71
kimi, təsadüfi deyildir. Ġnsan fəaliyyətinin bütün sahələri üçün
səciyyəvi olan ünsiyyət forması və ünsiyyət elementləri
mövcuddur. Xüsusi peĢə hazırlığı, səriĢtə, termin və anlayıĢlara
bələdliyi olmadan insan fəaliyyət
sahəsinin predmetini əks
etdirməkdə aciz olardı. Bununla yanaĢı müasir iĢgüzar
yazıĢmalara daxil olan kağızların tərtibinə verilən tələblər
əsasən bunlardan ibarətdir:
neytral ifadə tərzi, informasiya
dolğunluğu, yığcamlıq, məzmun aydınlığı
və s. Bu kimi
tələblərdə yanaĢı iĢçi kağızların dili
unifikasiyaya meylliliyi, dil
vahidlərin işlənmə tezliyinin yüksək olması
və digər spesifik
xüsusiliklərə malikdir. Sənədlərin tərtibi zamanı bütün bu
incəliklərin gözlənilməsi zəruri Ģərtlərdən sayılır.
Bu sahədəki
sənədlərin hazırlanması zamanı çalıĢmaq lazımdır ki,
«Sözlərin
yeri darısqal, fikirlərin meydanı geniş»
olsun.
Rəsmi əməli üslubun diplomatiya altüslubu xarici siyasət,
dövlətlərarası münasibətlər və diplomatik fəaliyyətin əsasında
durur. Məramı dinc vasitələrlə qarĢılıqlı münasibətləri qurmaq,
qorumaq və inkiĢaf etdirmək olan
diplomatiya sənəti qədim və
özünəməxsus sənət növüdür. Özü də, daha çox, yazılı sənət
növüdür. Bu sahədəki sənədlər (nota,
kommünike, bəyanat,
bəyannamə, saziĢ, müqavilə və s.) də spesifik tərtibat və dil
elementləri ilə seçilir.
Müasir diplomatiya dərsliklərində və sözlüklərdə diplomatiya
dilinin iki mənası göstərilir. Birinci mənada diplomatiya dili
diplomattik yazıĢmaların, yəni dövlətin
xarici siyasət dairəsinə
daxil olan sənədlərin, beynəlxalq müqavilələrin, bəyannamə və
saziĢlərin dili mənasında iĢlənir. Ġkinci mənada diplomatiya dili
diplomatik sənədlərin dil və üslub elementləri, diplomatiya üçün
səciyyəvi olan termin və anlayıĢların toplusunu bildirir.
14
Dostları ilə paylaş: