182
sabitdir və onun həqiqəti heç vaxt dəyişilmir. Deməli, bu
anlam maddi olsaydı bölgü, zaman və məkan şəraitini,
eləcə də dəyişilmə kimi maddi xüsusiyətləri qəbul edərdi.
Amma bədən bu kimi xüsusiyyətlərin hamısını qəbul
edir və ruhla əlaqəli olduğuna görə bu xüsusiyyətlər ruha
da aid edilir. Lakin azacıq diqqət yetirməklə aydın olur
ki, “o vaxt” və “bu vaxt”, “bura” və “ora”, “bu şəkil” və
“o şəkil”, “bu tərəf” və “o tərəf” və s. hamısı bədənin
xüsusiyyətləridir və ruh bu kimi xasiyyətlərdən uzaqdır
və bu nisbi dəyişikliklər yalnız bədən vasitəsilə ruha aid
edilir.
Bu bəyanın oxşarını ruhun xüsusiyyətlərində olan elm,
şüur və idrak və s. xüsusiyyətlər barədə də demək olar.
Aydındır ki, əgər elm maddi xüsusiyyətə malik olsaydı
maddəyə tabe olaraq bölünər, zaman və məkanı qəbul
edərdi.
Əlbəttə, bu əqli bəhsin miqyası çox genişdir və bunun
ardınca çoxlu suallar yaranır ki, bu kitabın həcminə
uyğun deyildir. Onun barəsində yuxarıda qeyd olunanlar
sadəcə işarə xarakteri daşıyırdı; əlavə məlumat almaq
üçün islami fəlsəfə kitablarına müraciət etmək lazımdır.
Dostları ilə paylaş: