Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Cədvəl 1. Aran iqtisadi rayonunda əsas əkin sahələrinin strukturu



Yüklə 476,68 Kb.
səhifə34/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   30   31   32   33   34   35   36   37   ...   93
Cədvəl 1.
Aran iqtisadi rayonunda əsas əkin sahələrinin strukturu.

Göstəricilər

2000

2005

2008

2009

2010

2011

Aran iqtisadi rayonu üzrə cəmi əkin sahəsi. ha

470270

592145

645544

765738

652339

684938


Respublika üzrə cəmi əkin sahəsində xüsusi çəkisi %-lə

45,2

44,6

43,0

41,4

41,2

42,6


Ondan: dənli və dənli paxlalılar. ha

Xüsusi çəkisi %-lə



238886

275337

302260

381392

306587

317015

50,8

46,5

46,8

54,0

47,0

46,3

O cüm. payız. və yazlıq buğda ha.

Xüsusi çəkisi %-lə



194026

192927

185617

253568

185607

191566

41,3

32,6

28,7

35,9

28,4

27,9

Payızlıq və yazlıq arpa ha.

Xüsusi çəkisi %-lə



37567

75429

109308

119650

114269

117719

8,0

12,7

16,9

16,9

17,5

17,2

Pambığın əkin sahəsi ha.

Xüsusi çəkisi %-lə



92828

99078

41300

19056

27750

36145

19,7

16,7

6,4

2,7

4,3

5,6

Tərəvəzin əkin sahəsi ha

Xüsusi çəkisi %-lə



16836

27400

26070

26585

27185

26985

3,6

4,6

4,0

3,8

4,2

3,9

Ərzaq bostan bitkil.əkin sahəsi ha

Xüsusi çəkisi %-lə



17903

20481

21156

21327

21126

22974

3,8

3,5

3,3

3,0

3,2

3,4

Bağlar və giləmeyvə ha

Xüsusi çəkisi %-lə



14822

18454

23895

24739

25242

25814

3,1

3,1

3,7

3,5

3,9

3,8

Mənbə: DSK-nin məlumatları. Azərbaycanın kənd təsərrüfatı. 2012.
Cədvəl məlumatlarından göründüyü kimi Aran iqtisadi rayonunun cəmi əkin sahəsinin 2000-ci ildə 50,8%-ni, 2005-ci ildə 46,5%-ni, 2008-ci ildə 46,8%-ni, 2009-cu ildə 54,0%-ni, 2010-cu ildə 47,0%-ni və 2011-ci ildə 46,3%-ni dənli və dənli paxlalılar təşkil etmişdir. Dənli və dənli paxlalıların isə həmin illər üzrə müvafiq olaraq 41,3%-ni, 32,6%-ni, 28,7%-ni, 35,9%-ni, 28,4%-ni və 27,9%-ni buğda əkin sahəsi və 8,0%-ni, 12,7%-ni, 16,9%-ni, 17,5%-ni və 17,2%-ni arpa əkin sahəsi təşkil etmişdir. Bundan başqa Aran iqtisadi rayonunun yenə həmin illər üzrə müvafiq olaraq əkin sahəsinin 19,7%-ni, 16,7%-ni, 6,4%-ni, 2,7%-ni, 4,3%-ni və 5,6%-ni pambıq bitkisinin əkin sahəsi təşkil etmişdir.

Ümumilikdə buğda, arpa, pambıq, tərəvəz, ərzaq üçün bostan bitkiləri, bağlar və giləmeyvələrin cəmi əkin sahəsi Aran iqtisadi rayonunun cəmi əkin sahəsinin 2000-ci ildə 79,5%-ni, 2005-ci ildə 73,2%-ni, 2008-ci ildə 63,0%-ni, 2009-cu ildə 65,8%-ni, 2010-cu ildə 61,5%-ni və 2011-ci ildə 61,8%-ni təşkil etmişdir. Təhlil göstərir ki, Aran iqtisadi rayonunda taxıl istehsalı daha çox xüsusi çəkiyə malik olduğundan, iqtisadi rayon taxıl məhsulları istehsalı üzrə ixtisaslaşmışdır. Eyni zamanda taxılın məhsuldarlığı Naxçıvan, Gəncə-Qazax və Aran iqtisadi rayonlarında daha yüksəkdir. Regionlar üzrə buğdanın məhsuldarlığı cədvəl № 2-də verilmişdir.


Cədvəl 2.
İqtisadi rayonlar üzrə buğdanın məhsuldarlığı.s/ha

Göstəricilər

2000

2005

2008

2009

2010

2011

Respublika üzrə

23,7

26,5

27,8

26,5

19,9

25,1

Abşeron iqtisadi rayonu

12,5

14,7

14,2

15,4

15,1

15,6

Gəncə-Qazax iqtisadi rayonu

22,6

27,5

31,9

29,8

25,3

29,4

Şəki- Zaqatala iqtisadi rayonu

17,6

18,9

27,4

23,8

17,9

27,7

Quba-Xaçmaz iqtisadi rayonu

22,9

22,0

21,1

21,4

20,2

23,0

Lənkəran iqtisadi rayonu

21,4

24,1

23,7

20,7

13,6

19,1

Aran iqtisadi rayonu

27,3

31,2

32,1

32,0

22,8

27,6

Yuxarı Qarabağ iqtisadi rayonu

24,4

26,8

28,1

24,7

18,1

22,4

Kəlbəcər-Laçın iqtisadi rayonu

11,0

27,9

29,2

31,1

20,8

23,5

Dağlıq Şirvan iqtisadi rayonu

20,9

24,8

23,5

21,1

15,8

19,8

Naxçıvan iqtisadi rayonu

37,1

40,4

24,8

28,6

29,0

29,8

Mənbə: DSK-nin məlumatları əsasında tərtib edilmişdir.
Cədvəl məlumatlarından göründüyü kimi buğdanın məhsuldarlığı Aran iqtisadi rayonunda Naxçıvandan sonra ikinci olmaqla 2000-ci ildə 27,3 sentner, 2005-ci ildə 31,2 sentner, 2008-ci ildə 32,1 sentner, 2009-cu ildə 32,0 sentner, 2010-cu ildə 22,8 və 2011-ci ildə 27,6 sentner olmuşdur.

Araşdırmalar göstərir ki, 1980-1990-cı illərdə Aran iqtisadi rayonu pambıqçılıq üzrə ixtisaslaşmışdırsa, 2000-2012-ci illərdə taxılçılıq üzrə ixtisaslaşmışdır.

Statistik məlumatların təhlili göstərir ki, Aran iqtisadi rayonunda istehsal olunan süd məhsulu respublika üzrə ümumi süd istehsalının 2000-ci ildə 37,9%-ni, 2005-ci ildə 36%-ni, 2008 - ci ildə 36,5%-ni 2009-cu ildə 37,1%-ni, 2010-cu ildə 36,8%-ni və 2011-ci ildə isə 36,0%-ni təşkil etmişdir. Onu da qeyd edək ki, aran iqtisadi rayonuna 18 rayon daxildir ki, onların da bəzilərinin ərazisi respublikada ən böyük ərazisi olan rayonlardır. Eyni zamanda, bu rayonlarda süd istehsalında məhsuldarlıq ən aşağı səviyyədədir. Bundan başqa Aran iqtisadi rayonunda istehsal olunan ət (kəsilmiş çəkidə) respublika üzrə ət istehsalının (kəsilmiş çəkidə) həmin illər üzrə müvafiq olaraq 27,39%, 24,55%, 25,25%, 26,24%, 29,78% və 29,68%-ni təşkil etmişdir.

Araşdırmalar göstərir ki, iqtisadi rayonun hər bir rayonu üzrə ət istehsalı digər rayonlarla müqayisədə üstünlük təşkil edir və ən çox ət istehsalı Kürdəmir, İmişli, Ağdaş, Ağcabədi, Bərdə və Sabirabad rayonlarına məxsusdur. Lakin ət istehsalının artımı əsasən heyvanların baş sayının artımı hesabına baş verir.

Aqrar islahatlar həyata keçirildikdən sonra mövcud olmuş ixtisaslaşma balansı pozulmuş, pambıqçılıq, üzümçülük, tütünçülük və çayçılıq tamamilə məhv olub sıradan çıxmaq dərəcəsinə qədər azaldılmışdır. Son illərdə qəbul olunan dövlət proqramları çərçivəsində bu sahələrə də xüsusən üzümçülüyə diqqət yetirilməsi müəyyən müsbət dəyişikliklərin olmasına səbəb olsada kənd təsərrüfatının tam və sürətli inkişafı təmin olunmamışdır.

