Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


The main features of agritian modernization



Yüklə 476,68 Kb.
səhifə73/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   69   70   71   72   73   74   75   76   ...   93
The main features of agritian modernization
V.Gasimli
SUMMARY
This article reviews the main features of the modernization of agriculture. Modernization implies the application of productive seeds and cattle, as well as the use of chemical fertilizers and pesticides, the improvement of agricultural service.

Key words: modernization, innovation, technology, electronic agriculture, government support.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/2 səh.90-95
UOT 332.1(479.24)
Aqrar-sənaye kompleksində məsləhət-innovasiya xidmətinin formalaşdırılmasının zəruriliyi

İbrahimova Rəhmiyyə Ramiz qızı

ADAU-nun doktorantı, GDU müəllimə,

Məmmədli Oqtay Qulam oğlu

Gəncə Dövlət Universiteti, i.ü.f.d.
XÜLASƏ
Kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və məhdud maliyyə imkanlarından istifadə edilməsinin təmin olunmasında elmi-texniki tərəqqinin nailiyyətləri, rəqabət mühiti, enerji daşıyıcılarının və maddi resursların qiymətləri haqqında vaxtlı-vaxtında və real informasiya əldə edilməsi çox böyük əhəmiyyət kəsb edir.

Təcrübə göstərir ki, elmi-texniki tərəqqinin müasir mərhələsində idarəetmə qərarlarının qəbul və icra olunmasının, istehsal sistemlərinin idarə edilməsi və fəaliyyət göstərməsinin səmərəliliyi həm də ən yeni informasiyaların vaxtında əldə edilməsindən asılıdır. Bütün bunlar və problemlə əlaqədar olan digər məsələlər məqalədə ətraflı nəzərdən keçirilir.



Açar sözlər: rəqabət, informasiya təminatı, məsləhət xidməti, məsləhət xidmətinin vəzifələri, istehsalın təşkili və idarə edilməsi, kadrların hazırlanması, informasiya infrastrukturu, kommersiya informasiyası, tətbiqi innovasiya, inkişaf etmiş ölkələrin təcrübəsi və i.a.

Kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və məhdud maliyyə imkanlarından səmərəli istifadənin təmin olunması üçün bu sahədə fəaliyyət göstərən istehsalçıların elmin ən son nailiyyətləri, bazar və bazar mühiti, enerji daşıyıcıları və maddi resursların qiymətləri, əmtəə və xidmətlərin sərbəst mübadiləsi və s. haqqında informasiyaya malik olmalarının çox böyük əhəmiyyəti vardır.

Dünya təcrübəsi göstərir ki, elmi-texniki tərəqqinin müasir mərhələsində idarəetmə qərarlarının qəbul və icra olunmasının, istehsal sistemlərinin idarə edilməsi və fəaliyyət göstərməsinin səmərəliliyi digər amillərlə yanaşı, həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının informasiya təminatından, informasiya texnologiyalarının mükəmməllik dərəcələrindən asılıdır. Rəsmi statistik məlumata görə ABŞ-da iqtisadi tərəqqinin 6%-nə texnika ilə, 25%-nə isə informasiya ilə təminolunma sayəsində nail olunur.

1985-ci ildə ABŞ-ın Çikaqo şəhərində keçirilmiş AGRİMATİON 1 konfransının iştirakçıları belə bir yekdil fikrə gəlmişlər ki, inkişaf etmiş ölkələrin kənd təsərrüfatında elə bir vəziyyət yaranmışdır ki, istehsalın rentabelliyini yüksəltmək üçün kapitalı əlavə texnikanın əldə edilməsinə deyil (çünki maşın parkının artırılması demək olar ki, fermerin mənfəətini artırmır), elmi cəhətdən əsaslandırılmış texnologiyaların daha düzgün yerinə yetirilməsini təmin edə bilən sahələrin – istehsalın elektrikləşdirilməsi və kompyuterləşdirilməsinə yönəltmək lazımdır. Bununla əlaqədar olaraq hazırda qərb ölkələrində məsləhət xidməti geniş yayılmışdır. Məsələn, Almaniyada həm dövlət, həm də xüsusi məsləhət xidmətləri kənd təsərrüfatı və emal müəssisələrinin, ticarət firmalarının inkişaf etməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. İxtisaslaşdırılmış məsləhət xidmətləri kənd təsərrüfatının iqtisadiyyatı və proqnozlaşdırılması, marketinq, hüquq, vergilər, texniki nailiyyətlər, texnologiyalar, tikinti və sosial sahələrdə xidmət göstərir və məsləhət verirlər. Bunların içərisində bazarların vəziyyəti, qiymət siyasəti haqqında məsləhətlər də xüsusi yer tutur [6, s.199-200].

Kənd təsərrüfatında məhsul istehsalı ilə məşğul olan subyektlər üçün, şübhəsiz ki, elmi kəşflər, ən yeni texnologiyalar və texnikanın nümunələri, yeni elit bitki sortları, yaxşılaşdırılmış heyvan cinsləri, onların əldə edilməsinin ən əlverişli yolları haqqında məlumatların vaxtında əldə edilməsi olduqca vacibdir.

Dövlət və kollektiv kənd təsərrüfatı müəssisələrinin yenidən təşkili, iqtisadiyyatda bazar münasibətlərinə keçilməsi, yeni təsərrüfat formalarının idarə edilməsində onlara kömək göstərilməsini zəruri edir. Fermerlərin öz işlərini bazarın tələblərinə uyğun qurması üçün onlar qabaqcadan bazar haqqında ən zəruri məlumatlara malik olmalıdırlar. Nəinki yeni fermer təsərrüfatları, həm də digər kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək göstərmək məqsədilə əlverişli xidmət sahəsi yaradılmalıdır. Bu xidmət texniki-texnoloji, marketinq xidməti, kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq təsərrüfatlarında işləmək üçün kənd təsərrüfatı mütəxəssisləri hazırlanması ilə yanaşı, həm də informasiya xidməti formalaşdırılmalıdır. Çünki müasir bazar iqtisadiyatı şəraitində fermerlərin, fərdi sahibkar və ailə kəndli təsərrüfatlarının peşəkarların məsləhəti və köməyinə ehtiyacları vardır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına telefon vasitəsilə və yazılı formada məsləhət vermək olar. Məsləhət xidməti əsas etibarilə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təmin edir:

- kənd təsərrüfatı məhsulları istehsalçılarını istehsalın və təsərrüfatın idarə edilməsinin ən yeni metodları haqqında elmi biliklərlə təmin etmək;

- istehsalçılara konkret təsərrüfat şəraitində istehsalın təşkili və idarə edilməsi məsələləri (məsələn, kənd təsərrüfatı bitkiləri və heyvanlarının xəstəlikləri ilə mübarizə) haqqında məlumat vermək;

- ayrıca bir fermada istehsalın səmərəliliyini qiymətləndirmək üçün baza yaratmaq, onun istehsal və iqtisadi göstəriciləri haqqında məlumatların qeydiyyatını aparmaq və «emal» etmək;

- istifadə olunan istehsal vasitələrini (məsələn, yemlərin qidalılıq xassələrinin təhlili, qarışıq yemlərin, mikroelementlərin və s. tərkibinin yaxşılaşdırılması ilə əlaqədar təkliflərin verilməsi və i.a.) təhlil etmək və sınaqdan keçirmək;

-mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üzrə təkliflər hazırlamaq (qısa müddətli tədris kurslarının təşkili və i.a.);

- kənd təsərrüfatı məhsulları istehsalçıları ilə bu sahənin problemlərinin tədqiqi sahəsində iş aparan elmi-tədqiqat müəssisələri arasında əlaqələri təmin etmək;

-təsərrüfatların maliyyə-iqtisadi fəaliyyətini qiymətləndirmək (mənfəət və zərərin uçotu, vergi məbləğinin hesablanması və i.a.), onların idarə edilməsi, o cümlədən özünümaliyyələşdirmə məsələləri üzrə məsləhət vermək və i.a.

Xarici ölkələrdə məsləhət xidməti sahəsində müsbət təcrübə toplanmışdır. Belə ki, Danimarka, İsveçrə və Hollandiyada bu məqsəd üçün ayrılan dövlət subsidiyası ümumi xərcin 50-80%-ni təşkil edir [6, s.202].

Kənd təsərrüfatı məhsulları istehsalçılarına bu xidmət pulsuz göstərilir. Müxtəlif mülkiyyət formalarına mənsub olan müəssisələrdə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün informasiya məsləhət xidməti layihələrinin hazırlanması Dünya Bankı tərəfindən bu sahədə islahatların həyata keçirilməsini nəzərdə tutur. Layihə «Kənd təsərrüfatında islahatların həyata keçirilməsinin dəstəklənməsi» adlanır. Bunun tərkib hissələrindən biri «fermerlər üçün məsləhət və informasiya xidməti»dir.


Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin