İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Oruc tutmaqla sağlam olmaq olarmı?



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə110/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   106   107   108   109   110   111   112   113   ...   190
Oruc tutmaqla sağlam olmaq olarmı? 
Əgər  sağlam  olmaqdan  məqsəd  bu  olsa  ki,  insanın 
gələcəkdə  öz  sağlamlığı  üçün  heç  bir  proqramı  olmasın 
və daima vaxtlı-vaxtsız ürəyi istədiyi hər bir şeyi yesin ya 
zərərli  adəti  yenidən  təkrar  etsin,  təbiətdə  belə  bir 
möcüzə  olmamışdır.  Bu  iş  eynilə  buna  bənzəyir  ki, 
arıqlamış  bir  insan  hər  şey  yesin,  amma  onun  yenidən 
kökəlməyəcəyini güman edək. 
Xəstəliyin  səbəbi  aradan  getməyənədək  sağlamlıq 
yarana  bilməz.  Sağlamlığı  qorumaq  üçün  xəstəlik 
törədən  bütün  səbəbləri  araşdırıb  aradan  qaldırmaq  və 
gündəlik  həyatdan  silmək  lazımdır.  Hər  hansı  bir 
xəstəliyin  səbəbləri  xəstəlik  yaradan  adətlərdir  ki,  əgər 
insan yenidən ona tərəf gedərsə onu xəstələndirər. Oruc 
tutaraq  sağalan  xəstə  yenidən  öz  zərərverici  adətlərinə 
qayıdarsa,  onun  təzədən  xəstələnməsi  şübhəsizdir. 
Alkoqolizmi  tərk  edən  insan  əgər  spirtli  içki  içərsə 
                                                 
1
 "İlk universitet, son peyğəmbər", c.3, səh.104. 


 
122 
yenidən  alkoqolizmə  qurşanacaqdır.  Heç  bir  kəs  təkcə 
oruc  tutmaqla  zəmanətli  sağlamlıq  əldə  edə  bilməz. 
Sağlamlıq üçün nizam-intizam, özünə nəzarət və nəfsinə 
hakim  olmaq  lazımdır.  Hər  kəs  öz  bədəninin  normasını 
bilsə  və  həmin  miqdarda  yemək  yeyib  həddini  aşmasa 
sağlam qalar. İnsanlar yenidən spirtli içkilərə və siqaretə 
üz  tutarsa,  gec  yatarsa,  havasız  evlərdə  yaşayarsa, 
zəhərli-kimyəvi  maddələrə  dolu  olan  içkilər  içərsə, 
həddindən  artıq  iş  görərsə  və  öz  pis  adətlərinə 
başlayarsa, heç vaxt xəstələnməyəcəyini gözləməsin.
1
  

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin