70
heç bir məhdudiyyət qoyulmur. Çünki söz fikrin istifadə vasitəsi
olaraq ünsiyyətə (yazılı və Ģifahi) xidmət edir. Ədəbi dilin
ehtiyatları bir çox məqamlarda neytrallıq
kəsb etməklə bu
funksiyanı yerinə yetirir və yalnız bu prosesdə (dildən nitqdə
istifadə olunduqda) üslubi çalarlıq qazanır.
Rəsmi-əməli üslub
üçün səciyyəvi olan xüsusi leksika da mövcuddur. Bunlar
terminoloji vahidlər kimi yüksək informativli vahidlərdir. Bu
sıraya aĢağıdakıları daxil etmək olar:
1.
dəftərxana terminologiyası;
2.
peĢə terminləri;
3.
arxaizmlər.
Qeyd
etdiyimiz
kimi funksional üslublar və eləcə də
altüslüblar ayrı-ayrılıqda tədqiqat obyekti ola bilər. Ancaq rəsmi-
əməli funksional üslubun diplomatiya
altüslubunu öyrənmək
ehtiyacı bu sahənin Azərbaycan dilçiliyində ümumiyyətlə
öyrənilməməsi faktı ilə izah olunur. ĠĢçi kağızların
çoxluğu son
illərdə tədqiqatçıları rəsmi-əməli funksional üslubda aĢağıdakı
altüslubları ayırmağa vadar edib:
1.
Qanunvericilik altüslubu
– qanunların
və digər dövlət
aktlarının dil və üslub xüsusilikləri, eləcə də tərtibi prinsiplərinin
öyrənilməsi ilə məĢğuldur.
2.
Təlimat və metodik göstərişlər altüslubu
–
burada
nazir
lik və baĢ idarələrin təlimatları, metodik tövsiyələr və s.
öyrənilir.
Dostları ilə paylaş: