Dərman vasitəsinin istifadəsi üzrə təlimat
(xəstələr üçün)
İSMN GENERİKON 20 mq, 40 mq tabletlər
ISMN GENERICON
Tərkibi
İSMN Generikon 20 mq tabletlər
Təsiredici maddə: hər tabletin tərkibində 20 mq izosorbid-5-mononitrat vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, həll olan nişasta, hipromelloza, kolloidal silisium
4-oksid, maqnezium-stearat.
İSMN Generikon 40 mq tabletlər
Təsiredici maddə: hər tabletin tərkibində 40 mq izosorbid-5-mononitrat vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, həll olan nişasta, hipromelloza, kolloidal silisium
4-oksid, maqnezium-stearat.
Farmakoterapevtik qrupu
Ürək xəstəliklərində istifadə olunan damargenişləndirici preparatlar.
Üzvi nitratlar.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Venoz damarlara üstün təsirli periferik damargenişləndirici. Damar endotelisində azot oksidinin (endotelial
relaksasiyaedici faktor) əmələ gəlməsini stimulə edərək hüceyrədaxili quanilatsiklazanı aktivləşdirir, nəticədə
sQMF-in (damargenişləndirici mediator) artmasına səbəb olur. Ön yüklənmə və postyüklənmənin azalması
hesabına miokardın oksigenə olan tələbatını azaldır. Koronar damarları genişləndirici təsirə malikdir. Sağ
qulaqcığa qanın axınını aşağı salır, kiçik qan dövranında təzyiqin aşağı düşməsinə və ağciyərlərin ödemi
zamanı simptomların geriləməsinə şərait yaradır. Qan dövranı zəifləmiş sahələrə koronar qanın
bölüşdürülməsinə səbəb olur. ÜİX, stenokardiya olan xəstələrdə fiziki yüklənməyə qarşı tolerantlığı yüksəldir.
Baş beynin, beynin sərt qişasının damarlarını genişləndirir, bu da baş ağrısı ilə müşayiət oluna bilər. Digər
nitratlarda olduğu kimi çarpaz tolerantlıq inkişaf edir. Qəbuldan sonrakı fasilədən sonra ona qarşı həssaslıq
tez bərpa olunur. Antianginal təsir daxilə qəbulundan 30 dəqiqə sonra baş verir və 6-8 saat davam edir.
Farmakokinetikası
İzosorbid-5-mononitratın oral dozaları tamamilə sorulur.
Mənimsənilmə 90–100% təşkil edir. İzosorbid-5-mononitrat demək olar ki, tamamilə qaraciyərdə metabolizə
olunur. Yekun metabolitlər qeyri-fəaldır. T
1/2
4-5 saat təşkil edir. İzosorbid-5-mononitrat demək olar ki,
metabolitlər şəklində böyrəklərlə xaric olunur. Yalnız təxminən 2%-i böyrəklərlə dəyişilməmiş şəkildə xaric
olunur.
Böyrək çatışmazlığı olan xəstələrdə T
1/2
yüksələ bilər.
İstifadəsinə göstərişlər
• miokard
işemiyasının uzunmüddətli müalicəsi (ürəyin işemik xəstəliyi);
• stenokardiya
tutmalarının profilaktikası;
• stenokardiya
simptomlarının davamlı olduğu hallarda ürək tutmalarının gələcək müalicəsi;
• kiçik qan dövranında təzyiqin yüksəlməsi hallarında;
• eyni zamanda digər ürək dərmanları ilə zəif ürək əzələsinin müalicəsi zamanı.
Əks göstərişlər
• nitrat birləşmələrinə (izosorbid-5-mononitrat, izosorbid dinitrat) və ya preparatın istənilən digər
komponentlərinə qarşı yüksək həssaslıq;
• yaxın keçmişdə baş vermiş ürək tutması;
• aşağı qan təzyiqi (ağır arterial hipotenziya);
• kəskin qan dövranı çatışmazlığı (şok və ya kollaps);
• dövr
edən qanın həcminin azalması (hipovolemiya);
• ağır qan çatışmazlığı (anemiya);
• baş travmaları;
• serebral
qansızmalar;
• qlaukoma
(gözdaxili
təzyiqin yüksəlməsi riski);
• qlükoza-6-fosfatdehidrogenaza
çatışmazlığı (maddələr mübadiləsinin nadir pozğunluğu).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qan təzyiqini aşağı salan dərmanlar, damargenişləndirici preparatlar, kalsium antoqonistləri, beta-
reseptorların blokatorları, sidikqovucu vasitələr, həmçinin antidepressantlar və antipsixotik preparatlar
hipotonik effekti ağırlaşdıra bilər.
Erektil disfunksiyanın müalicəsi zamanı istifadə olunan sildenafil preparatının həyat üçün təhlükəli olan
arterial təzyiqin enməsi riskinə görə İSMN Generikon tabletləri ilə eyni zamanda istifadəsi məsləhət deyil.
Əgər buna baxmayaraq sildenafil istifadə olunursa, İSMN Generikon tabletləri ilə müalicə istifadədən 24
saatdan tez olmayaraq davam etdirilməməlidir.
Trisiklik antidepressantların (TSA) eyni zamanda istifadəsi hallarında, preparat antixolinergik təsirə malik ola
bilər (ağızda quruluq).
Asetilsalisil turşusu və indometasin İSMN Generikon tabletlərinin effektivliyini aşağı salır.
Xəbərdarlıqlar
Əgər hər hansı digər xəstəliklərdən əziyyət çəkirsinizsə, hamiləsinizsə və ya südəmər uşağınız varsa, bu
preparatı qəbul etməzdən əvvəl həkimə məlumat verin.
Böyrək funksiyalarının pozulması və kəllədaxili təzyiqin yüksəlməsi zamanı preparatı ehtiyatla qəbul edin.
Kəskin stenokardiya tutmalarında tez təsirli nitrat preparatlarının istifadəsi göstərişdir.
İSMN Generikon tabletləri ilə müalicə dövründə sildenafil istifadə etməyin, belə ki, bu həyat üçün təhlükəli
olan arterial təzyiqin enməsinə gətirib çıxara bilər.
İSMN Generikon tabletlərinin qəbulunu qəfil kəsməyin, belə ki, bu stenokardiya tutmalarının tezləşməsinə
və ağırlaşmasına gətirib çıxara bilər.
Güclü baş ağrıları, taxikardiya (tezləşmiş ürəkdöyünmə), narahatlıq və istilikgəlmə (üzün qızarması, istilik
hissiyyatı) hallarında düz uzanmaq məsləhət görülür.
Qlaukomanın müalicəsi üçün preparatlar qəbul edən pasiyentlərə İSMN Generikon tabletlərinin qəbuluna o
zaman icazə verilir ki, gözdaxili təzyiqə müntəzəm olaraq nəzarət edilsin.
Effektivliyin azalması (tolerantlıq) müalicə prosesi zamanı baş verə bilər, hansı ki, digər nitratlara da təsir
göstərir. Bu effektivliyin azalması müalicənizin müvəqqəti dayandırılması ilə aradan qaldırılacaq. Əgər siz
hiss edirsiniz ki, preparatın effektivliyi azalıb (ürək tutmalarının çoxluğu, fiziki yüklənməyə qarşı tolerantlıq)
dərhal həkimə müraciət edin!
Alkoqollu içkilər İSMN Generikon tabletlərinin hipotenziv effektini artıra bilər.
İstifadə qaydası və dozası
Eyni zamanda çovdar mahmızı alkaloidlərinin (dihidroergotamin) istifadəsi bu dərmanın damargenəldici
təsirini gücləndirə bilər.
İSMN Generikon tabletlərini həmişə həkimin təyinatı əsasında qəbul edin.
Tabletləri çeynəmədən kifayət qədər su ilə yeməkdən sonra qəbul etmək lazımdır.
İSMN Generikon 20 mq tabletlər
Gündəlik doza gündə iki dəfə 1 tablet təşkil edir. Bəzi hallarda doza 3-4 tabletə qədər artırıla bilər.
Pis qan dövranından əziyyət çəkən pasiyentlər və ya nitratlar hesabına yaranan baş ağrılarından uzaq
olmağa çalışan pasiyentlər müalicəni gündə iki dəfə ½ tabletlə başlaya bilərlər.
İSMN Generikon 40 mq tabletlər
Gündəlik doza gündə iki dəfə ½ tablet və ya gündə bir dəfə 1 tablet təşkil edir. Bəzi hallarda doza gündə iki
dəfə 1 tabletə qədər artırıla bilər.
Pis qan dövranından əziyyət çəkən pasiyentlər və ya nitratlar hesabına yaranan baş ağrılarından uzaq
olmağa çalışan pasiyentlər müalicəni İSMN Generikon 20 mq tabletləri ilə başlaya bilərlər.
Xüsusi göstərişlər
İSMN Generikon tabletlərinin tərkibində laktoza monohidrat vardır. Əgər sizdə bəzi şəkərlərə qarşı
dözümsüzlük varsa, preparatın qəbulundan əvvəl həkimə müraciət edin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin ilk üç ayı ərzində İSMN Generikon tabletlərini qəbul etməyin.
İSMN Generikon tabletlərinin qəbulu zamanı ana südü ilə qidalandırmanı dayandırın.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İSMN Generikon tabletləri nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə təsir göstərə bilər.
Ürək tutmalarının qarşısını almaq üçün maşınları idarəetmə və istifadə zamanı bu preparat mütəmadi olaraq
fasilələrlə qəbul edilməlidir.
Əlavə təsirləri
Qan və limfa sistemi
Az rast gələn: İrsi qan xəstəliyi (methemoqlobin reduktazanın çatışmazlığı, diaforaza çatışmazlığı və
hemoqlobinin anormal quruluşu) olan pasientlərdə qanda methemoqlobin yüksələ bilər (qanda oksigenin
miqdarının aşağı düşməsi, dəridə mavi-qırmızı rəngli ləkələr).
Sinir sistemi
Tez-tez rast gələn: baş ağrısı, başgicəllənmə.
Çox rast gələn: halsızlıq.
Az rast gələn: başda gərginlik və istilik hissi.
Ürək pozğunluqları
Çox rast gələn: tezləşmiş ürək döyünməsi.
Nadir hallarda: stenokardiya tutmalarının güclənməsi, müalicənin qəfil dayandırılmasından sonra
stenokardiya tutmaları.
Damar pozğunluqları
Çox rast gələn: arterial təzyiqin kəskin enməsi, huşun itməsi.
Az rast gələn: ortostatik tənzimlənmənin pozulması (ayağa durarkən başgicəllənmə).
Mədə-bağırsaq pozğunluqları
Tez-tez rast gələn: ürəkbulanma.
Çox rast gələn: qusma.
Nadir hallarda: reflüks ezofaqit (qıcqırma).
Dəri və dərialtı toxumaların pozğunluqları
Az rast gələn: dəri səpgisi, istilik hissinin gəlməsi ilə üzün qızarması.
Nadir hallarda: ödem.
Doza həddinin aşılması
Doza həddinin aşılması arterial təzyiqin enməsinə, nəbzin tezliyinin artmasına, baş ağrısına, dərinin
qızarmasına, dəri və selikli qişalarda mavi-qırmızı rəngli ləkələrin olmasına (methemoqlobinin əmələ
gəlməsi) gətirib çıxara bilər. Əgər belə simptomları hiss edirsinizsə həkimə müraciət edin və düz uzanın.
Müalicə simptomatikdir. Methemoqlobinemiya hallarında: daxilə və ya venadaxili 1 q C vitamini (natrium duzu
şəklində) istifadə olunmalı; toluidin mavisi yavaş-yavaş venadaxili (3-4 mq/kq bədən çəkisinə) yeridilməlidir.
Ehtiyac olarsa, bu proseduru 30 dəqiqədən sonra təkrar edin. Bundan başqa 1-2 mq/kq bədən çəkisinə 1%-li
metilen abısı məhlulunu venadaxili (5 dəqiqə müddətində yavaş-yavaş) istifadə etmək və əgər ehtiyac olarsa
hər 4 saatdan bir təkrarlamaq olar.
Buraxılış forması
İSMN Generikon 20 mq tabletlər
Bir blisterdə 10 tablet. 2 və ya 6 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
İSMN Generikon 40 mq tabletlər
Bir blisterdə 10 tablet. 2 və ya 6 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yuxarı olmayan temperaturda, işıqdan qorumaq məqsədi ilə orijinal qablaşdırmada və uşaqların əli
çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Rеsеpt əsasında buraxılır.
İstehsalçı
Genericon Pharma Gesellschaft m.b.H.
A-8054, Graz, Avstriya
E-mail: genericon@genericon.at
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com
Document Outline - Farmakoloji xüsusiyyətləri
- Eyni zamanda çovdar mahmızı alkaloidlərinin (dihidroergotamin) istifadəsi bu dərmanın damargenəldici təsirini gücləndirə bilər.
- Əlavə təsirləri
- Buraxılış forması
Dostları ilə paylaş: |