Üz tükünün xeyirləri haqda həkimlərin
söylədikləri
Tanınmış doktor "Finkor Corc" deyir: Saqqal bir çox
xeyirlərə malikdir, o cümlədən: ağızın qorunması, ağız
boşluğunda əlavə rütubətin qarşısının alınması, dişlərin
və selikli vəzlərin sağlamlığı.
2
"Gigiyenik cəhətdən üzün qırxılması" kitabının
müəllifi yazır: Mimika və rəng dəyişkənliyi, bir sıra
boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz
1
"Təfsire nomune", c.2, səh.379.
2
İslam baxımından üz qırxmaq
27
soyuqdəyməsi, yanaqların kənarında bitən xüsusi
səpkilər, bəzən ağır dişağrıları, qripləmələr müasir elmi
kəşflərə əsasən, bir çox hallarda üz tükünün qırxılması
nəticəsində baş verir.
"Amerika tarixi" kitabının müəllifi "Səcan Maryoni" öz
kitabında saqqalın xeyirləri və onu qırxmağın zərəri
haqda söz açaraq yazmışdır ki, bəzi şəxslər üz tükünü
xoşlamırlar, lakin onlar üz tükünün xeyirlərindən
xəbərsizdirlər. Xüsusilə tanınmış təcrübəli həkim Viktor
Corc bu qənaətdədir ki, saqqal xeyli faydaları özündə
cəmləmişdir, şübhəsiz saqqal ağızı və ətrafını ona üz
gətirə biləcək bəzi ağrılardan qoruyur. Eləcə də ağızyani
istiqamətdə yarana biləcək artıq rütubətin qarşısını alır.
Viktor Corcdan əlavə, başqa həkimlər də vurğulamışlar
ki, qış fəslində dəmiryolu işçilərinin saqqalını qırxdıqdan
sonra, onların bir çoxu şiddətli ağrılara, şişginliyə düçar
oldular. Bu ağrılar xüsusilə ağız və boğaz selikinin axdığı
vəzlərdə yaranır. Eləcə də deyilmişdir ki, başqa bir həkim
müalicə edərkən, zökəm xəstəliyinə yoluxmuş şəxsləri
saqqal saxlamağa əmr etdi, bununla hamı bu xəstəlikdən
yaxa qurtardılar.
1
Həkimlərin etiraf etdiyinə görə saqqalın xeyirlərindən
biri də budur ki, uzun müddət saqqallarını qırxmayan
şəxslərin dəriləri daha sağlam və təravətli qalır. Çünki
hazırda isbat edilmişdir ki, tüklər havanın ötürülməsi
üçün çox xırda dəliyə, nəfəsliyə malikdir. Bu nəfəslik
vasitəsilə oksigeni dərinin altına ötürürlər. Məhz bu
1
"Gigiyenik baxımdan üz qırxmaq", səh. 7.
28
cəhətdən üzündə tük olan şəxslərin dəriləri daha
təravətli qalaraq, asanlıqla qırışmır.
Dostları ilə paylaş: |