İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


CƏSƏDLƏRİN DƏFN EDİLMƏSİ VƏ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə103/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   99   100   101   102   103   104   105   106   ...   190
CƏSƏDLƏRİN DƏFN EDİLMƏSİ VƏ 
MÜASİR ELM  
İslam  dininin  müqəddəs  qanunvericisi  -  uca  Allah 
cəsədlərin  dəfn  edilməsinə  göstəriş  verərək,  onu  vacib 
bilmişdir.  Çünki  cənazə  dəfn  edilməzsə,  cəsədin 


 
114 
çürüməsini  müşahidə  etmək,  iyinin  dəyişilməsi  və  onun 
qorxulu mənzərəsi bir dəstəni daxilən narahat edəcək və 
ətrafında  olan  bütün  canlılar  meyitin  üfunətli  iyindən 
əziyyətə düşəcəklər. 
Hazırda  bəlli  olmuşdur  ki,  cənazədə  ölümdən  dərhal 
sonra  mikrob  və  çirk  meydana  gəlir,  belə  ki,  bağırsaq 
bakteriyaları  qana  və  velnefə
1
 keçərək  sürətlə  artmağa 
başlayır,  əvvəl  həvazilər  və  anarubilər  (bihavazilər) 
inkişaf  edir.  Albuminoid  və  üfunətli  qazların
2
 istehsalı, 
anaerbuların tam inkişafından sonra başlayır. Bu yolla ki, 
tədricən  qarın  nahiyəsində,  sinədə  və  digər  üzvlərdə 
yaşıl  rəngli  ləkələr  müşahidə  edilir.  Anaerobilər 
albuminiud  maddələrinin  sadə  kimyəvi  elementlərə 
parçalanması  və  üfunətli  qazların  (karbon,  hidrogen, 
hidrogen  sulfat  və  amonyak  kimi)  istehsalı  mikrob  və 
çürümənin əsas amilləridir. 
Yayda  üç-dörd  gündən  sonra,  qazın  təzyiqi  qarında 
daha da güclənir, belə ki cənazə tabutda üzüquylu olarsa 
tabut  partlaya  bilər,  cəsədin  əvvəlki  vəziyyətindən  iki 
dəfə  çox  böyüməsi  və  xayaların  sərcin  formasını  alması 
mümkündür. Bir neçə aydan sonra, torpağın tərkibindən 
asılı  olaraq,  divarın  partlayış  təzyiqi  nəticəsində  üfunət 
aradan  gedir.  Bədəndə  mikrob  infeksiyası  başladıqdan 
sonra,  bəzi  həşəratlar  (dipterlər)  öz  yumurtalarını  ağız 
boşluğunda,  burunda  və  gözün  kənarında  qoyurlar, 
                                                 
1
 İnsan  bədənində  plasma  və  ağ  qan  cisimciyindən  ibarət  qan 
tərkibidir. 
2
 Üfunətli, qoxulu, iylənmiş 


 
115 
tezliklə laru
1
 törənərək buruna, gözə və qulağa daxil olur 
və mikroblara kömək edir. 
Hazırda elmin kəşf etdiyi bu məsələləri  İmam Rza (ə) 
əsrlər öncə buyurmuşdur. 
"Ölülərin  dəfn  edilməsi  ona  görə  vacib  edildi  ki, 
meyyitin fəsadı xalqı əziyyət etməsin və onun dəyişilmə 
çirkinliyini  görməsinlər,  onun  üfunətli  qoxusunu 
iyləməsinlər, dirilər ölünün iyi və fasid olmuş üzvləri ilə 
əziyyətə düşməsinlər və dost və düşmən gözündən uzaq 
torpaq  altında  çürüsün  ki,  düşmənləri  onu  danlamasın 
və dostları qüssələnməsin".  
ORUC 
İslam  dinində  vacib  əməllərdən  biri  də,  mübarək 
Ramazan ayında oruc tutmaqdır. Bu ibadət bir çox ruhi, 
cismi, iqtisadi, ictimai və s. müsbət təsirlərə malikdir. Biz 
yalnız onun cismi faydaları haqda müxtəsər söz açırıq. 
İslam  Peyğəmbəri  buyurur:  "Oruc  tutun  ki,  sağlam 
qalasınız".
2
  
Həzrətin  bu  dəyərli  hədisinin  kiçik  bir  hissəsini  dərk 
etmək  üçün,  yüz  illər  keçdikdən  sonra  o  böyük 
şəxsiyyətin buyuruğu ilə, orucun bir sıra faydalarını üzə 
çıxarmış alimlərin sözlərinə işarə edirik. 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin