Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Təşkilati struktur baxımından informasiya xidməti aşağıdakıları yerinə yetirir



Yüklə 476,68 Kb.
səhifə76/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   72   73   74   75   76   77   78   79   ...   93
Təşkilati struktur baxımından informasiya xidməti aşağıdakıları yerinə yetirir:

  1. Məlumat bazasını formalaşdırmaq üçün informasiya mənbələrinin seçilməsini həyata keçirir və onun əldə edilməsinin forma və metodlarını müəyyən edir;

  2. Elmi, kommersiya və başqa informasiyaları bir yerə yığır, formalaşdırır və onların reallığı əks etdirməsi üzərində nəzarəti həyata keçirir;

  3. Təşkilati-metodiki işləri həyata keçirir [3, s.228-232];

Kənd təsərrüfatı məhsulları istehsalçılarının zəruri informasiyalarla təmin olunmasında «informasiya sorğu xidməti»ndən istifadə edilə bilər. Bu xidmət növü konkret olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

-son istehlakçılara onlar üçün maraqlı olan məlumatların əldə edilməsi üsullarına aydınlıq gətirmək məqsədilə məsləhət verir;

- istifadəçilərin xahişi ilə online rejimində sifarişlərin yerinə yetirilməsini həyata keçirir;

- idarəetmə orqanlarının sifarişi ilə məqsədli tədqiqatlar aparır.

Beləliklə, məsləhət verilməsinin əsas prinsipi məlum olan biliklər haqqında informasiyaları əldə etməkdən, onları ümumiləşdirməkdən, sistemləşdirməkdən və kənd təsərrüfatı məhsulları istehsalçılarına ötürməkdən ibarətdir.

Bu sahədə daha aydın təsəvvürə malik olmaq üçün bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etmiş olduğu və həm bitkiçilik, həm də heyvandarlıq məhsulları istehsalı sahəsində böyük nailiyyətlər qazanmış bəzi ölkələrin təcrübəsindən nümunələr gətirmək və istifadə olunduğu təqdirdə faydalanmaq olar.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bütün məsləhət xidmətləri öz müştərilərinə təsirgöstərmə dərəcəsinə görə fərqlənirlər. Məsələn, amerikanın ekstenş xidməti əsas etibarilə öyrətmə ilə məşğul olur. Onun məsləhətçiləri fermerlərin hazırlanmasında iştirak edir, onlara yenilikləri öyrədir, yeni texnologiya və sortların sınağını keçirirlər. Bu xidmətin mütəxəssisləri qeyd edirlər ki: «Biz Avropa məsləhət xidmətlərindən fərqli olaraq adamlara təsərrüfatın idarə olunmasını öyrədir, onlara yeni bilikləri aşılayır, qeyri-standart şərait üçün texniki layihələr hazırlayır, lakin təsərrüfat qərarlarının qəbul edilməsində iştirak etmirik, çünki bu, hər bir fermerin sırf şəxsi işidir» [6, s.212].

Danimarkanın kənd təsərrüfatı üzrə məsləhət xidməti öz səylərini daha çox müştərilərinə qərarların hazırlanmasında kömək göstərilməsinə yönəldir. Lakin bu, o demək deyildir ki, məsləhətçilər fermerlərə qərar qəbul etməkdə özlərinin mənafelərini ortalığa qoyur, onlara təzyiq edirlər. Əksinə, məsləhətçilər sanki hər bir fermerin köməkçisi rolunda çıxış edir, səmərəli təsərrüfatçılıq etməkdə onlara yaxından kömək göstərirlər.

Danimarkanın Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi Avropa İttifaqına üzv olan ölkələrlə qarşılıqlı əlaqələr üzrə siyasətə cavabdehlik daşıyır. O, ölkənin ərzaq bazarının dolayı yolla tənzimlənməsinin, məhsulların keyfiyyəti və təhlükəsizliyinin, texnoloji proseslərin təmin olunmasında çox böyük rol oynayır. Nazirlik kənd təsərrüfatı Şurası ilə birlikdə aqrar sahə üzrə elmi-tədqiqatları maliyyələşdirir və idarə edir.

Almaniyada kənd təsərrüfatı sahəsində məsləhət xidməti regional xarakter daşıyır və müxtəlifliyi ilə fərqlənir. Belə ki, ölkənin elə əraziləri vardır ki, (məsələn, Baden-Bürtemberq) məsləhət xidməti dövlət tərəfindən həyata keçirilir, elə ərazilər də vardır ki, (məsələn, Nordhey-Vestfalen) orada həmin xidmətlər kənd təsərrüfatı palatasının himayəsi altında həyata keçirilir və bununla əlaqədar olan xərcin yarısı regional büdcədən maliyyələşdirilir. Xərcin yerdə qalan hissəsi isə hər bir kəndli-təsərrüfatından alınan icbari üzvlük haqqı hesabına maliyyələş-dirilir. Bəzi ərazilərdə məhdud məsuliyyətli cəmiyyətlər formasında məsləhət büroları fəaliyyət göstərir. Həm də köhnə torpaq sahələrində onlara pullu xidmət göstərilir. Yeni istifadəyə verilən torpaqlarda isə xərcin 70%-i dövlət dəstəyi hesabına ödənilir.

Kənd təsərrüfatında məsləhət xidmətinin rolu və yerinin nəzərdən keçirilməsi əsasında belə bir nəticə çıxarmaq olar ki, iqtisadiyyatın bu bölməsində məhsul istehsalçılarının informasiya təminatına ciddi tələbatları vardır və bu xidmətin ölkəmizdə də inkişaf etdirilməsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində müsbət rol oynaya bilər. Bu məqsədlə aşağıdakı tədbirləri həyata keçirmək lazımdır:

- fermerlərin dünyagörüşünün artırılması üçün (qanunvericilik, təşkilati-iqtisadi, texniki-texnoloji məsələlər, ekoloji problemlərin həlli və i.a.) ən son yeniliklər (bitki sortları, heyvan cinsləri və i.a.) haqqında məlumatların toplanması, ümumiləşdirilməsi və məhsul istehsalçılarının maarifləndirilməsi;

- fermerləri maraqlandıran məsələlərlə əlaqədar onların sorğularına dərhal, ətraflı və hərtərəfli cavab və məsləhət verilməsi;

- sınaqdan çıxmış və özünü doğrultmuş ən son yeniliklərin fermerlər qarşısında nümayiş etdirilməsinin başlıca vasitəsi olan qısa müddətli seminarların keçirilməsi, fikir mübadiləsi aparılması, tanınmış mütəxəssislərlə onların görüşünün təşkil olunması, qabaqcıl təcrübənin öyrənilməsi, bu məqsədlə sərgilər düzəldilməsi, kadrların ixtisasının artırılması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyinin gücləndirilməsi, onlara texniki yardım göstərilməsi, müəyyən güzəştlərin edilməsi, kompensasiya verilməsi, kənd təsərrüfatı bitkilərinin rayonlaşdırılmasında, yüksək məhsuldarlıqlı toxumlardan istifadə olunmasında, onların və mineral gübrələrin seçilməsində fermerlərə kömək göstərilməsi;

- fermerlərə mühasibat uçotu və auditor xidməti göstərilməsi, onların savab, halallıq ruhunda tərbiyə olunması;

- kənd ərazilərinin abadlaşdırılması, istehsal və sosial infrastrukturun inkişaf etdirilməsi üçün konkret tədbirlərin həyata keçirilməsi;

- Beynəlxalq təcrübə nəzərə alınmaqla yuxarıda nəzərdən keçirilən məsləhət xidməti formalarından Azərbaycan şəraitində ən yüksək səmərə verənini seçmək, onların regionlarda fəaliyyət göstərmələrini təşkil etmək. Bu, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına və bəzi məhsullar üzrə idxaldan asılılığın aradan qaldırılması, yaxud da beynəlxalq aləmdə qəbul edilmiş normaya uyğunlaşdırılmasına öz töhfəsini verə bilər.



Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin