İsmayılova Şəbnəm Qalib qızı 2020/2021-ci tədris ilinin Payız semestrinin



Yüklə 0,67 Mb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38076
1   2   3   4   5   6   7   8   9   10
İsmayilova Şəbnəm Qalib qızı

Jest və mimika

• İnsanı digər canlılardan ayıran ən mühüm xüsusiyyət simvolik kodları meydana gətirməsi ilə bərabər onları mənalandıra bilməsi və müxtəlif ünsiyyət vasitələrindən istifadə edərək istədiklərini, duyğu və düşüncələrini digər insanlara köçürə bilməsidir. Sözsüz ünsiyyətin ən mühüm hissəsini təşkil edən vizual kodların istifadəsi ünsiyyətin tarixi qədər qədimdir.

• İnsanlar şifahi və yazılı ünsiyyət vasitələri ilə bərabər bədən dili vasitəsilə də öz yaşadığı duyğu və coşqunu, sevinc və kədəri əks etdirərək ünsiyyət qurmaqdadır. Müəllimimizlə danışarkən, rəhbərimizin otağında, avtobus dayanacağında və bir çox digər yerlərdə insanlarla qarşılılıqlı ünsiyyətdə olduğumuz hər an iradi və yaxud da qeyri-iradi olaraq qarşımızdakı insanlara şifahi olaraq özümüzü ifadə etməklə yanaşı bədənimizi də istifadə edərək ünsiyyət qururuq. Fərdlərarası üz-üzə ünsiyyətdə məkan, səs tonu,edərək ünsiyyət qururuq. Fərdlərarası üz-üzə ünsiyyətdə məkan, səs tonu, jestlər, mimikalar, bədənimizin duruşu bizim ünsiyyət ətrafımızı təyin etməmizdə və anlamanın ortaya qoyulmasında hər zaman təsirli olub. Bir sözlə, hər bir cəmiyyətin mədəniyyətində istifadə etdiyi bədən dili, onun istifadə formaları müxtəlifdir.

Nitqi dolğunlaşdıran və gücləndirən vasitələrə atalar sözləri, məsəllər, aforizm və hikmətli sözlər aiddir. Hər kəsə məlum olan, günümüzdə çox vaxt işlətdiyimiz atalar sözləri- əsrlər boyu xalq tərəfindən yaradılan, günümüzə kimi mövcud olan hikmətli və möcuz sözlərdir. Atalar sözlərinə xas olan cəhətlərə mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə aiddir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olub və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti isə həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir.

Həqiqi mənada işlənən atalar sözləri: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz".

Məcazi mənada işlənən atalar sözləri: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. aiddir.

Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", və.s bu kimi bir çox əsərlərin adlarını qeyd etmək olar. Atalar sözləri hem nəzmlə, həm də nəsrlə olur. Əsas bir məqamı da qeyd etmək lazımdır ki, bu atalar sözləri təkcə bizə məxsusdur. Lakin ermənilər 1967-ci ildə SSRİ EA-sının «Elm» nəşriyyatı vasitəsilə Azərbaycan atalar sözlərini oğurlanmış və «Армянский фольклор» adı altında təqdim etmişlər.

Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biridir. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, lakin ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yəni fikir yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "Qələt yağ küpəsindədir", "Dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "Ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin