113
deyil. Məsələn hər hansı bir yoluxucu xəstəliyə və ya
kiçik bir soyuqdəyməyə düçar olaraq məktəbə getsələr,
bizim övladlarımız da çox keçmədən bu xəstəliklərə
yoluxacaqdır.
İkincisi: Statistika göstərir ki, varlı adamların
bıçaqlanmaları və ölümləri çoxlu var-dövlət və xümsü
ödəməməklə
yaranan
kasıbçılıq
nəticəsində
baş
vermişdir. Çünki xümslər ödənilmədikdə, sinfi ayrı-
seçkilik artır, bu isə bir çox oğurluqların amilidir. Bəzən
kasıb pullunun evinə oğurluğa keçir və varlı şəxs
müqavimət etdikdə kasıb tərəfindən bıçaqlanır və ya
şiddətli
şəkildə
döyülməyə
məruz
qalaraq
öz
sağlamlığını əldən verir.
Yuxarıda söylənilənlərdən əlavə, hamı üçün faydalı
olan onun başqa müsbət təsirini də qeyd etmək olar. O
isə budur ki, zəkatın mərcəi-təqlidin izni ilə xərclənmə
yerlərindən biri də, İmam Sahib əz-Zaman ağanın razı
olduğu yerdir. Başqa sözlə desək, Allah yolunda (fi
səbilillah) xərclənməlidir. Yəni bütün xeyir işlərdə, o
cümlədən: məscid tikmək, körpü qurmaq, məktəb və
xəstəxana tikmək və s. üçün məsrəf edilə bilər. Heç
şübhəsiz ki, belə bir xeyir işlər fərdin və cəmiyyətin
sağlamlığında necə müsbət təsirlər qoyacaqdır.
Dostları ilə paylaş: