Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1.63 Mb.
səhifə7/15
tarix03.12.2016
ölçüsü1.63 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Tələb

Təklif

Qiymət
Pe


Şəkil 1: Bazar: Tələb və Təklif

Qiymət aşağı düşdükdə təklif də adətən azalır və qiymət qalxdıqda tələb də adətən azalır. Buna görə təklif bucağı yuxarıya doğru qalxır və tələb bucağı aşağıya doğru düşür. Belə ki, təklif artarsa (sola doğru hərəkət edərsə), qiymət düşəcəkdir. Təklif azalarsa (sağa doğru hərəkət edərsə), qiymət artacaqdır. Bu mənada – bazarda kifayət qədər çox məhsul olarsa, qiymətlər aşağı düşəcəkdir və əksinə. Əksi tələb üçün doğrudur; effektiv tələb artarsa, qiymətlər də artarcaqdır, məsələn çox insan meyvə almaq istəsə, qiymətlər qalxacaqdır.

Qeyd edək ki, qərar qəbul edənlər və ərzaq təhlükəsizliyi analitiklər tez-tez sual edir;


  • Əsas əmtəənin qiyməti qalxdıqda nə baş verəcəkdir?

  • Bazara daha çox təklif daxil olacaqdırmı?

  • Təklif qalxmasa istehlakçılar yüksək qiymətə əmtəəni ala bilməyə qadir olacaqlarmı?

Ərzaq təhlükəsizliyi ilə bağlı təhlilərin aparılması üçün, təklif və tələbin bazardakı dəyişikliklərə, xüsusilə qiymət dəyişikliklərinə necə cavab verə biləcəyini bilmək çox vacibdir. Bu cavabı proqnozlaşdırmaq üçün, biz "elastiklik" adlı bir anlayışdan istifadə edirik. Tələb və təklifin elastikliyini bilmək ərzaq təhlükəsizliyi analitiklərinə təklif və tələb dəyişikliklərinin bazar qiymətinə necə təsir etdiyini öyrənməyə kömək edir (6). Elastikliyi anlamağ vacibdir, cünki qiymət dəyişdikdə, o deyir;

  • İstehlakçılar tələb etdikləri əmtəənin miqdarını necə dəyişəcək və istehlak edecəklər;

  • Tacirlər və istehsalçılar təklifin miqdarını necə dəyişəcəklər və bazarda nə qədər əmtəə olacaqdır.

Bazardakı dəyişiklikləri və onların ərzaq təhlükəsizliyinə təsirini qiymətləndirmək üçün tələb və təklifin elastikliyini bilmək vacibdir. Çünki təklifin elastiklik qiyməti bazarın qiyməti dəyişikliklərə necə cavab verdiyini ölçür. Tələbin elastiklik qiyməti tələbin qiymət dəyişikliklərinə necə cavab verdiyini qiymətləndirir.

Şəkil 2 və 3 tələb və təklifin elastikliyinin qiymətə necə təsir etdiyini göstərir. Şəkil 2-də elastik və elastiksiz təklifi verərək tələbdəki dəyişiklikləri göstəririk. Elastik təklif açıq sərhədlər və malların sərhəddən sərbəst daxil edilə biləcəyi vəziyyəti təsvir edir. Elastiksiz təklif sərhədlərin bağlı və bir sonrakı məhsul yığımına qədər gözlənilməli olunduğu vəziyyəti təsvir edir.

Nəzər alın ki, D1-dən D2-yə olan tələbdəki dəyişiklik təklifin elastik (p1) və ya elastiksiz (p2) olmasından asılı olaraq qiymətə müxtəlif cür təsiri edə bilər. Hər iki halda qiymətlər qalxır. Lakin təklif elastik olduğu zaman qiymətlər təklifin elastiksiz olduğu zamanla müqayisədə daha az qalxır.

Təklif və tələbin miqdarı

YES
NO
Demand

Tələb
Quantity supplied or demanded
Is it worth targeting in this situation?
Demand

Qeyri-elastik təklif

© FAO, 2008


Price

Supply


Supply
Demand

Price
PriceYES


NO
Demand

uropean Union and


implemented by the Food and Agriculture Organization
of the United Nations

Şəkil 2: Elastik və qeyri-elastik təklif

Supply


Supply
Demand
Quantity supplied or demanded
Is it worth targeting in this situation?
Demand

Elastik təklif

D2

Q1

© FAO, 2008


Price

Qiymət


Demand

YES
NO


Demand

P1

Quantity supplied or demanded
S1
P© FAO, 2008
Price


Supply

Supply
Demand
Quantity supplied or demanded
Is it worth targeting in this situation?
Demand

YES
NO


Demand

P2

P1

pe

Q2

Pe
P2

Price
This course is funded by the European Union and
implemented by the Food and Agriculture Organization
of the United Nations
© FAO, 2008
Price


Supply

Supply
Demand
Quantity supplied or demanded
Is it worth targeting in this situation?
ed Nations

D1

D1

Figure 3: Increase in Demand – New government SGR purchases

Q1




Figure 3: Increase in Demand – New government SGR purchases

P1

Quantity supplied or demanded
S1
P

P

P



P

P

P



P

P

D2

Q2


Şəkil 3-də isə elastik və qeyri-elastik tələbi nəzərə alınaraq, təklifin geriyə doğru yönəldiyi zaman nə baş verəcəyi göstərirlir.

Təklif və tələbin miqdarı

Elastik tələb

Təklif

Şəkil 3. Elastik və qeyri-elastik tələb

Qiymət


P2

P1

pe

Qeyri-elastik tələb

S2

S1

Bildiyimiz kimi kənd təsərrüfatı istehsalının il ərzində bir və ya iki məhsul yığımı ilə mövsümü olması və məhsulların bir yerdən başqa bir yerə hərəkətinin planlı və xərcli olması səbəbi ilə, ərzaq malların təklifi qeyri-elastik olmağa meyilidir. Qeyri-elastik və buna görə daha zəif cavab verən, təklif qiymətdə yüksək artım və istehsal çatışmazlığı səbəbilə təklifin miqdarının azalması deməkdir.

Qeyd edək ki, əsas ərzaq malları xüsusilə aşağı gəlirli ailələr üçün zərurətdir. Əsas ərzaq malları üçün tələb qeyri-elastik olmağa meyillidir. Təklif kimi, qeyri-elastik tələb də tələbdə olan çoxalma zamanı yüksək qiymət artım deməkdir.

Həmçinin burada onu da nəzərə almalıyıq ki, təklifin elastikliyinə təsir edəcək bir sıra xüsusiyyətlər mövcuddur. Təklif və elastiklik xüsusiyyətləri haqqında bir şey bilmək ərzaq təhlükəsizliyi analitiklərinə əsas ərzaqlardakı qiymət artımının yerli bazarda qida axınına səbəb olub-olmayacağını müəyyən etməyə kömək edə bilər.

Eyniliklə, tələbin elastikliyinə təsir edəcək bir sıra xüsusiyyətlər mövcuddur. Belə ki, tələb elastikliyi ərzaq təhlükəsizliyi analitiklərinə ailələrin əsas ərzaqdakı qiymət artımına necə cavab verəcəklərini müəyyən etməyə kömək edə bilər.

Sonda qeyd edək ki, ərzaq bazarında sabitliyə yalnız kənd təsərrüfatı məhsulları istehsalının artımını təmin etmək yolu ilə nail olmaq mümkündür. Kənd təsərrüfatı məhsullarına olan tələbatın artması yalnız əhalinin sayının artması ilə bilavasitə bağlıdır. Kənd təsərrüfatı məhsulları istehsalında əmək məhsuldarlığının yüksəldilməsi intensiv texnologiyaların tətbiqi tələb və təklif arasında tarazlığın bərpa olunmasının yeganə məqbul vasitəsi kimi çıxış edir.


ƏDƏBİYYAT
1. “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqrami”. Bakı, 2 mart 2001-ci il. 2. Abbasov A.F. Sosial bazar iqtisadiyyatı. Bakı,1998. 316 s. 3. http://www.fews.net 4. http://www.ratin.net 5. www.worldbank.org/globaloutlook 6. www.amad.org
Some theoretical issues of development of food market
Guliyeva S.R.
SUMMARY
Market is a place where sellers and buyers meet. Market can be established either as a phisical place for goods’ trade, or as a stock-market, auction or a barter between two persons. According to the purpose of the article physical market is investigated. Some theoretical issues of development of food market have been researched and reliable suggestions are put forward in the article and

Key words: food security, food market, wholesale, retail, demand, supply
Некоторые теоретические вопросы развития продовольственного рынка
Гулиева Саадат Рамиль kызы
РЕЗЮМЕ
Рынок - это место, где встречаются продавцы и покупатели. Рынок может быть представлен либо как физический рынок для торговли товарами, или же на фондовом и аукционном рынке в бартерной форме между двумя людьми. Соответствуя этой цели были исследованы физические рынки. В статье выдвигаются новые рекомендации и затрагиваются некоторые теоретические вопросы развития продовольственного рынка.

Ключевые слова: продовольственная безопасность, продовольственный рынок, оптовая торговля, розничная торговля, спрос, предложение.
Rəyçi:

Süleymanov İ.K.

Az.ETKTİ və Tİ-nun şöbə müdiri

i.ü.f.d.


Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.54-60

_____________________________________________________________________
SAHİBKARLIQ
UOT 330.322(479.24)
Azərbaycanın qeyri-neft sektorunda sahibkarlığın inkişafında dövlətin investisiya siyasətinin rolu

Babayev Kənan Məcnun oğlu

BDU- nun “İqtisadiyyat və idarəetmə”

kafedrasının dissertantı
XÜLASƏ
Məqalədə Azərbaycanın qeyri-neft sektorunda sahibkarlığın inkişafında dövlətin investisiya siyasətinin rolu və onun əsas istiqamətləri müəyyən edilir. Geniş faktiki materiallar əsasında 1992-1995-ci illərdə Azərbaycanın iqtisadiyyatında baş verən tənəzzül vəziyyəti, onu doğuran səbəblər araşdırılır. Sonra məqalədə Azərbaycan iqtisadiyyatına daxili və xarici investisiya qoyuluşlarının səbəbləri və onun son illər müqayisəli təhlili, xüsusilə qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolu və digər məsələlər ətraflı şərh olunur. Məqalənin sonunda Azərbaycanın qeyri-neft sektorunun inkişafı və təkmilləşməsinə dair bir sıra təklif və tövsiyələr irəli sürülür.

Açar sözlər: dövlətin investisiya siyasəti, qeyri neft sektorunda sahibkarlıq, investisiya lahiyələri və proqramları.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra iqtisadiyyatın bütün sferalarında bazar münasibətlərinin formalaşması istiqamətində əsaslı dönüş baş verdi. Azərbaycanda müstəqilliyin ilkin dövründə iqtisadiyyatın bütün sferalarında böhran vəziyyəti özünü göstərmişdir ki, bu da ölkənin sosial-iqtisadi həyatında ciddi çətinliklərə səbəb olmuşdur. Həmin dövrün iqtisadi çətinliklərini makroiqtisadi göstəricilərin təhlili əsasında göstərmək olar. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Belə azalma meyili sənaye istehsalında da kəskin xarakter almış və 1993-cü ildə əvvəlki illərlə müqayisədə 50%-ə qədər aşağı düşmüşdür. Bu dövrdə ölkə istehsal potensialının 2/3 hissəsini itirmişdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmışdı. Göstərilən illər ərzində ölkədə iqtisadiyyatın digər sahələrində də tənəzzül vəziyyəti özünü göstərmişdir. Həmin dövrdə Azərbaycan iqtisadiyyatında yaranmış belə bir böhran vəziyyətindən çıxmaq, bazar münasibətlərini formalaşdırmaq üçün xarici və daxili investisiya mənbələrini əldə etmək strateji məqsədə çevrilmişdi [1, 2]. Xarici investisiyaların Azərbaycan iqtisadiyyatına cəlb olunmasında 1994-cü il sentyabr ayının 20-də «Əsrin kontraktı», yəni Azərbaycan Dövlət Neft Şirkətinin dünyanın bir sıra neft şirkətləri ilə müqavilə bağlaması mühüm rol oynadı. Həmçinin bu kontrakt ölkənin enerji təhlükəsizliyinin təmin olunmasının möhkəm təməlini qoydu. Bunun nəticəsi olaraq xarici şirkətlərin Azərbaycanda fəaliyyəti nəticəsində son 15 il ərzində ölkə iqtisadiyyatına qoyulmuş investisiyanın yarısı qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. 2004-cü ildən bu günə kimi ölkə iqtisadiyyatına 90 milyard dollardan çox investisiya qoyulmuşdur və onun 34 milyard dolları daxili investisiyaların payına düşür.

Son dövrdə Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiya qoyuluşlarının həcmi artdıqca sosial-iqtisadi göstəricilərin artımında da xeyli dərəcədə yüksəlmə meyili baş vermişdir. Belə ki, 1995-2003-cü illərdə ÜDM 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfat istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əmək haqqı 5,1 dəfə artmışdır. Həmin dövrdə özəl sektorun ÜDM-da xüsusi çəkisi 85% təşkil etmişdir. Ölkədə sosial-iqtisadi göstəricilərin səviyyəsinin artması bir daha iqtisadiyyatın davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır.



Artıq bir neçə ildir ki, neft sektoruna qoyulmuş xarici və daxili investisiyalar öz bəhrəsini vermişdir. Ölkənin dövlət büdcəsinin gəlirləri əsaslı surətdə artmış, sosial və investisiya yönümlü büdcə kimi formalaşmışdır. Ölkədə 2013-cü ili dövlət büdcəsinin layihəsinə uyğun olaraq onun gəlirləri 19 milyard 154 milyon, xərcləri isə 19 milyard 810 milyon manat proqnozlaşdırılır. Bu əvvəlki illərlə müqayisədə orta hesabla 2,3% çoxdur. Son dövrdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 900 milyon manatdan çox vəsait ayrılmışdır. Təkcə 2012-ci ildə həmin vəsaitin məbləği 300 milyon manata çatmışdır ki, bu da özəl sektorda güzəştli kreditlərin verilməsinə və irimiqyaslı layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Bunun nəticəsidir ki, ölkədə dövlət tərəfindən xarici investisiyalar qorunur, dəstək verilir və onlardan daha səmərəli istifadə olunması istiqamətləri müəyyənləşdirilir. Son illər ərzində Azərbaycan iqtisadiyyatına böyük həcmdə qoyulmuş investisiyalar daha çox sahibkarlıq və biznes fəaliyyətinə yönəldilmişdir. Bu fəaliyyət sferalarında iştirak edən şirkətlərin maliyyə dəstəyi və potensial imkanları daha da güclənmişdir. Dövlətin neft sektorunun inkişafına yönəldiyi siyasət 20 il ərzində ölkə iqtisadiyyatının dinamik inkişafına daha çox təkan vermişdir. Lakin resursların məhdudluğunu və yeni maliyyə mənbələrinin aşkar olunmasını nəzərə alaraq dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşunun həyata keçirilməsi siyasəti müasir dövrün aktual problemlərindən biridir. Belə bir təhlilə müraciət etsək görərik ki, 2000-ci ildə ümumi investisiyaların 48%-i qeyri-neft sektorunun payına düşürdüsə, artıq 2010-cu ildə bu göstərici 74% təşkil etmişdir. Dövlətin qeyri-neft sektorunun inkişafına yönəldilmiş siyasəti əsasən Abşeron iqtisadi rayonundan kənarda yerləşən əraziləri və fəaliyyət sahələrini əhatə edir. Onlara bütün sənaye sahələrini, kənd təsərrüfatını, ticarət və xidmət sferasını, tikintini, turizmi, sahibkarlıq və biznes fəaliyyətini və s. göstərmək olar. 2013-cü ildə qeyri-neft sektorunun inkişafı hesabına iqtisadi artımın 5,3% artımı proqnozlaşdırılır. Yəni, 2013-cü ildə qeyri-neft sektorunun 11,7%, növbəti son üç ildə isə onun 7% artacağı proqnozlaşdırılır. Bunun nəticəsi olaraq ortamüddətli dövr ərzində qeyri- neft sektorunun ÜDM-də payının 47,6%-dən 70,6%-ə qədər artması və neft sektorunun payının isə 52,4%-dən 29,4%-ə qədər azalması proqnozlaşdırılır. Onu da qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun inkişafına dair Dövlət proqramının icrasına uyğun olaraq çoxsaylı yeni istehsal və xidmət müəssisələrinin tikintisi qeyri-neft sektorunun dinamik artımına şərait yaradacaqdır. Təkcə 2012-ci ilin ilk dövründə regionlarda 170-dən çox yeni müəssisə istifadəyə verilmiş və hazırda 450-dən çox müəssisənin yaradılması, nəzərdə tutulmuşdur. Dövlətin qeyri-neft sektoruna investisiya qoyuluşu siyasətinin səmərəli formada həyata keçirilməsi nəticəsində 2013-cü ildə qeyri-neft sənayesi 18,1%, növbəti üç ildə isə orta hesabla 11,2% artacaqdır. Bunlarla yanaşı proqnozlaşdırılan dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına qida sənayesinin inkişafına daha geniş imkan yaranacaq və sənaye üsulu ilə yeni quş əti və yumurta istehsalı, müasir texnologiyalar əsasında ət istehsalı, bitki yağları, süd, çörək istehsalı və digər müəssisələrin tikintisi nəzərdə tutulur.

Gələcək dövr üçün qeyri-neft sektorunun ÜDM-da xüsusi çəkisinin dinamik artımı qeyri-neft ixracının da artmasına təsir edəcəkdir. Belə ki, qeyri-neft ixracı 2013-cü ildə 19,9 faiz, sonrakı 3 ildə orta hesabla 19,1% artacaqdır [3]. 2013-cü ildə investisiya yatırımları 17,3% artaraq 18 milyard manat və növbəti 3 ildə isə 53,8 milyard manat olacaqdır. 2013-cü ildə xarici investisiyaların 5,2 milyard manata və son üç ildə 16,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Eyni zamanda həmin ildə neft sektoruna 5,5 milyard, qeyri-neft sektoruna isə 12,5 milyard manat investisiya yatırılması nəzərdə tutulmuşdur. Bütövlükdə 2013-2016-cı illər ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində ölkə iqtisadiyyatına 32,7 milyard manat vəsait qoyulması proqnozlaşdırılır [4].



Azərbaycanda qeyri-neft sektorunun inkişafında 2004-2008 və 2009-2013-cü illərdə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının mühüm rolu olmuşdur. Ölkə prezidenti İ.H.Əliyev dəfələrlə bütün nitqlərində ölkədə qeyri-neft sektorunun inkişafına maliyyə dəstəyi verilməsini və onun prioritet sferaya çevrilməsini göstərmişdir. Bütövlükdə bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcminin dəyişməsini cədvəl-1-in məlumatları əsasında təhlil etmək olar.

Cədvəl 1.
Ölkə iqtisadiyyatında xarici investisiyaların dinamikası (mln. ABŞ $) [3, c. 401]


Göstəricilər

2005

2006

2007

2008

2009

2010

2011

Cəmi xarici investisiya

4893,2

5052,8

6674,3

6847,4

5468,6

8247,8

8673,9

ondan:






















Maliyyə kreditləri

698,4

983,5

1576,6

2357,9

1438,3

3405,9

3692,5

Neft sənayesinə

3799,9

3422,3

4003,3

3350,7

2412,7

2955,3

3407,8

Neft bonusu

1,0

17,0

68,2

3,5

1,0

2,0

19,9

Birgə və xarici müəssisələr

230,5

368,4

439,1

494,1

624,4

659,6

886,0

ondan:






















Türkiyə

96,2

136,6

109,2

60,8

76,8

147,5

89,1

Niderland

1,2

-

-

43,8

28,0

163,5

173,3

ABŞ

24,8

70,0

78,0

108,8

117,6

40,0

73,8

İran

1,2

17,5

4,6

-

6,8

3,2

11,2

Almaniya

21,5

17,4

22,9

48,2

38,8

17,0

32,5

Rusiya

5,1

4,6

10,7

5,8

50,3

11,7

35,0

Böyük Britaniya

39,5

39,1

80,0

146,4

160,0

144,0

148,8

Birləşmiş Ərəb Əmirlikləri

5,7

18,3

12,3

38,5

43,2

30,3

75,3

İsveçrə

-

-

3,5

3,7

16,0

11,7

26,7

İtaliya

4,6

2,8

14,0

2,0

9,8

-

-

Fransa

2,6

11,1

4,4

-

4,5

6,2

14,3

Norveç

-

-

-

-

40,3

3,6

6,9

Yaponiya

-

-

-

-

2,8

1,4

2,5

Sair ölkələr

28,1

51,0

99,5

36,1

29,5

79,5

196,6

Digər investisiyalar

163,4

261,6

587,1

641,2

992,2

1225,0

667,7

Cədvəl 1-dən göründüyü kimi 2005-2011-ci illər ərzində xarici investisiyaların həcmi ardıcıl olaraq artmışdır. Xüsusilə, bu artım göstərilən illər üzrə maliyyə kreditlərində, neft sənayesində, birgə müəssisələr və xarici firmalarda özünü göstərir. Cədvəldə ölkələr üzrə xarici investisiyaların həcminin artıb və azalması müşahidə olunur. Bunun başlıca səbəbi ölkədə makroiqtisadi sabitliyin mövcud olması, əlverişli investisiya və sahibkarlıq mühitinin yaradılması və s. amillərlə bağlıdır.

Dövlətin qeyri-neft sektorunun inkişafına yönəldilmiş səmərəli siyasətinin reallaşmasında sahibkarlıq fəaliyyətinin mühüm rolu vardır. Ümumiyyətlə, respublikanın bütün rayonlarında da dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verilir ki, bu da həmin regionlarda istehsal, sosial və bazar infrastruktur sisteminin hərtərəfli inkişafına təkan verir. Azərbaycanda milli iqtisadi inkişaf modelinin müxtəlif bloklarına nəzər saldıqda, əsas aparıcı amil kimi sahibkarlıq fəaliyyətinə xüsusi önəm verilməlidir. Bu baxımdan dövlət ölkənin mikroiqtisadi sferalarında sahibkarlığın bütün növlərinin (istehsal, ticarət, xidmət və s.) hərtərəfli inkişafına xüsusi diqqət yetirir və ona maliyyə dəstəyi verir. Son illərdə ölkənin milli iqtisadi inkişaf modelinin reallaşmasında sahibkarlıq fəaliyyətinin daha da aktivləşməsi nəticəsində ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 85,0% təşkil etmişdir. Azərbaycanın milli-iqtisadi inkişaf modelində qeyri-neft sektoru sahələrində sahibkarlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

Bu baxımdan qeyri-neft sektoru sahələrində sahibkarlıq fəaliyyətinin inkişafına istiqamətləndirilmiş uzunmüddətli investisiya qoyuluşu proqramı (layihələri) işlənib hazırlanmışdır. Gələcəkdə Azərbaycanda milli-iqtisadi inkişaf modelinin reallaşmasında sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə aşağıdakı təklif və tövsiyələrin nəzərə alınması daha məqsədəuyğun olardı: milli iqtisadi inkişaf modelini reallaşdırmaq məqsədilə dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilməli və ona təsir edən maneələr aradan qaldırılmalıdır; ölkə iqtisadiyyatına xarici və daxili investisiya qoyuluşları sahə və regionlar üzrə (tarazlı) qaydada aparılmalıdır; daxili bazarı qorumaq və onun milli məhsullarla bolluğunu təmin etmək məqsədilə iqtisadiyyatın bütün sahələrinin inkişafına investisiya qoyuluşu siyasətinə üstünlük verilməlidir; ölkədə istehsal sahibkarlığının dövlət tərəfindən daha geniş fəaliyyətinə maliyyə dəstəyi verilməli, onlara şəffaf rəqabət mühiti yaradılmalıdır; milli-iqtisadi inkişaf modelində regional sahibkarlığın hərtərəfli inkişafına daha çox üstünlük verilməlidir.

Göstərilən təklif və tövsiyələrin vaxtında nəzərə alınması milli iqtisadi inkişaf strategiyasının səmərəli formada reallaşmasına əlverişli təsir göstərə bilər.

2011-ci ildə qeyri-neft sektorunun inkişafı baxımından metallurgiya, maşınqayırma, elektroenergetika sənaye sahələrinin inkişafına daha çox investisiya qoyulur. Bu sahələr özlüyündə ölkə iqtisadiyyatının üstün və aparıcı sənaye strukturları hesab olunur. Bununla əlaqədar olaraq 2011-ci ildə metallurgiya sənayesində istehsalın həcmi əvvəlki ilə nisbətən 44,6% artmışdır. «Daşkəsən filiz saflaşdırma» Səhmdar Cəmiyyətində filiz konsentratı istehsalına başlanılmışdır. İstehsal gücü 100 min ton təşkil edən Gəncə alüminium zavodunda ciddi rekonstruksiya işləri aparılır. Son ildə nəcib metalların istehsalına da kapital qoyuluşu həyata keçirilir. Artıq Gədəbəy qızıl zavodunun fəaliyyətə başlaması nəticəsində 2058 kiloqram qızıl istehsal edilmişdir. Maşınqayırmanın digər sahələrinə də investisiya qoyuluşuna xüsusi diqqət yetirilir. Bu sənayedə istehsalın səviyyəsi əvvəlki illə müqayisədə 2,5 dəfə artmışdır.

Sumqayıt şəhərində tikilən texnopark sənayedə yeni universal istehsal kompleksini xarakterizə edir. 16 zavoddan ibarət olan bu istehsal kompleksində artıq 5 müəssisə fəaliyyət göstərir. Həmin müəssisələr müasir texnologiyalara əsaslanaraq böyük ixrac potensialına malik olan geniş çeşidli məhsullar istehsal edir.

Son dövrdə müdafiə sənayesinin inkişafında xeyli dərəcədə irəliləyiş baş vermişdir. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin zavodlarında yeni istehsal sahələri yaradılmış, qabaqcıl texnologiyalara əsaslanan xətlər quraşdırılmışdır. Bunların nəticəsidir ki, hərbi-sənaye kompleksində 350 çeşiddən çox müdafiə təyinatlı məmulat istehsal olunmuş və onun həcmi 2,3 dəfə artmışdır. 2011-ci ildə ölkədə müdafiə tədbirlərinin həyata keçirilməsinə 3 milyard dollar vəsait ayrılmışdır ki, bu da ötən illə müqayisədə 40% çoxdur.

Bununla yanaşı son dövrdə ölkədə yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq müasir tipli elektrik stansiyalarının, yüksək gərginlikli yarımstansiyaların tikintisi və digər işlər sahəsində də mühüm addımlar atılmışdır [5, 6]. Dövlət özünün makroiqtisadi siyasətində regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir. Belə ki, artıq 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ili müvəffəqiyyətlə yerinə yetirilmişdir. Regionların sosial-iqtisadi inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar vəsait yönəldilmiş və bunun sayəsində yüzlərlə səmərəli layihələr icra olunmuşdur. Xüsusilə 2011-ci ildə regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmişdir. Dövlət Proqramına uyğun olaraq 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min yeni iş yeri açılmışdır.

2009-2010-cu illər ərzində Azərbaycan iqtisadiyyatı 15% artmışdır. Bu artıma nail olunmasında özəl sektorun xüsusi rolu vardır. Artım neçə illərdir ki, Azərbaycanda aparılan radikal iqtisadi islahatların və həyata keçirilən Dövlət Proqramların nəticəsidir ki, ölkədə güclü sahibkarlar sinfi (təbəqəsi) formalaşmışdır. Özəl sektorun əsas daşıyıcıları olan sahibkarlar milli-iqtisadi inkişaf modelinin reallaşmasında öz rolunu göstərir. 2010-cu ildə dövlət tərəfindən sahibkarlar təbəqəsinin formalaşmasına güclü dəstək verilmiş və bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1430 sahibkarlıq subyektinə 115 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Bunlarla yanaşı sahibkarlığa dövlət dəstəyi tədbirləri çərçivəsində il ərzində 1374 kiçik sahibkarlara 20 milyon manat güzəştli kredit verilmişdir. Sahibkarlar gələcəkdə bu vəsaitlərdən daha səriştəli istifadə edərək ölkə iqtisadiyyatının hərtərəfli inkişafına təkan verməlidir. Bu o deməkdir ki, özəl sektorun əsasını geniş mənada sahibkarlar ordusu təşkil edir və gələcəkdə onların daha səmərəli (keyfiyyətli) fəaliyyəti təmin olunmalıdır. Xüsusilə ölkənin xarici bazara çıxışında özəl sektorun rolu və imkanları daha da genişləndirilməlidir. 2011-ci ildə ölkənin sosial inkişafında da əsaslı irəliləyişlər baş vermişdir. O, cümlədən, əhalinin həyat səviyyəsini yüksəltmək və sosial müdafiəsini gücləndirmək istiqamətində mühüm addımlar atılmışdır. Bu dövlətin ardıcıl olaraq həyata keçirdiyi güclü sosial siyasətin əyani sübutudur.

2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramına uyğun olaraq «Şah dağ» qış-yay turizm kompleksinin tikintisi həyata keçirilir. Mədəniyyət və turizm obyektlərinin tikintisinə, təmirinə və yenidən qurulmasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə 165 milyon manatdan çox vəsait yönəldilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq respublikanın müxtəlif dağ və dağətəyi rayonlarında «Altıağac», «Nabran» istirahət mərkəzlərində, Bakı şəhərinin ayrı-ayrı müalicə mərkəzlərində turizmin daha da inkişafı üçün əlverişli inkişaf yaradılır və investisiyalaşdırılır. Dövlət tərəfindən Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədilə xarici və daxili investisiyalardan səmərəli istifadə olunması proqramlaşdırılır. Bu Dövlət Proqramında Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrinin bütün infrastruktur sisteminin dünya standartlarına uyğun kompleks surətdə inkişafı nəzərdə tutulur (bütün nəqliyyat sistemi, yolların təmiri, kanalizasiya, içməli su, yeni müəssisələrin tikilməsi, yeni iş yerlərinin açılması, turizmin inkişafı, elm, təhsil, səhiyyə, idman və s. daxildir).

Yuxarıda göstərilən bütün sosial-iqtisadi inkişaf istiqamətlərinin vaxtında həyata keçirilməsi ölkənin milli-iqtisadi inkişaf modelinin reallaşdırılmasına bilavasitə təsir göstərə bilər. Azərbaycanın dünya ölkələri ilə xarici ticarət, iqtisadi və elmi-texniki əlaqələrində də mühüm irəliləyiş baş vermişdir. Belə ki, cari ildə Azərbaycan Respublikası 140 ölkə ilə xarici ticarət dövriyyəsini həyata keçirmişdir ki, bunun ümumi həcmi 20,2 milyard dollar, o cümlədən idxalın həcmi 4,5 milyard manat, ixracın xərci isə 15,7 milyard ABŞ dolları təşkil etmişdir. Yəni bu dövr ərzində xarici ticarət saldosu müsbət 11,2 milyard ABŞ dolları olmuşdur. Ölkə iqtisadiyyatı üzrə faktiki materialların təhlili bir daha sübut edir ki, son dövrdə ölkənin sosial-iqtisadi inkişafında xeyli dərəcədə dönüş yaranmış və mühüm strateji istiqamətlər müəyyən edilmişdir.



Gələcəkdə müstəqil Azərbaycan iqtisadiyyatının daha geniş və səmərəli inkişafı məqsədilə aşağıdakı mühüm strateji sahələrinin hərtərəfli inkişafına diqqət yetirilməlidir. Qeyri-neft sektoru sahələrinin tarazlı surətdə investisiyalaşdırılması və inkişafına diqqət yetirilməlidir; üstün və aparıcı sənayenin hərtərəfli sahələrinin kompleks inkişafına və onlar arasında qarşılıqlı əlaqənin daha da genişləndirilməsi; xarici və daxili investisiya qoyuluşlarının sahə və regionlar üzrə tarazlığın təmin olunması; regionlarda yerli təbii-əmək və elmi-texniki resurslardan səmərəli istifadə olunması məqsədilə həmin istiqamətə yönəldilən investisiya qoyuluşunun həcminin artırılması və s.; innovasiya yönümlü tədqiqatların aparılmasının maliyyələşdirilməsinə dövlət dəstəyi verilməli və əldə olunmuş nəticələrdən istifadə olunmasına şərait yaradılmalı.
1   2   3   4   5   6   7   8   9   10   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə