İslam səFƏRLİ seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix22.04.2017
ölçüsü2,79 Kb.
#15243
1   2   3   4   5   6   7   8   9   10

OĞLUMA
Ayaq tutub gəzdikcə sən,
Qəlbim gülür sevincimdən.
Səni basıb bağrıma mən,
Deyirəm ki, oyna, bala,
Qurbanam boyuna, bala!
Bir-birindən xoş gəlir il,
Ürəyimdə yoxdu nisgil.
Göz muncuğu gərək deyil,
Yalan sözdür nəzər, bala,
Ey özümə bənzər bala!
Yetişmişəm hər kamıma,
Vurulmuşam dövranıma.
Mən də körpə İlhamıma,
Deyirəm ki: - Sevin, bala,
Bəzəyisən evin, bala!

_____________Milli Kitabxana_____________
YOX, DEMƏYİN DOLU VURDU
Göylər tutqun, göylər qara,
Mən baxıram buludlara.
Bir tozanaq qalxdı birdən,
Göy gurladı neçə yerdən.
İldırımlar çaxdı keçdi,
Sellər, sular axdı keçdi.
Gah sağı, gah solu vurdu.
Dolu vurdu!
Dolu vurdu!
Aynabəndlər örtülsə də,
Neçə yerdən aldı zədə.
Tər lalələr xəzan oldu,
Şəlalələr ümman oldu.
Dolu dəydi, gül töküldü,
Novçalardan sel töküldü.
Hər döngəni, yolu vurdu,
Dolu vurdu!
Dolu vurdu!
Öz hirsini tökdü göylər...
Dolu vurmuş böyük şəhər
Elə bil son çilədəydi.
Hər yarpağa güllə dəydi.
Bağ-bağça qübar eylədi,
Yaxasını düymələdi.
Vurdu, neçə kolu vurdu,
Dolu vurdu!
Dolu vurdu!
Hirsi yatdı, susdu göylər,
Nəfəs aldı qoca şəhər...
Günəş yardı buludları,
Salamladı göy otları.

_____________Milli Kitabxana_____________
Biçənəklər üzə güldü,
Nərgizlər göz-gözə güldü.
Bağlar yenə büsat qurdu,
Yox, deməyin
Dolu vurdu!..
LAÇIN DAĞLARINDA
Sürücü, başına dönüm, asta sür,
Qoy gözüm doyunca yollara baxım.
Odur, çapıq qaya çənə bürünür,
Mən də duman olub dərədən axım.
Otlayır sürüsü göy yaylaqların,
Durmuş şiş qayalar çobansayağı.
Qurbanı olduğum qarlı dağların
Üşüyür zirvəsi, yanır ayağı.
Dərədən iti keç, dolaydan asta,
Qoy səhər küləyi dəysin alnıma.
Odur, moruq yığır qızlar yol üstdə,
Birisi bənzəyir öz nişanlıma.
Sürücü, gəl əylə maşını bir az,
Qoy Laçın yoluna baxım doyunca.
Dilbər təbiətdən usanmaq olmaz
Məxmər xalı salıb döşlərə yonca.
Əyilib su içim "Güllü bulaq"dan,
Baxım kirəmidli təzə evlərə.
Neçə kənd görünür "Əyri dolaq"dan,
Qoy baxım, keçirəm bəlkə son kərə!..
Sür ki, "Yeddi qardaş" dolayından biz,
Bir də burum-burum burulub keçək.
Sür, artıq Turşsudan görünmür bir iz,
Sür, təzə yerlərə vurulub keçək.

_____________Milli Kitabxana_____________
Xoşdur, bu torpağın xoşdur iqlimi,
Səsim dağa düşsün, dərəyə düşsün.
Qoy sözüm ən incə təranə kimi,
Ürəkdən süzülüb ürəyə düşsün.
Sürücü, maşını burda saxla bir,
Vərəqdə gəzdirim mən söz fırçamı.
Təbiət laləyə süzüb göndərir,
Mənə həyat camı, məhəbbət camı.
Qoy içim yurdumun gül badəsini,
Bunda dağlarımın bahar ətri var.
Eşitsin oğlunun şeir səsini,
Başı ağ çalmalı silsilə dağlar.
Sürücü, başına dönüm, asta sür,
Meşəli yollara doyunca baxım.
Sür ki, dağlar gəlir, ellər görünür,
Sür, ana torpağa doyunca baxım...
GƏLİN - AĞ BİR QAĞAYI
Xəzri suları döydü,
Gur dalğalar yoruldu.
Axşam "Neft daşlarında"
Gözəl bir toy quruldu.
Gəlin - ağ bir qağayı,
Bəy-qranit bir qaya.
Əziz dostlar, tanışlar
Axıb gəldi bu toya.
Əfsanəvi adada
Bəlkə də ilk dəfədir –
Neftçi oğlan, neftçi qız
Belə qəşəng toy edir!

_____________Milli Kitabxana_____________
Ay göylərdə dolanıb,
Səpir gümüşü bir nur.
Ulduzlar göy sularda,
Sona kimi yuyunur.
Qızıl balıq istəsən,
Lap dənizdən en gətir.
Bu qağayı gəlinə,
Qağayılar yengədir.
Xəfif meh sağ əlini,
Çəkdi bəyin telinə.
Qara neft ağ ipəkdən,
Tül geydirdi gəlinə.
Gəlin - ağ bir qağayı,
Bəy - qranit bir qaya.
Ulduzlar karvan çəkib,
Axdı gəldi bu toya.
Elə bil min könüldən
Göy yerə aşiq oldu.
Bəyin qazdığı quyu,
Toya yaraşıq oldu...
ŞƏHRİYARIN DÜŞÜNCƏLƏRİ...
Varağım yox, ürəyimi bükməyə,
Dərya verin, göz yaşımı tökməyə.
Dərdlərimi ilmə-ilmə sökməyə,
Milyon iynəm olaydı.
Yaxşın çoxdur, ana yurdum, pisinəm,
Saray əhli hücrə vermir isinəm.
Parçalanmış vətən dərdli bu sinəm,
Göynəm-göynəm olaydı.

_____________Milli Kitabxana_____________
Arazım var, yelkənim yox üzməyə,
Torpağım var, haqqım yoxdur gəzməyə.
Bu hicranın həsrətinə dözməyə,
Tablı sinəm olaydı.
Yadımdadır ilk vüsalın öpüşü,
Nə müşküldür cüt qardaşın görüşü!
Kaş yurdumun hər yaralı qarışı,
Bir dəfinəm olaydı...
İL YARASI
Rəvayət
- Səfərə gedirəm! –
O dindi kövrək.
- Nə olar.
- Səndən bir ricam var ancaq.
Mən həmin səfərdən qayıdanadək
Deyəsən, uşaqlar sizdə qalacaq.
- Belə gözüm üstə, lap arxayın ol!
- Hə, onda mən gedim...
- Sənə yaxşı yol!..
...Dost dosta bir külfət tapşırıb getdi,
Bir namus, bir qeyrət tapşırıb getdi.
Balanı balatək əzizlədilər,
Dostluq axarını təmizlədilər.
Günlər mərcan kimi sapa düzüldü,
Ayların cilovu əldən üzüldü...
Bir gün o qayıtdı uzaq səfərdən,
Arvadı yeriyib
tutdu yəhərdən...
Uşaqlar atanı qucaqladılar,
Töhfəlik nə gəlsə tez pay-puş olar.
O dostun, bu dostun arvad-uşağı
Gah evə yüyürdü,

_____________Milli Kitabxana_____________
Gah da aşağı...
...Dostlar görüşdülər, əhval rutdular:
- Necəsən?
Belə də yubanmaq olar?
Uşaqlar bir yana, mən darıxırdım.
Hər gün dolaylara dönüb baxırdım.
- Neyləyim, işdi də?..
Gəzirəm düzü,
Səyyahlar heç sevməz dumanı, sisi...
- Bir də görüm sən,
Uşaqlar razımı qalıbdı məndən?
O səyyah bir anlıq durdu pürvüqar:
- Arvadın üzündə "il yarası" var.
Niyə görməmisən bu neçə vaxtdı? ...
O dönüb dostuna heyrətlə baxdı:
- Söylə düzünü,
Bu uzaq səfərə getdiyin zaman,
Onun namusunu, yoxsa üzünü
Həqiqi dostuna sən tapşırmısan?!
ALA GÖZLÜ BİR TAKSİ VAR
1
Bir əl qalxdı, taksi durdu,
Şofer dönüb baxdı ona.
- Hara sürüm?
- Sür bu yana!
O, sükanı yana burdu.
Şofer bildi öz işini,
Tez tanıdı sərnişini.
Tanış zavod, Qaraşəhər,
Göyə qalxdı göy tüstülər...
Yaşıl taksi axıb getdi.
Şimşək kimi çaxıb getdi.
2
Bir səs gəldi,
- Saxla görüm!
- Hara sürüm?

_____________Milli Kitabxana_____________
- Sür dağüstü şəhərə sən,
Yatmamışam səhərəcən.
Bu gün təhvil verəm gərək,
Yol üstdəki üç binanı.
Şofer baxdı sevinərək.
- Doğru sözdür, düzdür yanı?
Bu mənzilin orderini,
Döş cibimdə gəzdirirəm.
Ah, xoşbəxtəm, bir gör kimi
Maşınımda gəzdirirəm...
Yaşıl taksi axıb getdi,
Şimşək kimi çaxıb getdi.
3
Doğum evi, yaşıl küçə...
Bir səs gəldi;
- Saxla bircə!
Gül-çiçəyə bata-bata,
- Buyur - dedi cavan ata.
Gözəl gəlin, əkiz uşaq,
Taksi təmiz, yeri yumşaq...
- Sür, ay şofer!
- Sür, ay şofer!
Qibtə etdi subay şofer.
Yaşıl taksi axıb getdi,
Şimşək kimi çaxıb getdi.
4
Ağ qəndillər saçaq-saçaq...
Əllər qalxdı:
- Tez ol, qoçaq!

_____________Milli Kitabxana_____________
- Tez sür!
- Hara?
- Qismət olsun subaylara!
Toyumuz var. Tez ol, əyə!
Gedək gəlin gətirməyə.
Çox olsa da taksi, filan,
Lap birinci dayanarsan!
Bəndənizin özü bəydir.
Bizim əziz,
Gəlinimiz
Bu maşında gələcəkdir!
Yaşıl taksi axıb getdi,
Şimşək kimi çaxıb getdi...
5
O, sürdüyü yerdə yenə,
Bir göz dəydi gözlərinə.
Əli əsdi, qolu əsdi,
Çaşıb tamam yolu kəsdi.
Ləngitsə də yüz maşını
Döndərmədi heç başını.
Bunu görcək tələsdi qız,
Tez oturdu ixtiyarsız.
- Yolu kəsmə, tez sür sola!..
Maşın getdi...
- Uğur ola!
Uğur ola, sevə-sevə
Hələ subay yaşayana.
Uğur ola bir maşında,
Bir şəhəri daşıyana!
Yaşıl taksi axıb getdi,
Şimşək kimi çaxıb getdi...

_____________Milli Kitabxana_____________
ZAQS MÜDİRİ
Bizim ZAQS müdirimiz
Evlənmək üçün əsir;
Özünə umac ovammır,
Xalqa əriştə kəsir.
İşi kəbin kəsməkdir,
Özü subay dolanır.
Qızlar ərə getdikcə,
Odsuz-ocaqsız yanır.
ZAQS idarəsindən
O baxdıqca qızlara.
Tamahından az qalır,
Gözləri də qızara.
Nə olsun ki, bir qədər,
Kasıbdır boy-buxundan.
Ancaq dildə-ağızda,
Dövlətlidir çoxundan.
Qadın var ki, istəyir,
Kişi dilavər olsun.
Qadın var ki, fərqi yox,
Təki elə ər olsun.
Qadın var ki, sir-sifət,
Onun üçün əsasdır.
Bizim ZAQS müdiri də
Bu sarıdan həssasdır.
Elə ona görədir
Dəlləklər gəlib cana.
Moda atelyeləri
Sanki işləyir ona.

_____________Milli Kitabxana_____________
Gah qalife geyinir,
Gah qabardin, gah "Metro".
Tanış-biliş qızlara
Təki gözəl gəlsin o.
Bu gün bəyəndiyi qız,
Sabah nişanlı çıxır.
Yaman dərddir subaylıq,
Təklik qəlbini sıxır.
Bu yerlərə gələli,
Deməyin ki, dərd edir.
Ev-eşik də düzəldib,
Dərdi novruz dərdidir.
Hərdən özünü kəndin
Klubuna toxuyur.
O, evlənmək haqqında,
"Mühazirə" oxuyur.
Eynəyinin altından,
Elə baxır ki, hərdən –
Dərdli olsan o dəmdə,
Boğularsan qəhərdən.
Subay qızların da ki,
Qəlbindən çox şey keçir.
Bizim ZAQS müdirisə
Hələ qız seçir... seçir...
QIZ İŞIĞI
Gecələr şam kimi
Əriyib keçir...
Beşikdəki gül balam
Ömrümün çiçəyidir.

_____________Milli Kitabxana_____________
Laylalar
Yayılar,
Yatmaz analar...
Üzə bax,
Gözə bax,
Yerdəki ulduza bax...
Gül qıza bax.
Körpə qızım, bir sözə bax:
Nabatlar şirin olar,
Övladlar şirin olar,
Bəzəyim, yaraşığım,
Ey qız işığım.
Gözlərin güləndə
Nərgizlər gülər.
Gül üzünün nurundan
Dan şəfəqi sökülər,
Dur, qızım,
Nur qızım,
Tale ulduzum...
Gün keçər, il keçər,
Sən böyüyərsən.
Zərrin taclı göylərin
Qapısını döyərsən,
Duzlu qız,
Nazlı qız,
Qəlbi nazlı qız...
XANƏNİŞİN
O, evdən tərpənmədi,
Qapıları bağladı.
Özü boş bir nağara, -
Özgəni varaqladı.

_____________Milli Kitabxana_____________
Pəncərə gözlüyündən
Hərdən hava uddu o.
Həyatın nəfəsini
Büsbütün unutdu o.
Neçə qələm əhlindən
Ncçə yüz calaq etdi.
Ürəyində hamıya
O, kəm baxdı, lağ etdi.
Piy basmış böyrək kimi
O öz yağında bişdi.
Bizimlə bir olsa da
Bizdən uzağa düşdü.
Bütün ili sərasər,
Əsə-əsə əlləri
Yazıb, pozmaq istədi,
"Nadir sənət əsəri".
Şəhərdəsə küçələr,
Meydançalar boy atdı.
Milyon nəfəsli Bakı
Dan yerini oyatdı.
İnsan göylərə uçdu,
Şoranlar bəhrə verdi.
İnsan axar çayların
Məcrasını çevirdi.
Bizim xanənişinsə
Qapanıb evdə qaldı.
Özü kimi qartıyıb
Yazdığı da qocaldı.

_____________Milli Kitabxana_____________
MAY GƏLİR
Məxmər tellərini darayır bahar,
Sıldırım daşlardan axır şəlalə.
Ağ cuna örtsə də başına dağlar,
Quzeyi yarpızdı, güneyi lalə.
Mayın müjdəsini yetirir bizə,
Bahar qaranquşu, bir də bənövşə.
Nərgizlər boylanır baxır göz-gözə,
Oxuyur qumrular, səslənir meşə...
Nə xoşdur, dan yeri ağaran zaman,
Günəşi gül kimi taxaraq döşə;
Keçib küçələrdən, yollardan bir an,
İlk dəfə çıxasan sən nümayişə.
Nə xoşdur, may günü deyib güləsən,
Baxıb vurulasan bu şən növrağa.
Saz çalıb, söz qoşub, şeir deyəsən,
Bizim göy ətəkli Qızıl bayrağa.
Nə xoşdur, may günü çıxıb çöllərə,
Məclis düzəldəsən, süfrə açasan.
Mehlər toxunduqca qara tellərə,
Onun qanadında qalxıb uçasan.
Çox tərif etmirəm yurdumuzu mən,
Bir gəl bu büsata bax öz gözünlə.
Gəl gülərüzlü may, gəlişinlə sən,
Yurduma xoş bahar gətir özünlə.

_____________Milli Kitabxana_____________
PƏLTƏK
Özü vəznsiz adam,
Yazısı hecalıdır.
Dili ilan dili tək,
Yamanca haçalıdır.
Yeni fikir, təzə söz,
Ulvi şeriyyətindir.
Dili pəltək şairi
Oxumaq nə çətindir!
Bəzən durub düşünür,
Xəyala dalıram mən.
Ey onun həmyaşları,
Günah sizdədir deyən.
Sümüyünü bərkidib,
Qoltuğuna verdiniz.
Kif atmış bu nadanı
Şairə çevirdiniz.
Ömrünün bu yaşında
"Dostları" rəng-rəng olub.
Tərif azarı onun
Canında xərçəng olub.

_____________Milli Kitabxana_____________
MAHNIDIR YELKƏNİM ƏZƏLDƏN MƏNİM
BAKI, SABAHIN XEYİR!
Qayıdıb xoş güzərdən,
Günəş qalxır Xəzərdən.
Sevgilim keçən yerdən
Bütün şəhər yeriyir.
Bakı, sabahın xeyir!
Nəqarət
Hörükləri qaradır,
Qaşları ayparadır.
O bir aləm yaradır,
Hamı ürəkdən deyir:
Bakı, sabahın xeyir!
Xumarlanır ləpələr,
Gülür mehriban şəhər,
Sevgilim səhər-səhər
Zər şəfəqdən don geyir.
Bakı, sabahın xeyir!
ANA
Könlümün nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan gün kimi, bir qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi,
Əziz ana.

_____________Milli Kitabxana_____________
Nəqarət
Nə ki arzu kamın var,
Qəlbimdə tutmuş qərar.
And olsun sana, can ana.
Qədrini el bilir, ətrini gül bilir,
Saçının ağına, qarasına qurbanam.
Könlünün o həzin laylasına qurbanam
Əziz ana.
Beşiyim üstə layla çaldın,
Gecələr sübhədək qadamı aldın.
İsti nəfəsini həmişə yaz bilmişəm,
Olub ki, mən sənin qədrini az bilmişəm,
Əziz ana.
Niyyətin xoşdur, safdır südün,
Qulağımda qalıb hər öyüdün.
Oğluna, qızına ay etibarlı ana,
Nəfəsi gül kimi, qəlbi baharlı ana,
Əziz ana.
ARZU
Qara gözlü, şirin sözlü,
Al yanaqlı, gözəl qız.
Hər gün sizin güllü bağda
Şeyda bülbül olaydım.
Ay gözəl qız, ay qəşəng qız.
Bağçamıza gəlibsən.
Gül əlinlə gül dərəndə
Mən də bir gül olaydım.
Çoxdur sözüm, necə dözüm
Həsrətinə, gözəl yar?
Harda olsan, təmiz qəlbim
Səni deyib arzular.

_____________Milli Kitabxana_____________
Bir diləyım, bir arzum var,
Dinlə məni, ey nigar:
Kaş ki, sənin saf sinəndə
Odlu könül olaydım.
BİR KÖNÜL SINDIRMIŞAM
Mən onu dan ulduzu,
Zərrin şəfəq sanırdım.
Kimə inanmasam da,
Bir ona inanırdım.
O, bir qaranquş kimi
Qəlbimdə yuva qurdu.
Acı dilim qurusun,
Dilim onu uçurtdu.
Saçlarının gül ətri
Titrəyən ovucumda.
Bu intizar gözlərim,
Ağlar yol ayrıcında.
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam;
Bir ürək sındırmışam,
Bir könül sındırmışam.
PIÇILDAŞIN LƏPƏLƏR
Pıçıldaşın, pıçıldaşın, ləpələr!
Bəlkə mənə bir sozünüz var sizin?
Üç gecədir mənim ömür yoldaşım
Buruq qazır qucağında dənizin.

_____________Milli Kitabxana_____________
Körpəmizi yatırmışam indicə,
Beşiyinə ay nurunu səpələr.
Sevgilimdən xəbər verib gizlicə,
Pıçıldaşın, pıçıldaşın, ləpələr!
Gecə keçir... ay dolanır üfüqdə,
Göy Xəzərin sinəsində meh əsir.
Ah... tez olun, darıxıram, ey sular,
Müjdə verin, sevən qəlbim tələsir.
Mavi sular, sevgilimə yol verin,
Qoy qayıtsın alnı açıq üzü ağ!
Çünki qızıl Abşeronun oğluna
Bir adətdir zəfərlərlə qayıtmaq.
Pıçıldaşın, pıçıldaşın, ləpələr!
Bəlkə təzə bir sözünüz var sizin?
Üç gecədir mənim ömür yoldaşım
Buruq qazır qucağında dənizin.
Körpəmizi yatırmışam indicə,
Beşiyinə ay nurunu səpələr.
Sevgilimdən xəbər verib gizlicə,
Pıçıldaşın, pıçıldaşın, ləpələr!
GƏNCLİYİMİ GƏZİRƏM
Hanı göy düzlər,
Hanı o izlər?
Gəncliyim yoxsa tərk edib məni?
Ləpirlər dolub,
Görünməz olub.
Gəl, gəncliyim,
Gəzirəm səni.

_____________Milli Kitabxana_____________
Küləklər daraqdı,
Saçlarının düm ağdı.
Səni görməkçün səcdəyə gəldim,
Tapmadım səni kövrəldim.
Görmədim səni kövrəldim,
Ey əziz gəncliyim, gəl,
Bax mənə kövrəl.
Nəğarət
Babamdan qoca
Çinarlar uca.
Onlar da məni tanıdı bir bax.
Budağın əydi,
Üzümə dəydi.
Tək gəncliyim yox oldu ancaq.
Firuzə Xəzər,
Bağları bəzər.
Sahillər tanış, qaya üstə çıx.
Qayalar yalçın,
Ləpələr qırçın
Göy min rəngdədir, üfüqlər açıq.
ZƏRİFLİK
Zərif gözəllik qəlb sirdaşı,
Könlümdəki bir yaqut qaşı.
Arzu sonsuz, ürək odsuz sönər...
Dilbər, dilbər...
Nəqarət
Gəl sevək bu həyatı,
Zəriflik xoş bayatı.
A gülüm, gözəlim, gəl dinlə məni,
Sevgilim, sevindir qəlbinlə məni.

_____________Milli Kitabxana_____________
Nəqarət
Gözəldir sevmək, sev xilqəti,
Həyatdakı ilk məhəbbəti.
Sevgi yolu, sevda yolu,
Ümman...
Aman, aman...
Nəqarət
GƏLİN OLAR
Lal axan su sərin olar,
Dalğın baxış dərin olar.
O qız mənə könül versə,
Anamaca gəlin olar.
Yanağında xal var - şirin,
Dodağında bal var - şirin.
Küsdürəndə acı küsdür,
Barışanda yalvar şirin.
Fikrə getsə, fikrə dallam,
Meyl eyləsə meyil sallam.
İlqar versə xumar gözlüm,
Bu dünyanı satın ailam.
DAN ULDUZU, BİR DƏ MƏN...
Göylər örtmüş başına
Buludlardan kəlağay.
Göz qırpan ulduzlara
Layla çalar sanki ay.

_____________Milli Kitabxana_____________
Nəqarət
Gecə əriyib keçir,
Yat, quzum, beşiyində.
Dan ulduzu, bir də mən
Durmuşuq keşiyində.
Bir ağ qağayı kimi,
Külək qalxıb dənizdən,
Qulaq asır laylama,
Açıq pəncərəmizdən.
Nəqarət
Dan yeri söküləndə,
Sübhün mehi oyaqdır.
Xəzərdə sönüb-yanan
Şəfəq deyil, mayakdır.
HƏYATIM, GƏL
Ürəkdə nisgil yatar,
Gözdə həsrət ifadəsi.
Söz canda yüz il yatar,
Uzaq düşsə yarın səsi.
Nəqarət
Min gülə şeh düzərəm,
Dağ çəni ahım olsa.
Hər cəfaya dözərəm,
Yar düzdə ahum olsa.
Qəlb göynəyər, göz dolar,
Mənim sevgi qanadım, gəl.
Ümidsiz aşiq solar,
Ümidim gəl, həyatım gəl.

_____________Milli Kitabxana_____________
GÖRÜŞƏNDƏ
Bağ arası sular daşar,
Qönço güllər pıçıldaşar.
Yarpaqlar da xışıldaşar
Bülbüllə gül görüşəndə.
Yarpaq düşər xəzəl olar,
Süzgün baxış gözəl olar.
Yar mülkünə güzar olar,
İki könül görüşəndə.
Eyvana çıx, məni dinlə,
Nəğmə deyək gəl səninlə,
Göz bəyənib qəlb sevənlə
Günah deyil görüşəndə.
ÜZMƏ MƏNİ
Yaş ötür, gözəl qız, həyat şirindir,
Məhəbbət ondan da qat-qat şirindir.
Uzat şümşad əllərini.
Mənsiz keçən günlərini
Sapa düzmə, yar.
Duman tül saldıqca kolların üstə,
Hər səhər keçdiyin yolların üstə.
Bulaq olub süzülmüşəm,
Çiçək kimi düzülmüşəm,
Məni üzmə, yar.
Çıxanda seyrinə yaşıl düzlərin,
Güləndə sənin o ülkər gözlərin.
Təmiz eşqim güzgün olar,
Sənsiz bir gün yüz gün olar,
Ayrı gəzmə, yar.

_____________Milli Kitabxana_____________
İLK XATİRƏLƏR
Gözələ göz dəyər,
Qəlbə söz dəyər.
Hicrana düşən, gülüm,
Vüsal gözləyər...
Nəqarət
Baxt ulduzumsan,
Parla, ey ülkər.
Boylanır qəlbimdən
İlk xatirələr.
Yanağa meh qonar,
Gülə şeh qonar.
Səbrim tükəndi, gülüm,
Hardasan, ey yar.
Nəqarət
Baxt ulduzumsan
Parla, ey ülkər.
Boylanır qəlbimdən
İlk xatirələr.
AĞ XALATLI HƏKİMLƏR
Nə gündüzü, gecəsi var,
Xəstələrdən neçəsi var,
Rahat yata gərək onlar.
Gül həyatlı həkimlər,
Ağ xalatlı həkimlər.
Üroklərin tacı olan,
Bizə qardaş-bacı olan,
Dərmanları acı olan,
Ey nabatlı həkimlər,
Ağ xalatlı həkimlər.

_____________Milli Kitabxana_____________
Gecə yarı, mən neyləyim,
Ərşə qalxır istiliyim.
Sizi görən xəstəliyim
Olur atlı, həkimlər,
Ağ xalatlı həkimlər.
BULUDLAR
Suların üstündə
Sonatək üzərsən.
Necə xoş görünər,
Tül geyinər.
Narın üzərsən.
Axar buludlar,
Xal-xal buludlar.
Güllər şeh çiləyər, ey gül.
Gözündən ağlar
Gümüş bulaqlar.
Duman,
Duman,
Duman...
Aman-aman
Dağlara duman
Bir əbədi mehman.
Yaylaqda yanaram,
Aranqa üşüsən,
Sənə and içirəm,
Tez gələrəm məni düşünsən.
Tez ötün, buludlar,
Ürəyim nur istər.
Tərlanım olsa yar,
Ay doğanda o məni gözlər.

_____________Milli Kitabxana_____________
SEVGİ VALSI
Ay dolanır, gecə lal;
Dayanmışıq üz-üzə.
Göz qırparaq ulduzlar
Uzaqdan baxır bizə.
Yanaqların sayrışır
Çiçək-çiçək, sevgilim.
Gənclik gözəl, ömür şən,
Oxu, göyçək sevgilim.
Oxu, gözəl sevgilim,
İlk məhəbbət nəğməsi;
Buludlara toxunsun
Eşqimizin nəfəsi.
Səyyarələr tökülsün
Üstümüzə gül kimi.
Saçlarını oxşasın
Küləklər sünbül kimi.
Oxuyaq, ey sevgilim,
Nəğməmiz həyat olsun.
Daim ucalmaq üçün
Eşqimiz qanad olsun.
HƏKİM QIZ
Gülər üzlü həkim qız,
Ey gözləri bənövşə.
Qapımızdan keçəndə
Sarsılıram həmişə.
Başım da ağrımır ki,
Bir yanına gəlim mən.
Geyinib ağ xalatı,
Qəlbimi dinləyəson.

_____________Milli Kitabxana_____________
Günəş kimi təmizdir,
Safdır sənin niyyətin.
Ellərə ömür verir,
Həyat verir sənətin.
Qoy toxunsun sinəmə,
O şəfqətli əllərin.
Ürəyinlə dinlə bir,
Ürəyimin tellərin.
Söylə, intizarını
Nə vaxtadək çəkim qız?
Oxuyuram səninçün
Bu nəğməni, həkim qız!..
Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin