Sənəd anlayışı və funksiyaları Sənədin yaranmasında və formalaĢmasında insan fəaliyyəti
vacib amildir və bu fəaliyyət öz əksini sənəd üzərində tapır,
onun vasitəsi ilə rəsmiləĢdirilir. Fəaliyyət zamanı müxtəlif
sahələrlə və Ģəxslərlə münasibətdə olmaq, əlaqələr qurmaq,
informasiy
aların alınması və ötürülməsi zərurəti yaranır. Bu
zaman sənəd informasiya daĢıyıcısı olmaqla bərabər həm də
kommunikasiya obyektinə çevrilir. Sənəd üzərində qeyd edilmiĢ
faktlar və hadisələr hər hansı zaman, və məkan çərçivəsində
baĢ verir. Məlumat daĢıyıcılarının içərisində ən çox yayılanı
kağız üzərində tərtib olunmuĢ mətnli sənədlərdir. Bunlar
idar
əetmənin təĢkilində və təkmilləĢdirilməsində mühüm rol
oynayırlar. Bu da həmin sənədlərdə qeyd olunan məlumatın
əhəmiyyətliliyi ilə müəyyən edilir. Kağız üzərində həkk olunmuĢ
m
əlumatlardan uzun müddət ərzində istifadə etmək olar.
S
ənədlər müxtəlif idarə və təĢkilatlar, ayrı-ayrı Ģəxslər ara-
sında əlaqə yaradır. Sənəd (latınca,
documentum – nümunə,
Ģəhadətnamə, sübut) qeyd edilmiĢ və zaman, məkan üzrə təyin
edi
lmiĢ informasiyaya malik maddi daĢıyıcıdır. Digər mənbə-
l
ərdə sənəd sözünün ərəb mənĢəli olmasına rast gəlmək olar.
H
ər iki halda sənəd sübut, dəlil deməkdir, baĢqa sözlə, bir Ģeyi,
faktı təsdiq, bir Ģeyə olan hüququ sübut edən rəsmi kağızdır.
Dem
ək olar ki, sənədlə bağlı olan hər bir mənbələrdə sənəd
anlayıĢının bir və ya bir neçə məna versiyası vardır.
1. S ənəd hər hansı faktların sübutudur. 2. S ənəd tarixi mənbədir. 3. S ənəd idarəetmə qərarlarının hazırlanması, qeydi və verilm əsidir. BaĢqa sözlə, sənəd hər hansı faktı və ya hüququ təsdiq
ed
ən iĢgüzar məlumatdır.