Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/2 səh.35-41



Yüklə 476,68 Kb.
səhifə30/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   26   27   28   29   30   31   32   33   ...   93
Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/2 səh.35-41
UOT 631.11(479.24)
Kənd təsərrüfatında istehsal səmərəliliyinin artırılmasının ilkin şərtləri
Salahov Sənan Sadıq oğlu

Az.ETKTİ və Tİ, i.e.n.
XÜLASƏ
Kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsi çoxsaylı sahəvi və qeyri - istehsal faktorlarından asılıdır. Məqalədə regional, istehsalın təşkili, istehlak və digər xarakterli ilkin şərtlər tədqiq olunur.

Açar sözlər: səmərəli istehsal, regional inkişaf, multiklikativ effekt, kooperasiya, xidmət sahələri.
İstənilən iqtisadi sistemin iqtisadi səmərəliliyinin tədqiqi mövcud istehsalın ilkin şərtlərindən başlayır. Çünki ilkin şərtlər hərtərəfli araşdırmadan tətbiq olunmuş iqtisadi mexanizmin açılması mümkün deyildir. Bu baxımdan ilk baxışdan sanki aydın görünən istehsal amillərinin ümumi prosesə təsirini qiymətləndirilməsində boşluqlara yol verilməməlidir.

Kənd təsərrüfatının aqrar sahənin əsas tərkib hissəsi olduğunu nəzərə alsaq bu sahədə istehsala təsir edən ilkin şərtlərin təhlilində komplekslilik gözlənilməlidir. Yalnız bu yanaşma ilə sahənin istehsal imkanlarını və onun səmərəliliyinin artırılması istiqamətlərini düzgün müəyyənləşdirmək olar.

Araşdırmalar göstərir ki, aqrar iqtisadiyyatın effektiv inkişafı elə qurulmalıdır ki, bu inkişaf aşağıdakı ümummilli məsələlərin həllinə kömək etsin:


  • təsərrüfatların ixtisaslaşma səviyyəsinin dəyişməsini;

  • milli təhlükəsizliyin və ekoloji sabitliyin möhkəmlənməsini;

  • ölkədə yaşayan bütün xalqların tamdəyərli milli-mədəni inkişafı üçün şərait yaradılmasını.

Aqrar sahənin səmərəli fəaliyyətinin təmin edilməsi ölkənin iqtisadi qüdrətini ərzaq təhlükəsizliyini möhkəmlətməyə, dünya iqtisadi birliyində onun daha yüksək səviyyəyə çatmasına və inteqrə olunmasına imkan verər. Bu eyni zamanda respublika regionlarının lokal problemlərinin həllinə, konkret ərazi əhalisinin iqtisadi maraqlarının daha tam reallaşması üçün normal iqtisadi və hüquqi şəraitin yaradılmasının dəstəklənməsinə yönəlmiş siyasət həyata keçirilməsinə rəvac verə bilər.

Bu istiqamətlər, tam müstəqil istiqamətlərdir. Çünki onların obyektləri də tamamilə müxtəlifdir. Bütövlükdə ölkə və konkret regionlar aspektində onlar müxtəlif məqsədlərə istiqamətlənsədə ümumi komteksdə ölkə iqtisadiyyatının dayanıqlığına xidmət edir. Ona görədə qarşıya qoyulmuş məsələlərin həll edilməsi üçün müxtəlif metodlardan, müxtəlif səviyyələrdə fərqli rıçaq və vasitələrdən istifadə edilir. Bu, həmin istiqamətlər arasında mövcud olan ziddiyyətlərin əsas təzahür formasından irəli gəlir. Digər tərəfdən, onlar həmdə bir biri ilə qarşılıqlı vəhdətdədir. Çünki, yalnız ümummilli problemlərin uğurla həll edilməsi regionların həyat fəaliyyətinə əlverişli təsir göstərir və əksinə, regionların inkişaf səviyyəsinin yüksəlməsi labüd olaraq bütövlükdə ölkə üzrə ümumi iqtisadi vəziyyətə müsbət təsir göstərir. Bu məqsədə çatmaq üçün dövlətin aqrar siyasətinin təkminləşdirilməsində əsasən aşağıdakı şərtlərə riayət edilməlidir:


1.Ümumdövlət problemlərinin həlli regionların mənafelərinə zidd olmasın və xalis regional problemlər ikinci plana keçirilməsin; Yəni harmonik şəkildə əlaqələndirilməlidir: ölkə üçün zəruri və məqbul olan üsullar konkret region üçün də məqbul olmaqla yanaşı ümummilli məsələlərin həllinə kömək edən proseslər həm də bölgələrin inkişafına təkan verməlidir. Başqa sözlə, lokal problemlərin həlli istənilən üsullar və vasitələrlə həyata keçirilməməli, ümummilli məsələlərin həllini ləngitməməli və islahatın ümumi vektoruna zidd olmamalıdır. Çünki əks halda bunlar nəticə etibarilə regionların özünün həyatına da neqativ təsir göstərə bilər. Ona görədə ölkənin və regionların mənafelərinin optimal şəkildə əlaqələndirilməsinin mümkün yolları birgə araşdırılmalı və optimal seçim edilməlidir.

Ölkə səviyyəsində əsas iqtisadi maraq ilk növbədə təkrar istehsalın sabit xarakterinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının ən mühüm əsası kimi region potensialının daim qorunub saxlanmasına və artırılmasına olan tələbatda ifadə olunur. Bu sahədə təkrar istehsal prosesinin sabitliyi pozulduqda region depressiv bölgələr sırasına keçə bilər. Depressiv regionun zəifləmiş potensialının bərpa edilməsi üçün isə, məlum olduğu kimi, onilliklər tələb olunur. Bu halda məsrəflər təkrar istehsalın sabit xarakterini saxlamaq üçün zəruri məsrəflərlə müqayisədə qat-qat çox olur.

Fikrimizcə, iqtisadi mənafelərin ən mühüm indikatorları (parametrləri) kimi aşağıdakılar seçilməlidir:


  • əhalinin həyat səviyyəsinin və həyat tərzinin müvafiq dövlət standartlarına və ya beynəlxalq standartlara müvafiq mövcudluğu;

  • büdcə-maliyyə və digər maddi mənbələrin (mülkiyyət və s.) olması;

  • mövcud resursların, iş yerlərinin, intellektual potensialın istifadə edilməsi üçün imkanlar mövcud olması;

  • regiondaxili və regionlararası əlaqələrin inkişaf etdirilməsi üçün zəruri infrastrukturun yaradılması;

  • təbii ehtiyatlar və ekoloji potensial;

  • ictimai-siyasi və milli-etnik vəziyyətin sabitliyi.

Bundan əlavə, Azərbaycan Respublikasında iqtisadi islahatın və təkmilləşdirilmiş aqrar siyasətin həyata keçirilməsinin indiki mərhələsində bu siyasətin əsası kimi sadəcə maraqlar balansına riayət edilməsinin zəruriliyini təmin etmək deyil, əvvəlki dövrdə uzun illər boyu regionların rolunun inkar edilməsini kompensasiya etmək üçün regionların mənafelərinə prioritet əhəmiyyət verilməsi məqsədəuyğun olardı.

Qeyd etmək lazımdır ki, bir sıra müəlliflər bütövlükdə milli iqtisadiyyatın dinamikası üçün effektiv inkişafın imkanlarını başa düşsələr də, onların fikrincə, “makroiqtisadi məqsədlər - iqtisadi artımın sabitləşməsi və təmin edilməsi birinci dərəcəli, regionlararası fərqlərin tənzimlənməsi zərurəti isə ikinci dərəcəli məsələ sayılmalıdır”, prinsiplərinə riayət edilməlidir. Onlar tərəfindən həmin prioritetləri daxili sosial-iqtisadi problemlərinin həllində büdcə müstəqilliyinə daha çox oriyentasiya etmək zərurəti ilə əsaslandırmaq zəruriyyətindən irəli gəlir.

Fikrimizcə bu müxtəlif regionların bazara daxil olmasının real start şərtləri məsələsi diqqətdən kənarda qoyan sosialist, mərkəzləşdirilmiş idarəetmə sistemini xatırladır.

2. Konkret regionun əhalisinin həyat səviyyəsinin və həyatın keyfiyyətinin hərtərəfli və davamlı inkişafı hədəf olması; Burada regionların ümumiyyətlə ayrıca bir ərazi vahidi kimi, iqtisadi, bazar münasibətlərinin obyekti kimi fərqləndirilməsi əsasən ondan irəli gəlir ki, sosial problemlər regionlarda lokallaşmışdır, həyat səviyyəsi və həyatın keyfiyyət problemi məhz burada daha qabarıq şəkildə özünü göstərir və onun həlli də burada başa çatdırılmalıdır.

Prinsip etibarilə bu məqsəd ikinci və üçüncü səviyyəli məqsədlər sistemində, konkretləşən iyerarxik məqsədlər strukturunda, qlobal məqsəd kimi bütövlükdə milli iqtisadiyyatın qarşısında qoyula bilər.

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsində dünya təcrübəsi göstərir ki, cəmiyyətin rifah səviyyəsini yüksəltmək məqsəd kimi xalqın heç də ötəri olmayan maraqlarını əks etdirən bir məqsəd kimi dünyanın bütün ölkələri qarşısında irəli sürülür. Hərçənd bir çox tədqiqatçılar belə hesab edirlər ki, məqsədin bu cür traktovkası ümumi və hətta universaldır, sonradan həmin məqsəd dəqiqləşdirilə, nisbətən aşağı səviyyəli məqsədlər şəklində konkretləşdirilə, ən başlıcası sonuncular zaman və məkan etibarilə müəyyən iyerarxiya şəklində nizamlana və mövcud resurslarla uyğunlaşdırıla bilər.

Regionlarda bu qlobal məqsəd kəmiyyət baxımından ifadə olunur və yuxarıda qeyd etdiyimiz kimi ölkə üzrə statistik məlumatlara nəzərən müxtəlif regionlar əhalisinin həyat səviyyəsinin və həyat keyfiyyətinin fərqli olduğunu göstərir. Düzdür, həyat səviyyəsini və həyatın keyfiyyətini təşkil edən göstəricilər kifayət qədər çoxdur, lakin ilkin olaraq inteqrasiya edilmiş insan inkişafı indeksinə daxil edilmiş üç göstərici ilə kifayətlənmək olar. İndeksin qiymətləri 0-dan l-ə qədər dəyişir.

3. Regional insan inkişafı indeksinin qiymətinin vahidə yaxınlaşması; Bunun üçün bu strateji məqsədin elementləri kimi başa düşülən ikinci səviyyəli, daha konkret məqsədlər qarşıya qoymaq olar. Bu əsas məqsədi reallaşdırmaq üçün həmin ikinci səviyyəli konkret məqsədlərdən elələrini seçmək lazımdır ki, həmin məqsədlər həyata keçirildikdə regionlar tədricən əsas məqsədə yaxınlaşsınlar.

Bəzi müəlliflərin qeyd etdiyi kimi, regionlar məqsəd oriyentasiyası qismində ən müxtəlif prosesləri seçə bilərlər. Bəzi regionlarda bu, kompleks inkişafa və özünü öz potensialı hesabına təmin edilməsi, digər regionlarda isə əksinə, ixtisaslaşmanın daha da dərinləşməsi, regionun maliyyə sabitliyinin artırılması və sair məqsədlər ola bilər.

Yuxarıda qeyd edildiyi kimi, bunlar əsasən region iqtisadiyyatının inkişaf səviyyəsindən və regionlarda həyat fəaliyyətinin qərarlaşmış sosial-iqtisadi şəraitindən asılıdır. Heç şübhəsiz, regionların öz başlıca məqsədlərinə çatması bütövlükdə ölkə iqtisadiyyatını gücləndirəcək və ümummilli problemlərin həllinə kömək edəcəkdir.

Regional inkişafın kənd təsərrüfatı və ümumən aqrar sahənin inkişaf imkanlarından bir başa asılı olması reallıqdır. Ona görədə aqrar sahədə böhranlı proseslərin yaranması ehtimalının minimuma endirilməsi üzrə görülən tədbirlər istehsal potensialını bərpa etməyə imkan verərək, kənd təsərrüfatı məhsulları istehsalının həcminin sabitləşməsi davamlılığını artırmalıdır. Lakin araşdırmalar göstərir ki, indiki halda aqrar sahənin inkişafını ləngidən amillər hələ tam həcmdə aradan qaldırılmamışdır. Məsələn, sahənin maddi texniki bazasında mənəvi və texniki cəhətdən yüksək köhnəlmə dərəcəsi problemi hələ də yüksəkdir. Halbuki məhz maddi-texniki bazanın inkişafı istehsalın səviyyəsini yüksəltməyə və kənd təsərrüfatı məhsullarının həcmini artırmağa və istehsal xərclərinin azalmasına imkan verər.

Ölkənin iqtisadi həyatında yüksək multiplikativ effektivliyi olan aqrar sahədə dövlətin strateji məqsədi istehsalın sabitliyini və səmərəliliyini artırmaq və bu əsasda bazarda ərzaq bolluğu yaratmaq, kənddə həyatın əsas sosial parametrləri yaxşılaşdırmaq üçün zəruri təşkilati-iqtisadi şərait yaratmaqdır.

Bu sahədə strateji məqsədə nail olmaq üçün aşağıdakı əsas məsələlərin həll edilməsi zəruridir:


  • kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı üzrə istehsal kooperasiyasının fəallaşdırılmasını;

  • kredit kooperasiyasının yaradılmasını;

  • ailə kəndli və şəxsi yardımcı təsərrüfatlarda istehsal edilmiş məhsulun satışı üçün istehlak kooperasiyasının inkişaf etdirilməsini;

  • qarşılıqlı sərfəli münasibətlər əsasında məhsulun effektiv istehsalını, tədarükünü, daşınmasını, emal edilməsini və satışını cəmləşdirən aqrar-sənaye qurumlarının inkişaf etdirilməsini. Bütün bunlar təsərrüfatlararası kooperasiyasının və şaquli inteqrasiyasının reallaşdırılması deməkdir.

Servis-tədarük mərkəzi - əsas fəaliyyəti maşın-texnoloji stansiyaların təşkil edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanması, emalı və satışından ibarət olan və müvafiq proqramın həyata keçirilməsi məqsədilə məhdud məsuliyyətli ortaqlıq formasında yaradılan hüquqi şəxs statuslu qurum olacaqdır. Mərkəzin potensial tərəfdaşları onu yaratmaq niyyətin də olan və servis-tədarük mərkəzləri kənd təsərrüfatı sahəsində fəaliyyətlə məşğul olan fiziki və ya hüquqi şəxslər ola bilər. Bu mərkəzlərin məqsədi kənd təsərrüfatı qurumlarının inteqrasiyasını stimullaşdırmaq, kompleks istehsal və marketinq xidmətləri göstərmək və bununla da kənd əhalisinin həyat səviyyəsini yüksəltmək məqsədilə istehsalın effektivliyini artırmaqdır.

Servis-tədarük mərkəzinin vəzifələri kənd təsərrüfatı qurumlarına aşağıda sadalanan xidmətlər göstərilməsi yolu ilə onları daha effektiv əmək və təsərrüfat fəaliyyəti üçün şərait təmin etməkdən ibarət olmalıdır:



  • aqrotexniki, təchizat, konsaltinq, hüquqi, marketinq, satış və digər xidmətlər göstərilməsi;

  • kənd təsərrüfatı məhsullarının qəbul edilməsinin, saxlanmasının və satışının təşkili;

  • kənd təsərrüfatı məhsulları istehsalının müasir texnologiyalarının tətbiq edilməsi;

  • maddi-texniki resursların qiymətləri haqqında vaxtaşırı məlumat;

  • kadrların hazırlanması və təkrar hazırlanması.

Qeyd olunan bu mərkəzlərin əsas fəaliyyət prinsiplərinə gəldikdə onlar aşağıdakılardan ibarət olmalıdır:

  • kənd təsərrüfatı əmtəə istehsalçılarının təsərrüfat və istehsal müstəqilliyi saxlanılmaqla kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanması, emalı və satışı prosesinə effektiv xidmət sisteminin təşkil edilməsi;

  • görülən işlərin və göstərilən xidmətlərin həm kənd təsərrüfatı əmtəə istehsalçıları, həm də servis-tədarük mərkəzləri üçün qarşılıqlı faydalı olması;

  • servis-tədarük mərkəzləri yaradılması üçün tərəfdaşların müvafiq qaydalara uyğun şəkildə seçilməsi;

  • müvafiq rayonda servis-tədarük mərkəzi yaradılması üçün potensial tərəfdaşlar seçilməsi şərtləri və qaydası kütləvi informasiya vasitələrində dərc edilməsi;

  • müəyyən edilmiş formalar üzrə anket-sifarişlər təhlil edilməsi;

  • servis-tədarük mərkəzi yaradılması üzrə işçi qrup tərəfindən potensial tərəfdaşların seçilməsi yolunun müəyyən edilməsi;

  • servis-tədarük mərkəzinin fəaliyyətinin təşkilati, texnoloji və texniki təminatının daxil olduğu biznes planın işlənib hazırlanması;

  • servis-tədarük mərkəzinin təsis sənədlərinin layihələrinin işlənib hazırlanması, onların müvəkkil edilmiş dövlət orqanlarında imzalanması və qeydiyyatı.

Təbiidir ki, servis-tədarük mərkəzi məhdud məsuliyyətli ortaqlıq formasında yaradılır. Yeni yaradılan servis-tədarük mərkəzi üzrə nizamnamə kapitalında iştirak paylarının təsisçilər arasında bölünməsi qaydası hər bir konkret halda servis- tədarük mərkəzinin təsis sənədlərində öz əksini tapmalıdır. Servis-tədarük mərkəzinin həm təsisçilərindən biri məhdud məsuliyyətli ortaqlıq və ya səhmdar təsərrüfat birliyi olur.

Servis-tədarük mərkəzlərinin cari və əsaslı xərclərinin maliyyələşdirilməsi kənd əmtəə istehsalçıları tərəfindən görülən işlərlə əlaqədar onlara göstərilən xidmətlərdən əldə edilən gəlirlər, servis-tədarük mərkəzlərinin xüsusi istehsalının təşkilindən və məhsulların emalından, digər işlər görülməsi və xidmətlər göstərilməsindən əldə edilən gəlirlər hesabına həyata keçiriləcəkdir.



İnvestisiya layihələrinin həyata keçirilməsinin maliyyə mexanizmi kənd istehlak kooperativlərinin, servis-tədarük mərkəzinin iştirakçılarının, onun tərəfdaşlarının və inkişaf təsisatlarının investisiyalarının cəlb edilməsini nəzərdə tutur. Qeyd olunanların reallaşdırılması mühitində aqrar bazarların formalaşması məsələsi aşağıdakı elementləri əhatə etməlidir:

  • maddi və elmi-texniki resursların effektiv bazarının formalaşması;

  • istehsalın və satışın üfüqi və şaquli inteqrasiyası hesabına məhsulun istehsalçıdan son istehlakçıya çatdırılmasına qədər davamlı tədbirlər zəncirinin formalaşması;

  • tədarük və əmtəə müdaxilələri.

  • Aqrar sahədə qarşıya qoyulmuş effektiv inkişaf məqsədlərinə nail olmaq üçün aşağıdakı əsas məsələlərin həll edilməsi də nəzərə alınmalıdır:

  • lizinq əsasında texnika və digər maddi resursların satışı;

  • mövcud maşın-texnoloji stansiyaların işinin təkmilləşdirilməsi və onların işlə təmin edilmə dərəcəsi nəzərə alınmaqla yeni maşın-texnoloji stansiyalar yaradılması, onları istehlakçılar üçün effektiv iqtisadi xidmətlər göstərməsi;

  • müvafiq aqrar-sənaye kompleksi təşkilatları bazasında kənd təsərrüfatı texnikasının, onlar üçün qovşaq və aqreqat avadanlıqlarının bərра edilməsi və hazırlanması, məsrəflərin qismən respublika büdcəsindən ödənilməsi;

  • taxılçılığın və cinsyetişdirmə işinin inkişafı üçün texniki və maliyyə resurslarının mərkəzləşdirilməsi;

  • kənd təsərrüfatının adaptiv intensivləşmə sisteminin yaradılması və nəticə etibarilə enerji və digər ehtiyatların məhdudluğunun aradan qaldırılması.

Növbəti məsələlərdən biridə iqtisadi səmərəliliyin davamlılığının, artım tempinin saxlanılması üçün investisiyalaşma aktivliyinin artırılmasına nail olunmasıdır. Bu məqsədlə aqrarsahə müəssisələrinin investisiya potensialını aşağıdakı mənbələr hesabına artırmaq təklif olunur:

  • investisiya layihələrinin maliyyələşdirilməsinə müsabiqə yanaşması;

  • yeni investisiya mənbələrinin və kredit resurslarının formalaşması, o cümlədən investisiyaların sığortalanması və kreditlərin qaytarılmasına zəmanət mexanizmlərinin işlənib hazırlanması üçün şərait yaradılması;

  • kommersiya investisiya layihələri üzrə faiz dərəcəsinin bir hissəsinin respublika büdcəsinin vəsaitləri hesabına ödənilməsi;

  • respublika miqyaslı investisiya layihələri sərgiləri təşkil edilməsi və müvafiq beynəlxalq sərgilərdə iştirak etmək yolu ilə aqrar sahədə əlverişli investisiya mühitinin yaradılması;

  • investisiyaların məqsədli proqramlarla müəyyən edilən prioritet istiqamətlərdə mərkəzləşməsi.

Bu sahədə respublika büdcəsi ilə yerli büdcənin səmərəli qarşılıqlı fəaliyyəti aşağıdakı istiqamətlər üzrə təmin edilə bilər. Bunun üçün:

  • respublika və yerli büdcə arasında transfertlərin yenidən təşkil edilməsi, yerlərdə tutulan vergilərin əvvəlcə respublika büdcəsinin gəlirinə daxil olması, sonra isə elə həmin sahələrə subvensiyalar kimi qaytarılması praktikasından imtina edilməsi;

  • maliyyə vəsaitlərinin ünvanlı olmasının təmin edilməsi, həmin vəsaitlərdən məqsədli, təyinatı üzrə istifadə edilməsinə nəzarət mexanizminin yaradılması;

  • iqtisadi baxımdan perspektivsiz hesab edilən kənd rayonları üçün onların inkişafını sürətləndirmək məqsədilə xüsusi vergi, gömrük və digər rejimlər tətbiq edilən xüsusi iqtisadi zonalar yaradılması kimi məsələlər öz həllini tapa bilər.

İnvestisiyalar bazarında vəziyyətin dəyişməsi investisiya proseslərinin diaqnostikası, planlaşdırılması və ssenarilərin proqnozlaşdırılması üçün yeni adekvat vasitələrin praktikaya tətbiq olunmasını tələb edir. İnvestisiya sahəsində vəziyyətin dinamik inkişafı hər şeydən əvvəl sərmayə qoyulmasının dəyişkən resurs-istehsalat və maliyyə şərtlərinin kəmiyyət və keyfiyyət baxımından vaxtında qiymətləndirilməsini nəzərdə tutur. Bunun üçün aqrar sahənin davamlı sosial-iqtisadi inkişafı üçün istehsalın xammal istiqamətini tədricən ləğv etmək lazımdır. Kənd təsərrüfatı sahələrinin effektivliyinin artırılmasına yönəlmiş tədbirlərin reallaşması üçün kooperasiya, maliyyə-sığorta, informasiya-marketinq, servis və elmi təminat üçün maliyyə-sığorta sisteminin daxil olduğu bazar infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsi zəruridir.

Kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrin rəqabət qabiliyyəti artırılmalı, innovasiyalar tətbiq edilməli, respublikada istehsal olunan malların xarici bazara çıxarılmasına kömək proqramları həyata keçirilməlidir. Ölkənin öz məhsullarının daxili və xarici bazarlarda effektivliyi və rəqabət qabiliyyətini artırmaq üçün məhsulun maya dəyərinin azaldılması, onun rentabelliyinin və əmək məhsuldarlığının artırılmasına səbəb olur. Bu məqsədlə:



  • texnoloji və texniki təchizatın yenilənməsi;

  • mineral və üzvi gübrələrdən istifadənin artırılması əsasında torpağın münbitliyinin yaxşılaşdırılması;

  • yeni və yüksək məhsuldarlıqlı bitki sortlarının, heyvan və quş cinslərinin, bitkiləri və heyvanları xəstəliklərdən və ziyanvericilərdən qoruma vasitələrinin tətbiq edilməsi vacib şərtlərdəndir. Eyni zamanda istehsalın təşkili formaları və iqtisadi təsərrüfatçılıq metodlarıda təkmilləşdirilməlidir.

Əməyin texniki təchizat səviyyəsini artırmaq üçün isə istehsalın texniki təchizatı keyfiyyət baxımından artırılmalıdır. Bunun üçün:

  • heyvandarlıq sahəsinin lizinq proqramlarına cəlb edilməsi də daxil olmaqla lizinq xidmətləri bazarının genişləndirilməsi;

  • maşın-texnoloji stansiyaların və məqsədli proqramlar üzrə servis mərkəzlərinin inkişaf etdirilməsi;

  • məhsul emal edən müəssisələrin avadanlıqlarının təzələnməsi;

  • maşınqayırma müəssisələrinin texnoloji təchizatının təmin edilməsi üzrə dövlət dəstəyi;

  • kənd təsərrüfatı əmtəə istehsalçılarının potensial tələbatı nəzərə alınmaqla texnika istehsalının perspektiv istiqamətlərinin inkişaf etdirilməsi;

  • heyvandarlıqda əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə sexlərin yaradılmasına kömək tədbirlərinin reallaşdırılması zəruri sayılmalıdır.

Burada qarşıda duran əsas məqsəd mövcud maşın parkının iş qabiliyyətinin təmin edilməsi və qorunub saxlanması, yüksək səmərəli və rəqabət qabiliyyətli texnikanın, əsas işlərin optimal müddətlərdə yerinə yetirilməsini, eləcə də məhsulun saxlanmasını və emalını təmin edən avadanlıq və ehtiyat hissələr istehsalının inkişaf etdirilməsidir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həll edilməsinə ehtiyac vardır:



  • rəqabət qabiliyyətli məhsul buraxılışına yönələmiş innovasiya layihələrinin formalaşmasına kömək;

  • əsas istehsal fondlarının yenilənməsi və yeni texnologiyaların tətbiq edilməsi üçün investisiyaların cəlb edilməsi;

  • istehsalın şaxələndirilməsi;

  • məhsulun keyfiyyətinin yaxşılaşdırılması;

  • beynəlxalq keyfiyyət standartlarının istehsalata tətbiqi.

Keyfiyyətcə yeni texnologiyaların tətbiq edilməsi və texnikanın yenilənməsi istehsal təchizatının yenilənməsinin əsasıdır. Texnologiyalar enerji və resurslara qənaət etməyə, torpağın becərilməsi ilə əlaqədar texnoloji əməliyyatların sayının azaldılmasına, yeni texnika isə texniki-iqtisadi parametrlərin xeyli yaxşılaşdırılmasına yönəlməlidir. Bunun üçün ümumi təyinatlı traktorların və kombaynların gücünün artırılması (400-500 at qüvvəsinə qədər) vacibdir. Bütün bu qeyd olunanların həlli aqrar sahədə səmərəli istehsalın qurulmasını təmin edəcəkdir.

Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin