İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Zinanın  gigiyenik  cəhətdən  evlənmə  ilə  hansi  fərqi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə25/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   21   22   23   24   25   26   27   28   ...   190
Zinanın  gigiyenik  cəhətdən  evlənmə  ilə  hansi  fərqi 
vardır? 
Bir  sıra  şəxslər  belə  söyləyirlər  ki,  zinada  olan 
xəstəliklər  evlənməkdə  də  ola  bilər,  demək  bu  ikisi  bir-
biri ilə fərqlənmirlər. 
Cavab:  
Əvvəla:  Zinayla  məşğul  olanlar,  istər  qız,  istərsə  də 
oğlan,  adətən  bir  nəfərlə  kifayətlənməyib,  müxtəlif 
adamlarla  cinsi  əlaqə  yaradırlar.  Bu  insanlardan  heç 
olmasa biri  infeksion xəstəliyə  malikdir və ya bu əməlin 
təsiri  altında  tədricən  infeksion  xəstəliyə  yoluxurlar.  Bu 
da,  xəstəliyin  həmin  şəxslə  əlaqə  yaradan  insanlara 
ötürülməsinə səbəb olur. Eləcə də  intim əlaqədə olan bu 
şəxslər kiçik mikroba malik ola bilərlər və bu mikroblar, 
xəstəliklər  bir-biri  ilə  qovuşduğu  surətdə  qarşısıalınmaz 
bir xəstəliyə çevrilə bilər. 
İkincisi:  "Üzünömürlülüyün  sirri"  kitabında  bu  sualın 
cavabına  dair  yazılır:  "Subaylıq  dövründə  (xüsusilə 
əməlin 
tam 
sərbəstlik 
və 
laqeydliyilə), 
cinsi 
                                                 
1
 "Uzunömürlülüyün sirri", səh. 79. 


 
30 
münasibətlərdə  ifratçılığın  mümkünlüyü,  özü  bir  çox 
cismi-ruhi  xəstəliyin  yaranmasının  amilidir.  Belə  ki, 
evlənmə  əlaqəsində  ərlə  arvad  arasında  ruhi  ünsiyyət, 
ülfət  və  davamlı  təmasda  olmaq,  cinsi  meyldə  bir  növ 
müvazinət  yaranmışdır.  Evliliyin  ilkin  mərhələsində 
müəyyən  ifratçılıqların  yaranması  mümkündür,  sonrakı 
dövrlərdə  isə  cinsi  meylin  təbii  ehtiyacından  başqa  cinsi 
ehtiras  yaratmaq  üçün  (qeyri-qanuni  münasibətlərdə 
olduğu  kimi)  maraq  olmayacaqdır  və  nəticədə  bu 
münasibətlərdə  mötədilliyi  qorumaq  şansı,  qeyri-qanuni 
əlaqələrdən daha çoxdur.  
Bu  baxımdandır  ki,  qərb  ölkələrində  cinsi  psixoloji 
xəstəliklərin  növləri  həddən  artıq  və  şərq  ölkələri  ilə, 
xüsusilə  İslam  ölkələri  ilə  (dini  məhdudiyyətlər  və 
qanuni  həyat  yoldaşına  bağlı  olmaq  səbəbindən,  qeyri-
təbii və xəstəlik yaradıcı cinsi qıcıqlanmalara yer qalmır) 
müqayisədə günbəgün artmaqda olan böyük statistikaya 
malikdir.  Uyğun  cismi  xəstəliklərin  statistikasının 
artması  da  eyni  səbəbdəndir.  Çünki  qərbdə  növbənöv 
münasibətlərdən  doğan  ruhi  qıcıqlanmalar  və  qeyri-
qanuni 
əlaqələrin 
mümkünlüyündən 
qaynaqlanan 
ifratçılıq, cavanlar arasında yorğunluq və təhlükəli cismi 
və ruhi zəifliyə bais olur. Halbuki, yalnız həyat yoldaşına 
bağlı olduğu və münasibətlərin yeknəsəq olduğu şəkildə, 
bu  tip  ruhi  təhriklər  və  çeşidliliyindən  doğan  cinsi 
həyəcanların  faizi  (  həssas  olduğu  üçün  kişi  üçün  daha 
zərərli olan) sıfra enəcəkdir".
1
 
                                                 
1
 "Uzunömürlülüyün sirri" azacıq dəyişiklə, səh.140 və 141 


 
31 
Üçüncüsü:  Adətən  zina  ilə  məşğul  olan  şəxslər,  cinsi 
əlaqəylə  ilgili  gigiyenik  məlumata  kifayət  qədər  malik 
deyillər.  Bir  tərəfdən  də  yalnız  son  dərəcə  ləzzətin  və 
şəhvətpərəstliyin  fikrində  olduqlarından,  cinsi  əlaqə 
gigiyenasını öyrənməyi ya bacarmır və ya istəmirlər. Bu 
şəxslər  əsasən  hansı  yolla  olursa-olsun  ləzzət  almaq 
istəyirlər.  Bunlar  İslamın  qəbul  etdiyi  cinsi  bir  əlaqədə 
(evlənmədə) mövcud deyildir. Çünki ər-arvad arasındakı 
sevgi-məhəbbət  onları  təkcə  şəhvətpərəstlik  haqqında 
yox,  bir-birinin  sağlamlıqları  haqqında  da  düşünməyə 
vadar  edir.  Bundan  əlavə,  ərlə  arvad  evlənməzdən  öncə 
adətən  uyğun  kitablar  və  gigiyena  mərkəzlərinin 
informasiyası 
vasitələrilə, 
lazımi 
cinsi 
biliklərə 
yiyələnirlər,  halbuki  adətən  bu  məlumatlar  zinada 
yoxdur. 
Dördüncüsü:  Zinanın  zərərləri  yalnız  onun  cismi 
ziyanlarında  təxsislənməyib,  çox  sayda  ruhi,  mənəvi, 
ictimai və s. ziyanları da vardır. 
İmam  Rza  (ə)  buyurub:  "Zina,  əhatə  etdiyi 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin