İslam səFƏRLİ seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix22.04.2017
ölçüsü2,79 Kb.
#15243
1   2   3   4   5   6   7   8   9   10

ANA SƏSİ
Gün batdı, şər qarışdı, yağdı qar,
Gör necə də ələndi.
Sahil boyu ucalan buruqlar
Ağ geyib cərgələndi...
Xəzri dənizdə yatdı... dəniz lal,
Sükut qondu hər yana.
Geyinib çıxdı evdən başda şal
On uşaqlı bir ana.
Televizor önündə uşaqlar
Durub baxdı, ha baxdı.
- Bəs niyə çıxmır anam, nə sirr var.
Gör gedəli havaxtdı!
Zilləyərək gözünü sonbeşik
Bir tərəfdə durdu tək.
Nə sakitdir bu axşam ev-eşik,
Ana çıxış edəcək...
Birinə söz verildi, yox, bu da,
Yox, bu da anam deyil.
O, işləyir deyəsən buruqda,
Orden alıbdır bu il.
Çıxdı başqa bir qadın, o kimdir?
Əynində ağ xalat var.
Körpələr tez tanıdı, həkimdi,
Əllərində həyat var.
Çıxdı iki gəlin də dalbadal,
Biri xalça toxudu.

_____________Milli Kitabxana_____________
Biri də ağ alnında qara xal,
Hind mahnısı oxudu.
Birdən göründü ana, can ana,
Ekrana baxdı gözlər.
Axdı bütün dalğalar hər yana,
Uçdu qanadlı sözlər.
Bayaqdan sükut qonan otağa
Səs-küy saldı körpələr.
- Ay uşaqlar, keçməyin qabağa,
Axı, anamız görər.
Ana min-min ekrana saldı səs,
Ağ günündən danışdı.
Hər sözü, hər istəyi müqəddəs...
Bu səs bizə tanışdı...
Bu səs "atom" qışqıran düşmənin
Cır səsini batırdı.
Bu səs, layla səsidir Vətənin,
Körpələri yatırdı.
Bayırdasa yağdı qar, yağdı qar,
Gör necə də ələndi,
Sahil boyu ucalan buruqlar
Ağ geyib cərgələndi...
ANA İTKİSİ
Anam Hökümə xanımın
əziz xatirəsinə
Ana can, diz çökürəm,
Dərya yoxdur hönkürəm.
Mən Arazam, mən Kürəm,
Sən mənə dəniz oldun.
Sən axdın yer üzündən,
Nəvən öpdü üzündən.
Köçəndə də izindən,
Su çıxdı, kəhriz oldun.

_____________Milli Kitabxana_____________
ANA DÜŞÜNÜR
Gecə keçib yarıdan,
Ana baxır barıdan –
Deyəsən nigarandır,
Bir az övlad sarıdan:
- Qurbanam boy-buxuna,
Bənzəmə bir çoxuna.
Bir sevimli, kamallı
Qız girəydi yuxuna.
Göydə bulud ağ çətir,
Yerdə gül saçır ətir.
Gözləyirəm, o qızı
Anana gəlin gətir...
KÖRPƏ VƏTƏNDAŞA
De, nə vardır dünyada
Ana südündən təmiz.
Doğulduğun torpaqdan,
Olduğun evdən əziz?!
Dünyada gözəl nə var
Uşaq dünyası kimi,
Bir yaz axşamındakı
Ana laylası kimi?
Dünyada siz göstərin
Elə bir övlad hanı
Unutsun öz elini,
Doğulduğu komanı?
Kim sevmir uşaqlığın
Əlçatmaz dünyasını
Demək, duymayır əsla
Həyatın mənasını.

_____________Milli Kitabxana_____________
Uşaqlığım əlimdən
Uçdu kəpənək kimi,
Ah, onun arxasınca
Göndərdim öz qəlbimi.
Bəlkə tutub qaytara
Uşaqlıq illərimi –
Anam yenə oxşaya
Qıvırcıq tellərimi...
EKİZLƏR YOL AYRICINDA
Hamımıza,
Sevinc verdi yaz səhəri
Bir atanın,
Bir ananın əkizləri.
Ana südü,
Nazlı balınc, qoşa beşik.
Gülşad eyvan,
Yaşıl bağça, o ev-eşik...
Hər nə varsa,
Ekizlərin malı oldu. ...
Vaxt yetişdi
Onlar daha yaşa doldu.
Pillələri,
Bir qalxdılar, bir endilər.
Bir biçimdə
Geyindilər, keçindilər,
Bir-birindən
Seçilmədi baxışları.
Bir gəzdilər,
Enişləri, yoxuşları.

_____________Milli Kitabxana_____________
...Bu atanın,
Bu ananın bir eybi var.
Bir səpgidə
Böyümədi bu uşaqlar!
Aylar keçdi,
Vaxt ötüşdü, il dəyişdi.
Bir mənzildə,
Onlar tamam ikiləşdi.
Ürəkləri,
Ha qırıldı, ha calandı.
Fikirləri,
Arzuları haçalandı
Selə düşmüş
Yarğan kimi yeyildilər.
Elə bil ki,
Bir ananın deyildilər.
Biri elin,
Ürəyinə tel bağladı.
Biri qərbin,
Yad könlünü varaqladı.
... İndi durub,
Düşünürük onları biz.
Qarşımızda
İki ögey - iki ekiz.
* * *
Biri ipək...
Biri tamam ayrı canda.
Böyük dərddir! –
Ekizlər yol ayrıcında!..

_____________Milli Kitabxana_____________
ÖMÜR YOLLARI
Əqrəblər fırlanır.... əriyir gecə,
Qəlbim həkk olunur ağ varaqlara.
Ömrümdən bir yarpaq dərib gizlicə,
Bu gün də çəkilir lap uzaqlara.
Bu vaxt dan sökülür... yeni bir səhər,
Qoynunda sevimli şirin nəğmələr.
Ömür yollarıma səpib gül-çiçək,
Mənə "buyur" deyir gülümsəyərək.
Deyirəm, ömrümdən keçsə də illər,
Sabaha getsəm də əlimdə əsa.
(Keçdiyim yollara baxaydı ellər,
Axı yaşamaram ellər olmasa).
Mən nəfəs dərərək çevrilib geri,
Süzərək keçdiyim ötən günləri,
Həyat dil açaraq deyəydi birdən:
- Xeyirxah əməllər carçısısan sən.
Kim bilir, bəlkə də elə o zaman,
Başıma toplaşıb gələcək nəsil.
Könül dəftərimin varaqlarından,
Fikrimi, hissimi biləcək nəsil.
Baxıb alnımdakı qırışıqlara,
Gözümdə parlayan saf işıqlara.
Ömür yollarını duyub dərindən,
Bərk-bərk tutacaqlar öz günlərindən...
NEFT
Neft-
bürün yer üzündə,
bir əbədi həyatdır...
Neft-
uçan raketlərə
qırılmayan qanaddır.

_____________Milli Kitabxana_____________
Neft-
əsrin sürətidir,
paytaxtımın işığı.
neft-
doğma Abşeronun,
gözəllik yaraşığı.
Neft-
ağ tüldür, ipəkdir.
gözəllərin əynində,
gülü çiçək-çiçəkdir.
Neft-
yüz milyon çıraqlı
Bakının çələngidir.
Neft-
dalğalı Xəzərin
ən güclü pələngidir.
Neft -
bulaqlar, bulağı
gur çayların çayıdır.
Neft-
sahilsiz dəryadır,
Xəzərin öz payıdır.
Qayna, "qara qızıl"ım,
Damarımda qayna sən.
Gecələrə ulduz ol,
Gündüzlərə ayna sən.
Səni dəfınələrdən
Çıxaran igidlərə;
Alqış!
Alqış deyirəm,
Min kərə, milyon kərə!..

_____________Milli Kitabxana_____________
SÜLHÜN SƏSİ
Sülh! Bu səsdə həyat var,
Çünki minlər, milyonlar
Könül vermiş bu ada.
Sülh şirin bir arzu tək,
Üç rəngli bayrağım tək,
Müqəddəsdir dünyada.
Sülh deyəndə hər zaman,
Yurdumuzda canlanan
Təbiəti görürəm.
Sülh deyəndə xalqımın
Rəhbərə bəslədiyi
Məhəbbəti görürəm.
Sülh – həyatın mənası,
Anaların laylası.
Körpələrin səsidir!
Sülh-ağ saçlı dünyanın,
Milyon-milyon insanın
Həqiqət nəğməsidir!
QOL ÇƏKİRƏM
Yurdum xalqlar dayağıdır,
Azadlığın bayrağıdır.
Səsləyərək kainatı,
Sülhə doğru yol çəkirəm,
Mənə verin bəyanatı,
Qol çəkirəm,
Qol çəkirəm!..
Dünya bilir hünərvərəm,
Al şəfəqli bir səhərəm.
Keçirdikcə hər saatı,
Həm becərir, həm əkirəm,

_____________Milli Kitabxana_____________
Mənə verin bəyanatı,
Qol çəkirəm,
Qol çəkirəm!..
Qarşımızda nurlu səhər,
Bizimkidir şanlı zəfər.
Zəhmətimlə şən həyatı,
Qurub, gün tək nur tökürəm,
Mənə verin bəyanatı,
Qol çəkirəm,
Qol çəkirəm!..
AQİBƏTİN CIĞIRLARI
Mən gümraham!
Yoxdur qayğım.
Ağ dalğalar ağ qayığım.
Zirvələrə hökm edirəm.
Mən gümraham,
Mən gedirəm -
Lap kosmosda ziyafətə.
Ağzı nədir şimşək ötə.
Meyli varsa Ay buyursun,
Məclisimdə bardaş qursun.
Mən gümraham, mən sağlamam,
Məni belə doğub anam.
Yer üzündə yaxşı nə var
O mənimdir,
Ey insanlar!
Daşdan yumşaq versələr də,
Parçalaram
Didə-didə
Dişim mərcan, mədəm də ki,
Nə yük bilir,
Nə də çəki...

_____________Milli Kitabxana_____________
...Yaş qartaldı,
Dərd ciyər sütül vaxtı
Xallar saldı.
Daraqları axşam-səhər.
Qıvrımında,
Qıran saçlar
İndi dalğın, indi seyrək,
Bu sirri biz kimə deyək?
Necə, necə, lap özümə?
Bir diqqətlə
Bax üzümə.
Mən gümraham, mən igidəm.
Xəstəliyi verin bircə,
O iblisi mən gizlicə
İstəyirəm özüm didəm.
- Kim verəcək onu sənə,
O ki artıq canındadır?
Sən kefində, öz hayında.
Osa ürək çarpayında
Baş yastığa qoyub yatır.
- Ola bilməz.
- Yox, elədir.
Varlığında zəlzələdir.
...Gümrah bədən ləngər vurdu.
Baş gicəldi,
Ayaq durdu.
Diz taqətsiz, üz sapsarı.
Xəzan vurdu ilk bahara...
Dörd bir yanı ala-toran...
Baxışında seyrək duman
Kirpikləri güclə qalxır.
Çarpayıya tərəf baxır, -
Ağ xalatlı neçə həkim.
Gündüz həkim,

_____________Milli Kitabxana_____________
Gecə həkim.
Qalxıb-enir töyşər sinə.
Taqəti yox,
Kəlmə dinə.
... "Mən gümraham!" hanı o səs?
Xır-xır sinə,
Zəif nəfəs.
"Mən gümraham!" – deyə-deyə
Can çürüdüb, düşdün küyə.
Çiçəklənən dövründə bax,
Dönüb oldun
Boz qamqalaq.
Ey "gümraham" deyən gənclər
Belə gedib
Canlar hədər.
Min yaşasın həkimləri,
Çəkib sizi üzü bəri.
Bilin, bilin doğma, əziz,
Həkimlərin
Qədrini siz!
DURNA QATARI
Bakının "Moskva"
prospektindəki işıq karvanına
Uçur, uçur
Haça qatar durnadır.
Qanadı nur,
Teli par-par durnadır.
Nə el yalqız,
Nə "Vidadi xəstədir".
Qatarınız
Montin yolu üstədir.

_____________Milli Kitabxana_____________
Səf-səf süzün
Yaraşıqlar içində.
Bir də üzün
Gur işıqlar içində.
Bir oxsunuz,
Sürətiniz burdadır.
Siz çoxsunuz,
Bakı - ana durnadır.
Uçun-uçun
Gözü büllur durnadır.
Qəlbi coşqun
Lələyi nur durnadır.
İNSAN NƏFƏSİ
Sonsuz fəzalara şahin şığıdı,
Gördü ki, yer ondan çox aşağıdı.
Dolandı neçə yol ərzin belinə,
Ülkər sağ əlini çəkdi telinə.
O duydu, ulduzlu göylərdə də tək,
Yalqızlıq içində sıxılır ürək.
Səhər bir "şahin"də qalxdı yanına,
Xəfif bir istilik keçdi canına.
Düz üç gün, üç gecə beləcə onlar,
Dünyanın başına bir dolandılar.
İnsan nəfəsinin gücünə bir bax,
Göydə də insanı insan isidir...

_____________Milli Kitabxana_____________
MƏN KÖVRƏLMİŞƏM
Nur içində üzür ürək,
Ay sularla öpüşəndə.
Bu sahildə həsrətlitək,
Arazla Kür görüşəndə
Mən kövrəlmişəm.
Seyrana çıx, sahilə bax,
Gəl baş vuraq dərinliyə.
Çox çətindir tək yaşamaq,
Heç bilmirəm bu gün niyə
Mən kövrəlmişəm.
YAŞIDLAR
İki həmyaş,
Yavaş-yavaş
Qalxıb sülhü salamladı.
Heç bir kəsə bəlli deyil,
Onun adı, bunun adı.
Şəfəq endi...
Cilvələndi
Gözlərinin şüşəsində,
Biri start meydanında.
Biri Xəzər meşəsində.
Güldü sabah,
Arzuya bax;
Gör nə duyub, yanır hərə?
Tərlan kimi şığıyacaq
Biri göyə, biri yerə.
Anlar axır...
Onlar baxır,
Nə mavidir dəniz suyu!
İndicə kəşf ediləcək,
Kosmik fəza, kosmik quyu.

_____________Milli Kitabxana_____________
MÜƏLLİM
Müəllim! Bu sözün mənası dərin,
Onun hər ürəkdə öz yeri vardır.
Odur ilhamçısı gənc nəsillərin,
Fikri, düşüncəsi bir ilk bahardır.
Müəllim! Bu ada min dastan desəm,
Ne sözüm tükənər, nə qəlbim susar.
Ona canımı da mən qurban desəm,
Bir şair qəlbinin buna haqqı var.
Ağsaçlı, mehriban müəllimimi,
İndi də arabir hərdən görürəm.
Özümü itirib bir uşaq kimi,
Ayağa qalxaraq salam verirəm.
Dünyanın ən böyük dahilərini,
Müəllim yetirmiş parta dalından.
Onun qayğısım, alın tərini,
Dostlar, unutmayaq gəlin heç zaman.
Deyirəm, görəsən cahanda kimin,
Bir müəllim təki xidməti vardır.
Dahilərə dərs deyən bir müəllimin,
Milyon könüllərdə hörməti vardır.
Onun şərəfidir, onun öz adı,
Neçə gənc mühəndis, neçə həkim qız.
Cavan pilotlardır onun qanadı,
Odur ki, göyləri gəzir qayğısız.
Müəllim! Böyükdür, yüksəkdir bu ad,
Onu uca tutmaq şərəfdir bizə.
O, öz qayğısıyla firavan, azad,
Nəsillər yetirir, ellərimizə.

_____________Milli Kitabxana_____________
Gəlin alqış deyək dostlar, ürəkdən,
Əsil müəllim tək yaşayanlara.
Şerimlə gül dəstə bağlayıram mən,
Bu adı şərəflə daşıyanlara!
DARÜLFÜNUN PİLLƏLƏRİNDƏ
Bitirib şərəflə Darülfünunu,
Mərmər pillələrlə endiyim zaman.
Gördüm bir həvəslə çıxır yuxarı,
Onillik məktəbi qurtaran oğlan.
Dedim ki: - Enirəm sizi, pillələr!
O isə təzəcə qalxır yuxarı.
O da mənim kimi, keçdikcə illər –
Belə şən dönəcək həyata sarı.
Bir vaxt tələbə tək qalxmışdım mən də.
İndi müəlliməm gedirəm artıq.
Bu gediş, bu gəliş kəsilmir səndə,
Sinən qəlbim kimi bilmir rahatlıq.
Ana qucağını açdıqca bina,
Qoynuna bəxtiyar bir gənclik gəlir.
Səninlə qalxaraq Darulfünuna,
Elmin yollarında onlar yüksəlir.
Xoş günlər görürəm gəlişinizdə,
Gəlin ki, kamala yetsin nəsillər.
Möhtəşəm bir həyat canlanır sizdə,
Ey mərmər pillələr, mərmər pillələr...

_____________Milli Kitabxana_____________
TƏHSİL İLLƏRİ
Dostum yazıçı Əlfi Qasımova
Ey dost, sən Bakıya təzə gələndə,
İpləri ağ yundan corab geyərdin.
Uzanıb yerinə, əlində dəftər,
Payız gecələri mürgüləyərdin...
Yadına düşdükcə hərdən kəndiniz,
Xəyalın bir anlıq ora gedərdi.
Üzü günə baxan aynabəndiniz,
Səni düşündürər, düşündürərdi...
Lakin aylar keçdi, illər dolandı,
Xəyalın az gəzdi dağda, çəməndə.
Hərənin qəlbində bir arzu yandı,
Mühərrir olmağa can atdın sən də.
İndisə dönən tək otağına sən,
Yazdığın mövzuya nəzər salırsan.
Vaxtsız yuxulara aman vermədən,
Sabahın qeydinə bu gün qalırsan.
Adətdir, yaxşı dost darda sınanar,
Yüz dəfə imtahan vermişik azı.
Elmin yollarına tutaraq fənar,
Biz yola salmışıq dörd qış, dörd yazı.
Biz daxil olanda darülfünuna,
Yolumuz ağzında bir ev də vardı.
O, çox kiçik idi, baxdıqca ona,
Qəlbimiz arabir hey sıxılardı.
Lakin aylar keçdi, onun yerində,
Göylərə baş çəkən saray quruldu.
Bir bahar fəslində, günün birində,
Üstünə rəngbərəng naxış vuruldu.

_____________Milli Kitabxana_____________
Məktəbə gələndə, ey əzizim, sən,
Xeyli kiçik idin, o evciyəz tək.
İndi ucalmısan, düzünü bilsən,
Böyükdür səndəki düşüncə, ürək.
Səni bu kamalda görəndə düzü,
Səmimi dost kimi sevinirəm mən.
Gəl elmə bağlayaq öz könlümüzü,
Dörd ildə nə qədər dəyişilmisən!
Söylə, yadındamı, hər pul alanda,
Yaxşı düşməsə də deyirəm bunu.
Gedib soruşmazdıq yeməkxanada,
Xörəyin bahalı, ucuzluğunu.
Ah... Təhsil illəri, təhsil illəri...
Yenə əzizsiniz öz canım kimi.
Mən sizi duyduqca ürək telləri,
Coşub-dalğalanır ilhamım kimi.
Naxçıvan çayının göy vadisində,
Şəkərabad kəndində doğulmuşam mən.
Gözəl Qarabağın bir guşəsində,
Ey dostum, həyata göz açmısan sən.
Lakin öz qəlbimiz, öz amalımız,
Bizi bir məsləkə bağlamış artıq.
Elmə doğru uçan quş xəyalımız,
Nə gecə, nə gündüz bilmir rahatlıq.
Görürəm mən səni illər dalında,
Bir alim, mühərrir sifətində bax.
Qardaş millətlərin birlik zalında,
"Sülh" - deyə coşursan, alovlanaraq.
Görürəm mən səni, sevimli dostum,
Birgə baş çəkirik vətənimizə.
Deyirlər: - Bu oğlan bir tələbəydi,
Bu gün alim kimi dərs deyir bizə!

_____________Milli Kitabxana_____________
Bəli, bu olacaq, bu deyil uzaq,
Hələ yol gedirik o şanlı günə.
Odlu bir ilhamla alovlanaraq,
Xeyir verəcəyik Vətən mülkünə.
Ey dost, unutma ki, Darülfünunun,
Yolu gur işıqlıdı - elmə tərəfdir.
Yuxusuz gecələr keçsə də, onun
Adını doğrultmaq bizə şərəfdir.
YATAQXANA
Öz evindən, öz kəndindən xeyli uzaqda,
Tələbələr mənzilində heç olmusanmı?
Öz həmməktəb dostlarınla sadə otaqda
İllər boyu qərar tutub sən qalmısanmı?
Duymusanmı tələbəlik həyatındakı
Yaxşı günü, çətin günü, söylə, ey cavan?
Səni gümrah böyütdügcə sevimli Bakı,
De, yadına heç düşübmü mehriban anan?
Bəzən dilsiz gecələrdə girib yerinə,
Yuxu basıb, döşdə dəftər yatmısanmı sən?
Əla qiymət almaq üçün alın tərinə,
De, imtahan zamanları batmısanmı sən?
Yuxuda hərdən soyuq payız gecəsindəki,
Mübahisə saatmız çəkibmi üçə?
Döyüşlərdən qalib çıxmış qəhraman təki,
Rahat olub yatmısanmı, söylə, o gecə?
Mən özüm də dörd ildir ki, bu minval ilə,
Çox qalxmışam bu binanın pillələrini.
Qələm tutub, şairanə bir xəyal ilə,
Yaratmışam gəncliyimin lövhələrini...

_____________Milli Kitabxana_____________
Bəzən bütün yataqxana uyuyan zaman,
Təkcə mənim otağımın işığı yanmış.
İş üstündə görüşdüyüm neçə qəhrəman,
Gözlərimin önündəcə gəlib dayanmış.
Beş il tamam qayğı çəkən, ey əziz ana!
Tələbələr unutmamış haqq-sayını.
Kim tərk etmiş məndən qabaq bu çarpayını?
Söylə görüm, söylə görüm ey yataqxana,
Bəlkə, o gənc geoloqdur dağlar içində?
Bəlkə, indi müəllimdir, kənddə dərs deyir?
Bəlkə qoca Miçurin tək bağlar içində,
Ağaclara sənətilə yeni can verir?
Bəlkə elmi əsərini o qurtararaq,
Vaqif olur fəlsəfənin dərinliyinə?
Bəlkə, cavan bir şairdir, fikrə dalaraq,
Yurdumuzun cəlalına söz qoşur yenə?!
Yataqxana, aylar gəlib, illər getsə də,
Gül açacaq ürəyimin bu xoş niyyəti.
Unutmaram, unutmaram yüz il ötsə də,
Sənin ana qoynundakı səmimiyyəti...
EY QAPIMI DÖYƏN İL
Ey qapımı döyən il,
Səni görməsəm də mən,
Gül dəstə bağlamışam
Səninçin qar gülündən.
Ləpir salıb qar üstə,
Düz qapıma gəlmisən.
Evimdəki qonaq tək,
De, sən də gözəlmisən?

_____________Milli Kitabxana_____________
Hələ köhnə ilimiz,
Süfrənin başındadır.
Ömrü bir il olsa da,
Özü yüz yaşındadır.
Yüz arzu, yüz xəyalı,
Çatdırdıqca o, başa.
Neçə şoran düzəni,
Bəzəmişdir qumaşa.
Onun qısa ömründə,
Neçə şaxta qazılmış.
Dövlətinin ən gözəl,
Qərarları yazılmış.
Saçına dən düşsə də,
Əməlləri cavandır.
Ey qapımı döyən il,
Qonağım mehribandır.
Onun saldığı kəndlər,
Şəhərlərlə yarışır.
Baxıb bu xoş ülfətə,
Günəş ayla barışır.
Gəl, yaxın gəl, təzə il,
Köhnə il yol üstədir.
Kiçik övlad həmişə,
Özünü çox istədir.
Tez ol, bu son gecənin,
Parolunu söylə sən!
Əqrəblər qayçı tutmuş,
Son təqvimə deyəsən.
Saniyələr damcı tək,
Yerə düşməmiş donur.
Yağan qar pəncərəmə,
Kəpənək kimi qonur.

_____________Milli Kitabxana_____________
Bütün cahan bir anlıq,
Nəfəsini saxlamış.
Öz buz dodaqlarilə,
Nəfəs almır qarlı qış.
Şaxta çaylar üstünə,
Naxışlı şüşə salır.
Uzaq yollar qısalır,
Saniyələr daralır.
Zamanm ovcundadır,
Bu gecənin ürəyi.
Dəyir nəfəsimizə,
Yeni ilin küləyi.
Açılır Vətənimin.
Geniş darvazaları.
Yeni il daxil olur,
Əlində sülh baharı.
Badəmizi içirik,
Onun sağlığına biz.
Daha da gözəl olsun,
Qoy bu azad ölkəmiz!
ADSIZ ZİRVƏ
Çiynində qara mərmər,
Neçə igid,
Neçə ər,
Dağlara dırmanırdı.
Zirvədə buz bülluru,
Ətəkdə od yanırdı.
Aşıb aşırımları,
Büdrədilər,
Qalxdılar.
Bu dəmir çarıqlılar,
Bu kəndir qurşaqlılar.

_____________Milli Kitabxana_____________
Bu yükü mərmərlilər,
Deməyin,
Töküldülər.
Ox kimi dartıldılar,
Yay kimi büküldülər.
Adsız zirvə, qürurları!
Bulud dağıt,
Göyü əz!
Səni fəth eləməyə
Hər ürək tab gətirməz!
...Neçə oğul itirdi
Bu pilləsiz
Sıldırım.
Gədiyi yağış döydü,
Sərt zirvəni ildırım.
Əl-ayaqdan düşənə
Göy qurşağı
Gülüşdü.
Bu hünər meydanında
Yüzlər əlliyə düşdü.
Payız səması kimi
Boşaldılar,
Doldular,
Bir az da seyrəldilər,
Amma yorulmadılar.
Buzlu zirvələr üstdə
Yurdumun
Oğulları
Qələbə əzmi ilə
Üz tutdular yuxarı.
Bir adsız körpə kimi
Adsız zirvə
Sevindi.
Səcdə edib onlara,
Qızıl günəş də endi.

_____________Milli Kitabxana_____________
Qartallar keşik çəkdi,
Onların dövrəsində.
İgidlərsə dayandı,
Zirvələr zirvəsində...
İLİN SON GECƏSİ
İlin son gecəsi...
Bayırda şaxta, qar.
Lakin ürəklərdə bahar.
Qocalır yer kürəsi,
Solur vələs yarpağı tək.
Son ilin son gecəsi.
Dəqiqələr qurğuşun kimi
əriyir.
Köhnə il son mənzilinə doğru
yeriyir.
Bakı bir badə kimi
Xəzəri qaldırmada.
Abşeron -
nurlu bir yarımada.
Evlərdə yolka, şənlik...
Bayırda sərt rüzgar,
Sevən ürəklərdə bahar.
İlin son gecəsi...
Əqrəblər qayçı kimi
Bir-birini kəsmədə.
Dəniz buruqlarında
sərt bir xəzri əsmədə,
dalğalar dağ gövdəli.
Bəzəməkdə sevimli Bakımızı
dahi Nizamimizin
əzəmətli heykəli.
Odur, bağdan aralı
Yaraşıqlı bir bina.

_____________Milli Kitabxana_____________
Öz şən körpələriylə
oturmuş ana.
Lakin əri gəlməmiş
dəniz buruqlarmdan,
Yeni ili iş üstə
qarşılayır o insan.
Qırılır şüşə kimi
ayağı altında buz,
Lakin onu isidir
döşündəki ulduz.
Usta dənizdədir
qağayı kimi.
Dalğalar qalxıb - enir
kəlağayı kimi.
Ağaranda dan yeri,
Usta qayıdır geri.
Lakin sözsüz duyuruq,
Gözündən oxuyuruq.
Yeni ilə töhfədir,
Onun saldığı buruq!
SƏS
"Ağacı qurd içindən yeyər..."
Atalar sözü
- Doğranacaq meşələr!
Bu səs hər yerlə axdı.
Hürküb körpə ağaclar,
Qoca palıda baxdı.
Sardı bütün meşəni,
Bir vahimə sükutu.
Palıdın qol-budağı,
Parçaladı buludu.

_____________Milli Kitabxana_____________
- Doğranacaq meşələr!
Nalə etdi fidanlar:
- İçimizdən kiminsə,
Yəqin orda əli var.
Salxım söyüd əlüstü,
Tez özünü yetirdi.
Meşənin kənarından
Belə xəbər gətirdi:
- Mən nə görsəm yaxşıdır,
Xəyanətə baxın bir:
Bizi kəsən baltanın
Sapı bu meşədəndir!
Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin