34
1945-
ci il Almaniyası ilə eyniləĢdirilə bilməz.
Stalin.
O müharibənin nəticəsinə görə dəyiĢmiĢdir. Biz
bunu qəbul edirik.
7
Göstərilən
nümunə bir daha təsdiqləyir ki, ən adi bir söz
diplomatiyada əsl fikir ayrılığına səbəb ola bilər. Lakin ustalıq
ondadır ki, ən mürəkkəb Ģəraitdə də qarĢı tərəfin məqsədini, nə
demək istədiyini müəyyənləĢdirə biləsən.
Sözün lüğətlərdəki
mənaları danılmaz olsa da, danıĢanın və dinləyənin bu
mənadan istədiyi vaxt yan ötməsi
əsl polemikaya yol açan
amildir.
G
östərdiyimiz nümunə həm dialoq, həm müzakirə, həm də
mübahisə kimi baxıla bilər. Bu məsələlər ətrafında ayrıca
söhbət açacağımızdan hələlik dialoq ətrafında fikirlərimizi bir
qədər də konkretləĢdirək.
Dialoq əsasən iki nəfər arasında
ünsiyyət, fikir bölüĢməsi,
informasiya mübadiləsi prosesidir. Lakin unutmayaq ki, real
həyatda bu cür ideal nitq mübadiləsi yalnız
müəyyən
məqamlarda qorunub saxlanıla bilir.
Elə məqamlar var ki, ünsiyyətin iĢtirakçıları çoxsaylı olur. Bu
zaman nitq predmetinə, hətta konkret motivlərlə bağlı
olduqda
belə, münasibət müxtəlif olur. Bu tipli ünsiyyəti
poliloq
adlandırırlar.
Misal üçün, Azərbaycan Respublikası Preziden-
tinin Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqiĢəsinin
nizamlanması ətrafındakı fikir bölüĢmələri,
Milli Məclisin
sessiyalarındakı müzakirələr poliloq kimi bir çox elementləri ilə
diqqəti çəkir.
Televiziya kanallarında populyarlıq qazanan «Ailələr,
talelər» (AzTV-1) «Bu bizik» (Space), «Sədadan sonra» (Lider)
proqramları da bu qəbildəndir.
Dostları ilə paylaş: