İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə66/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   62   63   64   65   66   67   68   69   ...   93
İSLAMDA-ŞİƏLİK

3. MƏADŞÜNASLIQ 
İNSAN,
 
RUH
 

 
BƏDƏNDƏN
 
TƏŞKİL
 
OLUNMUŞDUR
 
İslam maarifi ilə müəyyən qədər tanış olanlara məlum 
olduğu kimi, kitab və sünnə içərisində ruh və cism
yaxud nəfs və bədən barəsində çoxlu söhbətlər 
edilmişdir. Belə ki, hiss orqanları vasitəsilə dərk olunan 
cism və bədənin təsəvvür olunması nisbətən az, ruh və 
nəfsin təsəvvür olunması isə çox mürəkkəb və 
müəmmalıdır. 
Şiə-sünnü mütəkəllim və filosofları arasında olan 
tədqiqatçılar ruhun həqiqət və mahiyyəti barəsində 
müxtəlif nəzəriyyələr söyləmişlər. Lakin müəyyən qədər 
də olsa, məlumdur ki, islam nəzərindən ruh və bədən bir-
birinə müxalif olan iki gerçəklikdən ibarətdir. Bədən 
ölüm vasitəsilə həyat xüsusiyyətlərini itirir və tədricən 
çürüyüb aradan gedir, lakin ruh nəinki belə deyildir, 
üstəlik həyat əsalətən və ilk növbədə ruha məxsusdur. 
Ruh bədənlə əlaqəli olmayınca bədən də ondan həyat 
kəsb edə bilmir; ruh bədəndən ayrılıb onunla əlaqəsini 
kəsdikdə (öldükdə) bədən öz fəaliyyətini dayandırır, 
amma ruh öz həyatını əvvəldə olduğu kimi davam 
etdirir. 
Quran ayələrində və Peyğəmbəri-Əkrəmin (s) Əhli-
beytindən olan imamların kəlamlarına diqqət yetirdikdə 
məlum olur ki, insanın ruhu qeyri-adi bir varlıqdır; 
bədənlə bir növ ittihad və və yeganəliyə malikdir. Allah-


180 
taala Öz kəlamında buyurur: 
“Həqiqətən Biz insanı palçıqdan alınmış olan 
xülasədən yaratdıq, sonra onu aram bir məkanda nütfə 
qərar verdik, sonra onu laxta qan şəklinə saldıq, laxta qanı 
çeynənmiş ətə çevirdik, çeynənmiş əti sümüyə döndərdik, 
sümükləri ətlə örtdük, bundan sonra onu misli 
görünməmiş başqa bir varlığa döndərdik.”
1
Ayənin bəyan tərzindən aydın olur ki, onun əvvəli 
insanın maddi və tədrici yaradılışını bəyan edir, sonda isə 
ruhun, yaxud iradə və şüurun yaranması vurğulanaraq 
əvvəlki yaranışla tamamilə fərqli olan tam başqa bir 
yaradılışı bəyan edir. 
Başqa bir yerdə məadı inkar edənlərin “insan 
öldükdən, çürüyüb torpağa qarışdıqdan, bədəni itib 
batdıqdan sonra yerin tərkibində necə bir yaradılış 
tapacaqdır?” - deyə verdikləri sualın cavabında buyurur: 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin