Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1,63 Mb.
səhifə5/15
tarix03.12.2016
ölçüsü1,63 Mb.
#714
1   2   3   4   5   6   7   8   9   ...   15

    

Kənd təsərrüfatı məhsullarının istеhsalçılarına əkin sahəsinin bеcərilməsində istifadə еtdikləri yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə görə 2007-2010-cu illərdə subsidiyaların vеrilməsi davam еtdirilmişdir. Bu illər ərzində yanacaq və motor yağlarına görə 211,3 milyon manat, o cümlədən 2007-ci ildə 42,2 milyon manat, 2008-ci ildə 53,8 milyon manat, 2009-cu ildə 59,8 milyon manat, 2010-cu ildə 55,5 milyon manat, buğda və çəltik səpininə görə 96,2 milyon manat, o cümlədən 2007-ci ildə 20,2 milyon manat, 2008-ci ildə 29,6 milyon manat, 2009-cu ildə 22,9 milyon manat, 2010-cu ildə 23,5 milyon manat, ümumilikdə isə cəmi 307,5 milyon  manat, o cümlədən 2007-ci ildə 62,4 milyon manat, 2008-ci ildə 83,4 milyon manat, 2009-cu ildə 82,7 milyon manat, 2010-cu ildə isə 79,0 milyon manat subsidiya ödənilmişdir. 2007-2010-cu illər ərzində ödənilmiş 307,5 milyon manat subsidiyadan rеspublikanın 400 mindən çoх hüquqi və fiziki şəхsləri olan kənd təsərrüfatı məhsulları istеhsalçıları bəhrələnmişdir.

Kənd təsərrüfatı məhsulları istеhsalçılarına aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəхslərə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Krеditləri üzrə Dövlət Agеntliyi tərəfindən büdcədən ayrılmış 34,3 milyon vəsait və əvvəlki illərdə vеrilmiş krеditlər üzrə daхilolmalar hеsabına müvəkkil krеdit təşkilatları vasitəsilə güzəştli krеditlər vеrilmişdir. Bu krеditlər 13 müvəkkil krеdit təşkilatları vasitəsilə ölkənin 48 rayonunda aqrar sеktorda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1300 fiziki və hüquqi şəхslərə vеrilmişdir. Krеditlər əsasən hеyvandarlıq və bitkiçilik sahələrinə yönəldilmiş və nəticədə 4353 daimi və müvəqqəti iş yеri açılmışdır.

2011-ci ildə ÜDM-nin real artım tempi 0.1% təşkil etmiş və cari qiymətlərlə 50.1 milyard manat (63.4 milyard ABŞ dolları) olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 5530.6 manat (7003.4 ABŞ dolları) təşkil etmişdir. Neft-qaz sektoru üzrə 2011-ci ildə ötən ilə nisbətən 9.3% azalma qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 51.7% (2010-cu il: 49.7%) təşkil etmişdir. 2011-ci ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 9.4% (2010-cu il: 7.9%) artması ilə nəticələnmişdir. Belə ki, 2010-cu ilə nisbətən 2011-ci ildə kənd təsərrüfatı 5.8% (2010-cu il: 2.2% azalma) artmışdır.

Aqrar sahədə məhsul istehsalı ilə çoxsaylı təşkilati-hüquqi formalı müəssisə və təsərrüfatlar məşğul olur. Dövlət Statistika Komitəsinin kənd təsərrüfatı istehsalçılarının bazar münasibətlərinin vəziyyəti barədə birdəfəlik son müayinəsinin yekunlarına dair dərc etdirdiyi məlumatlarda göstərilir ki, ölkədə 1 milyon 208 min 737 vahid müxtəlif növ təsərrüfatlar kənd təsərrüfatına yararlı torpaq sahələrinə malik olmuş və müxtəlif növ kənd təsərrüfatı fəaliyyəti göstərmişlər. Bu təsərrüfatların əksəriyyəti fiziki şəxs kimi fəaliyyət göstərən ailə təsərrüfatlarıdır. Lakin onların payına ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsi düşür. Ailə əməyinə əsaslanan təsərrüfatlardan fərqli olaraq, fərdi sahibkar təsərrüfatlarında məhsul istehsalına təsərrüfatların öz işçiləri ilə yanaşı, kənardan da işçilər cəlb olunur.

Aqrar sahədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə həm də kənd təsərrüfatı müəssisələri məşğul olur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu müəssisələrə kənd təsərrüfatı istehsalı kooperativləri, kollektiv birgə müəssisələr, kiçik müəssisələr, icarə müəssisələri, sənaye, nəqliyyat və s. müəssisə və təşkilatların nəzdində yaradılmış yardımçı kənd təsərrüfatı müəssisələri, həmçinin elmi-tədqiqat, tədris-təcrübə müəssisə və təşkilatları daxildir. isə 40,9%-ə qədər azalmışdır. Kənd təsərrüfatında ümumi məhsulun strukturundakı dəyişikliklər bilavasitə bazar mexanizminin təsiri altında baş vermişdir. Bazar münasibətləri əsasında inkişafa keçiddən sonra bütövlükdə kənd təsərrüfatının, o cümlədən onun ayrı-ayrı sahələrinin inkişafına çox az müdaxilələr olmuş və bu istehsal sahəsində inkişafı, demək olar ki, tələb-təklif mexanizmi müəyyənləşdirmişdir. Aqrar sahədə yaradılmış sahibkarlıq strukturlarının inkişaf etdirilməsi, onların bazar mexanizminin dağıdıcı təsirlərindən qorunması və fəaliyyətinin daha da gücləndirilməsi üçün ardıcıl və kompleks tənzimləmə tədbirləri həyata keçirilir (3.səh.140). Tənzimləmə tədbirlərinin icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində zəruri strukturlar formalaşdırılmışdır.

Aqrar sahədə fəaliyyət göstərən sahibkarların gəlirləri iqtisadiyyatın başqa sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların gəlirləri ilə müqayisədə daha kəskin dəyişmələrə məruz qalır, ümumi halda götürüldükdə isə həmişə azalmağa meyilli olur. Bu vəziyyət, demək olar ki, dünyanın əksər ölkələrində müşahidə olunur və aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların maliyyə resurslarının qıtlığı problemlərinin meydana gəlməsinə səbəb olur. Bu sahədə fəaliyyət göstərən sahibkarların və kənd təsərrüfatı əmtəə istehsalçılarının sözügedən problemini həll etməkdən ötrü dünyanın bütün ölkələrində məqsədyönlü şəkildə tədbirlər işlənib hazırlanır və reallaşdırılır. Həmin tədbirlər sistemi içərisində istehsalı strateji əhəmiyyət kəsb edən və zərərlə başa gələn məhsullar üzrə dotasiyaların, subvensiyaların, subsidiyaların ayrılması mühüm yer tutur.

Hesab edirik ki, aqrar sahədə sahibkarlıq strukturlarının və kənd təsərrüfatı əmtəə istehsalçılarının fəaliyyətlərinin normal inkişafı səmərəli hüquqi tənzimləmə sisteminin və müvafiq infrastrukturun yaradılması əsasında mümkündür. Belə səmərəli tənzimlənmə sisteminin yaradılması ölkənin aqrar sahəsində yaranmış reallıqlara və bu sahədə bazar iqtisadiyyatının inkişaf etdiyi xarici ölkələrin təcrübəsinə əsaslanmalıdır. Hazırda ölkənin aqrar-sənaye sferasında institusional siyasətin təkmilləşdirilməsinə müəyyən qədər ehtiyac var. Fikrimizcə dövlətin aqrar sahədə institusional siyasətinin əsasında kənd təsərrüfatı məhsulları istehsalının əsası kimi çoxukladlı aqrar iqtisadiyyatının formalaşması dayanmalı və aqrar sahədə fəaliyyət göstərən bütün təsərrüfatçılıq formalarının fəaliyyətləri ələqadar dövlət strukturları tərəfindən müdafiə olunmalıdır.


ƏDƏBİYYAT
1. Azərbaycan sənayesi. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2011. “Səda ”nəşriyyatı. 698 səh. 2.Azərbaycan RespublikasI Regionlarının Sosial-iqtisadi İnkişafI Dövlət Proqramı (2009-2013-cü illər). Bakı: Nurlar, 2008. 174 s. 3. Hüseynov M.C. Aqrar sahənin dayanıqlı inkişaf problemləri. Bakı: Nurlar, 2006. 304 s.
Анализ современного состояния отраслей аграрной и перерабатывающей промышленностей в динамическом развитии экономики Азербайджана
Бадалова А.М.

РЕЗЮМЕ
Статья посвящена анализу современного состояния отраслей аграрной и перерабатывающей промышленностей в динамическом развитии экономики Азербайджана. В статье также представлены пути более эффективного использования существующего потенциала регионов и анализ экономических показателей аграрной и перерабатывающей промышленностей.

Ключевые слова: экономический рост, динамическое развитие, эффективность, отрасли аграрной и перерабатывающей промышленностей, регулирование, совершенствование, социально-экономическое развитие, предпринимательство, инвестиция, жизненный уровень
The analyze of modern condition of the agricultural and processing industries in dynamic development of economy of Azerbaijan Republic
Badalov A.M.
SUMMARY
The article dedicates to the analyze of modern condition of the agricultural and processing industries in dynamic development of economy of Azerbaijan Republic. In the article it is submitted the ways of the efficient use of the current regional potential and analyze of the economic indicators of agriculture and processing industries.

Key words: economic growth, the dynamic development, effectiveness, sectors of agricultural and processing industries, regulation, improvement, social-economic development, entrepreneurship, investment, living standard.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.33-37

_____________________________________________________________________
UOT 330.35(475.24)
Azərbaycan Respublikasında iqtisadi artıma təsir edən

əsas amillər və onların statistik təhlili
Bağırova Şəfa Vaqif qızı

Lənkəran Dövlət Universiteti, doktorant
XÜLASƏ

Məqalə Azərbaycan Respublikasında iqtisadi artıma təsir edən əsas amillərə həsr olunmuşdur. İqtisadi artımın mənbələri işçi qüvvəsi, kapital və texniki nailiyyətlər hesab edilir. Dövlətin iqtisadi artımı tənzimləməsi üçün yeganə çıxış yolu istehsalın artım sürətinin saxlanılması, sosial problemlərin qaydaya salınması, işsizliyin iqtisadi həddinin müəyyən edilməsi, yoxsulluğun azaldılması, gəlirlərin yüksəldilməsi və s. kimi tədbirləri həyata keçirməsindən ibarətdir.



Açar sözlər: iqtisadi artım, artım sürəti, kapital, elmi texniki tərəqqi, ümumi daxili məhsul, ümumi milli məhsul, milli gəlir, işçi qüvvəsi.
Azərbaycanda formalaşan inkişaf modeli özəl sektorun dayanaqlı və dinamik inkişafının təmin edilməsinə geniş imkanlar açmışdır. Bu özünəməxsus milli inkişaf modeli müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Azərbaycan Respublikasının hərtərəfli inkişaf etdirilməsi ilə bağlı kompleks məsələlər islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, regionda və dünyada gedən proseslərin milli mənafelər baxımından qiymətləndirilməsi ən vacib məsələlərdən biridir. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və davamlı iqtisadi inkişafa yönəldilmişdir. Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişaf etdirilməsi üçün mühüm məsələlərdən biri də iqtisadi inkişafın neoklassik çoxsektorlu modelinin investisiya ilə idarə olunmasını öyrənməkdən ibarətdir. Bu baxımdan hər bir sektorda kapitalın inkişafına təsir edən müxtəlif amillər təhlil olunmalı və prosesin optimal idarə olunması məsələsinə baxılmalıdır. İqtisadiyyatın inkişafı ilə bağlı ən vacib məsələlərdə biri də iqtisadi artım hesab olunur. İqtisadi artımın modelləşdirilməsi məsələsi də iqtisadiyyat elminin həll etdiyi ən çətin praktik problemlər sırasına aiddir.

İqtisadi artım özü bir iqtisadi anlayış kimi çox geniş mənaya malikdir. Mövcud istehsal imkanlarını yüksəltməklə və mövcud imkanlardan daha da səmərəli istifadə etməklə tələbatların ödənilməsi ən vacib məsələlərdən hesab edilir. Qeyd etməliyik ki, iqtisadi artım qısa dövr üçün istehsalın artma və azalma sürətini deyil, uzun dövr üçün iqtisadi inkişafın artma və azalma dinamikasını nəzərə alaraq artımın hansı formada olmasını özündə əks etdirir.

İstehsal və təkrar istehsal anlayışlarının həddini dəqiq müəyyən etmədən iqtisadi artım nəzəriyyəsinin mahiyyətini başa düşmək olmur. Məlum olduğu kimi bütün iqtisadi strukturlarda istehsalın nəticəsi ümumi milli məhsuldan, aralıq məhsuldan ibarət olur. Lakin təkrar istehsalın nəticəsi məhsuldar qüvvələrin kəmiyyətindən və istehsal münasibətlərinin keyfiyyətindən ibarətdir. Əgər məhsuldar qüvvələrin təkrar istehsalı istehsal münasibətlərində heç bir keyfiyyət dəyişiklikləri törətmirsə, onda onun nəticəsi qeyri səmərəli olacaq və bu da öz növbəsində inflyasiya prosesini, böhranı və sosial gərginlikləri gücləndirəcək. Təkrar istehsal prosesi bu formada təzahür edir ki, bunun üçün də rəqabətli istehsal prosesini yubatmadan təşkil etmək lazımdır (2.səh.402-403). Bu baxımdan iqtisadi artım təkrar istehsalın nəticəsi kimi təsərüfatın son nəticələrini, həm istehsalın intensivləşdirilməsini, həm də səmərəliliyini əks etdirir. Onun üçün istehsalın səmərəli təşkili çox vacibdir.

Hər bir milli iqtisadiyyatın məqsədi müəyyən müddət ərzində istehsalın həcmini müəyyən etməkdən və əhalinin artan tələbatına uyğun müəyyənləşdirməkdən ibarətdir. Yəni əldə olunan resurslarla daha çox istehsal etmək, daha mənfəətli məhsul buraxmaq və xidmət göstərmək lazımdır. Əldə olunan son nəticə ümumi milli məhsul formasında iqtisadi artımı müəyyən edən göstərici olacaq. Ümumi milli məhsulun həcmi isə hüdudsuz olmayaraq ona çəkilən təbii, maddi, əmək və s. resursların xərci ilə müəyyən edilir.

Daha doğrusu iqtisadi artım üçün xərc və gəlirin nisbəti xüsusi əhəmiyyət daşıyır. Demək, iqtisadi artımı o vaxta qədər əldə etmək olar ki, adambaşına istehsal olunan məhsullar və görülən xidmətlərin həcminə çəkilən xərc əldə olunan gəlirdən az olsun. Yəni, əldə olunan gəlir xərcdən nə qədər çox olarsa iqtisadi artımın səmərəliliyi bir o qədər yüksək olar. Göründüyü kimi iqtisadi artımın və onun sürətinin başlıca meyarı səmərəlilik hesab edilir. İqtisadi səmərəlilik dedikdə, az məhsul sərfi ilə daha çox məhsul əldə olunması başa düşülür. Başqa sözlə səmərəlilik müəyyən miqdar resurs tətbiqi ilə daha çox əmtəə və xidmətlərin istehsalı başa düşülür. Rəqabətli tarazlıq şəraitində hər bir kəsin eyni zamanda gəlirinin artması və ya azalmasını təmin edən bir qaydanı yaratmaq qeyri-mümkündür. Ümumiyyətlə bərabərlik səmərəliliyin inkarı hesab edilir. Yəni bərabərsizliyin azalması etik cəhətdən nə qədər xeyirxah iş olsa da onun üçün xeyli xərclər tələb olunur.

Maddi nemətlər istehsalında istehsal amillərindən optimal miqdarda istifadə edilərsə, onların səmərəli əvəzlənməsi imkanları yaranır. Demək əmtəə istehsalında əmək məhsuldarlığı yüksəlir. Elmi-texniki tərəqqi nailiyyətlərini istehsala tətbiqini sürətləndirilməsi istehsal amillərini daha səmərəli əvəzlənməsini sürətləndirir. Nə vaxt ki, həddən artıq istehsal amillərindən istifadə edilir, onda onların optimal miqdarda sərfinə nail olmaqla yanaşı həm də amillərin səmərəli əvəzlənməsini gücləndirmək lazım gəlir.

Bir sözlə səmərəliliyin yaradılması istehsal həcminin artırılmasına, artımın sürətinin yüksəldilməsinə çox meyillidir. Biz bir sahəni artırmaq istəyiriksə başqa bir sahənin səmərəliliyini hökmən aşağı düşməsi olacaq. Yəni səmərəliliyi kompleks şəkildə həyata keçirmək lazımdır. Yəni ki, istehsal xərcləri azaldılmalı, əsas fondlara xərclər azaldılmalıdır. Bəzən istehsal tərəddüdlü hala düşür ki, bunun da bəzi səbəbləri vardır. Bu amillər demoqrafik, mövsümilik və s. misal göstərə bilərik. Yəni kənd təsərrüfatı cəhətdən inkişaf edən ölkədə aktivlik yay aylarında yüksək olduğu kimi, sənaye ölkələrində yayda iqtisadi aktivlik aşağı düşür.

İqtisadi artımın dərindən təhlilində istehsal funksiyası da ön planda durur. İstehsal funksiyası müəyyən dövr ərzində istehsalın həcmi ilə ona sərf olunan amillər arasındakı asılılığı əks etdirir. Əgər bütün istehsal amilləri və resursları dəstini əmək, material və kapital məsrəfləri kimi göstərsək, istehsal funksiyasını aşağıdakı şəkildə təsəvvür etmək olar:

M = f (L, K, V). (1)

Burada M – müəyyən texnologiyada əməyin, (L) – kapitalın və materialların, (K) – müəyyən nisbətində istehsal edilən məhsulun maksimum həcmi, (V) – kapitalın cari dəyəri, f - isə istehsal funksiyasıdır.

İstehsal funksiyası istehsalın fiziki həcminin yalnız ayrıca firmada istehsal amilləri nisbətində olunması deyil, həm də cəmiyyətin miqyasında həmin kəmiyyətlər arasındakı proporsiyanı xarakterizə edir. İstehsal üçün əmək və kapitalla bərabər texniki tərəqqinin də mühüm əhəmiyyəti var. Yəni texnoloji yeniliklər vaxt vahidi ərzində adambaşına məhsul istehsalını artıracaq. Amerikan alimləri Ç.Kobb və P.Duqlasın ABŞ-ın XX əsrin 20-ci illərində emal sənayesinə hesablanaraq - istehsal həcminin istehsalın əsas faktorları: əmək və kapitaldan aslılığını ifadə edir. Bu funksiyaya görə istehsal həcmi iki faktorla istifadə olunan istehsal vasitələri kapital və əməyin miqdarı ilə təyin olunur. Kobb-Duqlas istehsal funksiyası riyazi olaraq, məhsul istehsalı (Y) ilə ona təsir edən əsas fondlar (K – kapital ) və işçi qüvvəsi (L) arasındakı kəmiyyət xarakteristikasını aşağıdakı kimi vermişdir:

(2)

Burada,  ,  parametrlərdir və Y-in uyğun olaraq K və L-ə görə elastiklik əmsallarıdır; a- sabit ədəddir. Elmi-Texniki Tərəqqinin (ETT), daha doğrusu zaman ənənəsi ilə iqtisadiyyatda baş verən dəyişikliklərin nəzərə alınması ilə Kobb-Duqlas istehsal funksiyası aşağıdakı kimi modifikasiya edilmişdir:



(3)

Fərz edilir ki, və ETT ümumi daxili məhsulunun yaradılmasına et vuruğu ilə təsir edir. Burada t-zamanı, -isə ETT-nin, daha dəqiq desək zaman ənənəsinin ÜDM-in artımına təsirini xarakterizə edir. Bu formulda təbii resursların rolu nəzərə alınmamışdır, yəni onun nəzərə alınmaması onun hesablanmasının çətinliyi ilə əlaqədardır.

Ümumiyyətlə dövlətin iqtisadi artıma təsiri əsasən üç istiqamətdə formalaşır:

1. Elmi-texniki tərəqqi və elmi tədqiqatların stimullaşdırılması;

2. Dövlət səviyyəsində kadrların ixtisaslarının yüksəldilməsi və təhsil üçün xərclərin yüksəldilməsi;

3. Vergi sistemində struktur dəyişikliklərinin aparılması.

Yuxarıda qeyd etdiyimiz bu üç istiqamətdə aparılan islahatlar göz önündədir. Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, təhsil sektorunun ayrı – ayrı sahələri üzrə son illər 16 inkişaf yönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsil xərclərinin nəzərə çarpacaq dərəcədə artması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərinin biri hesab etməsi ilə birbaşa bağlıdır.

Azərbaycan Respublikası çox zəngin təbii xammal ehtiyatlarına malikdir. Eyni zamanda bu ehtiyatlar respublikanın tələbatlarının müəyyən səviyyədə ödəmə qabiliyyətinə də malikdir. Bunun nəticəsi olaraq qlobal böhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT – nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67 – ci yeri tutması və “orta insan inkişafı ölkələri” qrupunu tərk edərək “yüksək insan inkişafı ölkələri” qrupuna daxil olması buna əyani sübutdur.

Dövlətin iqtisadi artımı tənzimləməsi üçün yeganə çıxış yolu istehsalın artım sürətinin saxlanılması, sosial problemlərin qaydaya salınması, işsizliyin iqtisadi həddinin müəyyən edilməsi, yoxsulluğun azaldılması, gəlirlərin yüksəldilməsi və s. kimi tədbirləri həyata keçirməsindən ibarətdir.

Beləliklə, Azərbaycan Respublikasında iqtisadi artımın mənbələrindən, onun dövlət tənzimlənməsindən danışdıq. Dövlətin iqtisadi artım yönümlü tənzimlənməsi istiqamətində irəliləyişlər göz önündədir. Respublikamızda son illərdə başlayan güclü və məqsədli iqtisadi siyasət nəticəsində ÜDM-un səviyyəsi son illərdə ən yüksək səviyyəyə çatmışdır. Bu MDB ölkələri arasında ən yüksək göstəricidir. Bunu aşağıda verdiyimiz cədvəl və qrafiklərdən də aydın görmək olar (cədvəl, qrafik)(1.səh.8-9).



Cədvəl

Ümumi daxili məhsul (əvvəlki ilə nisbətən, faizlə)

000

2005

2006

2007

2008

2009

2010

2011

111,1

126,4

134,5

125,0

110,8

109,3

105,0

100,1


Qrafik

0

20



40

60

80



100

120


140

160


2000

2005


2006

2007


2008

2009


2010

2011
Respublikamızda başlayan güclü və məqsədli iqtisadi siyasət nəticəsində 2012-ci ilin on ayında ölkədə 44,2 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,0%çox ümumi daxili məhsul istehsal edilmiş, onun əhalinin hər nəfərinə həcmi 4823,7 manat (6138,6 ABŞ dolları) olmuşdur.



Təhlildən də göründüyü kimi dövlətin iqtisadi artımı məsələsi çox aktual bir məsələdir. Məhz bu baxımdan dövlətin iqtisadi artıma olan təsiri də ən vacib məsələlərdən hesab olunmalıdır.
ƏDƏBİYYAT
1. Azərbaycan 20 il. ARDSK-in rəsmi nəşri, Bakı, 2011. 9saylı kiçik müəssisə,637 səh. 2. Vəliyev T.S.,Babayev Ə.P. və Meybullayev M.X.İqtisadi nəzəriyyə. Bakı: Çaşıoğlı, 1999. 684 s. 3. Həsənov R.T. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının bazar modelinin konseptual əsasları. Bakı: Elm, 1998. 343 s.
Основные факторы, влияющие на экономический рост в Азербайджанской Республике и их статистический анализ
Багирова Ш.В.
РЕЗЮМЕ
Статья посвящена факторам, влияющим на экономический рост в Азербайджанской Республике. Источниками экономического роста считаются рабочая сила, капитал и технические достижения. Единственный путь для регулирования государством экономического роста - это реализация мер по сохранению темпов роста производства, решение социальных проблем, определение экономического уровня безработицы, уменьшение уровня бедности, увеличение доходов и т.д.

Ключевые слова: экономический рост, темпы развития, капитал, научно-технический прогресс, валовый внутренний продукт, валовый национальный продукт, национальный доход, рабочая сила
The main factors that influens on the economic growth in Azerbaijan Republic
Bagirova Shafa Vagif
SUMMARY
The article dedicates to the factors influens on the economic growth in Azerbaijan Republic. The sources of economic growth are labor force, capital and technical achievement. The single way of economic growth regulation by Government are maintenance of production growth, the solving of the social problems, the determination of the economic level of unemployment, the reduction of the poverty level, the increasing of income and etc.

Key words: economic growth, pace of development, capital, scientific and technological advance, gross domestic product, gross national product, national product, labor force

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.38-42

_____________________________________________________________________
UOT 330.322.214
Tikinti sahəsində iqtisadi münasibətlər
Binnətov Yusif Cavad oglu

Azərbaycan Memarlıq və

İnşaat Universitetinin

dissertantı
XÜLASƏ
Məqalədə qeyd olunur ki, ictimai münasibətlər sistemində maddi nemətlərin istehsalı bölgüsü və mübadiləsi zamanı meydana gələn iqtisadi münasibətlər, istehsal münasibətləri həlledici rol oynayır. Burada istehsal munasibətlərinin yenidən qurulmasının və təkmilləşdirilməsinin üç istiqaməti fərqləndirilmişdir. Göstərilir ki, kommersiya hesabı təkrar istehsal prosesində obyektiv olaraq meydana gələn iqtisadi münasibətlər sistemini əks etdirir.

Kommersiya hesabının prinsipləri sırasında özünü ödəmə və özünü maliyyələşdirmə daha böyük əhəmiyyət kəsb edir.



Açar sözlər: tikinti, investisiya, maliyyə, özünüödəmə, istehsal, ictimai münasibətlər, kapital, mənfəət.

İctimai münasibətlər sistemində əsas rolu iqtisadi istehsal münasibətləri oynayır, yəni istehsal prosesində, bölgüdə, tədavüldə və həyat nemətlərinin istehlakında artan, insanlar arasındakı münasibətlərdə.

Bazar iqtisadiyyatı şəraitində bütün ictimai münasibətlər yenidən qurulur və təkmilləşdirilir. İstehsal münasibətlərinin yenidən qurulması və təkmilləşdirilməsi müxtəlifdir ancaq burada üç istiqaməti ayırmaq olar.

Birincisi, cəmiyyət istehsalın yeni mütərəqqi sahələrinin yaradılması yolu ilə məhsuldar qüvvələrin inkişafı vasitəsilə iqtisadi münasibətlərin yenidən qurulması və dinamik inkişafını təmin edir, praktikada innovasiyanın tez həyata keçirilməsi üçün şərait yaradır. Bazar şəraitində iqtisadiyyatın əsas sahələri tikinti vasitəsilə innovasiyaya əsasən yenidən qurulması həyata keçirilir.

İkincisi, cəmiyyət təsərrüfat mexanizmini yaradır və daima təkmilləşdirir, hansı ki obyektiv iqtisadi qanunlara və onlara məxsus kateqoriyalara əsaslanan, xalq təsərrüfatının idarə edilməsinin sistem və metodları təsəvvür edilir. Həmin formaların və metodların tətbiqinin fəaliyyəti prosesində bilavasitə istehsal münasibətləri əmələ gəlir.

Üçüncüsü, bazar iqtisadiyyatında iqtisadi münasibətlər təkmilləşdirilir, onun üçün üstqurumun müxtəlif kateqoriyaları istifadə edilir, o cümlədən idarəetmə və təsərrüfat qanunvericiliyinin strukturunun dəyişilməsi yolu ilə.

Müasir şəraitdə mərkəzləşdirilmiş idarəetmə sistemindən bilavasitə bazara keçidi təmin edən, yeni təşkilat strukturları yaradılıbdır. Tikinti sahəsində iqtisadi münasibətlərin yenidən qurulmasında başlıca yeri burada məşğul olan bütün müəssisələrin (şirkətlərin) tam kommersiya hesabına və özünümaliyyələşdirməyə keçid təşkil edir, yəni təsərrüfatçılığın iqtisadi metodlarına.

Şirkətin fəaliyyəti və inkişafının iqtisadi mexanizmi, onun təsərrüfat siyasəti və məqsədlərinə əsasən, kommersiya hesabı metodunun istifadəsi nəzərdə tutulur, o cümlədən, istehsalın və satışın rentabelliyinin təmin edilməsi sahəsi; kapital qoyuluşunun bölüşdürülməsi və istehsalın yerləşdirilməsini; maliyyələşdirmə və kreditləşmə; texnologiyanın inkişafı; kadr siyasəti; yeni müəssisələrin əldə edilməsi siyasəti və kapitalın strukturu və s. Həmin məsələlər üzrə mərkəzi qərarların qəbul edilməsi onların fəaliyyətinin xarakteri və məzmunundan, müəssisələrin ərazi yerləşdirilməsindən və şirkətin ümumi istehsal-satış fəaliyyətində iştirakı dərəcəsindən asılı ayrıca bölmələrə differansiya yanaşması ilə uyğunlaşdırılır. Kommersiya hesabı çərçivəsində şirkətdə mərkəzi qaydada belə iqtisadi vasitələr və alətlər, qiymətəmələgəlmə, istehsal xərcləri, maliyyələşdirmə və kreditləşdirmə sahəsində qlobal siyasət kimi istifadə edilir. Həmin siyasət sabit mənfəətin alınmasına yönəldilir, bu isə kommersiya hesablamasının son məqsədidir.

Şirkətin iqtisadi mexanizminin fəaliyyətinin müxtəlif elementlərinin daxili qarşılıqlı əlaqəsinin aşkar edilməsi mərkəzi idarəetmə prosesində onların baxılması zəruriliyini nəzərdə tutur. Bu onunla şərtlənir ki, onlar iri şirkətin işlədiyi siyasətə əsasən müəyyənləşdirilir[1.28].

Konkret bölmənin təsərrüfat-iqtisadi vəziyyəti onun operativ müstəqillik dərəcəsi və onun rəhbərinə verilən səlahiyyətlə müəyyən edilir. Məsələn, mənfəət mərkəzinə mənfəət üzrə plan göstəricilərinin yerinə yetirilməsi məsuliyyətliliyi, habelə strateji və cari planların digər göstəriciləri qoyulur. Onların çərçivəsində mənfəət mərkəzinin rəhbəri müstəqil operativ qərarların qəbulu və qoyulan məqsədlərə nail olmağa yönəldilən vasitələrin seçilməsi hüququ vardır. Ona görə də o bölmənin fəaliyyətinin o nəticəsinə maddi və inzibati məsuliyyət daşıyır ki, bilavasitə onların qəbul etdiyi qərarlardan asılıdır.

Mənfəət mərkəzinin rəhbərinin fəaliyyəti mənfəət üzrə müəyyən edilən göstəricilərin yerinə yetirilməsi nəticəsi üzrə qiymətləndirilir və ondan onun mükafatı asılıdır. Beləliklə, onun təşəbbüsü və operativ fəaliyyətinin aparılması stimullaşdırılır, eyni zamanda da rəhbərlik mənfəət mərkəzinin fəaliyyətinin bütün iqtisadi göstəriciləri üzrə nəzarətin həyata keçirilməsi zəruriliyindən azad olunur[2.54].

Korporasiyanın daxilində iqtisadi münasibətlərin xarakteri ayrıca bölmələrin hüquqi müstəqilliyinin mövcudluq dərəcəsi ilə müəyyən edilir. Məsələn, hüquqi müstəqilliyi olmayan, istehsal bölmələri və filialları, müqaviləyə əsasən korporasiya ilə sövdələri bağlamır, ancaq göndərilən əmtəələrin kəmiyyət və keyfiyyəti üzrə qarşılıqlı öhdəliklərin, göndərişlərin təqvim planına, göndəriş müddətinə və qiymətlərinə əsasən digər istehsal bölmələri ilə münasibətləri həyata keçirir. Onların əsas və dövriyyə vəsaitləri vardır və ali idarəetmə qarşısında rentabelliyin, mənfəətin mühüm göstəriciləri, bazarın payı üzrə hesabat verir. Belə istehsal sövdələrinin və filialların bütün hesablamaları şirkətin (firmanın) mərkəzi mühasibatlığı vasitəsilə aparılır, harada ki onların öz hesablama hesabı olur həmin hesab onun üçün şirkətin hesabında cəmləşir və ona görə də onların mənfəəti şirkətin bütün mənfəətinin əsas hissəsi kimi vergiyə cəlb edilir.

Hüquqi müstəqilliyə malik olan, qız şirkətləri korporasiyanın digər bölmələri həm müqaviləyə əsasən, həm də təqvim plan göstərişləri çərçivəsində sövdələr bağlaya bilərlər. Onların xüsusi balansı olur və ana şirkətin balansı ilə birləşirlər. Qız şirkətlərinin hesabı ana şirkətdən ayrı mənfəət vergisinə cəlb edilirlər. Ona görə də qız və ana şirkətlər arasındakı vəsaitlərin köçürülməsi şirkətlər haqqında milli qanunvericiliyə uyğun həyata keçirilir.

Firmadaxili hesablama təsərrüfatçılığın yeni metodu kimi ayrıca operativ bölmələr arasındakı iqtisadi münasibətlərin inkişafı və idarəetmənin qeyri-mərkəzi strukturu olan, müasir korporasiyalara məxsusdur. Kommersiya və firmadaxili hesablama təsərrüfat hesablamasının vahid sistemi təsəvvür edilir və bu da bütün korporasiyanın və onun bölmələrinin qarşısında duran ümumi məqsəd və vəzifələrdən çıxır. Firmadaxil hesablama çox vaxt kommersiya hesablaması elementini təşkil edir, çünki o kommersiya hesablaması məqsədinin reallaşdırılmasına yönəldilir. Firmadaxili hesablamanın fərqli xüsusiyyətləri ondan ibarətdir ki, o vahid şirkətin xüsusi sərhəddində həyata keçirilir, deməli kommersiya hesablaması kimi təsərrüfatçılığın bu metodu müxtəlif mülkiyyətçilər arasında iqtisadi münasibətlərin və hesablamaların aparılmasını nəzərdə saxlayır. Onun nəticəsində kommersiya hesablamasında qiymətlər real prosesləri əks edir və tam surətdə bazarda təşəkkül edilən əmtəə-pul münasibətlərini əmələ gətirir, eyni zamanda da firmadaxili hesablamada qiymətlər korporasiyanın vahid siyasəti və strategiyası prinsipnlərinə əsasən qurulur və kommersiya hesablaması çərçivəsində şirkətin ümumi məqsədlərini əks edən, müxtəlif amillərin çoxluğu ilə müəyyən edilir.

Təsərrüfat hesabı prinsipləri arasında özünüödəmə və özünümaliyyələşdirmə ən mühüm əhəmiyyətə malikdir.

Özünüödəmə - kommersiya (təsərrüfat) formasının ən az inkişaf edən sisteminə uyğun anlayışdır [3.92]. Özünümaliyyələşdirmə özünə özünüödəməni daxil edir və təsərrüfat hesabının ən inkişaf edən sisteminə uyğundur. Özünüödəmə anlayışı o deməkdir ki, şirkətin fəaliyyətini təmin edən, vəsaitlər maliyyələşdirmə subyektindən asılı olmayaraq (o dövlət, bank və ya kollektiv və s. ola bilər) ödənilməlidir, mənfəət gətirməlidir, rentabelliyin müəyyən səviyyəsi minimumuna cavab verməlidir.

Özünümaliyyələşdirmənin mahiyyəti ondan ibarətdir ki, mənfəətdən (gəlirdən) müvafiq məbləği çıxdıqdan sonra bütün yığım şirkətin (müəssisənin) sərəncamında qalır. Özünüödəmənin fərqli cəhəti ondan ibarətdir ki, şirkət qazandığı vəsaitlər hesabına sadə təkrar istehsalı, bəzi hallarda isə geniş təkrar istehsalı həyata keçirir. Özünümaliyyələşdirmədə isə xüsusi mənbələrin hesabına təkcə sadə yox, həm də geniş təkrar istehsalı və sosial-məişət məsələlərinin həlli həyata keçirilir.

Ümumi formada tikinti şirkətinin özünümaliyyələşdirmə təşkilini belə vermək olar:

- məhsul istehsalı xərclərinin tam ödənilməsini;

- borc vəsaitlərinin (ssudalar və kreditlər) qaytarılması şərti ilə cəlb edilməsi və xüsusi mənbələrin hesabına şirkətin inkişafını.

Kommersiya hesablamasına və özünümaliyyələşdirmə sisteminə keçiddə şirkət istehsal fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq mənfəətin bölüşdürülməsi və istifadəsində özünün iqtisadi münasibətlərini təşkil edir.

Bölüşdürülmə obyekti tikinti şirkətinin balans mənfəətidir. Onun bölüşdürülməsi altında mənfəətin büdcəyə və şirkətin istifadə etdiyi maddələr üzrə yönəldilməsi başa düşülür. Mənfəətin bölüşdürülməsi qanunvericiliklə tənzimlənir, hansı ki büdcəyə vergilər və digər məcburi ödənişlər növündə daxil olur. Şirkətin sərəncamında qalan mənfəətin bölüşdürülməsi istiqamətlərinin müəyyən edilməsi, onun istifadə edilməsi maddələrinin strukturu təsərrüfat subyektinin səlahiyyətində qalır.

Tikinti iqtisadiyyatının yenidən qurulması nəticələrinin təhlili göstərir ki, bazar sisteminin təsviri üçün təkcə iqtisadi yanaşma kifayət deyil, sistemalogiya mövqeyindən kompleks yanaşma zəruridir. Sistemin əsas elementi sosial mexanizmdir, hansı ki iqtisadi və elmi-texniki mexanizmlərin funksiyasını müəyyən edir. Xalq təsərrüfatı subyektlərinin istehsal etdiyi və istehlak olunan, ümumi daxili məhsulun müxtəlif mexanizmlərinin real təsirinin tədqiqi göstərir ki, elmi-texniki amil, təhsil daxil edilməklə real milli gəlirin müəyyən hissəsini təşkil edir.

Dövriyyə vəsaitlərinin çatışmamazlığı tikinti şirkəti üçün zəruri resursların alınmasını aşağı salır və məhsulun buraxılış prosesini ləngidir. Beləliklə, investisiya prosesinin bütün iştirakçılarının qarşılıqlı təsirinin təşkili müəyyən dərəcədə real pulların mövcudluğu ilə müəyyən edilir.



İstehsal proseslərinin təşkili nöqteyi-nəzərindən bazar şəraitində buraxılan məhsulun diverfikasiyası faydalıdır, ancaq o pul əməliyyatlarının miqdarını artırır, beləliklə, vergi növündə büdcəyə ayırmaların həcmini artırır. Hər bir sahibkar həmin problemin özü üçün həll edilməsini axtarır, pul axını müvafiq olaraq dayandırılır. Maliyyə - dövlət orqanizminin qanıdır. Pulun başlıca mənbəyidir, əmtəə kütləsinin reallaşdırılmasıdır. Ancaq pul istehsal və investisiya sferasında yox, xidmətlər sferasında dövr edir. Tikintidə pulların dövriyyəsini sürətləndirmək olar, ancaq məhsulun reallaşdırılması hesabına, yəni obyektlərin istismara verilməsilə. Yaradılan şəraitdə ona nail olunar, əgər: podrata kiçik, az əmək tutumlu obyektlər və işlər götürülərsə; regionda tam inhisara yönəldilən, iri tikinti obyektləri yaradılarsa; müəssisə tikilərsə və işlər yerinə yetirilərsə və çatışmayan resursların emalının sürəti artırılarsa. Tikintidə yaxın gələcəkdə istehsalın səmərəliliyinin yüksəldilməsi problemləri üzrə xərclərin aşağı salınması, əmək məhsuldarlığının yüksəldilməsi, resurs qənaətliyinə diqqətin cəmləşdirilməsi məqsədyönlüdür. Çünki həmin dövr qısamüddətlidir, bütünlüklə onun məsələlərinin həlli marketinqin təkmilləşdirilməsini tələb edir.

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin