Spirtli içkilər rahatlığa səbəb olurmu?
Bəzi şəxslər, spirtli içkiləri içməklə, dərd-qəmlərinin dağılmasını söyləyirlər. Spirt, bədənin təfəkkür sistemini zəiflədərək, beynin, duyğu orqanları vasitəsilə alınan məlumatları düzgün analiz etməsinə mane olur... Beyin düzgün işləmədikdə və bununla da duyğunun təsirləri aradan getdikdə, həqiqətdə duyğuların fəaliyyətinin inikası sayılan qəm-qüssələr, dərdlər öz həddini itirir və nəticədə, insan bir növ aldadıcı sevinc, kədərsizlik halını əldə edir.
Cavab: Doğrudur, insan qəmini unudur; çünki spirt, xarici təhrikedicilər qarşısında reaksiyanı azaldaraq, müəyyən həddə insana rahatlıq, sakitlik gətirir, lakin əvvəla: spirtin təsiri getdikdə və narahatçılığın kökləri qaldıqda, onun hücumu daha artıq və daha kədərləndirici olur. Qəm-qüssənin kökü kəsilməsə, məstlik halından sonra, əsəb sistemlərinə daha dağıdıcı təsir göstərəcəkdir.
İkincisi: Qəm-qüssəni dağıtmağın çoxsaylı yolu olduğu halda (namaz, oruc, səfər, dua, dərdi dostla bölüşmək, idman və s.), niyə məhz günahı seçməliyik? Bu şəkildə qəm-qüssəni dağıtmaq eynilə ona bənzəyir ki, az bir miqdarda qəmi olan şəxs, öz dərdinə çarə qılmaq, müalicə etmək və problemin kökünü kəsmək əvəzinə narkozdan istifadə edir. Bir keyitmə iynəsi ilə, məsələn bir iki gün huşsuz olaraq, ağrını hiss etməyə bilər, lakin ayıldıqda isə, ağrının kökünü aradan aparmadığından, ağrısının öz qüvvəsində qalmasından əlavə, huşsuzluq dərmanının mənfi təsirləri də ona əlavə edilir. Şübhəsiz ki, ağıllı insan belə bir iş görməz.2
Dostları ilə paylaş: |