BAŞIM DÖYÜNÜR
Başım döyünür;
Elə bil ürəyim başıma köçüb,
Başımda döyünür yerin nəbzi.
Bilmirəm nədir qəzəbi,
Döyünür gubba-gub.
Deyirəm: – bəlkə də, Əzraildi bu,
Döyür ömrün qapısını...
Başım döyünür;
Mən ölçüdə-biçimdə
Qəm püskürür içimdə.
Elə bil ümidlərin
Zəlzələsi başlanır.
Qıçı, qolları bağlı,
Həqiqətmi daşlanır?
Başım döyünür;
Liviyada, Suriyada
ömürdən qırılanlar,
Raket-raket ocaqların
odunda qovrulanlar
Tüstülənir başımda.
Başım döyünür;
Bu necə xəstəlik, necə azardı,
Ürəyim, əllərim, başım bezardı.
Başımın başına oyun açıram,
Yeməyə yox, dərmanlara acıram.
Başım döyünür;
Qarabağı, Kəlbəcəri
49
Sən dənizsən, gülüm
satanlar, –
muradına çatanlar
başımda addımlayır.
Məndən sənə, səndən ona,
ondan ona adlayır.
Yuxum ərşə çəkilir...
Beynimin hüceyrələri,
Qanı quruyan əzələlərim sökülür.
Məndən qəbiristanlığa
bir kəsə yol çəkilir.
Başım döyünür;
Gecə, coşqun dəniz kimi
haray salır,
Sübhə yaxın,
Zərif-zərif ləpələnir.
Sanki susuz torpağa
Sərin su səpələnir.
Başım döyünür;
Elə bil ki, köpək qarı
Gecə-gündüz deyinir.
Həkim bilmir illətini,
Qova bilmir başımın
əzabını, zillətini.
Axı həkim nə bilsin,
Mən nə qədər sevirəm;
Yarı satqın, yarı qorxaq,
Gözlü kor, qulaгlı kar,
Dahisi çox millətimi.
Başım döyünür;
Televizora baxmaq olmaz!
50
İsgəndər Etibar
Mahnı oxumaq olmaz!
Fikri yozmaq olmaz!
Şeir də yazmaq olmaz!
Niyə yaşayırsan, İsgəndər?
Gözləyir qatar,
Sənə borc verilən ömrü qaytar!
20.11.2011
FƏHLƏ
Fəhlə işləyir;
Tanışdı hər işlə,
İşləyir vərdişlə...
Əllərinin içi düyün-düyün.
Bu düyünləri salıb cibindən
aylar, illər.
Oturmuşam, baxıram
Gözüm şənlənir,
Bu fəhlənin əlinə,
üst-başına sellənir.
Özüm burda,
Fikrim uzaqlarda
Düşünürəm: – Barak Obama,
Sarkazi kimə kəfən toxuyur?
Ərəb analar
Həyat, yoxsa ölüm nəğməsi oxuyur?
Bəşər Əsəd
hələ də dönmür inadından,
hardasa təyyarə buludlanıb,
ölüm yağır qanadından.
Fəhləni düşünürəm, –
51
Sən dənizsən, gülüm
Haqqını düz verəcəkmi sahibkar?
Yoxsa,
Pul ver, – deyəndə olacaq kar!
Görəsən, bu fəhlənin evi varmı?
Nazlı-duzlu vətən qızı ona yarmı?
Mən səliqəli geyimdə,
Zərif, ağ əllərimlə,
Palçıqlı əllərinə əl uzadıb
Baldan şirin dilimlə
Salam, qardaşım, – desəm,
O, məni qınayarmı?
Ya da palçıqlı əllərini uzadıb
Məni sınayarmı?
20.11.2011
***
Qanla dolu sətirlərim –
Çiçək-çiçək ətirlərim,
Yağış-yağış sözlərimə
çətirlərim,
Axıb gedir çaylar kimi
eldən-elə,
sellənə-sellənə.
10.11.2011
***
Damarımda Xaqani,
Nəsimi, Sabir qanı var.
Bu qan saxlayır məni,
Bu qan çalxayır məni;
Haqq! Haqq! – deyib çığırım,
Səni, onu, onları
Qələbəyə çağırım!
Noyabr, 2011
52
İsgəndər Etibar
***
Qəm evi, qəm qalasıyam,
Kim qəmindən bezardı,
Göndərsin mənə.
Heç kimə – yox! – demərəm,
Alıb körpə uşaqtək
əzizlərəm canımda,
Ağlamaq istəyəndə,
gəzdirərəm qanımda.
21.11.2011_NƏYƏ_GƏRƏK'>21.11.2011
NƏYƏ GƏRƏK
Kağız yoxsa, qələm nəyə gərək?
Qələm yoxsa, kağız nəyə gərək?
Ürək boşsa, ağıl kəmsə,
İlham nəyə gərək?
Yol uçrumsa, sel gəlirsə,
İnam nəyə gərək?
Nadan ölüdür, ölüyə
Ölüm nəyə gərək?
Birlikdə dirilik yoxsa,
Aləm nəyə gərək?
Sözüm yoxsa, közüm yoxsa,
Ailəm nəyə gərək?
Qələm tutmur,
Haqqı deməyə qorxursa
Alabəzək yuxusa,
Əlim nəyə gərək?
21.11.2011
53
Sən dənizsən, gülüm
TƏZADLAR
Kömür, məni qaralama,
Elə ağam, qaraлmaram!
Çəkmə məni sağa, sola,
Poladdanam, qırılmaram!
Kotan, məni şumlama gəl,
Mən mərmərəm, şumlanmaram!
Məni şərlə tumlama sən,
Müqəddəsəm, tumlanmaram!
Çirkab, məni çirkablama,
Safam, çirkab götürmərəm!
Mən sevincəm, ürəklərə
Ələm, kədər gətirmirəm!
Nаmərd, məni hədələmə,
Qorxu nədir mən bilmərəm!
Kim, kim olsa sənin kimi,
Yaltaqlanıb ... silmərəm!
Yollarımı selləmə ki,
Qəm selində bərkimişəm!
Namərdlərin tənəsinə,
Hasar kimi çəkilmişəm!
Paxır, məni paxırlama,
Qızıl, gümüş paxırlanmır!
A mal, məni naxırlama,
Pələng, aslan naxırlanmır!
54
İsgəndər Etibar
Sənə ağıl vermərəm mən,
Ruhu nadan ağıllanmır!
Yurda yüngül gələn kəslər,
Ölür, amma ağırlanmır!
Sən çıxartma məni yaddan,
Mən keçirəm seldən, oddan!
22.11.2011
GƏLİŞİN
Dərdimi ürəyimdən
göz yaşımla yuyuram.
Səni unutmaq üçün
nağıllara uyuram.
Gəlişini eşidib,
Əllərimdə çırpınırdı həsrətin
Uşaqlıqda tutduğum quşlar kimi.
Əllərimin qapısını döyürdü,
– Aç, aç, qapını,
Xilas olum, – deyirdi.
O, mənə verdiyi qədər
Əzab vermək istəyirdim ona.
Bu istəyi yetirə bilmədim sona.
Şairəm,
Zülm edə bilmirəm,
Məni əzən düşmənə də.
Buraxdım həsrətini
Əllərimin zindanından,
Qisas ala bilmədim.
Gəlişin,
55
Sən dənizsən, gülüm
Buludam, yağdırdı məni,
Yazın gəlişinə sevinən torpaq kimi
Ürəyim quzuladı.
Muştuluğa gəldi bənövşə,
nərgiz arzular.
Arzularım sevincdən,
Çəməndə oynaqlayan oğlaq kimi
atılır-düşür.
Barmaq-barmaq buynuzları
yamacları, qayaları eşir.
Gəl, gəl, baharım,
Bahar görən torpaq kimi
Göyü buludlasın sevinc buxarım.
Çaylar kimi aşım-daşım,
Kür, Araz Xəzərlə
Mən səninlə qucaqlaşım.
Gəldin,
Bu günü bayram etdi yaz buludları.
Şimşəkləyib üfüqlərə yazdılar:
– Qoşa qarıyın,
Sən də, sən də təbiətsən.
Yağın, küləkləyin,
Daşı, torpağı ürəkləyin, qorlayın.
Biriniz damla-damla yağın,
Biriniz torpaq kimi barlayın.
17.11.2011
QIŞ NAĞILI
Qar yağır hey...y... qar yağır,
Maşınlar ehtiyatla,
56
İsgəndər Etibar
Sürücü qorxa-qorxa
keçir yolları.
Təkərlər qaralayır,
Tez-tələsik
qar ağardır yolları.
Bakı girib ağ dona,
Hər gözəldən gözəldi,
Nəyi bənzədim ona?
Evlər fəvvarə kimi
püskürür qar içindən.
Pəncərələr açılır,
Boylanır yar içindən.
Bakının qanadında –
Xırdalan şəhərində;
Evimiz bayır kimi,
Bayır evimiz kimi.
Evdə qılınc oynadır
qışın qəzəbi, kini.
Soyuducu nə lazım,
Nə var masa üstdədir.
Yağ, pendir, ət elə bil
Ağzı açıq püstədir.
Uşaqlar, belə gündə,
Mənə fikir verməyin.
Özünüzü qoruyun,
Uşaqlar, özünüzü,
Səhər yusun üzünüzü.
Mən günəşi sönməkdə,
Ayı batmaqda olan,
57
Sən dənizsən, gülüm
Qar işıqlı bir günəm.
Siz, Günəşi doğulan,
Ayı parlaq sabahlar,
Mən axan ulduz kimi.
Siz neçə sabahları
Gülüb salamlarsınız.
Sizin bir könlünüzdən
Düşən sevinc, hər fərəh,
Sabahların üzündə
dərin yaralar açar.
Neçə bəhrəli fürsət
can əlinizdən qaçar.
Mənə fikir verməyin;
Mən həyatı, ömrü,
Xəlbirlənən, ələnən,
Adı, özü bəllənən
Nağıl dolu qocayam.
Mənə fikir verməyin;
Özünüzü qoruyun,
Uşaqlar, özünüzü,
Səhər yusun üzünüzü.
Sizin gözlərinizdə,
Sizin sözlərinizdə,
Barmaqların ucunda
sabahın nuru yanır:
Üzünüz işıqlanır,
Ağaclar budaqlanır,
yarpağı dodaqlanır,
Analar uşaqlanır.
Özünüzə fikir verin,
Uşaqlar, özünüzə,
58
İsgəndər Etibar
Səhər gülsün üzünüzə.
Sözləri incitməyin,
hər sözə fikir verin.
Özünüzə fikir verin:
Ay uşaqlar, uşaqlar –
Sabahlara işıqlar.
23.11.2011
ADSIZ ŞEİR
(Əli Kərimə nəzirə)
Dedim: – necəsən?
Dedi: – babatam.
Hərdən kefim elə qalxır,
Sanki kişnəyən atam.
Qan təzyiqim qalxanda
bir az halım dəyişir.
Başımın döyüntüsü,
başımı deşir.
Bir az limon yeyirəm,
Evdə, – ay arvad,
Nəyin var yeməyə? – deyirəm.
Axşamlar səhəri,
Səhərlər axşamı gözləyirəm.
Xəbər gəldi:
– Ay baba, nəvən ölüb.
Dedi qəzəblə:
– Niyə mənə deyirsiz,
Mən ölü dirildənəm?
Dedim: – Qonşularla necəsən?
Dedi: – Vecimə deyil,
59
Sən dənizsən, gülüm
adam öldü, it öldü.
Nəyimə gərəkdi?
Allah deyiləm ki, qayğı çəkəm,
Çalışıram bir ömür qayığı çəkəm.
Dedim:
– Demirəm qəmimiz batıb,
Uzaq, buzlu okeanda
yeddi gəmimiz batıb.
O əsnədi, əsnədi,
Çığırdı: – arvad, tez ol,
Camış qatığı gətir,
Yuxumun vaxtı keçir.
Yaşım keçib həştadı.
Hələ şirindi mənə
gələn günlərin dadı.
Dedim:
– Bəxtəvərsən, insan yamağı,
Aça-aça gedirsən
bir ömür yumağı.
İnsanlıqda yox,
Canlı kimi yaşamaqda.
Tövlədəki mal kimi,
Gecəni ötürməkdə,
səhəri başlamaqda.
Kim olsaydı yerimə,
Ad tapmazdı şeirimə.
24.11.2011
HƏLƏ VARAM, ÖLMÜRƏM
Mən bu yurdun şairi,
eşqi, məhəbbətiyəm.
Zülm elə, bağışlayım.
60
İsgəndər Etibar
Gülüm, mərhəmətliyəm.
Deyirlər ki, nə vaxtsa
Göydən yerə düşmüşəm:
Günəş adlı ürəyin
alovunda bişmişəm.
Həyat oldu amansız,
Qaldım ata-anasız.
Zaman məni töyşüdür,
Yazı, qışı üşüdür.
Nə olacaq, bilmirəm,
Hələ varam, ölmürəm.
15.01.2011
ŞAİR
Dünyaya hərəkət verən qüvvədir,
Cibi boş, ürəyi dolu şairlər.
Həmişə Leylilər, Məcnunlar doğur,
Eşqin, məhəbbətin yolu şairlər.
Bütün ürəklərdə, düşüncələrdə,
Sevgi çırağını şair yandırır.
Elinə, yurduna bəla yaranan,
Qanmaz adamları şair qandırır.
Şair ahlarıdır göydə buludlar,
Sel olub qalalar, dağlar uçurdar.
Şair qəzəbidir tufan, fırtına,
Yalanı, böhtanı eldən qaçırdar.
Şairi zamanın seli aparmaz,
Tonqala atsalar, od onu bəslər.
61
Sən dənizsən, gülüm
Batırsan, itirsən şairi eldən,
Vətən haray çəkib şairi səslər.
Şairlər bəşərin zirvələridir,
Yetməz bu zirvəyə əli hər kəsin.
Bəşəri nalədən qorumaq üçün,
Şairə uzanan əlləri kəsin.
Şair elə zərdi, elə incidi,
Qumarbaz, kələkbaz qədrini bilməz.
Şairə it kimi hürər nadanlar,
İt səsi şairin vecinə gəlməz.
Bülbül yuvasıdır şair ürəyi,
Onu uçurdanı bəla gözləyir.
Şairə xəyanət?! Bu cinayətə,
Nə bəndə, nə də ki, Allah dözməyir.
17.04.2011
ŞEİRİM
Şeirim sevinc, fərəh yüklüdü,
Səni də səndə çökdürəcək.
Səndə illərlə yatıb qalan,
Kədər dağını sökdürəcək.
İçində vulkan oyanacaq,
İçin püskürəcək dağ kimi.
Dünya başına fırlanacaq,
İçin qışqıracaq: – Doğ kini!
62
İsgəndər Etibar
Bu doğuş ağrılar verəcək,
Doğan qadının ağrısıtək.
Həyat yükdən azad olacaq,
Doğan ananın sağrısıtək!
15.05.2011
BAYATILARIM
Dağlar kimi ağıram,
Düşünmə ki, fağıram.
Mən sözün buluduyam,
Kağıza söz yağıram.
***
Bu çiçək bayatılar,
Ürəkdə boy atdılar.
Düşdü dilə, ağıza,
Duyğular oyatdılar.
***
Hər yan çiçəkdi, güldü,
Çiçək çiçəyə güldü.
Mən göz açıb, yumunca,
Ölüm çaparaq gəldi.
***
Günəş Yerdən gül içir,
Mən yanıram gül üçün.
Ömrümə həyat verir,
Günəşdimi gülüşün?
***
Günəş kimi yandıran,
Çəkil yana, yan dayan.
Sən günəşsən, sən oldun
Günəşi inandıran.
63
Sən dənizsən, gülüm
***
Eşq odunda yanan var,
Yanmayan da, inan, var.
Yer cəhənnəm olardı,
Nə yaxşı ki, qanan var.
***
Sazlı, sazsız ozan var,
Yaxşımı pis yozan var.
Kimsə görmür hər axşam,
Ömrümdən gün pozan var.
***
Gəz Yeri diyar-diyar,
Gör yarından doyan var?
Sevməyən qara daşdı,
Bunu sevənlər duyar.
***
Yarım alır ağrımı,
Tumarlayır ağlımı.
Yer əyildi üstümə,
Eşqim Yerdən ağırmı?
***
Göz yaşım nə durudu,
Baxdım, nitqim qurudu.
Öldürüb arifləri,
Fələk nadan qorudu.
***
Kim görüb qara alma?
Ağ verib qara alma.
Söz atıb ürəyimi,
Fikrimi qaralama.
64
İsgəndər Etibar
***
Əsilli, nəsillidi,
Sanki bahar fəslidi.
Neynim, sevdiyim gözəl,
Özgənin nəsibidi.
***
Ürək yanında qaldı,
Getdim, yadında qaldı.
İsgəndər yar hayında,
Dedin: – Nə qalmaqaldı?
***
Sənin gözün qaradı,
Baxdım, gözüm qaraldı.
Elə söndü həyatım,
Canda dözüm qaraldı.
***
Yarım yaraşıqlıdı,
Aydan yar işıqlıdı.
Gecə zülmət kimidir,
Niyə qar işıqlıdır?
***
Niyə bəxtim qaradı?
Yetişməyib qoradı.
Saçımı yox, fələk də
Ürəyimi daradı.
26.06.2011
65
Sən dənizsən, gülüm
SƏN YADIMA DÜŞƏNDƏ
Sən yadıma düşmüsən;
Qurumuşam,
kölgəsi meydan,
Budaqları buludları darayan
ağaclar kimi.
Sönmüşəm;
alovu ərşə bülənd
o çağlar kimi.
Eynimə deyil qar, külək,
adamı ildırım kimi
kül edər kələk.
Damarlarım
Yayın cırcıramasında
əli üzünə çatmayan
dağ çayları kimi
sısqadır.
Düşüncələrim yayda
suya həsrət
çay daşları kimi
sükutdadır.
Hava sükut dadır
Sən yadıma düşəndə.
Diksinib oyanıram.
Bу günü sabaha ötürmək üçün
Иkiayaqlı körpü kimi
günlərin arasında dayanıram.
Bəzən kürəyim ağrıyır,
Əsgər dolu günlər
66
İsgəndər Etibar
döyüşə gedəndə,
Namərd mərdi güdəndə,
Cəsus hiyləyə bürünəndə,
Axşam hesabatına üzüağ
getmək inamı
tindən-tinə sürünəndə,
Qol götürüb oynayıram.
Baharlı çaylar kimi qaynayıram.
Nə yaxşı ki, toylu günlər də
keçir kürəyimdən.
Sən yadıma düşəndə;
Başım dünya kimi fırlanır.
Yaxşıları, pisləri ilə
Elə bilirəm Yer şarıyam.
Haдisələr kometalardır,
İndicə toqquşub məhv olacam.
Niyə yaşayıram, niyə?
Nə bir dərdliyə,
nə də yaralı eşqimə əlacam?!
Nə deyim yaddaşıma;
Səni mənə gətirsinmi?
Yoxsa bir yolluq
Səni məndən götürsünmü?
Yox, yox,
Gündə min yol gətirsin.
Səni məndə
Gündən-günə ötürsün.
04.07.2011_67__Sən_dənizsən,_gülüm__GÖRMÜRSƏN'>04.07.2011
67
Sən dənizsən, gülüm
GÖRMÜRSƏN
Yolçu, yol gedirik yanaşı,
Sən məni görürsən.
Bəlkə də, ürəyində, fikrində
mənə gülürsən, deyirsən:
– Boyu qısa,
Yeriyəndə qıçı dolaşır,
Gözləri gah durulur,
gah bulaşır.
Sən məni görürsən,
məndə
sifəti bir saatda
yüz kərə dəyişən,
Gah qurd, gah da pələng olan,
Sinələrə dirənməkdən,
lüləsi qorxu hisindən
qaralan tüfəng olan,
Barak Obamanın
kələyə köklənən,
ərəb qanı içməklə kökələn
Fransalı Sarkazini,
Fəryadı ərşə
bülənd olan ərəb
uşaqlarını –
Suriyanın, Liviyanın
vaxtsız sönən işıqlarını
görmürsən.
Məndə oturub dilənən,
hər gün ömrün zirvəsindən
dərəsinə diyirlənən
Dilənənləri görmürsən.
68
İsgəndər Etibar
Hər gün mənimlə ölüb,
dirilənləri görmürsən.
Sənə nə var ki,
Bir özünsən, bir də qarnın,
Sakit, sısqa çay kimi axır
damarında qanın.
Eyninə deyil
nə yazılan, nə də
yazılmayan qanun.
Bir özünsən özündə,
Bir də qarnın,
kal başın.
İstəsən oyna, qaç,
istəsən də
tənbəl-tənbəl qaşın.
Azad insansan,
Get hara istəsən,
açıqdı qarşın.
Heyif, heyif, heyif,
Sən də öləndə
Ayıracaqlar Yerin bir neçə
qarışın!..
04.07.2011
VÜCUDUN ÜRƏK AÇMIR
Vücudun ürək açmır;
hələ
Kimə görəsə heç nəsən.
Kimin nə vecinəsən?
Çoxu səni görür,
69
Sən dənizsən, gülüm
Səndəki gözəlliyi sezmir.
Sezə bilən,
Sənə baxmaqdan bezmir.
Gözlərin çəkir məni,
Çıxa bilmirəm
cazibəsindən –
Lazer şüası kimi
əridir, görmür məni.
Bu xaraba dünyanın
Başı üstə çağlayan
Günəşi
Özünə çəkir gözlərin.
Elə bil ki,
Məni yandırmaq üçün
Odunu tökür gözlərin.
28.06.2011_BU_GÖZƏL'>28.06.2011
BU GÖZƏL
Ağ geyinib –
Ağappaqdı bu gözəl.
Təzə yağan qar kimi
Bəmbəyazdı bu gözəl.
Çiçəkləyib hamını,
Gələn yazdı bu gözəl.
Kirpiyinin ucuyla
Gözlərimə, ömrümə
Fərəh yazdı bu gözəl.
Gözlərim yana baxdı,
Bir də gördüm o yoxdu...
Bakının tünlüyündə
İtdi, azdı bu gözəl?
28.06.2011
70
İsgəndər Etibar
AYRILIĞIN MÜBTƏDASI
Mənim balam,
Mənim balım, – deyirəm.
Səhər tezdən;
Hələ çox dağların, dərələrin
Yuxusu çəkilməyib üzdən,
Sənə: – sabahın xeyir,
Axşamın xeyir, – deyirəm.
Mənim yaşım yüzdən keçib,
Çox dərədən, düzdən keçib.
Sən təptəzə,
Gülü burnunda baharsan.
Bəlkə də, mən yox,
Sən sabah da
öpüş uman çiçəklərə,
Baharlanan dağlara
baxarsan.
Mən son beşiyim qəbirdə –
Sahili yox səbirdə
Səni xatırlayacam,
Nə gördüklərimi,
nə də bildiklərimi
artırmayacam.
Sən mənsizliyin
qanadında uçacaqsan.
Yetib-yetmədiklərimin
arxasınca qaçacaqsan.
Yaşa!..
Yaşasan, xalqı, vətəni
sevənlər kimi,
Qoçaqsan!..
71
Sən dənizsən, gülüm
Nə fərqi var;
ayrılıq bir andı,
bir saatdı.
Ayrılıq, ölçüsü bilinməyən
uzaqlardı.
Ayrılıq var, uçurumdu,
Ayrılıq var, ucalıqdı.
Ayrılığın mübtədası
müxtəlifdi,
Biri də qocalıqdı.
27.06.2011
***
Üzündəki qara xal
Səhərlərə açılan
dan ulduzu deyilmi?
Ya da illərdir susan
sükut buzu deyilmi?
Hər gözəldə olmayan
istək, arzu deyilmi?
Zəncirləyib özünə
ürəyimi, meylimi,
Köhnə deyim olsa da
Deməliyəm, neyləyim;
Mən Məcnun, o, Leylimi?
02.06.2011
***
Üzünə açılan üz,
Gözünə açılan göz,
Gülüm, nə bəxtiyardır.
Əli əlinə dəyən, sevgilim! – deyən.
72
İsgəndər Etibar
Gülüm, nə bəxtiyardır.
Günü sənlə dərilən,
Sənlə ölüb-dirilən,
Gülüm, nə bəxtiyardır.
Ömrü-günü son olan,
Əlinlə dəfn olunan,
Gülüm, nə bəxtiyardır.
28.03.2011
GÜLÜM
Nə vaxt ki, gözlərin üzümə baxır,
Gözündən gözümə ildırım çaxır.
Çəkib xəncərini sinəmə çökən,
Əzrayıl diksinib məni buraxır.
Səni itirməkdən qorxuram, gülüm,
Önündə oturub-qalxıram, gülüm.
Sözümü qəlbincə ölçüb-biçirəm,
Dolanıb, güzgüyə baxıram, gülüm.
Kasıbam, kasıblıq deyil eynimə,
Ac qalıb zər paltar geydim əynimə.
Sənə demək üçün yazdığım şeirin,
Bal kimi sözlərin yığdım beynimə.
Bal sözüm qarışsa qaymaq sözünə,
Əla görünərəm, gülüm, gözünə.
Bu dünyam bir ocaq qalayar o gün,
Düşsə məhəbbətim ürək közünə.
73
Sən dənizsən, gülüm
Sevəndən həyatın darağındayam,
Qohumun, qonşunun marağındayam.
– Sev məni! – Sev məni! – deyənim çoxdur,
Sevmirəm, mən sənin sorağındayam.
Gülüm, İsgəndərəm, gülmür həyatım,
Günəşim ol, işıq içim, boy atım.
Nə olar gec olsun, bilim axır ki,
Sən sənin, mən mənim tayımı tapdım.
07.03.2011
BƏŞƏRƏ GƏRƏK OLSUN
Ay gülüm, ay sevgilim,
Körpəcə balamıza –
Bu çiçək balımıza
Döşdəki süddən qabaq
Sevgimizi əmizdir,
Eşq odunda əzizlə.
Hər sözü eşqlə deyək,
Vicdanını, qəlbini
Eşq ilə dənizləyək;
Bir təmiz ürək olsun,
Bəşərə gərək olsun.
06.03.2011
GÜLDÜR MƏNİ
Hara desən qovla məni,
Gözlərinlə ovla məni,
74
İsgəndər Etibar
Bal dilinlə tovla məni,
Qız, incisəm, öldür məni.
Dağlarımı düz etmisən,
Çəkinmədən üz etmisən,
Nə etmisən, düz etmisən,
Yar, –Yar! – deyib güldür məni.
21.02.2011
ÜRƏYİMDƏ
Qız, gözün qapqaradır,
Gözünə yolum düşdü,
Dedim: – Bura haradır?
Bələdçim ol bu səhər,
Gözündən çıxa bilim.
Eşq dolu ürəyimi
Qız, sənə sıxa bilim.
Qız, mərhəmət oyansın
Bircə gün ürəyində,
Məni öpüb saxlasın
Köz kimi ürəyin də.
11.02.2011
İLK EŞQİN NİSGİLİ
Baxıram ömrümün pəncərəsindən,
O uzaq illərdə sən görünürsən.
Mən qanad açıram sənə yetməyə,
Dumana nə yaman tez bürünürsən?
75
Sən dənizsən, gülüm
Məni sızıltılı kədər bürüyür,
Yorğun qayıdıram uzaq səfərdən.
Təsəllim odur ki, gözəlim, səni,
Qışın Günəşitək görürəm hərdən.
Bizim baharımız biryolluq solub,
Şükür ki, xəyalda görüşə billik.
Birimiz quzeyik, birimiz güney,
İkimiz bir eldə yadıq, qəribik.
İlin fevralıyıq – ömrün qışıyıq,
Elə qarlamışıq, bahar görmərik.
Hərəmiz bir qütbün övladlarıyıq,
Milyon il yaşasaq, yaxın gəlmərik.
12.02.2011
Dostları ilə paylaş: |