ŞİƏLİK
VƏ
NƏQLİ
ELMLƏR
İslam
alimlərinin
ağır
zəhmətləri
nəticəsində
formalaşaraq bu günə qədər qorunub saxlanmış islami
elmlər əqli və nəqli (humanitar və dəqiq) olaraq iki
hissəyə bölünürlər. Nəqli elmlər o elmlərdir ki, onların
mövzu və məsələləri nitq, danışıq və nəqlə əsaslanır;
məsələn lüğət, hədis, tarix və s. Əqli elmlər isə fəlsəfə və
riyaziyyat kimi dəqiq elmlərə deyilir.
Şübhəsiz, islamda nəqli elmlərin yaranmasının əsas
amili Qurani-Kərimdir; tarix, ənsab və əruz elmi kimi bir
neçə fənn istisna olmaqla, yerdə qalan elmlərin hamısı
ümumiyyətlə bu asimani kitabdan qaynaqlanır.
Müsəlmanlar dini tədqiqat və araşdırmaların vacib
olması göstərişinə əsaslanaraq bu elmləri yaradaraq
inkişaf etdirmişlər. Onların ən ümdəsi ərəb ədəbiyyatı,
nəhv, sərf, məani, bəyan, bədi və lüğətdən ibarətdir. Dini
zahirlərlə əlaqədar olan fənlərdən isə qiraət, təfsir, hədis,
rical, dirayə, üsul və fiqh kimi elmləri misal göstərmək
olar.
Şiələr də öz növbəsində bu elmlərin təsis olunub
genişləndirilməsində çox böyük rol oynamışlar; hətta
onların bir çoxunun bani və ixtiraçısı da məhz şiələrdir.
Belə ki, ərəb dili qrammatikasının əsas bölmələrindən biri
olan nəhv elmi (sintaksis) Peyğəmbəri-Əkrəmin (s) və Əli
(ə)-ın səhabələrindən olan Əbul Əsvəd Duəli tərəfindən
yaradılmışdır; o ilk dəfə olaraq, Əli (ə)-ın göstərişi ilə
nəhv elminin əsas qaydalarını hazırlayaraq kitab şəklinə
salmışdır. Fəsahət və bəlağət (məani, bəyan və lüğət)
elminin banilərindən biri olan Sahib ibni Ubbad da şiə
114
olmuşdur; o, Ali-bəveyh sülaləsindən və dövri hakimin
vəzirlərindən biri idi.
1
İlk lüğət kitabı olan “Kitabul-eyn”i məşhur şiə alimi
Xəlil ibni Əhməd Bəsri yazmışdır.
2
O, əruz elmini ixtira
etmiş və nəhv elmində ustad Sibəveyhin müəllimi
olmuşdur.
Asimin qiraəti bir vasitə ilə Əli (ə)-a çatır. Təfsir elmi
ilə ilk dəfə məşğul olan səhabə də Əbdullah ibni Abbas
olmuşdur ki, o da Əli (ə)-ın şagirdi sayılır. Əhli-beyt (ə) və
onların şiələrinin hədis və fiqhdə göstərdikləri səylər,
dörd əhli-sünnət imamlarının və ondan başqalarının
beşinci və altıncı imamın şagirdləri olmaları tarixdə
məşhurdur. Vəhid Behbəhaninin dövründə (H.Q.1205)
üsuli-fiqh elmində qəribə bir irəliləyiş baş verdi; xüsusilə
Şeyx Mürtəza Ənsarinin vasitəsilə (H.Q.1281) başlanan
inkişaf prosesi şiə fiqhini təsəvvürolunmaz mərhələyə
çatdırdı; hal-hazırda əhli-sünnət fiqhi onunla müqayisə
olunası deyildir.
1
“Vəfəyatu
ibni
Xəlkan”
,
səh-
78
2
“Vəfəyat”
,
səh-
190
|