Kənd yerlərində aparılan sorğuların təhlili göstərir ki, bunun əsas səbəbi əldə edilən gəlirlərin aşağı olması, məhsulun realizə olunmasında yaranan problemlər və kəndlərdə işsizlik səviyyəsinin yüksək olmasıdır.

Toplanmış məlumatların ümumi təhlili və araşdırmalarımız kənd təsərrüfatının inkişafını ləngidən əsas səbəblərin aşağıdakılardan ibarət olduğunu göstərir.

- təsərrüfatların kiçik ölçülü olması;

- kəndlərdə işsizlik səviyyəsinin yüksək olması;

- istehsal olunan məhsulların satışında yaranmış problemlər;

- dövlət satınalmasının düzgün təşkil olunmaması;

-təsərrüfatların inkişafı istiqamətində tələb olunan informasiyaların tam çatdırılmaması;

- kredit vermə mexanizminin düzgün qurulmaması;

- kiçik və orta səviyyəli investorların cəlb edilmə mexanizminin olmaması;

-kənd təsərrüfatı məhsullarının idxal-ixrac mexanizminin düzgün tənzimlənməməsi;

- təsərrüfatların iqtisadi rayonlar, rayonlar və sonda təsərrüfatlar üzrə ixtisaslaşma mexanizminin hazırlanıb tətbiq olunmaması;

- aqrar sahədə inhisarçılığın aradan qaldırılmaması;

Yuxarıda qeyd olunan bütün bu problemlər aqrar sahənin, o cümlədən kənd təsərrüfatının inkişafında ciddi maneələr yaradır.

Aqrar islahatlar həyata keçirildikdən sonra yeni yaradılan təsərrüfatlar çox kiçik ölçülərə malik olmaqla bərabər istehsal istiqamətini təyin etməkdə də azad və müstəqil oldular. Nəticədə ixtisaslaşma istiqaməti sıradan çıxdı və bazarda gündəlik tələb olunan ərzaqlıq kənd təsərrüfatı məhsullarının istehsalına üstünlük verildi. Bunun da əsas səbəbi emal müəssisələrinin tamamilə öz bazarlarını itirməklə sıradan çıxması oldu. Yəni istehsalçılar ancaq satış imkanları olan məhsulların istehsalına üstünlük verdilər. Sadə bir misal göstərək. İmişli şəkər zavodunun fəaliyyəti olmasaydı şəkər çuğunduru istehsalına heç bir təsərrüfat maraq göstərməyəcəkdi.

Qeyd edək ki, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün inhisarçılıq meyilləri aradan qaldırılmaqla yaradılacaq emal müəssisələrinin hansı iqtisadi rayonda yaradılması məsələləri araşdırılmalı və onların kənd təsərrüfatı məhsulları istehsalçıları ilə necə əlaqə qurmaları prinsipləri müəyyənləşdirilməli və onun iqtisadi səmərəliliyinin necə olması istehsalçılar üçün açıqlanaraq onların məlumatlandırılması məqsədəuyğundur.

Kəndlərdə əlavə iş yerləri açmaqla kənd sakinlərinin işsizlik səviyyəsinin aradan qaldırılmasını təmin etmək və bunun müqabilində torpaqda işləmək arzusunda olmayan kəndlilərin öz torpaqlarını əsl istehsalçıya müqavilə əsasında razılaşma yolu ilə uzun müddətli icarəyə verilməsi məqsədəmüvafiqdir. Hesab edirik ki, belə olan halda iri təsərrüfatlar formalaşmağa başlayaraq inkişaf edəcəklər.

Bu halda onlara dövlət tərəfindən ediləcək məqsədli yardım və köməkliklərin də iqtisadi-sosial səmərəsinin artması təmin olunar. Təsərrüfatların optimal ölçülərinin artırılması onlara yeni texnologiyalardan səmərəli istifadə etməyə, məhsul istehsalının intensivləşdirilməsinə də geniş imkanlar açacaq. Eyni zamanda, kənd təsərrüfatının iqtisadi rayonlar, rayonlar və təsərrüfatlar üzrə ixtisaslaşması da təmin olunacaqdır.



Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin