Şiələr deyirlər:
Məhz buna görə də Peyğəmbərin (s),
vəfat etdiyi zaman bir kəsi özünə canişin təyin etməməsi,
müsəlmanların işlərinin idarə olunmasına bir rəhbər və
islam
cəmiyyətinin
idarə
olunmasına
bir
şəxsi
müəyyənləşdirməməsi heç vaxt təsəvvür oluna bilməz.
Amma cəmiyyətin yaranmasında hökmən bir sıra
müştərək
qayda-qanunların
olması,
cəmiyyətin
əksəriyyətinin əməldə qəbul etdikləri müştərək qayda-
qanunlara tabe olması, cəmiyyətin qalıb davam etməsi və
onların icra olunmasının ədalətli bir hökumətə tam bağlı
olması məsələsinə gəldikdə isə, heç vaxt insan fitrəti bu
məsələlərin əhəmiyyət və dəyərində şəkk etməməlidir; bu
iş heç bir şəxsə gizli deyildir. Halbuki nə islam şəriətinin
diqqət və genişliyində şəkk etmək olar, nə də
Peyğəmbərin (s) bu məsələyə verdiyi əhəmiyyət və dəyər
barəsində. Həmçinin Peyğəmbəri-Əkrəmin (s) bu yolda
göstərdiyi fədakarlıqları, yorulmaz səyləri unutmaq,
qüdrətli tədbir və düzgün nəzəri, kamil əqli və dərin fikri
barəsində münaqişə etmək olmaz (vəhy və nübuvvətin
təsdiqindən əlavə).
Peyğəmbəri-Əkrəm (s) sünnü və şiələrin öz hədis
kitablarında (“fitən” və başqa bölmələrdə) nəql etdikləri
mütəvatir hədislərə əsasən öz vəfatından qabaq islam
cəmiyyətinin düçar olacağı fitnə və çətinlikləri, islamın
daxilinə nüfuz edəcək fəsadları, o cümlədən Mərvan
övladları və sairlərin hökuməti ələ keçirib müqəddəs
dinin napaklıqlara, zülmkarlıqlara çevirəcəyindən aşkar
şəkildə xəbər vermişdi. O həzrət öz vəfatından minlərlə il
sonra baş verəcək çətinliklərdən qafil olmayıb bu barədə
xəbər verdiyi halda necə mümkün olar ki, vəfatından
199
sonra yaranacaq ilk və ən mühüm vəzifələrə göz
yumsun?! Yaxud bu məsələyə səhlənkar yanaşaraq (bir
tərəfdən) belə bir sadə, (digər tərəfdən isə) belə bir
mühüm işə əhəmiyyət verməsin?! Yemək, içmək, yatmaq
və s. kimi ən adi və ən təbii işlər barəsində yüzlərlə
göstəriş verdiyi halda necə mümkün ola bilər ki, belə bir
mühüm və dəyərli məsələ barəsində ümumiyyətlə sükut
edərək öz yerinə heç kəsi təyin etməmiş olsun?!
Əgər qeyri-mümkün bir fərziyyəyə əsasən islam
şəriətində cəmiyyətə rəhbər təyin edilməsi müsəlmanların
özlərinə həvalə edilmiş olsaydı, onda yenə də
Peyğəmbəri-Əkrəm (s) özünün şəfa bəxş edən bəyanları
ilə bu barədə bir söz deməli, kifayət qədər göstəriş
verməli idi ki, camaat əsas etibarı ilə islam cəmiyyətinin
qalıb inkişaf etməsinə, dini şüarların canlı qalmasına
səbəb olan bir məsələdə diqqətli olsunlar. Halbuki
Peyğəmbərin (s) belə bir bəyanı və dinin göstərişi barədə
heç bir xəbər yoxdur və əgər olsaydı belə, Peyğəmbərin (s)
vəfatından sonra idarə işlərini öz əllərinə alanlar onunla
müxalifət etməzdilər. Birinci xəlifə xilafəti ikinciyə
vəsiyyət əsasında verdi, həmçinin dördüncü xəlifə öz
övladına vəsiyyət etdi, ikinci xəlifə üzvlərini özü seçdiyi
və məramnaməsini özü yazaraq tənzim etdiyi altı nəfərlik
şura əsasında üçüncü xəlifəni hakimiyyətə gətirdi.
Müaviyə imam Həsən (ə)-ı zorla sülhə vadar etdi və bu
yolla da xilafəti ələ keçirdi, sonra da xilafəti irsi bir
səltənətə çevirdi; tədricən cihad, əmr be məruf və nəhy əz
münkər, ilahi cəza qanunlarının bərqərar edilməsi və sair
dini şüarlar biri digərindən sonra cəmiyyətdən götürüldü
200
və islam şəriət sahibinin göstərdiyi bu qədər səylər
qüvvədən düşdü.
1
Şiələr bəşəriyyətin fitri idrakında və insanın əql
əsasında olan ardıcıl davranışında dərin tədqiqat aparmaq
və fitrəti dirçəldən islam dininin əsas nəzəriyyəsində,
Peyğəmbəri-Əkrəm (s)-in ictimai davranışında təfəkkür
etməklə, habelə onun vəfatından sonra baş verən
acınacaqlı
hadisələri,
islam
və
müsəlmanların
qarşılaşdıqları acınacaqlı hadisələri və hicrətin ilk
illərində
islam
hakimlərinin
səhlənkarlıqlarını
araşdırdıqda bu nəticəyə gəlmişdir ki, Peyğəmbərdən (s)
onun canişini və imamın təyin olunması barədə kifayət
qədər və aşkar bəyanlar gəlmiş, qəti və mütəvatir ayələr
və hədislər, o cümlədən “Vilayət” ayəsi və “Qədir-xum”
2
1 İmamət, Peyğəmbərin (s) canişini və islam hökuməti ilə
əlaqədar məsələlər barəsində əlavə məlumat almaq üçün
aşağıdakı mötəbər mənbələrə müraciət edə bilərsiniz: “Tarixi
Yəqubi”, 2-ci cild, səh-26-61; “Sireyi İbni Hişam”, 2-ci cild, səh-
223-271; “Tarixi Əbil-fida”, 1-ci cild, səh-126; “Ğayətul-məram”,
səh-664; “Müsnədi əhməd ibni Hənbəl” və sair kitablar.
2 Əmirəl-möminin Əliyyibni Əbitalib (ə)-ın vilayət və
rəhbərliyini isbat etmək üçün çoxlu Quran ayələrinə istinad
edilmişdir. O cümlədən aşağıdakı ayələri qeyd etmək olar:
“Sizin vəli (rəhbər) və ixtiyar sahibiniz yalnız Allah, Onun
Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verən
möminlərdir.” (“Maidə” surəsi, ayə- 55.)
Sünnü və şiə müfəssirlərinin müttəfiq rəylərinə əsasən, bu
ayə Əliyyibni Əbitalib (ə)-ın şənində nazil olmuşdur. Sünnü və
şiələrdən nəql olunan çoxlu rəvayətlər də bu mətləbi təsdiq
edir.
201
Əbuzər Ğifari deyir: Bir gün zöhr namazını Peyğəmbərlə
birlikdə qıldıq. Bir sail (dilənçi) gəlib camaatdan kömək istədi,
amma bir kəs ona kömək etmədi. O, əllərini göyə qaldırıb belə
dedi: “ Pərvərdigara, Sən Özün şahid ol ki, Peyğəmbər
məscidində bir kəs mənə kömək etmədi.” Bu zaman Əliyyibni
Əbitalib rüku halında idi. Əlini dilənçiyə tərəf uzatdı ki,
barmağındakı üzüyü çıxarıb aparsın. O da üzüyü çıxarıb getdi.
Bu hadisəni müşahidə edən Peyğəmbər başını göyə qaldırıb
ərz etdi: Pərvərdigara, qardaşım Musa Sənə dedi: “İlahi, mənə
şərhi-sədr əta et, işlərimi asanlaşdır və səlis danışan bir dil əta et
ki, mənim sözlərimi başa düşsünlər, qardaşım Harunu da
mənim vəzirim və köməkçim qərar ver.” Ona belə bir vəhy
nazil oldu: “Biz sənin qolunu qardaşının vasitəsi ilə
qüvvətləndirəcəyik, sizə böyük nüfuz və təsəllüt əta edəcəyik.”
Pərvərdigara, mən də Sənin peyğəmbərinəm, mənə də şərhi-
sədr (geniş ürək) əta et, işlərimi asanlaşdır, Əlini mənim vəzirim
və arxam qərar ver.”
Əbuzər deyir: Hələ Peyğəmbərin sözü sona çatmamışdı ki,
ayə nazil oldu. (“Zəxairul-üqba” (Təbəri), Qahirə çapı, 1356-cı
h.q. səh-16; Bu hədis azacıq fərqlə “Durrul-mənsur” kitabının 2-
ci cildində, səh-293-də də nəql olunmuşdur. Bəhrani “Ğayətul-
məram” kitabında, səh-103-də bu ayənin şəni-nüzulu barəsində
sünnülərdən 24 rəvayət, şiələrdən 19 rəvayət nəql etmişdir.
Digər bir ayə- “Bu gün kafirlər İslamın məhv olacağından
məyus oldular, belə isə artıq onlardan qorxmayın, amma
Məndən qorxun. Bu gün sizin dininizi kamil etdim, Öz
nemətimi sizə tamamladım, islamı sizin üçün bir din olaraq
seçdim.” (“Maidə” surəsi, ayə-3.)
Bu ayənin zahiri mənası budur ki, həmin ayənin nazil
olmasından qabaq kafirlər ümidvar idilər ki, bir gün gəlib
çatacaq, islam yığışılacaqdır. Lakin Allah müəyyən bir iş
görməklə onları həmişəlik olaraq islamı məhv etməkdən məyus
202
etdi. Həmin iş də dinin əsasının möhkəmlənməsinə,
kamilləşməsinə səbəb idi. Ona görə də hökmən müəyyən
hökmlərin verilməsi kimi cüzi bir işlərdən olmamalı, əksinə
islamın əbədiliyinə zəmanət verən mühüm və diqqət yetirilməsi
məsələ olmalı idi.
Zahirən bu ayə bu surənin axırında nazil olan aşağıdakı ayə
ilə heç də əlaqəsiz deyildir:
«Ey Peyğəmbər! Sənə göstəriş verdiyimiz məsələni camaata
təbliğ et. Əgər təlbiğ etməsən Allahın risalətini yerinə
yetirməmisən. Allah səni, sənə gələ biləcək hər bir təhlükədən
amanda saxlayacaq.» (Maidə 67).
Bu ayə göstərir ki, Allah-taala son dərəcə mühüm və diqqət
yetirilməli bir məsələni çatdırır. Belə ki, əgər onu yetirməsə
islamın əsası və risalətin əsası təhlükəyə düşəcəkdir. Lakin bu iş
o qədər böyük əhəmiyyət kəsb edirdi ki, Peyğəmbər (s)
camaatın müxalifətçilik edib maneçilik törətməsindən qorxurdu
və münasib bir şərait yaranacağına qədər onu təxirə salırdı.
Nəhayət Allah tərəfindən daha təkidli və təcili bir əmr verildi
və buyuruldu ki, göstərişin yerinə yetirilməsində heç bir bəhanə
gətirilməməli, heç bir kəsdən çəkinilməməlidir. Bu məsələ də
ilahi hökmlər və əhkam qəbilindən deyildir. Çünki bir və ya bir
neçə qanunun təbliğ olunması o qədər əhəmiyyətə malik
deyildir ki, onun təbliğ olunmaması islamı məhv edə bilsin,
eləcə də Peyğəmbər (s) həmin qanunlardan qorxsun.
Bu kimi mövcud şahidlər qeyd olunan ayələrin Qədir-
xumda Əli (ə)-ın barəsində nazil olmasına dəlalət edən hədisləri
dəstəkləyir. Sünni və şiə təfsirçilərindən çoxu da bu məsələni
təsdiqləmişlər.
Əbu Səid Xidri deyir: Peyğəmbər (s) Qədir-Xumda camaatı
Əliyə tərəf dəvət etdi və onun biləyindən tutub o qədər qaldırdı
ki, qolunun altı göründü. Sonra bu ayə nazil oldu:
203
Sonra Peyğəmbər (s) buyurdu Əllahu Əkbər! Dinin kamil
olması, nemətin tamamlanması, Allahın razılığı və Əlinin
məndən sonrakı vilayəti!
