İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 1,09 Mb.
səhifə86/169
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#1675
1   ...   82   83   84   85   86   87   88   89   ...   169

Yeni doğulan uşaqlarda sünnət


Müstəhəbdir ki oğlan uşağını doğulduğunun yeddinci günü sünnət etsinlər. Elmi baxımdan bu əməlin bir çox faydasını aşağıda gətiririk.

Yeni doğulmuş və südəmər uşaqları sünnət etdirmək, sidik sisteminin iltihabının qarşısını alır. Uşaqların sidik kanalındakı mikrob, başqa təhlükəli xəstəliklərlə nəticələnə bilər. Elə bir xəstəlik ki, böyrək toxumalarının məhv olmasına səbəb olar və sonda böyrəyi inkişafdan saxlayar. Şübhəsiz siz də avropalıların və amerkalıların yerində olsaydınız və sizə: “Tədqiqatlar yaşı üç ayadək olan oğlan uşaqlarının 75%-nin sidik sistemində iltihab olduğunu göstərir və bunların 95%-i sünnət olunmayan uşaqlardır”- deyilsəydi, öz yeni doğulmuş oğlan uşaqlarınızı sünnət etdirmək qərarına gələrsiniz. Müqayisə etmək istəsək, deməliyik ki, yeni doğulmuş oğlan uşağı sünnət edilməyibsə bir yaşınadək sidikliyində iltihabın olma imkanı 10 qat artır.

Şəhid Behişti adına Tibb Universitetinin müəllim, cərrah, və uroloqu Simforuş həkim bu barədə belə deyir: "Sünnət edilməyən və sidik kanalında iltihaba düçar olmuş oğlan uşağına ən yaxşı kömək onu sünnət etməkdir".

Qeyd etmək lazımdır ki, doğumdan sonra ilk 24 saatı bu işi görmək olmaz. Bu da ona görədir ki, sünnət etməyə mane ola biləcək xəstəliklərin uşaqda olub-olmamasını ayird etmək olsun.

İslam göstərişlərinin incəliyinə və dəqiqliyinə bir az artıq diqqət etməyin yeridir. Çünki, bu əməlin uşağın doğum günündən bir neçə gün sonra yerinə yetirilməsi buyrulur, hətta daha dəqiq olaraq bir həftə sonra olunması buyurulur (müstəhəb bir əməldir). Digər tərəfdənsə qeyd edilmiş faydalara görə südəmər uşaqların sünnət olunmasını tövsiyə edir.

Hemofili kimi qanaxma yaradan xəstəliyə düçar olmuş uşaqları sünnət etmək olmaz. Habelə anadangəlmə sidik sistemi pozulmuş uşaqları da sünnət etdirmək olmaz. Bu anadangəlmə pozuntuların ən mühümü "haypuspadyazus"dir ki, cinsi orqanın altında sidik kanalında dəlik olur və bu dəliyin bərpası üçün sünnət olunan yerin dərisinə ehtiyac olur. Elə buna görə də belə körpələr dəlik bərpa olanadək sünnət olunmamalıdırlar.1

Südəmər uşaqları sünnət edərkən, yarada iltihab, şiddətli qanaxma, artıq dərini götürmək imkanı olmamaq və cinsi orqanı yaralamaq kimi təhlükələr olur ki, bu zaman geniş bilik və təcrübə sahibi olan həkimə müraciət etməklə yaranan hadisənin qarşısını almaq olar.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin