İsa Musayev, Mətləb Əlizadə


 Qrafik interfeysli əməliyyat sistemləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

 
6.3.6. Qrafik interfeysli əməliyyat sistemləri 
UNİX Əməliyyat sistemi 
UNİX digər sistemlərdən müsbət mənada fərqlənən ƏS-dir. Bunun təməlində proses 
konsepsiyası  dayanır.  Proses  dedikdə,  işə  buraxılmış  proqramın
155
  ixtiyari  nüsxəsi 
nəzərdə tutulur. UNİX  baxımından, hər bir proses öz virtual kompüterində icra edilən və 
öz  virtual  yaddaşından  istifadə  edən  proqramdan  ibarətdir.  Bir  proses  digər  prosesi  işə 
qoşa  bilir.  Bu  halda  hansı  prosesin  hansı  kompüterdə  getməsi  vacib  deyil.  UNİX-də  
proseslərarası informasiya mübadiləsi üçün paralel hesablamaları sinxronlaşdıran siqnal-
lar, semoforlar, proseslərarası kanallar, ötürmə  növbələri, paylanmış  yaddaş  kimi  geniş 
imkanlar mövcuddur. Siqnallar proseslər mühitində kəsilmələr rolunu oynayır. Semofor 
prosesdaxili  dayanma  və  davametmə  işini  icra  edir.  Proseslərarası  kanallar  proseslər 
arasında  informasiya  mübadiləsini  reallaşdırır.  Bir  prosesin  nəticələri  kanala  yazılır  ki, 
digər  proses  onu  kanaldan  oxusun.  Lakin  bu  zaman  kənar  proseslər  həmin  kanala 
müdaxilə  edə  bilmirlər.  Proseslərarası  kanaldan  fərqli  olaraq,  ötürmə  növbələri  bütün 
proseslər  üçün  açıqdır.  Paylanmış  yaddaş  iki  prosesin  yaddaşdan  şərikli  istifadəsi 
imkanıdır. Yəni, eyni verilən paralel olaraq hər iki prosesdə istifadə edilir.  
UNİX  nüvədən  (Kernel),  əmr  interpretatorundan  (Shell)  və  xidməti  proqramlardan 
(utilitlərdən) ibarətdir. UNİX  utilitləri 5 qrupa bölünür: 
 
Fayl sistemini idarə edən utilitlər; 
 
Prosesləri idarə edən utilitlər; 
 
Kommunikasiyaları idarə edən utilitlər; 
                                                 
155
 
UNİX-də proqram dedikdə, sadəcə, kompilyasiya edilmiş proqram faylı nəzərdə tutulur.
        
 
 

 
123 
 
Xidməti proqramlar kitabxanası; 
 
Proqramlaşdırma mühiti. 
Nüvə 4 hissədən ibarətdir: 
 
Yaddaşı idarə edən; 
 
Fayl sistemini idarə edən; 
 
Sistem resurslarını yerləşdirən; 
 
Müdaxilə hüququ verən hissə. 
Nüvə hesablayıcı şəbəkənin quruluşunu təsvir edən sorğu cədvəlləri əsasında işləyir. 
Windows Əməliyyat sistemi 
Bu ƏS-i də Microsoft firması İBM PC fərdi kompüterləri üçün işləyib hazırlamışdır.  
Windows  MS  DOS-a  nisbətən  daha  geniş  imkanlara  malikdir  və  istifadəçilər  üçün  daha 
rahatdır. Bu, Apple firmasının maşınlarını yaradanlar tərəfindən düşünülmüş prinsiplərə 
əsaslanır.  Faktiki  olaraq  Windows  fərdi  kompüterlər  üçün qrafik  standarta  çevrilmişdir. 
Windows  MS  DOS-dan  köklü  fərqlənən  prinsiplərə  əsaslanır.  MS  DOS  peşəkar  üçün 
idisə,  Windows  peşəkar  olmayan  üçündür.  Windows-un  əsas  fərqləndirici  cəhəti  cari 
momentdə  işləyən  proqramların  və  ƏS-in  monitor  ekranında  ―pəncərə‖  adlanan  xüsusi 
qrafik obyekt kimi təsviridir. Bu o deməkdir ki,  Windows çoxməsələli sistemdir. Lakin 
burada da hər bir vaxt momentində yalnız bir proqram işləyir. Bununla yanaşı, operativ 
yaddaşda  olan  bir  proqramdan  digərinə  keçmək  üçün  ―pəncərə‖ni  dəyişmək  kifayətdir. 
Windows-un  əsas üstünlüyü  münasib istifadəçi interfeysidir. Burada  əmri  MS  DOS-dakı 
kimi mətni sətr şəklində verməyə ehtiyac yoxdur. Lazımi element mışla seçilir. Kompü-
terin  interfeysin  dizaynı  baxımından  fərdiləşdirilməsi  imkanı  da  Windows-un  vacib 
üstünlüklərindəndir.  Windows-da  işçi  stol  konsepsiyası  mühüm  rol  oynayır.  Çünki 
istifadəçi işçi stolun məzmununu özü tərtib edə bilir. İstifadəçi proqramlarla yazı masası 
üzərindəki  sənədlərlə  işlədiyi  kimi  işləyir.  Windows-un  çox  mühüm  xüsusiyyətlərindən 
biri də işin çoxvariantlı təşkili imkanıdır. Kimə necə münasibdir, elə işləyir. Tez-tez rast 
gələn  əməliyyatlar  piktoqrafik  menyüdə  əyaniləşdirilmişdir.  Tipik  əməliyyatlardan  biri 
Alt,  Shift,  Ctrl  kimi  registr  dəyişən  düymələrlə  digər  düymələrin  kombinasiyasından
156
  