Sonra buyurdu: «Mən hər kəsin mövlası və ixtiyar sahibi və
işlərinin öhdədarıyamsa, Əli də onun ixtiyar sahibi və
rəhbəridir. Pərvərdigara! Əlinin dostları ilə dost ol, düşmənləri
ilə düşmən! Hər kəs Əliyə kömək etsə Sən də ona kömək et, hər
kəs onu tərk etsə Sən də onu tərk et.»
Bəhrani «Ğayətul-məram» kitabının 336-cı səhifəsində
sünnilərdən 6 hədis, şiələrdən isə 15 hədisi bu ayənin şəni-
nüzulundan nəql etmişdir.
Bir sözlə islamın məhv olunması yolunda heç nəyi
əsirgəməyən və hər bir tərəfdən məyus olan islam düşmənləri
yalnız bir məsələyə gözlərini dikmişdilər. Onlar fikirləşirdilər
ki, islamın qoruğçusu və keşikçisi Peyğəmbər (s) olduğundan,
dünyadan getdikdən sonra başsız qalacaq və onun məhv olması
labüd olacaqdır. Lakin Qədir-Xumda onların puç düşüncələri
batil oldu və Peyğəmbər (s) Əli (ə)-ı islam ümmətinin rəhbəri
kimi camaata təyin etdi. Əli (ə)-dan sonra da bu ağır və zəruri
bir vəzifə Peyğəmbərin (s) Əli (ə)-ın nəslindən vücuda gələn
Əhli-beytin öhdəsində olacaqdır. (Əlavə məlumat üçün «Əl-
mizan» təfsirinin 5-ci cild, 177-214-cü və 6-cı cildin 64-cü
səhifələrinə müraciət edin).
Qədir hədisi.
Peyğəmbər (s) həccətul-vidadan qayıdarkən Qədir-Xumda
dayandı və müsəlmanları bir yerə topladı və bir xütbə
oxuduqdan sonra Əlini müsəlmanların rəhbəri və vilayət
məqamına təyin etdi.
Bərra deyir: Həccətul-vida səfərində Peyğəmbərin (s)
hüzurunda idim. Qədir-Xuma çatdıqdan sonra göstəriş verdi ki,
o yeri təmizləsinlər. Sonra Əlinin əlindən tutub onu sağ
tərəfində qərar verdi və buyurdu: Mən sizin ixtiyar sahibiniz
204
deyiləmmi?! Dedilər: Bizim ixtiyarmız sizin əlinizdədir. Sonra
buyurdu: «Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əli də
onun mövlası olacaqdır. Pərvərdigara, Əlinin dostları ilə dost,
düşmənləri ilə düşmən ol.»
Sonra Ömər ibni Xəttab Əliyə dedi: Bu məqam sənə mübarək
olsun mənim və bütün möminlərin mövlası oldun. (Əl-vilayətu
vən-nihayə, 5-ci cild, səh-208 və 7-ci cild, səh-346; Zəxairul-uqba
(Təbəri), Qahirə çapı, 1356-cı il, səh-67; Əl-fusulul mühimmə, 2-
ci cild, səh-23; Əl-xəsais, Nəsai; Nəcəf çapı, 1369-cu h.q. səh-31.
Bəhrani «Ğayətul-məramın» 79-cu səhifəsində bu hədisin
oxşarını sünnilərin yolu ilə 89 vasitə ilə və şiələrdən 43 vasitə ilə
nəql etmişdir.
Səfinə hədisi.
İbni Abbas deyir: Peyğəmbər (s) belə buyurdu: «Mənim
Əhli-beytimin məsələsi Nuhun gəmisinin məsələsi kimidir. Hər
kəs ona minsə nicat tapar, hər kəs ondan ayrılsa qərq olar.»
Zəxairul-uqba, səh-20; Əs-səvaiqul-muqriqə (İbni Həcər) Qahirə
çapı, səh 84 və 150; Tarixul-xüləfa (Cəlaləddin Süyuti) səh-307;
Nurul-əbsar (Şəblənci) Misir çapı, səh-114; Bəhraninin Ğayətul-
məram kitabı, 237-ci səhifədə həmin hədisi sünnilərdən 11 yolla,
şiələrdən 7 yolla nəql etmişdir.
Səqəleyn hədisi.
Zeyd ibni Ərqəm Peyğəmbərin (s) belə buyurduğunu nəql
edir: «Belə nəzərə gəlir ki, Allah məni Öz dərgahına dəvət
etmişdir və Onun dəvətinə cavab verməliyəm. Lakin mən sizin
aranızda iki ağır və böyük əmanəti qoyub gedirəm. Allahın
kitabı və Əhli-beytim. Ehtiyatlı olun və görün onlarla necə
rəftar edəcəksiniz. Bu iki ağır əmanət kövsər hovuzunda mənim
yanıma gəlincə bir-birindən ayrılmazlar.» (Əl-bidayəti vən-
nihayə, 5-ci cild, səh-209; Zəxairul-uqba, səh-16; Füsulul-
mühimmə; səh-22, Xəsais, səh-30; Əs-səvaiqul muqriqə, səh-147;
205
Ğayətul-məram kitabında bu hədis sünnilərdən 39 və şiələrdən
82 yolla nəql edilmişdir.)
Səqəleyn hədisi çoxlu sənədlərlə və müxtəlif ifadələrlə
rəvayət olunan qəti və danılmaz hədislərdəndir ki, sünni və
şiələr onu etiraf edərək bu barədə fikir birliyindədirlər. Bu
hədisdən və onun kimi hədislərdən bir neçə mühüm məsələ
aydın olur:
1. Quran qiyamətə qədər camaatın arasında qaldığı kimi,
Peyğəmbərin (s) Əhli-beyti də qiyamətə qədər qalacaqlar. Yəni
hər bir zamanda imam və həqiqi rəhbər mövcud olmalıdır.
2. İslam Peyğəmbəri (s) bu iki böyük əmanətin vasitəsilə
müsəlmanların bütün dini və elmi ehtiyaclarını təmin etmiş,
Əhli-beytini müsəlmanların elm və müraciət yeri kimi təqdim
etmiş və onların sözlərini və əməllərini mötəbər sanmışdı.
3. Quran və Əhli-beyt heç vaxt bir-birindən ayrılmamalıdır
və heç bir müsəlmanın Əhli-beytin elmindən üz çevirərək
özünü onların hidayətindən yayındırmağa haqqı yoxdur.
4. İnsanlar Əhli-beytə itaət edərək onların sözlərinə
sarılsalar, heç vaxt yollarını itirməzlər və həmişə haqq yolda
olarlar.
5. Camaatın dini ehtiyaclarının və lazım olan elmlərinin
hamısı Əhli-beytin yanında mövcuddur və hər kəs onlara tabe
olsa heç zəlalətə və azğınlığa düşməz, həqiqi xoşbəxtliyə və
səadətə nail olar. Yəni Əhli-beyt xətadan və səhvdən uzaqdırlar.
Məhz həmin şahidlərdən məlum olur ki, Əhli-beyt dedikdə
məqsəd Peyğəmbərin (s) bütün qohum-əqrəbaları və övladları
deyil, dini elmlər baxımından kamil olan, xəta və səhvdən pak
olan müəyyən şəxslərdir ki, rəhbərlik səlahiyyətinə malik
olsunlar. Onlar aşağıdakılardan ibarətdir.
Əli ibni Əbi Talib (ə) və onun on bir övladı; Onların hər biri
imamət məqamını digərindən təhvil almışdır. Rəvayətlərdə də
həmin məna təfsir olunmuşdur. Misal üçün: İbni Abbas deyir
206
ki, Peyğəmbərə dedim: Sevilməsi vacib olan qohum-əqrəban
hansılardır? Buyurdu: Əli, Fatimə, Həsən və Hüseyn (Yənabiul
məvəddət, səh-311).
Cabir deyir: Peyğəmbər (s) belə buyurdu: «Allah hər bir
peyğəmbərin zürriyyəsini onun öz sülbündə qərar vermişdir,
lakin mənim zürriyyəmi Əlinin sülbündə qərar vermişdir.»
(Yənabiul məvəddət, səh-318).
Haqq hədisi.
Ümmi Sələmə deyir: Rəsuli-Əkrəmin belə buyurduğunu
eşitdim: «Əli haqq və Quranladır, haqq və Quran da Əli ilə
olacaqdır. Onlar kövsər hovuzunda gəlib mənə qovuşana qədər
heç vaxt bir-birindən ayrılmazlar.» (Ğayətul-məramın 539-cü
səhifəsində bu məzmunda 14 hədis sünnilərdən, 10 hədis isə
şiələrdən nəql olunmuşdur.)
Mənzilət hədisi.
Səd ibni Vəqqas deyir: Rəsuli-Əkrəm (s) Əliyə buyurdu: Razı
olmazmısanmı ki, səninlə mənim münasibətim Harunla
Musanın münasibəti kimi olsun?! Yalnız bu fərqlə ki, məndən
sonra peyğəmbər olmayacaq?! (Əl-bidayətu vən-nihayə, 7-ci
cild, səh-339; Zəxairul-uqba, səh-63; Fusulil-mühimmə, səh-21;
Kifayətu Talib, (Gənci Şafei) səh. 148-154; Xəsais, səh. 19-25;
Səvaiq,
səh-177;
Ğayətul-məramın
109-cu
səhifəsində
sünnilərdən 100 hədis, şiələrdən isə 70 hədis nəql olunmuşdur.
Qohum əqrəbanın dəvət olunması hədisi.
Peyğəmbər (s) öz qohum-əqrəbalarını yeməyə dəvət etdi,
qonaqlar yeyib qurtardıqdan sonra onlara buyurdu: «Mən elə
bir şəxs tanımıram ki, mənim sizin üçün gətirdiyimdən daha
yaxşı bir şeyi öz qövmü üçün gətirmiş olsun. Allah mənə
göstəriş vermişdir ki, sizi Ona tərəf dəvət edim. Kim bu yolda
mənə kömək edər və nəticədə mənim sizin aranızda qardaşım,
vəsim və xəlifəm olar?
207
hədisi, “Səfinə” hədisi, “Səqəleyn” hədisi, “Həqq” hədisi,
“Mənzilət” hədisi, ən yaxın qohumlarının dəvət olunması
hədisi və sairlər bu məsələni tamamilə göstərir; lakin
bunlar müəyyən şəxsi məqsədlərə görə başqa mənaya
yozulmuş və onların əsil mənaları gizlədilmişdir.
Hamı sükut etdi, lakin Əli (ə) hələ yeniyetməlik bir
dövründə olduğu zamanda ərz etdi: Mən sənin vəzirin və
köməkçin olaram. Sonra Peyğəmbər (s) əlini onun çiyininə
qoyub buyurdu: Bu mənim qardaşım, vəsim və xəlifəmdir. Ona
itaət edin. Bundan sonra camaat gülə-gülə Əbu Talibə
deyirdilər: Məhəmməd sənə əmr edir ki, oğluna itaət edəsən.
(Tarixi Əbil Fida, 1-ci cild, səh-116).
Bu qəbildən olan hədislər çoxdur. O cümlədən Huzeyfə
Peyğəmbərin (s) belə buyurduğunu deyir: «Əgər Əlini mənim
xəlifəm və canişinim qərar versəniz – heç də güman etmirəm ki,
belə bir işi edəsiniz – onu çox bəsirətli bir rəhbər kimi
görəcəksiniz ki, sizi doğru yola vadar edər.» (Hilyətul-övliya,
(Əbu Ləim) 1-ci cild, səh-64; Kifayətul Talib, Nəcəf çapı, 1356,
səh-67).
İbni Mərdəveyh Peyğəmbərin (s) belə buyurduğunu nəql
edir: «Hər kəs həyat və ölümünün mənim kimi olmasını,
behiştdə sakin olmasını istəyirsə məndən sonra Əlini sevsin və
mənim Əhli-beytimə iqtida etsin; çünki onlar mənim
itrətimdir... mənim elm və dərrakəm onlara nəsib olmuşdur.
Belə isə vay olsun o kəslərin halına ki, onların fəzilətlərini
təkzib edər, mənim şəfaətim belə şəxslərə çatmaz.» (Müntəxəbi
Kənzül-ümmal (Əhmədin Müsnəd kitabının haşiyəsində çap
olunub), 5-ci cild, səh-94)
|