən və yaradıldığı tarixdən və vaxtdan ibarətdir. Faylın yerləşdiyi sektorlar 
barədə  bitkin  informasiya  FAT
142
  deyilən  xüsusi  cədvəldə  əks  etdirilir
143
.  Bu  cədvəldə 
faylın  yerləşdiyi  sektorların  nömrələri  yazılır.  Sonuncu  nömrədən  sonra  faylın  sonunu 
göstərən işarə yerləşir. Çevik diskdəki verilənlər bazasında və FAT cədvəlində kataloqlar 
üçün  2-ci  sektordan  33-cü  sektoradək  yer  ayrılır.  1-ci  sektor  əməliyyat  sisteminin 
yükləyici yazısı üçündür. Fayllar 34-cü sektordan başlayaraq yerləşdirilir.  
Formatlaşdırmanın  növləri.  Disklərin  formatlaşdırılmasının  2  növü  vardır:  tam  və 
cəld  formatlaşdırma.  Tam  formatlaşdırma  həm  fiziki,  həm  də  məntiqi  formatlaşdırmanı 
əhatə  edir.  Tam  formatlaşdırma  disketdəki  informasiyanı pozur.  Cəld  formatlaşdırma  isə 
                                                 
141
 Drag&Drop -götür apar və qoy qalsın 
142
 FAT - File Allocation Table – Faylların yerləşmə cədvəli 
143
 
Windows NT-də FAT32 ilə yanaşı, daha genişimkanlı  NTFS adlı fayl sistemindən istifadə edilir.
 

 
116 
yalnız  kök  kataloqu  və  faylların  yerləşmə  cədvəlini  təmizləyir.  Bu  halda  disketdəki 
informasiya pozulmur. 
Sərt disklərin məntiqi quruluşu çevik disklərin məntiqi quruluşundan xeyli fərqlənir. 
Burada  ünvanlaşdırılan  element  bir  neçə  sektorun  birləşməsindən  yaradılan  klasterdir. 
Klasterin  ölçüsü  FAT  cədvəlinin  tipindən  və  sərt  diskin  tutumundan  asılıdır.  FAT16 
cədvəli 
65536
2
16
  klaster ünvanlaşdıra bilir.  Böyük həcmli  disklər üçün klasterin  ölçüsü 
olduqca  iri  olur.  Çünki  sərt  diskin  informasiya  tutumu  150  Qbayta  çata  bilir.  Məsələn, 
40Qbayt həcmi olan diskdə klasterin ölçüsü 640 Kbayt (40 Qbayt / 65536 = 655360 bayt = 
640 Kbayt) təşkil edir.  
Fayl klasterlərin də tam sayında yerləşir. Məsələn, ―informatika‖ sözü yazılmış mətn 
faylı  11  bayt  həcmə  malik  olsa  da  150  Qbaytlıq  sərt  diskdə  640  Kbaytlıq  1  klasterdə 
yerləşir.  Bu  o  deməkdir  ki,  böyük  tutumlu  sərt  diskə  kiçik  həcmli  faylların  yazılması 
yaddaşdan  pis  istifadə  edilməsi  ilə  nəticələnir.  Bu  problemi  FAT32  cədvəlindən  istifadə 
etməklə qismən həll etmək mümkün olur. Çünki bu halda klaster 8 sektoru birləşdirir ki, 
bu  da  cəmi  4  Kbayt  həcmə  malik  olur.  İnformasiyanın  etibarlı  saxlanması  üçün  FAT 
cədvəli 2  nüsxədə  yaradılır.  Windows  ƏS-də  FAT16  cədvəlini FAT32-yə  çevirən xüsusi 
xidməti proqram vardır. 
Disklərin  defraqmentləşdirilməsi.  Faylların  sərt  diskə  yazılıb-pozulmasi  ilə  bağlı 
olaraq zaman keçdikcə fraqmentləşmə
144
 artır. Faylların fraqmentləşməsi kompüterin sürə-
tinə mənfi təsir edir. Çünki maqnit başlıq fraqment axtarışına get-gedə daha çox vaxt sərf 
edir. Nəticədə sərt disk vaxtından əvvəl sıradan çıxır. Buna görə də dövrü olaraq disklərin 
defraqmentləşdirilməsi məsləhət görülür. Defraqmentləşdirmə zamanı faylın  fraqmentləri 
ardıcıl  klasterlərə  yazılır.  Dickin  defraqmentləşdirilməsi  proqramını  işə  buraxmaq  üçün 
Baş  Menyüdən  Standartlar-Xidmətedicilər-Diskin  defraqmentləşdirilməsi  əmrini  vermək 
lazımdır.  Dialoq  panelindən  disk  seçilməli,  sonra  OK  verilməlidir.  Məlumat  düyməsini 
basmaqla işin gedişini izləmək olar.
 
 
6.3.5. Əməliyyat sisteminin funksiyaları 
Əməliyyat  sistemi  kompüterin  ayrı-ayrı  qurğularının,  həmçinin  qurğularla  tətbiqi 
proqramların qarşılıqlı fəaliyyətini təmin edən proqram vasitələri kompleksidir.  
Müasir əməliyyat sistemləri aşağıdakiları təmin edir: 
                                                 
144
 
Faylın fraqmentlərinin bir-birindən aralı yerləşən klasterlərə səpələnməsi
 

 
117 
 
proqramların icrasının idarə edilməsi; 
 
yaddaşın idarə edilməsi; 
 
giriş-çıxışın idarə edilməsi; 
 
fayl sisteminin idarə edilməsi; 
 
kəsilmələrin emalı; 
 
kompüterin aparat qurğularının idarə edilməsi; 
 
istifadəçilər və proqramlarla qarılıqlı fəaliyyət (ƏS-nin istifadəçi interfeysi); 
 
çoxməsələli rejim; 
 
çoxistifadəçili rejim; 
 
ƏS-in kompüterə yüklənməsi 
 
ƏS-in komponentlərinin qoşulub-açılması; 
 
ƏS parametrlərinin sazlanması; 
 
Kompüter cərəyana qoşularkən ƏS-in yüklənməsi; 
 
Kompüter qurğularının cari konfiqurasiyasının avtomatik təyini; 
 
Kompüterin  qurğularının  və  ƏS-in  funksional  altsistemlərinin  testləşdirilməsi  və 
mümkün pozuntuların düzəldilməsi; 
 
Kompüter resurslarının
145
 proqramlar arasında paylanması; 
 
Kompüterin təhlükəsiz işləməsi
146
;  
 
Bir  neçə  proqram  və  ya  istifadəçi  tərəfindən  birgə  istifadə  edilən  verilənlərin 
düzgünlüyünün təmin edilməsi. 
Proqramların icrasının və yaddaşın idarə edilməsi ƏS-in əsas funksiyasıdır. 
Çoxməsələli rejimdə ƏS aşağıdakılara imkan verməlidir: 
 
Bir neçə proqramın paralel
147
 icrası; 
 
Tapşırıqların
148
 icra növbəliliyinin yaradılması; 
 
Prosessor  və  yaddaş  resurslarının  proqramlar  arasında  bölünməsi  və  xarici 
qurğulara müraciət ardıcıllığının təmin edilməsi. 
                                                 
145
 
operativ yaddaşın, prosessorun vaxtının, xarici yaddaşın, periferiya qurğularının və s.
 
146
 
bir istifadəçi və ya proqram tərəfindən istifadə edilən yaddaşın digər istifadəçi və ya proqram müda-
xiləsindən qorunması
 
147
 
psevdoparalel
 
148
 
daha doğrusu, proqramların
 

 
118 
Çoxistifadəçili  rejim  verilənlərlə  bir-neçə  istifadəçinin  paralel  işləməsini  nəzərdə 
tutur. Odur ki, ƏS bu rejimdə əlavə olaraq aşğıdakılara da imkan verməlidir: 
 
Prosessor  və  yaddaş  resurslarının  və  xarici  qurğulara  müraciət  ardıcıllığının 
istifadəçilərin prioriteti üzrə bölünməsinin təmin edilməsi; 
 
Bir  istifadəçinin  verilənlərinə  başqa  istifadəçinin  müdaxilə  etməsinə  imkan 
verilməməsi. 
Vaxt  bölgüsü  rejimi  vaxt  kvantları  ilə  işləməyi  nəzərdə  tutur.  Belə  ki,  bu  rejimdə 
çoxsaylı proqram və istifadəçilərə öz prioritetlərinə uyğun ardıcıllıqla imkan yaradılır və 
onlara  yalnız  bir  kvantlıq  xidmət  göstərilir.  Növbəti  kvantda  yarımçıq  qalan  məsələlər 
həll edilir.  
ƏS-in  təkamülü.  İlk  zamanlar  bir  neçə  firma  tərəfindən  hazırlanmış  müxtəlif  ƏS 
variantları  mövcud  olmuşdur.  1970-ci  illərin  ortalarında  bir  sıra  səbəblər  üzündən 
kompüterlərin  əksəriyyətində  İBM  firmasının  Disk  Əməliyyat  Sistemi  (DOS)  istifadə 
edilməyə başladı. İBM həm də fərdi kompüterin ilk istehsalçısıdır. 
Sonra DOS əsasında  Microsoft firması  MS DOS əməliyyat sistemini yaratdı. Sonra 
MS  DOS  üzərində  Norton  Kommander  adlı  proqram  örtüyü  yaradıldı.  Bu,  istifadəçi 
interfeysini  xeyli  əyaniləşdirdi  və  işin  etibarlılığını  yüksəltdi.  Əməliyyat  sistemlərinin 
müasir  versiyalarında  istifadəçi  interfeysi  ƏS-in  bilavasitə  tərkib  hissəsidir.  Makintosh 
maşınlarındakı istifadəçi interfeysi daha uğurlu oldu. Sonra bu interfeys Windows ƏS-də 
də  istifadə  edildi.  Sonra  ƏS-in  inkişafı  yeni  xidmətlərin  daxil  edilməsi  istiqamətində 
getdi.  Məsələn,    Windows  ƏS-də  çap  dispetçeri  yaradıldı  ki,  bu  da  mətn  və  qrafik 
informasiyanın çapa çıxarılması funksiyasını öz üzərinə götürdü. Yəni çap avtonomlaşdı. 
Müasir ƏS-lər virtual maşın konsepsiyasına əsaslanır.  
Virtual  maşın  dedikdə,  xarakteristikaları  yaxşılaşdırılmış  operativ  yaddaşı
149
  və 
müxtəlif proqramların verilənləri üçün mütləq təhlükəsizlik təmin edən hüdudsuz sayda 
xarici qurğuları olan  mücərrəd  maşın nəzərdə tutulur.  Tətbiqi sistemlər  məhz belə ideal 
virtual  maşına  istinad  edir.  Bu  halda  ƏS-in  vəzifəsi  real  kompüterin  işini  elə  təşkil 
etməkdən  ibarət  olur  ki,  tətbiqi  proqram  nöqteyi-nəzərindən  o,  virtual  maşın  kimi 
görünsün.  ƏS  vasitələrinin  köməyi  ilə  virtual  maşın  reallaşdırılmasına  virtual  maşının 
emulyasiyası deyilir.  
                                                 
149
 
virtual yaddaşı
 

 
119 
Hesablayıcı  şəbəkələrin  meydana  çıxması  yeni  tip  məsələlər  yaratdı.  Fərdi 
kompüterlər arasında şəbəkə rabitəsini təmin edən şəbəkə örtükləri
150
  istifadəyə  verildi. 
Şəbəkə funksiyalarının daxil edilməsi ƏS-in inkişafında mühüm rol oynadı. Windows NT 
və  UNIX    belə  yarandı.  Bu  əməliyyat  sistemləri  həm  ayrıca  kompüterin,  həm  də 
şəbəkənin  fəaliyyətini  təmin  edir.  Şəbəkə  ƏS-ləri  şəbəkədəki  bütün  kompüterlərin  fayl 
fəzalarını  vahid  fayl  fəzası  kimi  istifadə  edir.  Yəni,  istifadəçi  öz  kompüterində  nə  edə 
bilirsə, onu şəbəkədə də edə bilir. Şəbəkə  ƏS-ləri  çoxistifadəçili sistemlər olduğundan, 
hansı  proqramın  hansı  kompüterdən  işə  buraxıldığını,  fayl  sistemindən  açılmış  fayldan 
kimin  iştifadə  etdiyini  izləmək  lazım  gəlir.  Bu  zaman  ƏS  həmin  istifadəçinin  açılmış  
fayla müraciət hüququnun olub-olmadığını yoxlayır və istifadəçi prioritetini nəzərə alır.  
 
Əməliyyat sisteminin fəaliyyəti. 
Müasir  kompüterlərdə  ƏS-in  funksiyalarının  bir  hissəsi  sabit  yaddaşda    saxlanan 
proqramlarda  reallaşdırılmışdır.  Bu  proqramlar  giriş-çıxış  baza  sistemi  (BİOS)  adlanır. 
Kompüter  cərəyana  qoşulan  kimi  ilkin  yüklənmə  proqramı  icra  edilir.  Bu,  kompüterin 
qurğularını  yoxlayan  diaqnostika  proqramlarını  qoşur.  Bundan  sonra  ƏS  operativ 
yaddaşa  yüklənir.  Sonra  isə  ƏS-in  nüvəsi  –  baş  idarəedici  proqram
151
  işə  başlayır. 
Utilitlər lazım gəldikdə yüklənir və işləri başa çatan kimi operativ yaddaşdan silinir. ƏS-
in  nüvəsi  ətraf  mühitdən
152
  daxil  olan  əmri  təhlil  edib  müvafiq  proqramı  yaddaşda 
axtarır,  tapırsa  işə  qoşur,  tapmırsa,  bu  barədə  məlumat  verir.  Dispetçer  MS  DOS-da 
command.comWindows-da win.com adlanır. 
 
Proqramların icrasının idarə edilməsi. 
İlk zamanlar kompüterdə  yalnız bir proqram  işləyirdi və  o, operativ  yaddaşın sıfır 
nömrəli  yuvasından  başlayaraq  yerləşdirilirdi.  Operativ  yaddaşa  bir  neçə  proqramın 
yerləşdirilməsi  halında  proqramın  icrasından  sonra  onun  yaddaşda  ünvanı  dəyişə  bilir. 
Bu hal verilənlərin yerləşməsində də özünü göstərir. Buna görə də nisbi ünvan anlayışın-
dan  istifadə  edilir.  Yəni,  proqramın  ilk  ünvanı  nə  qədər  sürüşürsə,  həmin  rəqəm  qalan 
ünvanların üzərinə əlavə edilir. 
                                                 
150
 
məsələn, Novell firmasının NetWare sistemi
 
151
 
və ya kommander, və ya dispetçer, və ya ƏS-in monitoru
 
152
 
klaviaturadan, mışdan və s.
 

 
120 
Müasir kompüterlərdə çoxsaylı proqram mərtəbələri mövcuddur ki, bunların da ən 
yüksək  mərtəbəsində  ƏS  durur.  Müxtəlif  proqramlar  qarşılıqlı  fəaliyyət  göstərə  bilir. 
Daha  doğrusu,  bir  proqram  işləyərkən  başqa  proqramı  işə  qoşa  bilir  və  özü  başqa 
proqram  vasitəsilə  işə  qoşula  bilir.  Başqa  proqram  vasitəsilə  işə  qoşularkən  həmin 
proqram özünü alt proqram kimi aparır. Yəni, bu proqramın aldığı nəticələr hökmən onu 
işə qoşan proqram tərəfindən istifadə edilir.  Bu o deməkdir ki, hər bir proqramın icrası 
müəyyən proqramlar əhatəsində baş tutur. Bütün bunlar isə ƏS tərəfindən idarə olunur. 
 
Yaddaşın idarə edilməsi. 
Kompüterdə çoxlu proqram işlədikdə, hansı proqramın operativ yaddaşın harasında 
yerləşdiyini izləmək çox vacibdir. Bu, ƏS-in yaddaşın idarə edilməsi funksiyası adlanır. 
ƏS  yaddaşın  boş  hissəsini  dolu  hissəsindən  ayırmağı  bacarır.  Yeni  proqram  işə 
buraxılarkən  ƏS  yaddaşı  idarə  edən  utilitdən  boş  sahə  olub-olmadığını  öyrənir  və  bu 
proqram üçün lazım olan yaddaş sahəsini ayırmağı tələb edir. Utilit yaddaşda boş sahə 
axtarır,  tapan  kimi  tələb  olunan  ölçüdə  yer  olub-olmadığını  araşdırır,  varsa,  yer  ayırır. 
Bəzən  işləyən  proqram  ƏS-dən  əlavə  yaddaş  sahəsi  tələb  edir  ki,  dinamik  verilənlər 
deyilən  aralıq  nəticələri  yerləşdirsin.  Bu  iş  də  yaddaşı  idarə  edən  utilitin  vəzifəsidir. 
Dinamik verilənlərə ehtiyac qalmadıqda onlar silinir. Yaddaşı idarə edən utilit həmçinin 
tutulmuş  sahəni  başqa  proqramlardan  qoruyur.  Yaxşı  məlum  olan  Əs-lərin  hamısında 
operativ  yaddaşın  məntiqi  modelindən  istifadə edilir ki, buna  da virtual  yaddaş deyilir. 
Virtual  yaddaş  –  ƏS-in  istifadəçilər  və  proqramlar  üçün  yaratdığı  ideal  kompüterin 
yaddaşıdır. Virtual yaddaş vinçesterdə yaradılır. Yəni, bu və ya digər proqrama operativ 
yaddaşda  yer  çatmadıqda  vinçesterin  müəyyən  hissəsi  virtual  yaddaş  adı  ilə  müvəqqəti 
istifadəyə cəlb edilir. Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir. 
 
Fayl sisteminin idarə edilməsi. 
Proqramların  xarici  yaddaşda  yerləşən  verilənlərə  müraciət  etməsini  təşkil  etmək 
üçün  ƏS  mürəkkəb  fayl  sistemindən  istifadə  edir.  Fayl  dedikdə,  xarici  yaddaşda  vahid 
məntiqi  obyekt  şəklində  saxlanan  və  müəyyən  proqramlar  üçün  lazım  olan  verilənlər 
yığımı
153
 nəzərdə tutulur. ƏS üçün fayl elə bir struktur vahididir ki, proqram istifadəçiləri 
                                                 
153
 
proqram mətni və adi verilənlər
 

 
121 
onun üzərində yaratmaqləğv etməkoperativ yaddaşa oxumaqdəyişdirilmiş verilənləri 
yenidən  yazmaq,  simvol  adlı  fayllara  müraciət  etmək,digər  istifadəçilərin  fayllarına 
müraciət etmək, öz fayllarına müraciət etməyi idarə etmək, pozulma hallarında faylları 
bərpa etmək  kimi tipik əməliyyatlar apara bilir. 
Fayl sistemi kompüterdə saxlanan  diskkataloqfayl iyerarxiyasına malik verilən 
modelidır.  Fayl  fiziki  diskdə  saxlansa  da,  fiziki  disk  məntiqi  disklərə  bölündüyündən, 
faktiki  olaraq  məntiqi diskdə  yerləşir.  Hər  bir diskdə  yerləşən  faylların siyahısı
154
  olur. 
Fiziki  diskin  məntiqi  disklərə  bölünməsi  disklərə  və  kataloqlara  da  fayl  kimi  baxmağa 
imkan  verir.  Beləliklə,  fayl  sistemi  dedikdə  3  səviyyəli  fayllar  iyerarxiyası  nəzərdə 
tutulur.  Fayl  məntiqi  vahid  olsa  da  fiziki  cəhətdən  müxtəlif  saylı  fraqmentlər  şəklində 
saxlana  bilir.  Bir  fayla  aid  fraqmentlər  eyni  adla  saxlanır  və  həmin  ada  əsasən  FAT 
xüsusi cədvəli (FAT –File Allocation Table) vasitəsilə müəyyən edilir. FAT cədvəlində, 
həmçinin  fayla  icazəsiz  müdaxilə  edilməsinin  qarşısını  almaq  üçün  əlavə  əlamətlər  də 
saxlanır. Fayla çoxsaylı müraciət səviyyələri mövcuddur: 
 
kataloqdan heç nə oxumaq mümkün olmur; 
 
faylın və sahibinin adını oxumaq və sahibinə müraciət etmək mümkün olur; 
 
faylı işə qoşmaq mümkün olsa da üzünü köçürmək mümkün olmur; 
 
faylın məzmunu ilə tanış olmaq mümkün olsa da, onu dəyişmək mümkün olmur; 
 
faylın məzmununu yalnız sona əlavəetmə şəklində dəyişmək mümkündür; 
 
fayl üzərində istənilən iş aparmaq mümkün olsa da başqa istifadəçilərin müraciət 
etmək statusunu dəyişmək mümkün olmur; 
 
fayl üzərində istənilən iş aparmaq mümkündür.  
 
Kəsilmələrin idarə edilməsi. 
Kəsilmələr  kompüterdə  hesablama  prosesinin  idarə  edilməsinin  vacib  elementidir. 
Çünki  kəsilmələr  kompüterin  müxtəlif  qurğularının  sərbəst  paralel  işləməsi  vasitəsidir. 
Məsələn,  klaviaturadan  daxiletmə  zamanı  müvafiq  qurğu  prosessora  kəsilmə  barədə 
siqnal göndərir. Səhv hesablama, məsələn, sıfra bölmə zamanı, qurğu imtinası zamanı da 
kəsilmə baş verir. Prosessor növbəti əmri icra etməzdən əvvəl kəsilmə siqnalının olub-
olmadığını  yoxlayır.  Varsa,  onu  işləyir,  sonra  növbəti  əmrə  keçir.  Kəsilmə  sorğuları 
                                                 
154
 
direktoriya
 

 
122 
maskalanmış  və  maskalanmamış  olur.  Maskalanmamış  sorğular  prosessora  ayrıca  xətlə 
verilir. Məsələn, elektrik cərəyanı şəbəkəsindən daxil olan sorğu maskalanmamış sorğu-
dur. Bu sorğular yüksək prioritetə malikdir. Cərəyanda baş verən dəyişiklik informasiya 
itkisinə  səbəb  ola  bildiyindən,  xüsusi  qəza  halları  üçün  nəzərdə  tutulan  tutum  filtrləri 
vardır ki, bu da informasiya itkisi təhlükəsini xeyli azaldır. Maskalanmış sorğular xarici 
qurğulardan daxil olur və növbədənkənar əməliyyat icrasına icazə istəyir. Prosessor cari 
işi  yarımçıq  qoyub  həmin  əməlin  icrasına  keçir  və  sonra  yarımçıq  qalmış  iş  davam 
etdirilir. 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin