211
olaraq, yaradılışın hər bir növü təkvin əsasında öz növünə
məxsus olan xoşbəxtlik və kamala doğru hidayət olunub.
Yaradılış aləminin növlərindən biri olan insan da bu
ümumi qanundan istisna deyildir; o, həqiqətgörənlik və
ictimai təfəkkür yolu ilə öz həyatında
xüsusi üslubla
hidayət olunmalıdır ki, onun həm dünya, həm də axirət
xoşbəxtliyi təmin olunsun.
Başqa sözlə desək, bir sıra
əməli vəzifələri yerinə yetirməli və etiqadları dərk etməli,
öz həyatını onlarla uyğunlaşdırmalıdır ki, özünün insani
kamal və xoşbəxtliyini əldə edə bilsin. Deyildiyi kimi, din
adlandırılan bu həyat proqramlarının dərk olunması əql
yolu ilə deyil, vəhy və nübuvvət adlı başqa bir üsulladır
ki, bəşəriyyətin bəzi pak insanları
olan peyğəmbərlərdə
zahir olur.
Məhz peyğəmbərlər insani təklif və vəzifələri vəhy
vasitəsilə Allah tərəfindən əldə edərək camaata çatdırırlar
ki, onların həyatda icra olunması ilə xoşbəxtlikləri təmin
olunsun. Aydındır ki, bu dəlillə bəşər fərdləri arasında
belə bir idrakın zəruri olması
sübut edildiyi kimi, bu
proqramların əsasını təhrifdən qoruyub saxlayan və
camaata çatdıran bir şəxsin varlığının zərurəti də sübut
olunur.
Allahın mərhəməti ilə
müəyyən şəxslərin insani
vəzifələri vəhy yolu ilə dərk edərək camaata öyrətmələri,
eləcə də bu insani-asimani vəzifələrin həmişəlik olaraq
insaniyyət üçün qorunub saxlanılması, lazım olan surətdə
camaata öyrədilməsi üçün müəyyən şəxslərin varlığı
lazımdır. Yəni cəmiyyətdə həmişə elə şəxslər olmalıdır ki,
Allahın dini onların yanında qorunub saxlanılsın və lazım
olduqda isə tətbiq edilsin.
212
Asimani dinin qorunub saxlanılmasını öhdəsinə alaraq
Allah tərəfindən belə bir xüsusi vəzifəyə seçilən şəxs
“imam” adlandırılır. Eləcə də vəhyin ruhunu və nübuvvət
məqamını daşıyan, dini hökmləri və asimani şəriətləri
Allah tərəfindən əxz etmək məqamında
olan şəxs də
“peyğəmbər” və “nəbi” adlandırılır. Nübuvvət və
imamətin həm bir yerdə və bir şəxsdə, həm də ayrı-ayrı
olması mümkündür. Yuxarıda
qeyd olunan dəlillər
peyğəmbərlərin günahsızlığını, günah qarşısında ismət
məqamında olduğunu isbat etdiyi kimi, din rəhbərləri və
məsum imamların da ismətini isbat edir. Çünki Allah
tərəfindən
həmişə həqiqi olan, təhrif edilməmiş, camaat
arasında təbliğ olunmağa layiq olan bir din olmalıdır və
bu
məsələ
Allah
tərəfindən
verilən
ismət
və
toxunulmazlıq olmadan mümkün deyildir.
Dostları ilə paylaş: