AYA QISQANAN GECƏ
Gecənin Ay gözündən
İşıq düşdü üstümə.
İşığa qısqandı ki,
Gecə durdu qəsdimə.
Yuxumu çəkib göyə,
Tikanladı gözümü.
Nə yazdım, nə də pozdum,
Yorğun gördüm özümü.
Səhəri qarşıladım
Sərxoş adamlar kimi.
Əridim dağ qarıtək,
Daşdı dilimin kini.
18.01.2011
YAZ YAĞIŞI
Çay axır
Sahilini basa-basa:
Güllər, otlar, çiçəklər
Batır yasa...
Buludlar sökülür,
104
İsgəndər Etibar
Yerə tökülür,
üfüq gülür.
Günəşə bələnir
yaşıl çəmən.
Oyanıb baş qaldırır
bu sevgidə gülən, çimən.
Gözlərimdən
ürəyimə axır
Gözəlliyin şəlaləsi.
Bulud kini soyuyur,
gülür təbiət;
Açılır qırışları,
Qanqalların
güllərə qarğışları.
Çağlayır şəlalətək
Gözümün alqışları.
Elə bil ki, hamamdan
Çıxan qızdı təbiət.
Parlayırdı,
Üzümə gülürdü
həyat!..
23.04.2011
AZƏRBAYCAN! AZƏRBAYCAN!
Mən səndə doğulmuşam:
Dağlarını,
Düzlərini gəzə-gəzə.
Torpağınla mayalanıb
Çiçəklərin, göy otların.
105
Sən dənizsən, gülüm
Güllərinlə yoğrulmuşam,
Günlərin, saatların
yağıb üstümə,
Dərdlərini, qəmini
yığıb üstümə,
Boyum da qısa qalıb
Azərbaycan! Azərbaycan!
Çaylarından çağlamaq,
Buludundan ağlamaq,
Ocağından
Yanmağı öyrənmişəm.
Gözəllərin içində
Bir gözəl bəyənmişəm,
O, qismətim olmayıb,
Odu məni odlayıb,
Söz ocağı olmuşam.
Mehin öpüşlərimdi,
güllərə göndərirəm.
Yelin gülüşlərimdi,
çöllərinə səpirəm.
Azərbaycan! Azərbaycan!
Halalca çörəyinəm.
Son evimə – qəbirə
Canımda su gətirim,
Qurumasın səndə gül,
Çiçəkləsin səndə gün,
Azərbaycan! Azərbaycan!
Mən səndə doğulmuşam,
Mən sənəm.
106
İsgəndər Etibar
Eşqin ilə püskürən
dağındı sinəm.
Desələr də inanma,
Kimlərinsə, kiminsə
Önündə sinəm.
Eşqinəm, atəşinəm,
İnanma sönəm,
Azərbaycan! Azərbaycan!
Sən bildim həyatımı,
Eşqinlə yəhərlədim
Ömür adlı atımı,
Azərbaycan! Azərbaycan!
22.04.2011
HƏYAT BELƏDİR
Saçların qara bulud kimi
Kölgələyib üzünü,
Səni görə bilmirəm.
Sözlərim dolaşıq düşüb,
Cümlə hörə bilmirəm.
Çağlar bulaqlar kimi
İçimdən qaynayıram;
Sən çölümü görürsən,
İçimdən xəbərin yox.
Məndən hali deyilsən,
Sakitsən, gözlərin tox.
Həyat belədir, gülüm,
Elə toxsan, eşqinə
Aclardan xəbərin yox.
16.03.2011
107
Sən dənizsən, gülüm
YER KÜRƏSİ
Göyün işi Yerlədi,
Yerin işi göylədi.
Boşlar alqışlananda,
İçim yaman göynədi.
Səndə gözəgörünməz
Çoxlu oyunlar gedir.
Öndə alçaq keçilər,
Dalca qoyunlar gedir.
Tülkülər aslan güdür,
Yer kürəsi.
Doğru səndən sürgündü,
İşlər düyün-düyündü,
– Bismillah! – deyincə,
Hər yetən – gətir! – deyir,
-– Yükümü götür! – deyir,
Yer kürəsi.
Doğru yoldan qaytarıb
Otarırlar adamı.
Açıq, nurlu gözlərdən
Aparırlar adamı,
Yer kürəsi.
Elə sənə oxşayır
Sənin cəmiyyətin də.
Təsadüflər boy atır
Hər gün zərurətində,
Yer kürəsi.
02.02.2011
108
İsgəndər Etibar
SƏN GÜLƏNDƏ
Hər yana nur saçılır,
Qönçə güllər açılır,
Sən güləndə.
Ürəklər çıraqlanır,
Məhəbbət soraqlanır,
Sən güləndə.
Elə bil səhər doğur,
Nurun gecəni boğur,
Sən güləndə.
Həyatın üzü qara,
Gülür, sən baxsan hara,
Sən güləndə.
Görmürsən, can gizlidi,
Ay qız, canım üzüldü,
Sən güləndə.
10.02.2011
***
Geyinmək istəyirəm,
Həyat gəlmir əynimə.
Həyatın bu darlığı
Dünya, deyil eynimə.
Əlim qələm tutursa,
Həyat mənə cənnətdi.
Dünya, məni yaşadan
Şeir adlı sənətdi.
27.02.2011
109
Sən dənizsən, gülüm
ADSIZ ŞEİR
Bir günün ömrü 24 saatdır,
Bir saatın ömrü 60 dəqiqə,
Bir dəqiqənin ömrü 60 saniyə.
Hər gün
Günəşi bu üfüqdən götürüb
O üfüqə aparır,
Yerə insan gətirir,
Yerdən insan aparır,
Əllərimdən yapışıb
Yer şarını gəzdirir.
Bağları barlandırır,
Kimini soyundurur,
kimini varlandırır.
Bəxt toxuyur,
Bəxt oxuyur.
Özünə görə deyil saat da.
Nələr olmur saatda:
Var yox olur,
Yox var olur,
Ac tox olur,
Göyün bağrı yarılır,
Göydə Günəş yorulur.
Ömrün firavanlığı
saatın zilindədi.
Qanlı göz yaşlarımız
saatın zülmündədi.
Balaca deyil saniyə;
Göyü qəmlə allayır,
110
İsgəndər Etibar
Ulduzlarla xallayır,
Buludu əlçimləyir,
Şairin ürəyində
sözü ballayır.
Bir zərrə vicdan
qalıbsa ürəyində,
Nadanları danlayır.
Bircə göz qırpımında
arifləri anlayır.
Ömür susur saniyədə,
ulduz axır, ulduz doğulur.
Dağ öskürür –
vulkan püskürür;
Yerin içi dağılır.
Boğaza çökmək,
Ömrə-günə
qapqara pərdə çəkmək
saniyənin əlində!
– Yoxsan! Varsan! sözü də
Saniyənin dilində!
Qərəzi, qəsdi varsa,
Bu saniyəni aşsan,
Ayıq-sayıq polis kimi
O saniyə saxlayacaq!...
El gülməsin şairinə:
Bir ad qoya bilmədi
Yazdığı bu şeirinə!
31.01.2011_111__Sən_dənizsən,_gülüm__CILIZ_ŞAİR'>31.01.2011
111
Sən dənizsən, gülüm
CILIZ ŞAİR
Heç kimi bəyənməyən,
özünü hamıdan uca bilən,
Xəyalında, fikrində
Yer üzünü quca bilən
Cılız şair,
Yatdı, yuxuda gördü;
Parisdə, Varşavada,
Londonda, Moskvada
Adını qeyd edirlər.
Parisli madonnalar
Ondan ötrü əriyir,
sino gedirlər.
Təriflər dənizlənib,
qayıq dillər, dodaqlar
Onu gəzdirir:
Dalğalar yara-yara,
Ləpələr yora-yora.
Qayıdıb dünyamıza,
Şiller sıxır əlini,
Öpür, bağrına basır
Xaqani, Sədi, Sabir..
Ayılanda gördü ki,
Çoxdan sönüb, küldü ki...
28.04.2011'>17.04.2011
***
Buludlar guruldayır içimdə,
Küləklər uğuldayır içimdə.
Oyuncaq bilməsin kimsə məni,
Yerin ağırlığı var çəkimdə.
28.04.2011
112
İsgəndər Etibar
ATIB GEDƏCƏM
Vaxt əlimdə
Ömrümün bir ovuc külüdür.
Ömrüm əlimdə
Vaxtın qızılgülüdür.
Ömrüm içimdə
bir qapalı mücrüdü,
Açıb tökəcəm.
Açılmasa, sökəcəm,
Nöqsanımı, səhvimi
dara çəkəcəm,
Qisas alacam özümdən.
Yaxşı nəyim var,
Qoymaram düşə gözümdən:
Bağışlayacam yurda, elə...
Bir gün axşam yatıb
Səhərə durmayacam:
Hamının başını
Gülüşə qatıb gedəcəm.
Elə bilməyin dünya məni atacaq,
Mən dünyanı atıb gedəcəm.
28.04.2011
BİLDİM
Torpaq,
Kitabsan – oxudum!
Çiçəksən – qoxudum!
Çörəksən – yedim!
Sözümsən – dedim!
113
Sən dənizsən, gülüm
Paltarsan – geyindim!
Papaqsan – qoydum!
Körpəsən – böyütdüm!
Ağrısan – keyitdim!
Sev – dedin, – aşiq oldum!
Ürəkdə işıq oldum!
Aydın səhərdə öldüm,
Gəldiyim yola döndüm!
Ağlıma da gəlməzdi,
Bilmirdim etdiyimi!
Bildim: – Ölən atamın
Dalıyca getdiyimi...
31.01.2011
MƏN SƏNƏ NEYLƏMİŞƏM
Kinlə süzürsən məni,
Gülüm, üzürsən məni,
Daşam, əzirsən məni,
Mən sənə neyləmişəm?
Gün kimi sökülmüşəm,
Yoluna tökülmüşəm,
Ruhuna çəkilmişəm,
Mən sənə neyləmişəm?
– Öl! – demisən, ölmüşəm,
Canı qəmlə bölmüşəm.
Hər zülmünü görmüşəm,
Mən sənə neyləmişəm?
114
İsgəndər Etibar
Sevdim! – günahım budur,
Tüstümü ahım udur.
Sevgi! – günahkar odur,
Mən sənə neyləmişəm?
15.01.2011
NƏ CÜCƏRSİN
Qız, səni görən kimi,
Məni vurur yaz ətri.
Ürəyimin qönçəsi
Açılır səndən ötrü.
Sinəmin söz toxumu
Cücərir misra-misra.
Bənövşə də mat qalıb
Boynunu qısa-qısa.
Qız, həyatım, çölümün
Sükut sənsizliyidir.
Nə cücərtsin? Ürəyim,
Yerin dənsizliyidir.
18.01.2011
GECƏ NAĞILI
Görəsən, düşmüşəm kimin yadına,
Kimin yaddaşında vaxt oynadıram?
Gecənin bu vaxtı sükut içində,
Kimin ürəyində söz qaynadıram?
115
Sən dənizsən, gülüm
Göy boyu gecədə üfüqə dəyib,
Düşüb qulağıma səs, cingildəyir.
Hardasa soyuqdan yata bilməyən
Əsnəyə-əsnəyə it zingildəyir.
Yuxu quyusuyam, dolça sallayıb
Yuxumu gözümdən çəkir göylərə.
Ulduz dodaqlarla zülməti yarıb
Öpüşmü göndərir gecə göy Yerə?
Asqırdım, diksinib ürkdц qaranlıq,
Başdan-ayağacan səsimi uddu.
İçim söz qazanı, qaranlıq gecə,
Elə bil içimi qaynadan oddu.
Zaman ipliyini çəkir bir ucdan,
Toxunma köynək tək sökülür gecə.
Yığıb-yığışdırıb şələ-küləsin,
Ömrün bir küncünə çəkilir gecə?
Elə sızıldayır, – Uf! Uf! – deyir ki,
Qəmli ağrılarla doludur gecə.
Vüsala can atan, yuxu bilməyən
Kədərin, həsrətin yoludur gecə.
– Həyat! – dediyimiz canlı varlığın
Gecə bir, səhər də bir qanadıdır.
Bu iki qanadı açan, yuman da
Zamanın hökmüdür, vaxt inadıdır.
Necə də sehrli möcüzədir bu:
Hara sığınmışdı gecədə səhər?
116
İsgəndər Etibar
Gecə – Uf da demir, səssiz-səmirsiz
Sıxırdı gecəni necə də səhər!
Daş altdan boylanan çiçəklər kimi,
Boy çəkib yorğandan bu şeiri yazdım.
İlham elə gəldi, uzun söz boyu,
Bir an nə təngidim, nə də yol azdım.
Xəbəri olmadı, səhərdən qorxan
Gecəni ovutdum misralarımla.
Harın bir at kimi kişnəyib gedən,
Vaxtı zəncirlədim misallarımla.
Min şükür, Allahım, zülmət gecədə,
Verdiyin bu payı alqışlayıram.
Sənsiz yaşadığım hədər, faydasız
Gecəni, gündüzü qarğışlayıram.
BİZ QOVUŞA BİLMİRİK
Əlin əlimdən küsüb,
Dilin salamı kəsib.
İlk görüşdən, öpüşdən
Fəsillər, illər keçib,
Biz qovuşa bilmirik.
Qarlı qışı yaz ötüb
Daşda çiçək, gül bitib
Dağlarda itkin düşən
Sular sulara yetib,
Biz qovuşa bilmirik.
117
Sən dənizsən, gülüm
Bulud buluda baxır,
Gah enir, gah da qalxır.
Ay görünür – torpağa
İşıq dolur, nur axır,
Biz qovuşa bilmirik.
Qaytar ömür payımı,
İllərimi, ayımı.
Bir ömürdü yoldayıq,
Sən Günəşmi, mən Aymı?
Biz qovuşa bilmirik.
28.03.2011
AĞ KAĞIZDIR ÖMRÜMÜZ
Hər gün əzizlədim,
Tozunu təmizlədim:
Ürəyimi sökdüyüm,
Sinəsinə tökdüyüm
kağızları!..
Hələ neçə-neçə kağızların
Açıla qalıb ağızları.
Səbrimin daşmasını,
İlhamın qarlı dağlar aşmasını
Gözləyir bəyaz kağızlar.
Tut ağacını çırpacaq kimi
Çırpıram ürəyimin
söz barlayan budağını.
Söz çırpıram
ürəyimin budağından.
118
İsgəndər Etibar
Bu ağ, bu ağ kağızlar
Toxum səpilən torpaq kimi sevinir,
Açılır qaş-qabağı kağızların.
Ağlayan,
Oyuncaq görəndə gülən uşaq kimi
Min sevinc yaşayır kağızlar,
Yükü daşıyacağından,
Bu günlə, sabahla yaşayacağından.
Kağızların da taleyi
uşaqların taleyi kimidir;
Uşaq olmaq
böyütmək deyil!
Kağızı qaraltmayın qara üzlü adamlar kimi.
Kağızı elə qaraldın,
Oxuyanda
silinsin üzlərin kini...
İnsan vurulduğuna
bir də vurulsun.
DAMLA
Belinə su dama-dama daş yeyildi –
Elə bil ki
əvvəlki daş deyildi.
Atom!..
Bir damlanın neçə yüzdə biridir.
Yerə meydan oxuyur.
Qorxa-qorxa böyüyür
Şəhərlər.
Qorxa-qorxa açılır
Səhərlər.
119
Sən dənizsən, gülüm
Damlalar...
damlalar...
Güc çatmayan gücünüz var.
1968
HƏVƏSİM
Uşaq idim,
Güzgü tutdum günəşə –
günəşi görmək üçün.
Baxdım, baxa bilmədim.
Yandırdı gözlərimi
günü görmək həvəsim.
Bir gün dənizə girdim –
dərinə enmək üçün,
Yarı yolda kəsildi,
küsüb getdi nəfəsim.
İlan tutmaq istədim,
İlan vurdu əlimi.
Yalan demək istədim,
Yalan kəsdi dilimi.
Tutub Ayın nurunu,
Aya çıxmaq istədim,
Qırıldı, düşdüm yerə.
Öyrənmək, bilmək eşqi
Çəkdi məni min yerə.
Gah kəndə, gah şəhərə...
Yaşım otuzu keçib,
Öyrənirəm mən hələ.
120
İsgəndər Etibar
TUT
Baharın ilk nübarı,
İlk barısan, ay tutum.
Yetişdin – yağdın yerə,
Mənim ağac buludum.
Kim geciksə barına,
Danışacaq yarına:
– Tut ağacı boyunca,
Tut yemədim doyunca...
Yaz oldu sıralandın,
Budaqda sırğalandın.
Ayın-günün oduna,
Sən məndən sonra yandın.
Ağ tutum, qara tutum,
Quruyub matım-qutum.
Əl çatmır, əyil, tutum,
Yar bizə mehman gəlib.
SƏHƏR
Yeddi rəngli dünyanın
Yeddi rəngini səhər
Payladı min çalarda.
Rəngləri rəngə qatdı,
Bir yeni rəng yaratdı.
Harayladı quşları,
Yatanları oyatdı.
121
Sən dənizsən, gülüm
Güllərin rəng sərgisi
Hamını heyran etdi.
Elə bil ki gün, daşı,
Döndərib ceyran etdi.
Asdı yerin köksünə
Göy çəməni, meşəni.
Kola baxılmaz deyə,
Kol dibində şam kimi
Yandırdı bənövşəni.
BİL Kİ...
(S.Rüstəmin “O mənəm” şeirinə nəzirə)
Harda təmiz ürək,
saf duyğu gördün,
Soruşma bu kimdi,
Bil ki, o, mənəm.
Kim ki şirin-şirin
danışdı, güldü,
Soruşma bu kimdi,
Bil ki, o, mənəm.
Birinin əlinə bir daş dəyəndə,
Ondan qabaq yanan,
göynəyən görsən,
Soruşma bu kimdi,
Bil ki, o, mənəm.
Yoluna tuş olsa,
gözünə dəysə
özünü unudub dost üçün yanan,
Soruşma bu kimdi,
Bil ki, o, mənəm.
122
İsgəndər Etibar
Desələr şair var –
onun ürəyi
Özündən on dəfə
uca, böyükdür.
Desələr biri var,
özü bir evdə
Fikri, xəyalı
bölük-bölükdü
Soruşma bu kimdi,
Bil ki, o, mənəm.
ANA TORPAQ
Bir nəhəng ağacsan,
Yaşın bilinməz.
Yolların budaqdı,
çəmənin yarpaq,
Ana torpaq.
Səndə bitdim, cücərdim
Mən baharlı, baharsız.
Olmadım bircə gün də
Nə çiçəksiz, nə barsız.
Budaq-budaq böyüdüm,
damar-damar kök atdım.
Ana torpaq,
Ana torpaq.
123
Sən dənizsən, gülüm
ATA, SƏNİ DÜŞÜNÜRƏM
Atamın heykəli
Sənə məhəbbətim sinəmdə qordu,
Ayrılıq küləyi alovlandırır.
Məzarlıq buz tutub,
gülləri qırdı.
Gül-çiçək üşüdür,
donuram, ata.
Bu dəftər, bu qələm, təzə söz seçib,
Sənin heykəlini yonuram, ata.
Bu – geniş alnındı,
bu – sünbül qaşın.
Bu da zirvə kimi
ağarmış başın.
Bu – daş yonan əlin,
bu – qabarları.
Bu da əllərinin çay damarları.
Bu da qayğıların –
yükdü gözündə,
Günəş üfüqləri bükdü gözündə.
Bu da geniş sinən –
təmiz ürəkli.
Bu da ki, qolların –
polad biləkli,
Bu da dodaqların –
bəyaz rəng alıb,
Son anda, son səsdə,
o son nəfəsdə
Demək istədiyin söz donub qalıb.
Açılı kitabdır
elə bil sinən,
124
İsgəndər Etibar
Vərəqlər ayrılıb
bir şırım boyu.
Bir nisgil yaşayır
hələ gözündə,
O da görmədiyin
bir oğul toyu.
Mən səni yaratdım
Bir az sevincdən,
Bir az da, bir az da
ürək ahımdan.
Can verə bilmədim,
gücüm çatmadı,
bağışla, ay ata,
keç günahımdan.
SARI SİM
Gülüşdə göz yaşını,
Göz yaşında gülüşü
Duyan ürək – sarı sim.
Hər ürəksiz görüşdə
Xəfif-xəfif titrəyən,
Əsən külək – sarı sim.
Göygölümün ləpəsi –
Həzin, kövrək – sarı sim.
Füzulinin naləsi –
qəmli, titrək – sarı sim.
Sarı simə köklənib,
Duyğularım, ürəyim.
Oxu, oxu, sarı sim,
Mən buz kimi əriyim.
125
Sən dənizsən, gülüm
Dağ yanında çalındın,
Ovum-ovum ovuldu.
Balası itmiş maral,
Nəğmən ilə ovundu.
DÜNYA
Həndir-hamar yollarına düşdüm,
Dişli-dişsiz kollarına ilişdim...
Yazına sevindim,
yayına yandım,
qışına üşüdüm.
Mən səni cənnət bilmişdim,
Dünya.
Çiçək-çiçək çiçəklədin,
Qoxudum,
Sünbül-sünbül saraldıqca, oxudum.
Səndəki bu şirinliyi duyunca,
Mən özümü atəşinə toxudum,
Dünya.
Vuruş! – dedin, vuruşlara qoşuldum,
Yarış! – dedin, yarışlara qoşuldum,
Dünya.
1980
***
Mən bir yosun qoxusuyam,
Mən bir dəniz yuxusuyam
səndən ötrü;
Gələsiyəm yuxuna
narın-narın ləpələrlə,
126
İsgəndər Etibar
dalğa-dalğa təpələrlə.
Mən bir aylı gecəyəm;
Süzülərəm qəlbinə
işıq-işıq.
Sən baxarsan heyran-heyran;
Yerə aşiq,
Göyə aşiq...
Sən bir səhər oyanarsan;
Arzuların axarında,
Bir axar çay baxarında
Qəmli-qəmli dayanıb
Yoluma boylanarsan...
SƏNSİZ
Get-gəli kəsilmiş,
Suyu qurumuş
dəyirman kimiyəm...
Yel vurur,
həsrət oynayır içimdə.
Nə bir arzu,
nə bir xatirə oyanır içimdə.
Nə qəzəb var, nə də kin,
Çiçəklər eyniləşib
Nə gözəl var, nə çirkin.
Bulud elə buluddu,
Bu əyri oyunlarda
Kim uduzdu, kim uddu.
Daşdı, torpaqdı dağlar...
ağacdı.
Bilmirəm,
127
Sən dənizsən, gülüm
Günəşin işığı
Çoxdu, ya azdı,
Hələ qışdı, ya yazdı...
Sənsiz.
1979
BAHAR GƏLİR
Bahar gəlir...
Dağlarda
Dilənçi paltarıtək
Süzük-süzükdü qar.
Soyuq görmür,
Şaxta yemir,
Üzükdü qar.
Bir baxın, ora baxın,
Elə bil ki, zərgərin
Ocağında əriyən
üzükdü qar.
Adda-budda,
Orda-burda,
Qaratorpaq yamaclarda
ağ yamaqdı qar.
Sürüşür,
diyirlənir qayalardan.
Elə bil ağ yumaqdı qar.
Dərələrin dibində,
Dağların qoltuğunda
Südü süzülmüş
qaymaqdı qar;
Uşaq dondurma yeyən kimi
yeyir qarı qara torpaq.
128
İsgəndər Etibar
DƏNİZDƏ
Gəzdirir dalğalarla
Məni “ördək qayığım”.
Gəzirəm dəniz boyu,
İslanmır əl-ayağım.
Dənizin o başında
Göy qurtarır, yer bitir.
Üzüb gedən gəmilər
Yox olur, gözdən itir.
Göy sularda açılır
Balıqların səhəri,
Necə geniş, gözəldi
Dəniz – balıq şəhəri.
LAYLA ÇALIR KÜLƏKLƏR
Payız gəlib dağlara
Layla çalır küləklər.
Baldan şirin yuxunu
Yada salır küləklər.
Palıda bax, palıda,
Yuxu tutub gözünü.
Vələsə bax, meşədə
Lap unudub özünü.
Yarpaq-yarpaq soyunur
Ağcaqayın donunu.
Gözləmədi çinar da,
Bu laylanın sonunu.
129
Sən dənizsən, gülüm
ÇAY DAŞI
Sellər yuduqca
Hamarlanıb o.
Dağdan enincə
Yumurlanıb o.
Bu daş bərkiyib
İnada dönüb.
Bu daş az qala
Polada dönüb.
Canında od var;
Coşur bir anda.
Qığılcım saçır
Çəkic vuranda.
UŞAQ BAYATILARI
Deməyin ki, güləm mən,
Sapsarı sünbüləm mən.
Biçiləm, döyüləm ki,
Evinizə gələm mən...
***
Yarpağı dilim-dilim,
Yedim qaraldı dilim.
Yemliyin şirəsindən
Xınalanıb bax, əlim.
***
Bax, nərgizəm, ağam mən,
Ətirdən bulağam mən.
130
İsgəndər Etibar
Baharın yolu üstə,
İlk yanan çırağam mən.
***
Güllər tutub əl-ələ,
Nəğmə deyirlər elə.
Nəğmə dönüb küləyə,
Yayılır eldən-elə.
***
Aldım səni dondurma,
Əllərimi dondurma.
Tez əriyib süd olma,
Nəlbəkini doldurma.
***
Albalı aldı, aldı,
Anam bazardan aldı.
İlkin, Aynur saxladı,
Mən yedim tumu qaldı.
***
Lalə qızıl qədəhdi,
Saplağı nə gödəkdi?
Əl vurantək tökülür,
Ləçəkləri kövrəkdi.
MƏNƏM QALAKTİKA
Hər gün içimdən
bir güclü raket kimi
püskürür fikrim,
Tanrı ilə söhbətdən enir
özümü dərkim.
İçimdən püskürüb çıxan fikir,
131
Sən dənizsən, gülüm
Ayı, ulduzları yanıma çəkir.
Ulduzlar
Gündüzlər dincəlmək üçün
mənə çökür.
Mənəm qalaktika;
içimdə dövr edir planetlərim,
Təkcə Yer kürəsi məndə qövr edir.
13.08.2002
***
Həyatda hər şair bir planetdi,
Çoxları çıxıblar söz orbitindən.
Yer şarı ovcumda saman kimidi,
Üfürsəm, çıxacaq öz orbitindən.
Avqust, 2002
QAÇAN NAMƏRDDİ
Başımın üstündə min bəla gəzir,
Ürəyim dərdlərə mübtəla gəzir.
Özümü bəşərə demişəm nəzir,
Qırmızı bağlayıb çək Qurbangaha,
Qaçan namərddi!
20.08.2002
BU GECƏDƏ BU KÜÇƏ
Bu küçə
bu gecədə uzanıb gedir,
Elə bil gümüş kəmərdi,
132
İsgəndər Etibar
nə dinir, nə tərpənir.
Ulduzdan yıxılıb,
aydan yıxılıb,
ölü kədərdi.
Gələni yox, gedəni yox,
Lükküldəyir yara kimi.
Tuta bilsəm ucundan,
məni çəkər hara kimi?
Bu küçənin sonu nədir,
Girib qaranlıq tunelə,
çıxacaqmı səhərə?
Dünya elə qarışıb,
nigaranam küçədən,
kimdən, kimdən ötrüsə,
sonu səhərsiz gecədən!..
23.08.2002
Dostları ilə paylaş: |