istifadə edilməsidir. 
                                                 
156
 
isti düymələrdən
 

 
124 
Windows – inteqrasiya  edilmiş  sistemdir. Buraya xüsusi təyinatlı proqramlar:  mətn 
və  qrafik  redaktorlar,  sazlama  proqramları,  çap  proqramları  və  s.  daxildir.  Windows-da 
hazırlanan bir sənədin müxtəlif hissələri müxtəlif proqram əlavələrinin köməyi ilə yerinə 
yetirilə  bilir.  Məsələn,  Word  mətn  redaktorunda  hazırlanmış  mətnə  Paintbrush  qrafik 
redaktorunda  hazırlanmış  şəkli  obyekt  formasında  daxil  etmək  mümkündür.  Şəkildə 
dəyişiklik etmək üçün onun üzərində mışın sol düyməsinin ikiqat sıxılması kifayətdir. 
Windows  sistemi  həqiqətən çoxməsələli  ƏS  deyildir. Burada bəzi sistem  cədvəlləri 
bütün icra edilən məsələlər üçün ümumidir. Bu, eyni zamanda bir neçə proqramın paralel 
icrasına imkan vermir. Windows çoxlu cari informasiyanı operativ yaddaşda saxladığın-
dan,  kompüteri  lazımi  qaydada  söndürmək  tələb  olunur.  Windows  32  mərtəbəli  ƏS-dir. 
Windows-da  müxtəlif  proqramların  əlaqələndirilməsi  üçün  mübadilə  buferi  (Clipboard
vardır. 
Windows qrafik interfeysi 
 
Hal-hazırda bütün fərdi kompüterlər qrafik interfeysli əməliyyat sistemləri ilə işləyir. 
Qrafik interfeys insanla maşın dialoqunu pəncərədə menyü və idarəetmə elementlərindən 
istifadə etməklə təşkil etməyə imkan verir.  
Mışla  iş.  Qrafik  interfeyslə  işləmək  üçün  mışdan  və  digər  koordinatlı  daxiletmə 
qurğularından  istifadə  edilir.  Mışla  iş  sol  və  sağ  düymələrlə  işləməyi  və  mışı  hərəkət 
etdirməyi nəzərdə tutur. Sol düymə daxiletmə, sağ düymə əlavə imkanlar üçündür.  
İşçi stol. Ekranın əsas hissəsini işçi stol tutur. İşçi stolda nişanlar və yarlıklar yerləşir. 
Yarlıkın  aşağı  sol  küncündə  ox  işarəsi  olur.  Nişan  və  yarlıklar  fayllara  cəld  müraciəti 
mümkün  edir.  Nişanlar  işçi  stolda  Windows  qurulduqdan  sonra  görünür.  Ekranın  sol 
hissəsində  adətən  Mənim  kompüterim  (Мой  компьютер),  Şəbəkə  əhatəsi  (Сетевое 
окружение), Səbət (Корзина) və Mənim sənədlərim (Мои документы) nişanları yerləşir.  
Disklərə,  printerə,  tez-tez  istifadə  edilən  sənədlərə  cəld  müraciət  etmək  üçün  işçi 
stolda yarlıklar yaratmaq məqsədəuyğundur. Yarlık nişandan onunla fərqlənir ki, o, faktiki 
olaraq  işçi  stolda  yerləşməyən,  başqa  qovluqda  yerləşən  obyekti  göstərir.  Yarlıkdakı  ox 
göstərir ki, yarlık obyektin özünü deyil, ona iqtibası ifadə edir. Obyektin nişanını işçi stola 
sürüməklə həmin obyektin yarlıkı yaradılır. 

 
125 
Məsələ  paneli.  Ekranın  aşağısında  məsələ  paneli  yerləşir.  Məsələ  panelinin  sol 
ucunda  Start  (Пуск)  düyməsi,  bundan  sağda  isə  açılmış  pəncərələrin  düymələri, 
indikatorlar və saat yerləşir. 
Start  düyməsi  baş  menyünü  açmağa  imkan  verir.  Baş  menyüdən  kompüterin  bütün 
resurslarına müraciət mümkündür.    
Windows  çoxməsələli  əməliyyat  sistemidir.  Eyni  zamanda  bir  neçə  proqram  əlavəsi 
ilə  işləməyə  imkan  verir.  İşə  buraxılmış  hər  bir  proqram  əlavəsinin  məsələ  panelində 
düyməsi  yaranır.  Proqramdan-proqrama  keçmək  üçün  məsələ  panelindəki  düyməni 
basmaq kifayətdir. İş gedən pəncərənin düyməsi batıq görünür. 
Məsələ  panelinin  sağ  ucunda  saat  yerləşir.  Saatdan  solda  sistemin  vəziyyət 
indikatorları yerləşir. Məsələn, Az indikatoru göstərir ki, klaviaturanın Azərbaycan hərfləri 
qoşulmuşdur.  
Pəncərələr.  Windows  qrafik  interfeysinin  vacib  elementlərindən  biri  də  pəncərədir. 
Pəncərələr 2 qrupa bölünür: proqram əlavələrinin pəncərələri və sənədlərin pəncərələri.  
Proqram əlavələrinin pəncərələri. Bu pəncərələrdə ya işə buraxılmış proqramın icrası 
öz  əksini  tapır,  ya  da  qovluğun  məzmunu  əks  etdirilir.  Bu  pəncərəni  açmaq  müvafiq 
proqram  əlavəsini  işə  qoşmaq,  bağlamaq  isə  proqramın  işini  dayandırmaq  deməkdir. 
Proqram əlavələrinin pəncərələrini işçi stolun istənilən yerinə çəkmək, bütün ekran boyda 
açmaq və bağlayıb məsələ panelinin bir düyməsinə çevirmək olar.  
Proqram əlavələrinin pəncərələrinin əsas elementləri aşağıdakılardır: 
 
 işçi  oblast:  pəncərənin  daxili  hissəsidir,  ya  bir-birinin  içindəki  qovluqları,  ya  da 
sənəd pəncərələrini özündə əks etdirir
 
 sərhədlər: pəncərəni 4 tərəfdən əhatə edən çərçivə; 
 
sərlövhə:  pəncərənin  yuxarı  sərhədinin  bilavasitə  altındakı  sətir,  pəncərənin  adını 
göstərir; 
 
sistem menyüsünün nişanı: sərlövhə sətrinin sol ucundakı düymə, menyü açır; 
 
üfqi menyü sətri: sərlövhənin altındakı sətr, menyü bəndlərini saxlayır; 
 
alətlər paneli: menyü sətrinin altında yerləşir, düymələr yığımıdır, müəyyən əmrlərə 
cəld müraciət etmək üçündür; 
 
pəncərəni bükmək, açmaq, bərpa etmək, bağlamaq düymələri pəncərənin sağ yuxarı 
küncündə yerləşir. 

 
126 
Sənədlərin  pəncərələri.  Sənəd  pəncərəsi  sənədlərlə  işləmək  üçündür  və  proqram 
əlavələrinin  pəncərəsi  daxilində  ―yaşayır‖.  Proqram  əlavələrinin  pəncərəsində  olan 
düymələr eyni ilə sənəd pəncərəsində də vardır. Sənəd pəncərəsi aktiv və passiv ola bilir. 
Aktiv pəncərənin sərlövhəsi göy, passivinki boz olur.  
Menyü.  Qrafik  interfeysin  əsas  elementlərindən  biri  də  menyüdür.  Menyü  tematik 
cəhətdən  qruplaşdırılmış  əmrlərin  siyahısından  ibarətdir.  İstənilən  əmri  seçmək 
mümkündür.  Menyü  əmrindən  sonra  3  nöqtə  varsa,  dialoq  paneli  açılır  ki,  bu  da  əlavə 
informasiya almağa imkan verir. 
Dialoq  paneli.  Dialoq  paneli  cürbəcür  elementlərdən  təşkil  oluna  biləndir.  Dialoq 
panelinin imkanlarına fayl axtarışı timsalında baxaq. 
İçliklər. Dialoq panelindəki boş sətirlərə içlik deyilir.  
Əmr düymələri. İcra ediləcək əmr düymənin üstündə yazılıb.  
Mətn  sahələri.  Buna  bəzən  redaktə  sahəsi  də  deyilir.  Müəyyən  mətni  daxil  etməyə 
imkan verir.  
Siyahılar. Müəyyən saylı kəmiyyətlərin seçilməsinə imkan verir. Açılan siyahılar sağ 
ucunda aşağıya yönəlmiş ox (üçbucaq) olan içlik və ya mətn sahəsidir.  
Dəyişdirici açarlar. Bunlar bir-birini inkar edən iki variantdan birini seçməyə imkan 
verir.  Kiçik  ağ  dairənin  içində  nöqtə  varsa,  həmin  əmr  qoşulmuşdur,  yoxdursa, 
qoşulmamışdır. 
Bayraqlar. Bu, hər hansı bir parametrə müəyyən qiymət vermək üçündür. Bayraq quş 
qoymaq kimi işləyir.  
Sayğaclar.  Sayğaclar  bir  cüt  üçbucaq  (ox)  şəklindədir,  parametri  artırıb-azaltmaq 
üçündür. Məsələn, səhifənin solundan boş buraxılan sahəni artırıb-azaldan üçbucaqlar. 
Sürünkəclər.  Bunlar  müəyyən  parametrin  (məsələn,  səsin)  sürüşən  qaydada  dəyiş-
dirilməsi üçündür. 
Aidi (kontekst) menyü. Windows əməliyyat sistemində istifadə edilən obyekt-istinad 
yanaşması  disklərə,  qovluqlara  və  fayllara  obyekt  kimi  baxmağa  imkan  verir.  Obyektlər 
müəyyən xassələrə malikdir və onların üzərində müəyyən əməliyyatlar aparmaq mümkün-
dür.  

 
127 
Məsələn, sənədlər
157
 müəyyən həcmə malik olur, onların üzünü köçürmək, yerini və 
adını dəyişmək mümkündür. Pəncərənin ölçüsü var və bu ölçünü dəyişmək olar. 
Hər bir obyektin özünəməxsus konkret xassələri olsa da  və bunların üzərində fərqli 
əməliyyatlar  icra  edilsə  də  obyektlərlə  iş  texnologiyasının  interfeysi  universaldır. 
Obyektlərin  xassələri  və  bu  xassələr  üzərində  aparılması  mümkün  olan  əməllər  barədə 
informasiya almaq üçün aidi menyüdən istifadə edilir. Aidi menyü mışın sağ düyməsi ilə 
açılır. 
6.4. Windows 7 
?????? 
 
6.5 İnformasiya təhlükəsizliyi 
 
6.5.1. Kompüter virusları  
 
Kompüter  viruslarının  tipləri.  İlk  kompüter  virusları  epidemiyası  1986-cı  ildə  baş 
vermişdir.  O  zaman  Brain  virusu  ilk  kütləvi  fərdi  kompüterlərin  disketlərini  ―yoluxdur-
muşdu‖. Hal-hazırda kompüter şəbəkələri ilə yayılan və müxtəlif əməliyyat sistemləri ilə 
işləyən kompüterləri yoluxduran 10 minlərlə virus məlumdur.  
Kompüter  virusunun  əsas  xassəsi  çoxalmaq  (özünü  nüsxələşdirmək)  qabiliyyəti  və 
fayla,  disklərin  yükləyici  sektorlarına  və  sənədlərə  özünü  yazarkən  istifadəçinin  sezə 
bilməməsidir.  
Kompüter yoluxduqdan sonra virus aktivləşib kompüteri arzuolunmaz işlər görməyə 
sövq edir. Virusun aktivləşməsi müxtəlif hadisələrlə, məsələn,  müəyyən tarixin, həftənin 
gününün,  proqramın  işə  buraxılmasının,  sənədin  açılmasının  başlanğıcı  ilə  bağlı  ola 
biləndir. Aktivləşən virus proqramı və veriləni məhv edə bilir. 
Fayl virusları, yükləyici viruslar, makroviruslar və şəbəkə virusları vardır ki, bunlar 
da təhlükəsiz, təhlükəli və çox təhlükəli növlərə bölünür. 
Fayl  virusları.  Fayl  virusları  icra  edilən  fayllara  (proqramlara)  müxtəlif  üsullarla 
daxil  olaraq  aktivləşirlər.  Yoluxmuş  proqram  işə  buraxıldıqdan  sonra  virus  operativ 
yaddaşa  düşərək  digər  faylları  da  yoluxdurur.  Lakin  fayl  virusları  verilənlər  fayllarını 
(məsələn, şəkil və səs fayllarını) yoluxdura bilmir.  
Fayl  viruslarından  profilaktik  müdafiənin  yolu  şübhəli  mənbələrdən  daxil  olan 
fayllardan istifadə etməmək və antivirus proqramı ilə yoxlama aparmaqdır.  
                                                 
157
 Proqram əlavəsinin köməyi ilə emal edilən istənilən fayl sənəd adlanır. 

 
128 
Yükləyici  viruslar.  Bu  virus  özünü  diskin  yükləyici  sektoruna  yazır.  Yoluxmuş 
diskdən  əməliyyat  sistemi  operqtiv  yaddaşa  yükləndikdən  sonra  virus  operativ  yaddaşa 
düşür  və  bundan  sonra  o,  özünü  fayl  virusu  kimi  apararaq  çoxalmağa  və  təhlükəli 
nəticələrə səbəb olmağa başlayır.  
Bu virusdan qorunmaq profilaktikası ƏS-i çevik diskdən yükləməməkdir. 
Makroviruslar.  Bu  viruslar  Word  sənədlərini  və  Excel  kitablarını  yoluxdurur. 
Makrovirus  əslində  sənədə  yeridilmiş  makrosdur
158
.  Yoluxmuş  sənəd  proqram  əlavəsini 
yoluxdurduğundan, başqa sənədlər də yoluxur. Ona görə də proqram əlavəsini bağlamaq 
lazımdır. 
Makrovirusdan  qorunmaq  profilaktikası  virusun  işə  buraxılmasına  imkan  vermə-
məkdir. Yoluxmuş sənədi  Word və Excel tanıyıb xəbər verə bilir. Bu halda həmin sənədi 
işə buraxmaq məsləhət görülmür.  
Şəbəkə virusları. Kompüter şəbəkələri virus yayılmasının ən asan yoludur.  
İnternet-qurdlar  (worm)  –  poçt  göndərmələri  yazılmış  fayllara  düşür.  Bu,  hətta 
xəbərə baxış keçirdikdə də yoluxdura bilir. Bu virus müəyyən tarixdə aktivləşərək böyük 
fəsadlar  törədə bilir. İnternet-qurdlar  adətən  ―troya  atı‖  kimi  işləyir,  yəni  başqa  virusları 
daşıyır.  Bu  viruslar  istifadəçi  identifikatorunu  və  parolu  oğurlayır.  Bu  yolla  başqasının 
xərci ilə İnternetdən istifadə imkanı yaranır.  
Bu virusdan qorunmaq profilaktikası şübhəli poçt göndərmələrini açmamaqdır. 
JavaScript  və  ya  VBScript  dillərində  yaradılmış  aktiv  elementlər  (proqramlar) 
virusların xüsusi növüdür ki, bunlar da Web-səhifələrin yüklənməsi zamanı yoluxur. 
 
6.5.2.Antivirus proqramları 
 
Kompüter virusları ilə ən yaxşı mübarizə vasitəsi antivirus proqramlarından istifadə 
edilməsidir. Bu proqramlar müxtəlif prinsiplərdə yaradıla bilir.  
Polifaqlar.  Ən  populyar  və  səmərəli  antivirus  proqramları  polifaqlardır
159
.  Polifaq-
ların  iş  prinsipi  faylların,  disklərin  yükləyici  sektorlarının  və  operativ  yaddaşın  yoxlan-
masına  və  onlarda  polifaqa  məlum  olan  və  məlum  olmayan  virusun  axtarılmasına 
əsaslanır.  Məlum  virusun  axtarışı  üçün  maskadan  istifadə  edilir.  Virus  maskası  dedikdə, 
konkret virus üçün tipik olan proqram kodundakı sabit sıra nəzərdə tutulur. 
                                                 
158
 makro əmrdir 
159
 Kasperski Anti-Virus, Dr.Web  

 
129 
Maska  tapılan  fayl  yoluxmuş  hesab  edilir  və  onun  müalicəsinə  (təmizlənməsinə) 
başlanır.  Yeni  virusun  axtarışı  zamanı  evristik  skanerləmə  alqoritmindən  istifadə  edilir. 
Yəni  əmrlərin  ardıcıllığı  təhlil  edilir.  Əgər  şübhəli  əmr  ardıcıllığı  aşkar  edilərsə,  polifaq 
obyektin yoluxmuş olması ehtimalı barədə məlumat verir. 
Operativ yaddaşa yüklənmə  məqamında faylların yoxlanmasını həyata keçirən poli-
faq  antivirus  monitoru  adlanır.  Polifaqların  üstünlüyü  onların  universallığı,  nöqsanı 
viruslar  barədə  verilənlər  bazasının  kifayət  qədər  geniş  olması  ilə  bağlı  olaraq  yaddaşda 
çox yer tutması və axtarışın yavaş getməsidir. 
Müfəttişlər. Müfəttişin
160
 iş prinsipi diskdəki fayllar üçün kontrol məbləğin hesablan-
masına əsaslanır. Faylın uzunluğu, yaradıldığı tarix və son modifikasiya tarixi ilə yanaşı 
həmin  kontrol  məbləğ  də  antivirusun  bazasında  saxlanır.  Fayl  işə  buraxılarkən  müfəttiş-
proqram  həmin  informasiyanın  dəyişib-dəyişmədiyini  yoxlayır.  Dəyişiklik  yoluxmanı 
göstərir. 
Müfəttiş yeni faylı yoxlaya bilmir. 
Bloklaşdırıcılar. Antivirus bloklaşdırıcıları ―virus təhlükəsi‖ situasiyasını
161
 istifadə-
çiyə xəbər verən proqramlardır. Kompüterin BİOS-undakı bloklaşdırıcı daha geniş tətbiq 
edilir.  Bloklaşdırıcının  əsas  üstünlüyü  virusu  vaxtında  aşkarlayıb  qarşısını  almaqdan 
ibarətdir. 
 
6.6. Tətbiqi proqram təminatı 
 
Tətbiqi  proqram  təminatını  2  qrupa  bölürlər:  1)  proqramlaşdırma  sistemləri  və  2) 
proqram əlavələri. 
Proqramlaşdırma sistemləri peşəkar proqramçılar üçündür, müxtəlif proqramlaşdırma 
dillərində  proqramlar  yazmağa  imkan  verir.  Hal-hazırda  vizual  proqramlaşdırma 
sistemləri
162
 geniş tətbiq edilir.  
Proqram  əlavələri  müəyyən  əməliyyat  sisteminin  idarəsi  altında  fəaliyyət  göstərir. 
Məsələn,  mətn  redaktoru  Word    Windows  əməliyyat  sisteminin  proqram  əlavəsidir. 
Proqram  əlavələri  mətni,  qrafik,  ədədi,  audio-  və  video-informasiyanı  emal  etməyə, 
həmçinin kompüter şəbəkələri ilə işləməyə imkan verir.  
                                                 
160
 məsələn, ADinf 
161
 
diskin yükləyici sektoruna yazma belə situasiyadır.
 
162
 
Visual Basic, Borland Delphi və s.
 

 
130 
Hər  bir  istifadəçi  praktiki  olaraq  ümumi  təyinatlı  proqram  əlavələri  ilə  işləməyə 
ehtiyac  duyur.  Buraya:  mətn  redaktoru,  qrafik  redaktor,  elektron  cədvəl,  verilənlər 
bazasının  idarəetmə  sistemi  (VBİS),  həmçinin  multimediya  -  təqdimatlar  yaratmaq  üçün 
olan  əlavələr  aiddir.  Hal-hazırda  geniş  yayılmış  ümumi  təyinatlı  proqram  əlavələrindən 
biri Microsoft Offisse proqramıdır.  
Qlobal və lokal şəbəkələrin sürətli inkişafı ilə bağlı olaraq müxtəlif kommunikasiya 
proqramlarının əhəmiyyəti artır. Kommunikasiya proqramları artıq əməliyyat sistemlərinin 
tərkib elementinə çevrilmişdir.  
Xüsusi  təyinatlı  proqram  əlavələri  müxtəlif  fəaliyyət  sahələrində  çalışan  peşəkar 
istifadəçilər  üçün  nəzərdə  tutulmuşdur.  Buraya:  kompüter  qrafikası  sistemləri,  avtomat-
laşdırılmış  layihələşdirmə  sistemləri  (САПР
163
),  mühasibat  proqramları,  kompüter 
lüğətləri, avtomatik tərcümə sistemləri və s. aiddir.  
İstifadəçilərin  bir  qismi  öyrətmə  proqramlarından  istifadə  etməklə  öz  təhsillərini 
artırırlar. Buraya: xarıcı dil proqramları, repetitor-proqramlar, müxtəlif fənnlər üzrə testlər 
aiddir. 
Lazer disklərindəki müxtəlif multimediya proqram əlavələri
164
 böyük əhəmiyyət kəsb 
edir.  
İstifadəçilərin  əksəriyyəti  kompüterlə  tanışlığa  kompüter  oyunları  ilə  başlayır. 
Buraya: məntiqi oyunlar, strateji oyunlar, idman oyunları və s. aiddir. 
Antivirus proqramları da ayrıca bir qrup təşkil edir. 
 
6.7. Tətbiqi proqram təminatına nümunələr 
6.7.1. Mətn redaktorları.  
6.7.1.1 Microsoft firmasının Word mətn redaktoru 
Mətn  redaktoru
165
  mətn  hazırlayıb  çap  edən  proqram  kompleksidir.  Ən  geniş 
yayılmış  mətn  redaktoru  Microsoft  firmasının  Word  proqramıdır.  Bu  redaktor  mətni 
klaviaturadan  yığmağa,  mətnin  (və  ya    bir  hissəsinin)  üzünü  və  ya  özünü  bir  yerdən 
başqa yerə köçürməyə, başqa redaktorlarla informasiya mübadiləsinə imkan verir. 
Word – Mətn redaktorunun əsas anlayışları. 
                                                 
163
 
Системы автоматизации проектных рещений
 
164
 
ensiklopediyalar, soraq kitabları və s.
 
165
 
mətn prosessoru
 

 
131 
Proqram pəncərəsinin əsas hissələri. 
Word-ün proqram pəncərəsinin ümumi görünüşü aşağıdakı kimidir (şəkil 1.). 
5
4
6
7
8
1
10
2
3
12
11
13
9
14
 
1.
 
Title Bar
 (Заголовок-
Başlıq Çubuğu
166

2.
 
Minimize
 (
Свернуть
 – 
Minimum Kiçilt) düyməsi 
3.
 
Restore
 (
Свернуть в
 
окно
 – Bərpa Et) düyməsi 
4.
 
Close
 (
Закрыть
 – Bağla) 
düyməsi 
5.
 
Control Menu Box
 
(
Контроль меню
 – 
İdarəedici Menyü Qutusu) 
6.
 
Menu Bar
 (
Строка меню
 
– Menyü Çubuğu) 
7.
 
Standard Toolbar
 
(
Стандартная
 – 
Standart Alətlər Çubuğu) 
8.
 
Formatting Toolbar
 
(
Форматирование
 – 
Formatlaşdırma Alətlər Çubuğu) 
9.
 
Status Bar
 (
Строка состояния
 – 
Vəziyyət Çubuğu) 
10.
 
Horizontal Ruler
 
(
Горизонтальная Линейка
 – 
Üfqi Xətkeş) 
11.
 
Vertical Ruler
 (
Вертикальная 
Линейка
 – Şaquli Xətkeş) 
12.
 
Scroll Bars
 (
Полосы прокурутки
 
– Sürüşdürmə Çubuqları) 
13.
 
Sürüşdürmə düymələri 
14.
 
Mətn sahəsi 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin