Islamın gözəllikləri



Yüklə 3,26 Mb.
səhifə11/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
#16392
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

"Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxartmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir)." (Ali İmran: 195).

                             (التوبة:71)



"Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (ət-Tövbə: 71).

                                 (الأحزاب:35)



"Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!" (əl-Əhzab: 35).

  1. İslam qadına sahiblik hüququ, öz şəxsi mülkiyyətini istədiyi kimi istifadə etməsinə icazə vermişdir. Bu haqda Allah taala buyurur:

           (النساء:32)

"Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır..." (ən-Nisa: 32).

  1. İslam qadının varislik hüququnu da qorumuşdur. Qız, oğulun qızı, ana, nənə, bacı və azad edilmiş kölə qadın üçün, şəriətin vərəsədə nəzərdə tutduğu miqdarda pay vardır. Allah taala buyurur:

                       (النساء:7)

"Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir." (ən-Nisa: 7).

İslamdan əvvəl, Cahillik dövründə əri ölmüş qadın, ərinin yaxınları tərəfindən məcburən miras payı kimi götürülürdü. Onlar həmin qadınla ya evlənir, yaxud istədiyinə ərə verir və ya evlənməkdən məhrum edərək əvəzində özünü azad etməsi üçün ondan pul tələb edərdilər. İslam gəldikdən sonra qadını bu təhqir və alçaltmadan xilas etdi. Onun heyvan və ya var-dövlət kimi miras obyekti olmadığını bəyan etdi. Onu sıxışdırmağı qadağan etdi və evlənmək qadağasını ləğv etdi.

Bu haqda Allah taala buyurur:

                        (النساء:19)



"Ey iman gətirənlər! Qadınlara zorla varis olmaq sizə halal deyil! (Qadınlar) açıq-aşkar pis bir iş gör­mə­yincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət vermə­yin..." (ən-Nisa: 19).

  1. Cahillik dövründə qadın ər seçməkdən məhrum idi. İslam dini gəldikdən sonra qadına ər seçmək üçün tam ixtiyar vermişdir. Əbu Hureyrə Peyğəmbərdən  rəvayət edərək deyir:

أن النبي e قال: «لا تنكح الأيم حتى تستأمر، ولا تنكح البكر حتى تستأذن». قالوا: يا رسول الله وكيف إذنها؟ قال: «أن تسكت». أخرجه البخاري في صحيحه ومسلم.

"Dul qadınla onun (dili ilə dediyi) icazəsindən sonra nikah edilir, bakirə qızla ondan icazə aldıqdan sonra nikah bağlanır" Səhabələr dedilər: Ey Allahın Rəsulu, ondan icazə necə alınır? (yəni, bakirə qız utandığından danışmadığı üçün səhabələr bu sualı verirlər!) Peyğəmbər  buyurdu: "Onun susması – icazəsi deməkdir"1.

وعن خنساء بنت خِدام الأنصارية أن أباها زوجها وهي ثيب فكرهت ذلك فأتت رسول الله e فرد نكاحها. أخرجه البخاري في صحيحه.



Xənsə bint Xidam əl-Ənsariyyə deyir: Mən dul qadın idim. Atam məni ərə vermişdi. Lakin mən istəmirdim. Peyğəmbərin yanına gəldim və o mənim nikahımı geri qaytartdı2.

وعن ابن عباس-رضي الله عنهما-أن جارية بكرا أتت النبيe فذكرت له أن أباها زوجها وهي كارهة؛ فخيرها النبي e. أخرجه أبو داود في سننه وابن ماجه في سننه وصححه الألباني في صحيح سنن ابن ماجة.



İbn Abbas deyir: Bir bakirə qız Peyğəmbərin yanına gəlib atasının onu zorla ərə verdiyini dedikdə, Peyğəmbər qıza seçim etmək üçün ixtiyar verdi3.

İslam qadına, bakirə yaxud dul olmasından asılı olmayaraq, özünə ər seçmək üçün tam hüquq vermişdir. Əgər onun böyükləri onu istəmədiyi bir adama ərə versələr, qadının həmin nikahı geri qaytarmağa tam hüququ çatır.



  1. İslam, evlənmək istəyən kişiyə nikah bağlayacağı qadına mehr verməsini vacib etmişdir. Bu mehr, qadının maddi hüququdur. Bu mal onun özünə məxsus olur. Heç kəsin bunda payı ola bilməz. Mehrin sahibkarı da odur. Allah taala buyurur:

                  (النساء:4)

"Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" (ən-Nisa: 4)

                   (النساء:24)



"İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz...." (ən-Nisa: 24).

  1. İslam şəriətinin qanunlarına görə qadın da hər hansı düşmənə aman verə bilər. Bu Peyğəmbərin  səhih Sünnəsində öz əksini tapmışdır.

فعن أبي مرة مولى أم هانئ بنت أبي طالب أخبره أنه سمع أم هانئ بنت أبي طالب تقول: ذهبت إلى رسول الله r عام الفتح، فوجدته يغتسل وفاطمة ابنته تستره، فسلمت عليه، فقال: «من هذه؟» فقلت: أنا أم هانئ بنت أبي طالب. فقال: «مرحبا بأم هانئ». فلما فرغ من غسله قام فصلى ثماني ركعات ملتحفا في ثوب واحد، فقلت: يا رسول الله زعم ابن أمي علي أنه قاتل رجلا قد أجرته فلان بن هبيرة، فقال رسول الله r: «قد أجرنا من أجرت يا أم هانئ». قالت: أم هانئ وذلك ضحى. أخرجه البخاري في صحيحه.

Ummu Hani binti Əbu Talibin köləsi Əbu Murrah sahibəsi Ummu Hani binti Əbu Talibdən rəvayət edərək deyir: "Mən Məkkənin fəthi ilində Peyğəmbərin yanına getdim. Bu vaxt o çimirdi və qızı Fatimə ona pərdə tutmuşdu. Mən Peyğəmbərə salam verdim. O dedi: "Bu kimdir?" Dedim: Ummu Hani binti Əbu Talibdir. O dedi: "Ummu Hani xoş gəlib!" o, çimib qurtardıqdan sonra bir paltara bürünmüş halda qalxıb səkkiz rükət namaz qıldı. Mən dedim: Ey Allahın Elçisi! Anamın oğlu Əli, İbn Hubeyranın aman verdiyi kimsəni öldürdüyünü iddia edir. Peyğəmbər buyurdu: "Ey Ummu Hani! Sənin aman verdiyinə biz də aman verdik!" Ummu Hani demişdir: (o vaxt Peyğəmbərinqıldığı) Bu namaz duha namazı idi1.

İslam dini, qadının əhdi-peymanına ehtiramla yanaşmağı, verdiyi vədləri həyata keçirməyi əmr edir. Onun aman verdiyi insana heç bir zərər toxundurmaq olmaz.


  1. İslam, hətta kafirlərlə müsəlmanlar arasında baş verən müharibə vaxtı qadınları öldürməyi qadağan etmişdir.

فعن عبد الله بن عمر – رضي الله عنهما – قال: وجدت امرأة مقتولة في بعض مغازي رسول الله e، فنهى رسول الله e عن قتل النساء والصبيان. أخرجه البخاري في صحيحه وسلم.

Abdullah ibn Ömər deyir: Peyğəmbərin apardığı döyüşlərinin birində ölmüş qadın meyidi tapıldı. Bundan sonra Peyğəmbər döyüş vaxtı qadınların və uşaqların öldürülməsini qadağan etdi1.

Qadın döyüşçü sayılmadığına görə onu öldürmək yasaq edilmişdir. Qadın Allah taalanın düşməni olsa belə, İslam onun zəif olduğunu nəzərə almışdır. Çünki İslamın məqsədi insanları qırmaq deyil, onun təbliğatının qarşısını kəsən maneələri götürməkdir.


  1. İslam, qadınlara yaxşılıq etməyi, onlarla gözəl davranmağı kişilərə tövsiyə etmişdir. Allah taala buyurur:

    (النساء:19)

"Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin..." (ən-Nisa: 19).

Əbu Hureyrə Peyğəmbərdən  rəvayət edərək deyir:

عن النبي e قال: «من كان يؤمن بالله واليوم الآخر؛ فلا يؤذِ جاره، واستوصوا بالنساء خيرا؛ فإنهن خلقن من ضِلَع، وإن أعوج شيء في الضلع أعلاه، فإن ذهبت تقيمه كسرته، وإن تركته لم يزل أعوج؛ فاستوصوا بالنساء خيرا» أخرجه البخاري في صحيحه ومسلم.

"Kim Allaha və axirət gününə iman gətirirsə qonşusuna əziyyət verməsin. Qadınlarla xoş davranın. Çünki onlar qabırğadan yaradılmışlar. Qabırğanın ən əyri hissəsi yuxarı tərəfidir. Sən (qabırğadakı) bu əyriliyi düzəltmək istəsən onu sındıracaqsan. Onu düzəltməkdən vaz keçsən öz əyriliyində qalacaqdır. Qadınlarla xoş davranın!"2.


  1. İslam qadının yemək, içmək, geyim, ev, müalicə və s. xərcliklərinə zəmanət vermişdir. Bu bir arxayın ictimai zəmanətə bənzəyir. Bu zəmanət onun həyat mərhələlərinə şamil edilir. Bu xərcliklər, kişinin: atanın, ərin yaxud oğulun üzərinə düşən vacibatlardır... Allaha and olsun ki, bu qadına verilən ən gözəl himayə­darlıq və hədsiz mərhəmətdir. İslam, qadının bütün xərclərini kişiyə vacib etdiyi bir halda, qadını bütün məsrəflərdən azad etmişdir. Qadına öz malını qorumağa haqq vermiş və onu öz malının sahibi təyin etmişdir.

Bu, İslam şəriətinin gözəlliklərindəndir. Çünki qadının cəmiyyətdə çox böyük və məsuliyyətli vəzifəsi vardır. Bu vəzifə - dünyaya övlad gətirmək və onları gözəl tərbiyə etməkdir. Bunu etmək üçün ona vaxt lazımdır. Həmçinin qadın yaradılış baxımından zəifdir. Ona görə də işləmək onu üzür və ona əziyyət verir. Ən əhəmiyyətlisi isə, qadın kişilərin tamah obyektidir. Qadının kişi ilə birlikdə işləməsi onun və kişinin dininə zərərdir. Bununla belə qadının işləməsinə və ruzi qazanmasına müəyyən şərtlər çərçivəsində icazə verilir. Belə şərtlərdən biri: iş qadının dünyaya uşaq gətirməsinə və onları tərbiyə etməsinə mane olmamalı, işə gedərkən abır-həyalı olmalı, hicab geyinməli, işlədiyi yerdə kişilər olmamalıdır. Əgər bu şərtlər olarsa qadının işləməsi eyib etməz. Lakin qadının İslam cəmiyyətində əsas təyinatı onun himayədə olmasıdır. Evdə olan kişinin; ata, oğul, ər və ya qardaşın qadının maddi ehtiyaclarını ödəməsi vacibdir.

Əsas odur ki, İslam şəriəti qadına ona məxsus fitri hüquqlarını vermiş, İslam şəriətinə uyğun xoşbəxt, hörmət və izzətlə yaşamasına şərait yaratmışdır. İslamın sayəsində nemətlər əldə edən qadın ən gözəl bolluq içindədir. Ey müsəlmanlar! Allah taalanın bizə verdiyi İslam nemətinə şükr etməliyik.



Dördüncü fəsil:

İslamın sehr, zina, uşaqbazlıq, açıq-saçıqlıq, kişi və qadınların ünsiyyəti, sələm, sərxoşedicilər və qumar kimi haram əməlləri qadağan etməsində olan gözəllikləri:

İslam təmiz nemətləri, onların gözəlliyinə görə halal etmişdir. Murdar (napak) şeyləri də pisliklərinə, fəsadına və şərinə görə haram etmişdir. Allah taala buyurur:

                      (الأعراف:157)

"O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər,..." (əl-Əraf: 157).

İslamda haram olan şeylər bəllidir. Bu məqamda biz yalnız onların bəzilərini qeyd edəcəyik. Onları etməyin cəzasını, törətdikləri fəsadları xatırladacağıq. İslam şəriətinin bu kimi şeyləri haram etməsi, haram əməl edənləri qorxudaraq şiddətli cəzalar vəd etməsi, onun gözəlliyini bir daha sübuta yetirir. Belə haramlardan:


Birinci: sehr;

Sehr, sehrləndirilən adama, onun qəlbinə və yaxud ağlına dolayı yolla təsir etmək üçün sehrbazın dediyi və ya yazdığı söz və yaxud da etdiyi şeydir.




Sehrin zərəri və onun haram edilməsinin gözəllikləri:

Sehr, şeytan ilə sehrbaz arasında olan bağlılığın nəticəsidir. Bunların hər ikisi pis nəfslərdir və onlar öz məqsədlərinə nail olmaq üçün əlbir olublar. Tamahının həddi olmayan pis nəfsdən cəmiyyət üçün nə fayda olar? Ona görə də sehr, cəmiyyət üçün böyük təhlükədir və dağıdıcılıqdır. Indi isə bu təhlükələrin bəzilərinə nəzər salaq:



  1. Sehr insanın bədəninə və ağlına təsir edir. Sehr olunmuş adama qarşı düşmənçilik edilmişdir. Bu sehr onu öldürə, yaxud ağlına və ya bədəninə xələl gətirə bilər. Nəticədə insan və onun yaşadığı cəmiyyət zərər çəkər.

  2. Sehrbaz əməlini uzaqdan etdiyinə görə, dünyada öz cəzasını çəkmir. O bu əməli ilə, cinayət törədib sonra tapılmayacağından əmin olub gizlənən cinayətkara bənzəyir. Belə cinayətkar cəzalanmayacağına arxayın olaraq çoxlu fəsad törədər. Sehrbaz da bu dünyada cəzalanmayacağına arxayındır. Ona görə də onun şəri və fəsadı yer üzündə çoxalır və insanlar şərin haradan gəldiyinin fərqində olmurlar.

  3. Allah taala buyurur:

       (البقرة:102)

"Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər..." (əl-Bəqərə: 102).

Sehr hərtərəfli ziyandır. Onun heç bir xeyir tərəfi yoxdur. Ilk zərər çəkən sehrbazın özüdür. Çünki o, özünü düşməni olan iblisə tabe etmişdir. Iblis onun üçün yalnız şər istər. Insan bu gözəgörünməz düşməni görməkdə acizdir. Sehrbazın başqalarına verdiyi zərər isə açıq-aşkardır.



  1. Sehr, tikilmiş evlərin yıxılmasına səbəbdir. O, mehriban insanları və ailələri parçalamağa səbəbdir. Bu yalnız sehr əməli ilə mümkündür. Onun nəticəsində kişi öz arvadına, yaxud arvad öz kişisinə nifrət edir və onların ayrılmasına gətirib çıxarır. Bu haqda Allah taala buyurur:

          (البقرة:102)

"(Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər..." (əl-Bəqərə: 102).

Ailələrin dağılması cəmiyyətdə fitnə-fəsadın çoxalması deməkdir.



  1. Sehr, insanların dərrakəsini xurafat və mövhumatçılığa qaytarır. Çünki sehr elm üzərində qurulmamış və bəlli yollarla təcrübədən keçmiş üsullardan ibarət deyildir. Əslində sehr sehrbazın gizli yollarla, şeytan vasitəsi ilə əldə etdiyi məlumatlardır. Bu fəslə insanların cahilliyindən istifadə etmək istəyən hər yalançı daxildir. Insanlar problemlərini həll etmək üçün doğru yollardan və maddi səbəblərdən istifadə etmək əvəzinə, qəlblərini sehrbazlara, baxıcılara və falçılara bağlayırlar. Bu fırıldaqçıların işləri yalnız insanların dərdlərinin üstünə dərd qoymaq və onların mallarını mənimsəməkdir. Eyni zamanda insanlara yanlış fikirlər aşılamaqla onları dinlərindən uzaqlaşdırır və mallarına sahib çıxırlar.

  2. Əslində sehrbaz muzdlu qatildir. O, pulun əvəzində hansısa evi dağıtmağa, ər-arvadı ayırmağa, ailə üzvlərində müvəqqəti xəstəliklər göstərməyə razılıq verir. Ailə bu problemləri həll etmək üçün müəyyən çətinliklər, tibbi müalicə və müayinələr ilə qarşılaşırlar. Bütün bunlar sehr olunmuş adamın nəfsinə pis təsir göstərir və eyni zamanda onun malı və bədəni tələf olur. Hətta bəzi hallarda sehr ölümlə nəticələnir. Yaxud sehr, sehrlənmiş adamı həddindən artıq üzür və nəticədə onun ölümünə və ailə üzvlərinin əzab-əziyyətinə səbəb olur. Dünya malına görə edilən bu əməl əsl cinayətdir.

Bu təhlükəli zərərlərə və müxtəlif şər əməllərə görə İslam dini sehrin haramlığını bildirmiş, sehrbazın isə kafir olduğunu bəyan etmişdir.
Ikinci: Zina (qeyri qanuni cinsi yaxınlıq);

Zina böyük günahlardan, fahişə əməllərindən sayılır. O həddindən artıq pis və biabırçı bir əməldir. Allah taala zinanı haram edərək buyurmuşdur:

            (الإسراء:32)

"Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!" (əl-İsra: 32).

Zinanın təhlükəsi, böyük zərəri və şərinə görə Allah taala onun haram olduğunu bildirmiş, onu edənə şiddətli əzab vəd etmişdir. Onun üçün həm dünya və həm də axirət cəzası təyin etmişdir. Zinanın zərərləri həddindən artıq çoxdur. Biz onları üç: dini, nəfsi və ictimai qismə bölürük.



Zinanın dinə vurduğu zərərləri:

Allah taaladan uzaqlaşmaq

Allah taala belə əməllərə nifrət etdiyinə görə onları haram etmişdir. Allah taala belə günahları qeyd etdikdən sonra buyurmuşdur:

         (الإسراء:38)

"Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir." (əl-İsra: 38).

Imanın zəifləməsi

Iman saleh əməllər etməklə artar, günah etməklə azalar. Zina günahların ən böyüyü sayılır. Zina etmək qəlbdən iman nurunu aparır və onu zəiflədir. Zinakar imanını tam itirmə təhlükəsi ilə qarşılaşa bilər. Əbu Hureyrə Peyğəmbərdən  rəvayət edərək deyir:

عن النبي r قال:«لا يزني الزاني حين يزني وهو مؤمن». رواه البخاري في صحيحه ومسلم.

"Zinakar zina etdiyi vaxt mömin deyildir"1.

Allah taala buyurur:

                                      (الفرقان:68-70)

"Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. Ancaq tövbə edənlərdən başqa!..." (əl-Furqan: 68-70).



Zinanın ictimai zərərləri:

Onun ictimai zərərləri həddindən artıq çoxdur.



  1. Zina, qurulmuş evləri yıxır. Çünki, zinakar kişi öz arvadından soyuyur və onunla yaxınlıq etmək istəmir. Bunu hiss edən arvad ilə ər arasında soyuqluq baş verəcəkdir. Kişi isə arvadının ona əlavə ağır yük, həmçinin hədəflərinə mane olmasını hiss edəcəkdir. Arvad ərinin bu hərəkətini bildikdə qəm-qüssəyə düşür və bununla ailə problemlərinə qapı açılır. Bunun iki həlli vardır: ya kişi etdiyi çirkin əməldən əl çəkməlidir, ya da qurulmuş ailə tamamilə dağılmalıdır.

Əgər zina edən arvad olarsa, bu, həmin ailənin artıq dağılması deməkdir. Çünki qadın mülayimlikdə güclü, müqavimətdə isə zəifdir. Əgər qadın bu əməlini davam etdirərsə, onun ailəsi mütləq dağılar, özü və övladları şərə düçar olarlar.

  1. O, vələduzna (zinadan doğulan) uşaqların olmasına səbəbdir. Bu isə bir neçə baxımdan böyük təhlükədir.

Birinci: Başqa kişidən hamilə qalmış qadın böyük təhlükə etmişdir. Onun bu əməli ilə ailəyə şər daxil olar. Peyğəmbər  belə qadına şiddətli əzab vəd edərək buyurmuşdur:

بقوله: r «أيما امرأة أدخلت على قومٍ رجلاً ليس منهم، فليست من الله في شيء ولا يدخلها الله الجنة». رواه أبو داود في سننه والنسائي في سننه.



"Hər hansı qadın yad kişini öz həyatına qatarsa, Allah taalanın yanında dəyərsiz olar və Allah taala onu cənnətə daxil etməz"1.

Ikinci: Ərinin olan uşaqdan şübhələnməsi. Belə halda ər həmin arvadla yaşamağa razılıq verər və bu da onun üçün nəfsi sıxıntılar yaradar. Nəticədə isə ya uşaqları, ya arvadı və yaxud da hamısını qətlə yetirər.

Yaxud da ər arvaddan ayrılmağa qərar verər və lənətləşərək ayrılarlar. Beləliklə ailə dağılar və həm qadın, həm də onun ailəsi camaat arasında biabır olarlar.

Üçüncü: Ərdə olmayan zinakar qadının hamilə qalaraq biabır olması. Belə qadın ya uşağı öldürərək haram qan axıdar və nahaq yerə adam öldürənlərin sırasında dayanar. Yaxud uşağı doğub atar və ya özü saxlayar. Hər iki halda həmin uşağın heç bir günahı olmayan bir işə görə qəlbi sınar və hamı tərəfindən ona sıxıntı gələr. Bu, şeytanın fitnəsinə düşərək edilmiş günahın nəticəsidir. Həmin uşaq buna görə əziyyət çəkəcək və ya pis tərbiyə olunduğuna görə o da bu yolda olacaqdır. Yalnız Allah taalanın rəhməti və lütfü onu bu çirkin əməldən xilas də bilər.



  1. Qadın ərsiz və qısır qalsa belə etdiyi zinanın ona mənfi təsiri və müxtəlif zərəri dəyəcəkdir. Buna misal:

  1. Qadının qədir-qiyməti onun həyası və iffətindədir. Etdiyi fahişəlik və iyrənc əməli nəticəsində bunları itirən qadın kişilərin əlində oyuncaq, dəyərsiz və qiymətsiz olar, təhqirlərə məruz qalar. Həyatı çirkinlik və natəmizlik içərisində davam edər. Belə qadın Allah taalaya tövbə edə bilər, lakin bununla belə onun pis xatirəsi kişilərdə qalacaqdır.

  2. Qadının zinakarlıq etməsi onun ailəsi üçün rüsvayçılıq və təhqirdir.

  3. Qadınla əvvəllər zina etmiş kişilər sonralar onu narahat etməyə cəhd göstərər və yenidən onu istəmədiyi işə sürükləyərlər. Əvvəllər belə işlə məşğul olmuş, sonra Allaha tövbə etmiş, onun əvvəlki vəziyyətindən xəbərsiz olan bir kişiyə ərə getmiş neçə-neçə qadınların əvvəllər etdikləri pis əməllərinə görə ailələri dağılmışdır. Bu sirrin açılmasına səbəb onunla zina etmiş kişilərdir. Onlar həmin qadınları əvvəlki əməllərinə qaytarmaq üçün onun ailəsini dağıtmaq istəyərlər. Belə halda zinakar qadın iki yol ayrıcında qalar. Bu iki yolun ən şirini pisdir. Əgər şirini pisdirsə, gör onun digəri necədir!

  1. Subay kişinin zina etməsi onun üçün müxtəlif təhlükələr yaradır. Buna misal:

  1. Zina etdiyi qadının ailəsi tərəfindən ona qarşı olan təhlükə.

  2. O, etdiyi pis əməlinə görə öz ailəsinə rüsvayçılıq gətirər və hamı belə insana qız verməkdən çəkinər.

  3. Onun etdiyi bu zinadan qadının hamilə qalması. Bu onun üçün böyük biabırçılq və rüsvayçılıqdır.

  4. Bu işlə məşğul olan kişilər zənnə və fikrə qapanarlar. O, pozğun qadınlardan gördüyü təcrübəyə əsasən öz namuslu və iffətli həyat yoldaşından şübhələnər. Nəfsini boğan şübhələr ona əzab verər və hər ikisi sıxıntı içərisində yaşayarlar.

  1. Cəmiyyətdə olan zinakarlıq kişilərin evlənməkdən yayınmasına səbəbdir. Bunun da bir çox zərərləri vardır:

  1. Mehribançılıq və qohumluqdan məhrumiyyət. Çünki evlilik olmayan yerdə ailələrin arasında qohumluq əlaqələri də olmaz. Həmçinin subay qalan insanlar cəmiyyətlə çox az ünsiyyətdə olarlar. Heç kəslə danışmaz və heç kəs də onu danışdırmaz.

  2. Nəslin və zürriyyətin kəsilməsi. Çünki zinakar qadın və kişilərin uşaq böyütməyə səbirləri çatmaz. Beləliklə cəmiyyətin üzvləri azalar.

  3. Kişilərin evlilikdən üz döndərmələri çoxlu sayda qadınların dul qalmasına səbəb olur. Bu da cəmiyyətdə zinanın çoxalması və s. kimi pis nəticələr verir.

Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin