119
Mənim və doktor Şeltunun nəzərinə görə oruc mədə,
bağırsaq və sinir sisteminin ən yaxşı müalicə metodudur.
Oruc vasitəsilə müalicə olunmaq bədəndə yığışmış
qalıqları rahatlıqla aradan aparma qabiliyyətinə malikdir.
Ümumiyyətlə orqanizmə həyat fəaliyyətini yenidən
tənzimləmək imkanını verir.
Doktor Simermenin qeyd etdiyi kimi oruc bıçaqsız
cərrahlıq əməliyyatıdır. Xəstəliklərin qarşısını almaqda
onun effekti təsəvvür olunası deyil. Mənim nəzərimcə
cavanlaşmağın bədəni normal vəziyyətə salmağın ən
dəyərli metodu orucdur. Insana yeni hüceyrələrin
peyvənd olunması üsulu orucla müqayisə olunası deyil.
Doktor Freyts Bekr deyir: "Oruc tutmaq nə aclıq
çəkməkdir, nə də sırf müalicə yolu deməkdir":- bir növ
istirahət deməkdir. Belə ki, bizim bədənimizə özünü
qaydaya salmaq, daxili təmizlik və artıq maddələrin
bayıra tökülməsi imkanını verir. Bu kimi möcüzəli təsirin
sirri bizim canlı orqanizmimizdə gizlənmişdir. Hər bir
insanının daxilində Allah bir müqavimət qüvvəsi
yaratmışdır.
1
Dostları ilə paylaş: